Azərbaycan respublikasi təhs I l naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə11/26
tarix30.04.2023
ölçüsü1,35 Mb.
#107764
1   ...   7   8   9   10   11   12   13   14   ...   26
şəxsi satış

 
Cədvəl 2.1 
Avropada marketinq kommunikasiyasına çəkilən xərclər (Fransa, Almaniya
İngiltərə, İspaniya, İtaliya, İsveçrə Hollandiya, Belçika,) 
Qeyd etməliyik ki, məhsul və xidmətlərin reklamı ən geniş yaüılmış reklam 
növü hesab edilir. Son məlumatlara görə 32 kateqoriya məhsul və xidmətlərin 
reklamın çəkilən xərclər 48,3 mlrd $ təşkil etmişdir. Bu xərclərin ayrı-ayrı məhsul və 
xidmətlər üzrə bölgüsü aşağıdakı cədvəldə verilmişdir (2.2 saylı cədvəl). 
Cədvəl məlumatlarının təhlili göstrərir ki, ən çox reklam olunan məhsul və 
271,2 


35 
xidmətlərə pərakəndə satış, avtomaottexika, işgüzar və itehlak xidmətləri, əyləncə və 
şənliklər, həmçinin ərzaq məhsullarıdır. Bütün reklam xrclərinin 58,5%-i məhz bu 
məhsulların payına düşür. Reklam xərclərinin həcminə görə ikinci yeri tualet əşaları 
kosmetika, müalicə vasitələri və peraparatları, səyyahətlər, mehmanxana və 
kurortlar, rabitə kompaniyalrı, şirinyatlar, qəlyanaltılar və alkoqolsuz içkilər, sığorta 
və daşınmaz əmlak, nəhayət paltarlar tutur. Bu qrup məhsulların reklam xərcləri 
ümumi reklam xərclərinin 24,7%-ini təşkil edir. Deməli, bütün reklam xərclərinin 
83,2%-i qeyd edilən bu iki qrup məhsulların, yəni cəmisi 12 adda məhsul və 
xidmətlərin reklamına sərf edilir. 
Cədvəl 2.2 
Müxtəlif məhsul və xidmətlər üzrə reklam xərclərinin həcmi (mln. $) 
Məhsul və xidmətlərin adı 
Xərclərin məbləği 

Pərakəndə ticarət 
8082,3 

Avtomototexnika 
7754,5 

İşgüzar və istehlak xidmətləri
5259 

Əyləncələr və şənliklər
3749,9 

Ərzaq məhsulları 
3442,8 

Tualet əşyaları və kosmetika 
2608,4 

Müalicə vasitələri və peraparatları 
2297,7 

Səyyahətlər, mehmanxana və kurortlar 
2030,5 

Rabitə kompaniyaları 
1404,8 
10 Şirinyatlar, qəlyanaltılar və alkoqolsuz içkilər 
1286,7 
11 Sığorta vədaşınmaz əmlak 
1242,3 
12 Paltarlar 
1090,5 
13 İdman məhsulları, ouncaqlar və oyunlar 
990,9 
14 Nəşrlər və inforasiya vasitələri 
806,6 
15 Kompyüter və ofis avadanlıqları 
799,8 
16 Pivə və şərablar 
779,0 


36 
17 Ev avadanlıqları və onun çatdırılması 
696,7 
18 Sabun, yuyucu və təmizləyici tozlar 
668,4 
19 Elektrik avadanlıqları 
432,4 
20 Qiymətli əşyalar, foto və videokameralar 
353,4 
21 Siqaretlər 
340,2 
22 Tikinti materialları 
336,9 
23 Benzin, sürtgü materialları və yanacaq 
309,9 
24 Ev əşyaları 
301,8 
25 Bağcılıq və fermer təsərrüfatı 
229,4 
26 Spirtli içkilər 
218,4 
27 Ev heyvanları və onlar üçün yeməklər 
195,0 
28 Fraxtlar 
148,7 
29 Sənaye maierialları 
124 
30 İşgüzar təkliflər 
46,6 
31 Aviaşirkəilər (turist reysləri istisa olmaqla) 
18,1 
32 Digər kateqoriya məhsullar 
308,3 
Cəmi 
48351,2 
Ölkəmiz müstqillik əldə etdikdən və onun iqtisadiyyatının idarə edilməsində 
bazar münasibətləri tətbiq edildikdən sonra onun dünya itisadiyyatına inteqrasiyası 
baş vermiş və bu, Qərb iqtisadiyyatında tətbiq edilən idarəetmə və təşkiletmə 
metodlarının, o cümlədən reklamın tətbiq edilməsinə səbəb olmuşdur. Reklamın 
satışın həvəsləndirilməsinə, istehlakçıların davranış və alış motivlərinə təsirini nəzərə 
alan ölkə müəssisə və təşkilatları, qabaqcıl xarici ölkə müəssisə və təşkilatları ilə 
müqayisədə aşağı səviyyədə olsa da, məhsullarının (xidmətlərinin) reklamlarından 
geniş istifadə etməyə başlamışlar. Bunun nəticəsində artıq ölkəmizdə reklam 
sahibkarlığın müstəqil bir sahəsinə çevrilmiş və çoxlu sayda reklam agentliklərinin 
yaranmasına səbəb omuş, ölkəmizdə reklm fəaliyyətinin tənzimlənməsinə imkan 
verən «Reklam fəaliyyəti» haqqında Azərbaycan Respublikasının Qanunu qəbul 
edilmiş və Azərbaycan Reklamçılar İttifaqı yaradılmışdır. 


37 
Azərbaycan Reklamçılar İttifaqı qısa zaman ərzində beynəlxalq aləmə çıxmağa 
nail olmuş və dünyanın 94 ölkəsində fəaliyyət göstərən Beynəlxalq Reklamçılar 
Assosiyasının üzvü olmuşdur. Beynəlxalq Reklamçılar Assosasiyasının 1996-cı ildə 
Çikaqoda keçirilən sipoziumunda iştirak edən Azərbaycan Reklamçılar İttifaqına 
(AİR) Qfqazda və Orta Asiya regionunda reklam fəaliyyətinin koordinatoru vəzifəsi 
həvalə edilmişdir. AİR-in iştirakı ilə ölkəmizdə 100-ə yaxın reklam agentliyi 
yaradılmışdır. Bunların ən məşhurları və geniş dipozonda fəaliyyət göstərənləri ANS-
Kommers, Alfa, Mirac-Media, Dizayn-Büro, İntelekt-Servis və s. reklam 
agentlikləridir. 
ANS-Kommers reklam agentliyi 1994-cü ildə yaradılmış və əsasən, media 
vasitələrində reklamlarınyerləşdirilməsi ilə məşğul olur. Müasir telestudiya və 
radiostansiya ilə təchiz edilmiş onlarla yüksək effektli reklam fəaliyyəti həyata 
keçirməyə imkan verir. Bu reklam agentliyinin əsas müştərisi Coca-Cola Bottlers 
Ltd. və Baksell firmalarıdır. 
Alfa reklam agentliyi xarici və nəqliyyatda reklam fəaliyyəti ilə məşğul olur. 
Onun əsas müştərisi Baksel və Baktur firmalarıdır. 
Mirac-Media reklam agentliyi Azərbaycan_Böyük Britaniya müştərək reklam 
agentliyidir və 1995-ci yaradılmışdır. Bu reklam agentliyinin əsas fəaliyyəti reklam 
roliklərinin və filmlərinin çəkilişidir. AzTV dövlət telekanalında reklamın eksklüzv 
yayımı hüqüqi bu agentliyə məxsusdur.
Dizayn-büro reklam agentliyi Bakı şəhər tərtibat, reklam və dizayn idarəsinin 
əsasında yaradılmış və hal-hazırda müstəqil fəaliyyət göstərir. Bu agentlik reklam 
bazarında çox uğurla fəaliyyət göstərir və «Anadolu» və «Ramiks» restoranlar 
şəbəkəsinin, «Sabina» mağazalar şəbkəsinin və digər müəssisələrin reklamlarının 
tərtibatında və yayılmasında iştirak edir. 
1996-cı ildə yaradılmış «İntelekt-servis» reklam agentliyi marketinq tədqiqatları 
ilə məşğul olur. Ölkəmizlə yanaşı xarici ölkələrdə də yaxşı tanınır. İrlandiyanın 
«Bord Bio» firması, Finlandiyanın «Acko» və Rusiyanın «Komkon» firmaları ilə 
birgə marketinq tədqiqatları aparır.
Reklam agentliklərinin işçi heyətinin ixtisa tərkibinin təhlili göstərir ki,onun


38 
27,6%-initexnologiya üzrə mütəxəssislər, 20%-ini reklam üzrə mütəxəssislər, 18,8%-
ini rəssam-dizaynerlər, 18,3%-ini iqtisadçılar, 5,3%-ini filoloqlar və 4,7%-ini digər 
sahələr üzrə mütəxəssislər təşkil edir. Aparılmış təhlil əsasında belə nəticəyə gələ 
bilərik ki, reklam sahəsində çalışan işçilərin əksər çoxluğu bu sahədə mütəxəssis 
deyildirlər və hal-hazırda respublikamızda reklam üzrə mütəxəssislərin hazırlanması 
ən aktual problemlərdən biridir. 
Ölkəmizdə reklam agentlikləri ilə yanaşı bilavasitə reklamın həyata 
keçirilməsidə iştirak edə bilən bir marketinq institutları da mövcuddur. Bu marketinq 
instutlarının fəaliyyət sahələri və adları aşağıda göstərilən cədvəldə verilmişdir (2.3 
saylı cədvəl). 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə