Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/53
tarix14.10.2017
ölçüsü5,01 Kb.
#4639
1   2   3   4   5   6   7   8   9   ...   53

 
18 
vasitələrindən  istifadəetmə  və  təhlükəli  yerlərdən  köçürülərkən  müəyyən  olunmuş 
qaydalara uygun davranmaq bacarıqları qazanırlar. 
Fövqəladə  şəraitdə,  məsələn,  zəhərlənmə,  yanıq,  donvurma,  əzilmə,  sınıq, 
qanaxma, elektrik zədələnmələri və s. hallarda ilk tibbi yardım və qarşılıqlı yardım 
bacarıqlarına yiyələnirlər. 
 
1.3. Məzmun xətləri üzrə təlim nəticələri 
 
İbtidai təhsil səviyyəsi (I-IV) üzrə məzmun xətlərinə aid təlim nəticələri 
Təbiət və biz 
Şagird:  
Özünü təbiətin bir parçası kimi görə bilir.  

 
Təbiətı öyrənmənin əhəmiyyətini anlayır.  

 
Bilmədiklərini, yarımçıq bildiklərını və bildiklərini ayırd edir. 

 
Təbiətlə təmasda qazandığı bilik və bacarıqlardan faydalana bilir. 

 
 İnsan  bədəninin  quruluşunu  və  əsas  orqanlarının  fəaliyyətini  sadə  şəkildə 
izah edir. 

 
Yaşadığı  ərazinin  ekoloji  vəziyyətini  yaxşılaşdırmaq  məqsədilə  sadə 
layihələr hazırlayıb təqdım edir. 

 
Yaşadığı ərazinin və Azərbaycan təbiətinin sadə coğrafi təsvirini verir.  
 
Fərd və cəmiyyət  
Şagird: 

 
İnsanı sosial varllıq kimi xarakterizə edə bilir. 

 
İnsanların  fərqli  icmalarda  formalaşdığını  bilir  və  bu  fərqliliklərə  tolerant 
yanaşır. 

 
İstifadə  etdiyi  resurslara  qənaətlə  yanaşmanı  ailə  və  dövlət  büdcələrinə 
qənaətlə əlaqələndirə bilir. 

 
Birlikdə  çalışmanın  faydasın  anlayır,  müəyyən  məsələlərin  həllı  üçün 
yoldaşları ilə qrup yarada bilir. 


 
19 

 
Dövlət, onun atributları və quruluş formaları haqqında ilkin biliklərə sahib 
olduğunu nümayiş etdirir. 

 
Öz  hüquqlarını  bilir,  onlardan  istifadə  edir,  başqalarının  hüquqlarına 
hörmətlə yanaşır. 
 
 
Mənəviyyat 
 Şagird: 

 
İnsanlararası  ünsiyyət  etiketlərnə  şüurlu  şəkildə  əməl  edir,  etiketə 
zidd davranışlara tənqidi münasibət bildirir. 

 
Qazandığı mənəvi keyfiyyətləri ailədə, məktəbdə və cəmiyyətdə  öz 
hərəkət və davranışları ilə nümayiş etdirir. 

 
Dünyanın yaranması ilə bağlı əsas elmi və dini dünyagörüşləri bilir. 

 
Dinlərin  təbliğ  etdiyi  mənəvi  dəyərləri  anlayır  və  onları 
xurafatlardan ayırd edə bilir. 
 
  Sağlamlıq və təhlükəsizlik 
Şagird: 

 
Sağlamlığı  və  onun  mühafizəsi  ilə  bağlı  bəzi  məsələlərdə  məsuliyyəti  öz 
üzərinə götürür. 

 
Sağlam həyat tərzinə zidd olan zərərli vərdişləri tanıyır.  

 
Yol nişanlarından istifadə etməklə küçədə sərbəst hərəkət edir.  

 
   Həyat  fəaliyyətinin  təhlükəsizliyini  təhdid  edən  amilləri  tanıyır  və 
öyrəndiyi təhlükəsizlik qaydalarına gündəlik həyatında əməl edir.  

 
Fövqəladə  hallarda  fərdi  və  kollektiv  mühafizə  vasitələrindən  istifadə 
etməyi  bacarır. 
 
Ümumi orta təhsil səviyyəsi (V-IX) üzrə məzmun xətlərinə aid təlim nəticələri 
Təbiət və biz 
Şagird: 


 
20 

 
Cisim, maddə və hadisələrin sadə təsnifatını verir, maddələrin xassələrini 
onların daxili quruluşu ilə, təbiətdə baş verən hadisələri enerji çevrilmələri, hərəkət 
və qarşılıqlı təsirlə əlaqələndirir; 

 
Atmosferdə,  hidrosferdə  və  litosferdə  gedən prosesləri sadə şəkildə  izah 
edir,  yerdə  baş  verən  dəyişikliklərin  əksəriyyətini  hava,  torpaq  və  su 
komponentlərinin qarşılıqlı təsiri ilə əlaqələndirir; 

 
Canlıların  həyatında  irsiyyət  və  mühitin  rolunu  əsaslandırır,  insanı 
təbiətin bir  hissəsi kimi səciyyələndirir, onun sağlamlığını keçirdiyi  həyat tərzi ilə 
əlaqələndirir; 

 
İnsan  fəaliyyətinin  təbiətə  təsirini  qiymətləndirir,  ekoloji  tarazlığın 
qorunmasının  və  təbiətə  qayğı  ilə  yanaşmasının  vacibliyini  əsaslandırır,  təbiətlə 
təmasda ekoloji normalara əməl edir. 
Fərd və cəmiyyət 
Şagird: 

 
İnsanı  sosial  varlıq  kimi  səciyyələndirir  və  onun  sosial  proseslərdə 
iştirakını dəyərləndirir; 

 
Müvafiq  normativ  hüquqi  sənədlərdə  təsbit  olunmuş  insan  hüquq  və 
azadlıqlarına  dair  müddəaların  mahiyyətini  konkret  tarixi  hadisələrin,  faktların, 
ədəbi əsərlərin nümunəsində şərh edir; 

 
Gündəlik həyatda iqtisadi səmərəliliyə dair kiçik layihələr qurur və tətbiq 
edir; 

 
Vətəndaş  cəmiyyətinin  səciyyəvi  cəhətlərini  izah  edir  və  onun 
formalaşmasında öz hüquq və vəzifələrinin nədən ibarət olduğunu müəyyən edir. 
Mənəviyyat 
Şagird: 

 
Ünsiyyət mədəniyyətini nümayiş etdirir; 

 
Əxlaq və davranışlara təsir edən amilləri fərqləndirir və qiymətləndirir; 

 
Ailə,  cəmiyyət  və  vətən  qarşısında  mənəvi  borclarını  dərk  etdiyini 
nümayiş etdirir; 


 
21 

 
Kamil  insanın  formalaşmasında  dinin  rolunu  dəyərləndirir,  onun  insan 
əxlaq və davranışlarına təsiri haqqında mülahizələrini bildirir. 
Sağlamlıq  və təhlükəsizlik 
Şagird: 
 

 
Sağlam  həyat  tərzinin  insan  sağlamlığı  üçün  əhəmiyyətini 
qiymətləndirir,  gündəlik  həyatında  onun  qaydalarını  mənimsədiyini  nümayiş 
etdirir; 

 
Məişətdə  və  ictimai  yerlərdə  təhlükəsiz  davranış  qaydalarına  əməl 
etdiyini,  hər  cür  təhlükədən  və  xoşagəlməz  hallardan  qoruna  bildiyini  nümayiş 
etdirir; 

 
Təbii  və texnogen  xarakterli  fövqəladə hadisələr zamanı  insan  həyatı  və 
sağlamlığı  üçün  yarana  biləcək  təhlükəni  qiymətləndirir,  tələb  olunan  davranış 
qaydalarına əməl edir, onların nəticələrinin aradan qaldırılmasında fərdi şəkildə və 
kollektivlə birgə iştirak edir, ilk tibbi yardımı göstərir. 
 
1.4. Fəaliyyət xətləri 
Kurikulumda  fənnin  məzmunu  bacarıqlar  şəklində  ifadə  olunmuş 
standartların  köməyi  ilə  verilir.    Bacarıqlar  isə  şagirdin  müxtəlif  fəaliyyətləri 
nəticəsində  əldə  olunur  və  onların  köməyi  ilə  nümayiş  etdirilir.  Buna  görə 
standartlar  müəyyənləşdirilərkən  aşağıdakı  fəaliyyət  xətləri  ilə  əlaqəlilik  nəzərə 
alınmışdır:  

 
Mühakiməyürütmə və əsaslandırma 

 
Əlaqələndirmə 

 
Tədqiqetmə 

 
Problemin həlli 

 
Təqdimetmə 
Fəaliyyət 
xətləri 
məzmunun 
mənimsənilməsinin, 
ondan 
istifadə 
olunmasının,  fənnin  öz  daxilindəki  mövzularla  və  digər  fənlərin  mövzuları  ilə 
əlaqə  yaratmağın ən  yaxşı  yollarıdır.  Fəaliyyət xətləri  fənni bir-birilərindən təcrid 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə