Azərbaycan respublikasi təhs I l naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə12/26
tarix30.04.2023
ölçüsü1,35 Mb.
#107764
1   ...   8   9   10   11   12   13   14   15   ...   26
şəxsi satış

Cədvəl 2.3 
Ölkəmizdə fəaliyyət göstərən marketinq institutları və onların fəaliyyət 
istiqamətləri 
№ Marketinq 
İnstitutların 
Fəaliyyət sahələri 
1. 
Anglo-Amerikan 
Business Services – 
ATTAS PR Aliance 
Tərcümə və məsləhət xidmətləri (biznes planların tərtibi, 
yerli bazarlara çıxış vaxtı marketinq tədqiqatları, xarici 
kompaniyaların nümayəndəlikləri, ticrət 
nümayəndəlikləri və s.)
2. 
ACNielcsen 
Pərakəndə 
satış 
müəssisələrinin 
fəaliyyətinin 
qiymətləndirilməsi 
3. 
AGB Azerbayan 
TV-nin hədəf auditoriyasının ölçülməsi 
4. 
ASP 
Consulting 
Enginers, Inc 
İnfrastrukturun bərpası olunması və inkişafı üzrə 
məsləhətlərin verilməsi
5. 
AIRA 
Marketinq və sosial-siyasi tədqiqatlar 
6. 
ERA Research and 
Consultanciy 
Kiçik və orta ölçülü kommersiya müəssisələrinə 
məsləhət verilməsi (marketinq tədqiqatları, öyrədilmə, 
media tədqiqatları, seçmənin aparılması) 
7. 
FAR Centre 
Sosial və siyasi tədqiqatlar


39 
8. 
G&R 
Busines 
Services 
Biznesin idarə olunması üzrə məsləhətlər, marketinq 
tədqiqatların aparılması və onun aparılma qaydasının 
öyrədilməsi 
9. 
KHATT Research 
Reklam məsullarının yaradılması və yerləşdrilməsi, 
marketinq tədqiqatları, media tədqiqatları, ictimayyətlə 
əlaqənin və irəlidilmənin təşkili 
10. Pro Con Gfk 
Marketinq tədqiqatları, seçmənin reallaşdırılması 
11. Gafqaz Sosial and 
Marketing Research 
Centre 
Sosial və marketinq tədqiqatları
12. SIAR 
İqtiaadi, media tədqiqatları, marketinq tədqiqatları, 
sosial və siyasi tədqiqatlar, məsləhət xidməti
13. Siqma 
Marketinq və sosial-siyasi tədqiqatlar 
Bütün bunların nəticəsidir son illərdə ölkəmizdə reklam bazarının genişlənməsi 
baş vermişdir. Azərbaycanda reklam bazarının inkişaf dinamikası 2.1 saylı şəkildə 
verilmişdir. 
Qeyd etmək lazımdır ki, ölkəmizdə reklam bazarı 1995-ci ildən inkişaf etməyə 
başlamışdır. AGB Azerbaccan firmasının məlumatına görə 1995-ci ildən «özünü 
göstərməyə başlayan» reklam bazarı 1998-ci ildə xeyli inkişaf etmiş və 21 mln. 
dollara çatmışdır. Bu, əsasən, həmin ildə Əsrin müqaviləsi adlanan neft 
kontraktlarının bağlanması ilə izah edilir. Neft kontraktlarının bağlanması ölkə 
iqtisadiyyatına külli miqdarda xarici kapitalın yatırılmasına və müqavilədə iştirak 
edən şirkətlərin reklam kampaniyalarına xeyli vəsait ayırmalarına səbəb olmuşdur. 
Belə ki, CPA kompaniyasının məlumatına görə reklam bazarının 57%-i və ya 12 mln. 
dolları bu kontraktlarda iştirak edən neft şirkətlərinin payına düşür. 
Lakin 1999-cu ildən başlayaraq reklam xərclərinin həcmi tədricən aşağı 
düşməyə başlamış və 2003-ci ildən başlayaraq yenidən armağa başlamış və 2005-ci 
ildə 50 mln. dollar təşkil etmişdir. 1999-cu ildə reklam xərclərinin azalması əsasən 
1000-ə yaxın xarici firmanın Azərbaycan bazarlarından çıxması ilə izah edilə bilər. 


40 
Bunlarla yanaşı onu da qeyd etmək lazımdır ki, ölkəmizin reklam bazarının 
həcmi hal-hazırda müstəqil dövlətlər olan keçmiş SSRİ respublikalarının reklam 
bazarının həcmi ilə müqayisədə bir neçə dəfə aşağıdır. Məsələn, qeyd edilən ildə 
Estoniyanın reklam bazarının həcmi 47 mln. dollar, Moskvanın reklam bazarının 
həcmi isə 200 mln. dollar təşkil etmişdir. Başqa sözlə desək, ölkəmizin reklam bazarı 
Estoniya və Moskva ilə müqaiysədə müvafiq olaraq 2 və 10 dəfə az inkişaf etmişdir. 
Ümumiyyətlə məhsulların reklamına çəkilən xərclərin həcmi artdıqca onun satış 
həcmi də artır. Bunu elektrotexnika məhsullarının reklamına çəkilən xərclərlə onların 
satışının həcminin dəyişməsi dinamikası da bir daha sübut edir. Belə ki, 2000-2005-
ci illərdə ölkəmizdə həm həmin məhsulların reklamına çəkilən xərclərin həcmi, həm 
də satılmış elektrotexnika məhsullarının həcmii artmışdır (2.2 saylı şəkil və 2.4 saylı 
cədvəl). 
Beləliklə, aparılmış təhlildən belə nəticəyə gəlmək olar ki, ölkəmizdə reklam 
bazarı, inkişaf etmiş həcm və tempdə olmasa da, geniş inkişaf etməyə başlamışdır və 
o satışın idarə edilməsində ən çox istifadə edilən kommunikasiya metodudur. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə