Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ


FƏSIL  I.    DAXİLİ  BAZARIN  QORUNMASINDA  QİYMƏT  AMİLİNDƏN



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə3/28
tarix26.10.2017
ölçüsü0,74 Mb.
#6852
1   2   3   4   5   6   7   8   9   ...   28

 

FƏSIL  I.    DAXİLİ  BAZARIN  QORUNMASINDA  QİYMƏT  AMİLİNDƏN 



İSTİFADƏNİN NƏZƏRİ ƏSASLARI                                                             

 

1.1. Liberallaşma və proteksionizmin əsas xüsusiyyətləri,  

qarşılıqlı əlaqəsi və ziddiyyətləri 

 

Müasir  dövrdə  Azərbaycan  Respublikasında  xarici  ticarət  strategiyasının 



əsas istiqamətlərindən biri də ölkənin ixrac-idxal imkanlarının artırılması, ixrac və 

idxal  əməliyyatlarının  beynəlxalq  standart  və  normalara  uyğun  tənzimlənməsidir. 

Bu  məqsədlə  də  Azərbaycan  Respublikası  özünün  dövlət  müstəqilliyini  yenidən 

elan  etdikdən  sonra  xarici  iqtisadi  əlaqələr  sahəsində  ardıcıl  iqtisadi  islahatlar 

həyata keçirməyə başlamışdır. Belə ki, müstəqilliyin ilk dövrlərindən iqtisadiyyatın 

açıqlığını  elan  etmiş,  xarici  iqtisadi  əlaqələrin  və  qiymətlərin  liberallaşdırılması, 

mövcud  qanunvericiliyinin  təkmilləşdirilməsini  və  qiymətlərin  tənzimlənməsinin 

müasir vasitələrlə həyata keçirilməsini təmin etmişdir. 

Respublikamızın  iqtisadçı  alimləri  A.Ş.Şəkərəliyev,  C.Q.Nuriyev  və 

A.Ə.Əliyevin  fikrincə,  gömrük  siyasəti  ölkənin  “...  gömrük  ərazisində  gömrük 

nəzarəti  və  mal  dövriyyəsinin  daha  səmərəli  tənzimlənməsi,  daxili  bazarın 

qorunması,  milli  iqtisadiyyatın  inkişafının  stimullaşdırılması,  dövlətin  iqtisadi 

siyasətindən  irəli  gələn  vəzifələrin  həyata  keçirilməsi,  habelə  gömrük  işinin 

beynəlxalq  normalara  uyğun  aparılmalıdır”  [19,  s.25].  Doğrudan  da  istənilən 

dövlətin  gömrük  siyasətinin  əsas  məqsədi  onun  iqtisadi  maraqlarının  təmin 

edilməsi  sayılır.  Bu  mənada  Azərbaycan  da  istisna  deyildir.  Məhz  bu  baxımdan 

yuxarıda  verilən  tərif  AR  Gömrük  Məcəlləsinin  2-ci  maddəsində  verilən  gömrük 

siyasətinin məqsədləri ilə üst-üstə düşür və onları tamamlayır [4 s.13]. 

 

İqtisadi ədəbiyyatda gömrük siyasətinin iki növü fərqləndirilir: proteksionist 



gömrük  siyasəti  və  azad  ticarət  siyasəti.  Proteksionizm  -  daxili  bazarda  özünün 

sənaye  və  kənd  təsərrüfatını  xarici  rəqabətdən  qorumağa  yönəldilmiş  siyasətdir. 

Proteksionist  gömrük  siyasəti  milli  iqtisadiyyatı  xarici  rəqabətdən  qorumaq  yolu 

ilə  onun  inkişafına  kömək  edən  şəraitin  yaradılmasına  yönəldilir  [18,  s.120]. 

Proteksionizm  ölkənin  daxili  bazarına  gətirilən  xarici  əmtəələrdən  gömrük 

tutulmasının  yüksək  səviyyəsinin  müəyyən  edilməsini,  müəyyən  əmtəələrin 




 

idxalının  məhdudlaşdırılmasını  və  ya  tamamilə  qadağan  edilməsini,  ixracın 



gücləndirilməsini,  ixrac  sahələrinin  maliyyələşdirilməsini  və  s.  nəzərdə  tutur. 

Başqa  sözlə  desək,  proteksionist  gömrük  siyasəti  üçün  yüksək  gömrük  və  idxalın  

məhdudlaşdırılması səciyyəvidir. 

 

Beləliklə,  proteksionizmə  daxili  bazarın  xarici  rəqabətdən  qorunmasına 



yönəldilən  dövlət  siyasəti  kimi  yanaşmaq  lazımdır.  Bunun  əksinə  olaraq 

liberalizm(fritrederçilik) dedikdə, daxili bazarın xarici mallar, kapital, işçi qüvvəsi 

üçün  açıq  olması  yolu  ilə  daxili  bazarda  rəqabətin  gücləndirilməsinə  yönəldilən 

iqtisadi siyasət başa düşülür. Onu da qeyd edək ki, hər iki istiqamət bu və ya digər 

ölkənin  əmək  bölgüsündə  baş  verən  dəyişikliklərə,  beynəlxalq  iqtisadi 

münasibətlərdəki  hadisələrə  reaksiyasını  əks  etdirir.  Liberal  və  ya  proteksionist 

istiqamətin  hakim  mövqe  tutmasından  asılı  olaraq  xarici  ticarətin  dövlət 

tənzimlənməsinin  forma  və  metodlarının  istifadə  mexanizmlərində  əhəmiyyətli 

fərqlər mövcuddur. 

 

Azad  ticarət  siyasəti  mahiyyət  etibarilə  bu  və  ya  digər  milli  iqtisadi  sistem 



çərçivəsində monetarizm siyasətinə yaxındır. Bu siyasətə görə dünya bazarı ticarət 

əməliyyatlarının  qarşılıqlı  səmərəliliyinin  və  tarazlığının  təmin  edilməsi 

problemlərini istənilən digər tənzimləyici tərəfə nisbətən daha səmərəli həll etmək 

iqtidarındadır.  Azad  ticarət  siyasəti  keçid  iqtisadiyyatlı  ölkələrdə  dünya  bazarının 

milli  təsərrüfatların  dünya  təsərrüfatına  inteqrasiyasına  imkan  yaratmasını  və 

müasir  elmi-texniki  nailiyyətlərdən  istifadə  olunmasının  təmin  edilməsini  nəzərdə 

tutur.  Bu  zaman  dövlət  tənzimlənməsi  başlıca  olaraq  gömrük-tarif  tənzimləmə 

metodları  vasitəsilə  həyata  keçirilir  və  müvafiq  ölkəyə  əmtəə  və  kapital  axınını 

stimullaşdırır. 

 

Beynəlxalq  təcrübə  sübut  edir  ki,  azad  ticarət  həqiqətən  daxili  bazarlarda 



rəqabət  prosesini  gücləndirir,  müəssisələri  yeniliklər  tətbiq  etməyə  və 

istehlakçıların  tələbatını  daha  dolğun  ödəməyə  sövq  edir,  istehsal  həcmlərini 

artırmaq  hesabına  vəsaitlərə  qənaət  etməyə  imkan  yaradır.  Bununla  yanaşı,  azad 

ticarət  siyasəti  təkmilləşdirmə  və  yeniliklərin  tətbiqini  stimullaşdırmaq  vasitəsilə 

uzunmüddətli  yüksək  iqtisadi  artım  templərinə  istiqamətlənən  dinamik  qüvvələri 



 

sərbəstləşdirir.  Proteksionizm  siyasəti  isə  bunun  əksinə  olaraq  həmin  qüvvələrin 



fəaliyyətinə maneçilik törədir. 

 

Tədqiqatlar  göstərir  ki,  azad  ticarət  siyasəti  istənilən  ölkə  üçün  səmərə 



vermiş  olsa  da,  həmin  səmərə  bütün  ölkələr  və  ya  əhali  qrupları  üçün  eyni 

səviyyədə olmur. İdxalçı ölkənin əldə etdiyi müsbət nəticə çox vaxt istehlakçıların 

qazandıqları  mənfəətin  istehsalçıların  itkilərini  üstələməsi  ilə  bağlı  olur.  İxracatçı 

ölkə  üçün  isə  müsbət  nəticə  istehsalçıların  mənfəət  əldə  etməsindən  ibarətdir. 

Lakin bu halda istər-istəməz istehlakçılar itkilərə məruz qalmış olur. 

 

Qeyd  etmək  lazımdır  ki,  ticarət  liberallaşdırılarkən  qısamüddətli  dövrdə 



inkişaf  stimullarının  azalması  ilə  əlaqədar  olaraq  həm  idxal  əvəzləyici,  həm  də 

xarici  ticarətə  bilavasitə  cəlb  edilməyən  sahələrdə  məşğulluğun  səviyyəsi  aşağı 

düşə  bilər.  Şübhəsiz  ki,  məşğulluğun  ixrac  sahələrində  kəskin  artımı  onun  digər 

sahələrdə  azalmasını  kompensasiya  edə  bilməyəcək.  Ona  görə  ki,  ixrac  yönümlü 

sahələrin  müəssisələri  digər  sahələrdən  sərbəst  buraxılan  işçiləri  bir  çox 

səbəblərdən,  o  cümlədən  yeni  investisiyaların  cəlb  edilməsinin  gecikməsi,  yeni 

peşə  ixtisaslaşmasının  ləng  həyata  keçirilməsi  və  ya  əmək  resurslarının  məhdud 

səfərbərliyi üzündən işlə təmin etməkdə maneələrlə qarşılaşa bilərlər. 

 

Bazar  iqtisadiyyatlı  ölkələrin  təcrübəsi  göstərir  ki,  onlar  üçün  azad  ticarət 



siyasətinin tam olaraq həyata keçirilməsi bir sıra səbəblər üzündən mümkünsüzdür. 

Çünki  bu  ölkələrin  əksəriyyətində,  o  cümlədən  Azərbaycanda  iqtisadiyyatın  bir 

çox  sahələri  inkişaf  etmiş  ölkələrin  müvafiq  sahələrindən  geri  qalır.  Qeyd  olunan 

vəziyyət  isə  keçid  iqtisadiyyatlı  ölkələrin  dünya  bazarlarında  inkişaf  etmiş 

ölkələrlə 

münasibətdə  qeyri-bərabər 

şərtlər  daxilində  rəqabət  aparmaq 

məcburiyyəti  qarşısında  qalır.  Bu  zaman  həm  də  yalnız  kənd  təsərrüfatı,  xammal 

və enerji daşıyıcılarının hasilatı və ilkin emalı sahələri rəqabət aparmaq iqtidarında 

olur.  Odur  ki,  ilk  növbədə  milli  istehsal  sahələrini  gücləndirməyi  və  onların 

istehsal etdiyi məhsulları dünya standartları səviyyəsinə çatdırmağı məqsədəuyğun 

hesab edirik. Eyni zamanda bu zaman yerli istehsal məhsullarının daha güclü xarici 

rəqabətdən  qorunması  üçün  müəyyən  tədbirlərin  həyata  keçirilməsi  lazım 

gələcəkdir, bu da son nəticədə azad ticarət prinsiplərinə uyğun  gəlməyəcəkdir. 




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə