Azərbaycan Respublikası Təhsil Nazirliyi


İnsan hüquqları və vətəndaşlıq



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/53
tarix14.10.2017
ölçüsü5,01 Kb.
#4639
1   2   3   4   5   6   7   8   9   ...   53

 
15 
İnsan hüquqları və vətəndaşlıq alt-xətti üzrə şagirdlər əsas insan hüquq və 
azadlıqlarını,  Azərbaycan  Respublikasının  Konstitusiyasında  və  Beynəlxalq  Uşaq 
Hüquqları  Konvensiyasında  təsbit  olunmuş  hüquq  və  vəzifələri  öyrənir,  özlərinin 
və  başqalarının  hüquqlarını  müdafiə  etmək  və  bunu  başqalarından  da  tələb  etmək 
bacarıqları qazanırlar. 
Mənəviyyat 
Bu  məzmun  xəttinin  fənnə  daxil  edilməsində  başlıca  məqsəd  məktəbin 
qarşısında  duran  ən  mühüm  vəzifələrdən  birinin–milli  və  bəşəri  dəyərlərə 
əsaslanan  tərbiyənin  daha  dolğun,  daha  sistemli  və  nəticəyönümlü  şəkildə 
mənimsədilməsidir.  
Ona  görə  də  burada  əsas  diqqət  şagirdlərin  özlərini  mənəvi  tərəfdən  kəşf 
etmələrinə,  sahib  olduqları  keyfiyyətləri  və  dəyərləri  tanımalarına,  onlarda 
xalqımızın  və  bəşəriyyətin  inkişaf  prosesində  əldə  etdiyi  yüksək  əxlaqi  dəyərlərə 
əsaslanan  yeni  davranış  və  ünsiyyət bacarıqlarının  formalaşdırılmasına  yönəldilir. 
Bunun  nəticəsində  şagirdlər  öz  mənəvi  haqq  və  vəzifələrini  dərk  edir,  onları 
reallaşdırmağın  yollarını  mənimsəyir,  tolerant,  sərbəst  düşünən,  mənsub  olduqları 
ailəyə, xalqa və dövlətə faydalı şəxsiyyətlər kimi yetişirlər.  
Bütün  bunları  reallaşdırımaq  üçün  aşağıdakı  istiqamətlərdə  bacarıq  və 
dəyərlərin formalaşdırılması nəzərdə tutulur: 

 
İnsanı  digər  varlıqlardan  fərqləndirən  əxlaqi  keyfiyyətləri,  hiss  və 
duyğuları tanıtmaq, onları  idarə etmək; 

 
İnsanlararası  münasibətlərdə  zəruri  olan  ədəb  və  davranış  qaydalarını 
mənimsəmək;  

 
Dini  dəyərləri  düzgün  dərk  etmək  və  mənəvi  keyfiyyətlərin 
formalaşmasında onlardan faydalanmaq, dinlə xurafat arasında fərqi ayırd etmək.  
Bu məzmun xətti aşağıdakı alt-xətləri əhatə edir: 

 
Ailə, məişət və cəmiyyətdə ədəb və davranış qaydaları  

 
Din. Əxlaqın formalaşmasında dinin rolu  
Ailə, məişət və cəmiyyətdə ədəb və davranış qaydaları alt-xətti vasitəsilə 
şagirlər öz varlıqlarının əsil mahiyyətini və qayəsini anlayır, mənəvi məsuliyyət və  


 
16 
vəzifələrini  tanıyır,  onları  yerinə  yetirmək  üçün  lazım  olan  bacarıq  və  dəyərlərə 
yiyələnirlər.  Onlar  müşahidə  və  müqayisələr  aparmaqla  insanın  təbiətdə  ən  üstün 
keyfiyyətlərə  sahib  varlıq  olduğunu  dərk  edir,  bütün  varlıqların  özünəməxsus 
vəzifələri yerinə yetirdiklərini qavramaqla ən məsul vəzifələrin insana  aid olduğu 
qənaətinə gəlirlər.  
Şagirdlər  həm  də  mənəvi  potensiallarından  səmərəli  istifadə  etmək,  hiss  və 
duyğularını düzgün  idarə eləmək,  milli  və bəşəri  mənəvi dəyərləri  mənimsəməklə 
ailədə,  məktəbdə  və  cəmiyyətdə  lazım  olan  üstün  ədəb,  davranış  və  ünsiyyət 
bacarıqlarına yiyələnirlər. 
Din. Əxlaqın formalaşmasında dinin rolu alt-xətti üzrə şagirdlər İslam və 
digər  dünya  dinlərinə  aid  dəyərləri,  onların  ortaq  və  fərqli  cəhətlərini,  dinlərin 
əxlaqa  təsirini  öyrənir,  insanın  mənəvi  gücünün  mənbələrini  aşkar  edir,  onlardan 
düzgün  istifadə  etmək  vərdişlərinə  yiyələnirlər.  Onlar  dinlə  xurafat  arasındakı 
fərqləri  ayırd  edir,  dindən  müxtəlif  məqsədlər  üçün  istifadə  oluna  biləcəyini  və 
belə təmayüllərdən uzaq durmağı öyrənirlər. 
Sağlamlıq  və təhlükəsizlik 
XX  əsrdə  başlamış  və  getdikcə  sürətlənməkdə  olan  elmi-texniki  inkişaf  
insanlar  üçün  rifah  və  rahatlıq  gətirməklə  yanaşı,  həm  də  təhlükə  mənbəyinə 
çevrilməkdədir.  Artıq  texnogen  xarakterli  qəzalar  ekoloji  tarazlığı  yalnız  regional 
deyil, həm də qlobal miqyasda pozmaqdadır. Bu isə yoluxucu xəstəliklərin artması 
və  təbii  fəlakətlərin  intensivləşməsi  ilə  müşayiət  olunur.  Ona  görə  də  şagirdlərin 
hələ  ibtidai  məktəb  səviyyəsindən  başlayaraq  öz  sağlamlıqları  və  təhlükəsizlikləri 
ilə bağlı bilik və bacarıqlara sistemli şəkildə yiyələnməsi zəruri həyati tələbat kimi 
meydana çıxır.  
Bu  məzmun  xətti  sağlamlığı  təmin  edən  və  ona  təhlükə  törədən  amillər 
barədə  biliklərin  əldə  olunmasını,  bacarıqların  formalaşdırılmasını  təmin  etməyə 
xidmət edir. Bununla da sağlamlıq xəstəliklərin və fiziki qüsurların olmaması kimi 
yox, həm də fiziki, mənəvi və sosial rifahın əsası kimi dərk olunmalıdır. 
Hər  bir  şagird  fövqəladə  və  təhlükəli  hadisələr  zamanı  düzgün  davranmağı, 
özünü  və  yaxınlarını  mühafizə  etməyi  bacarmalıdır.  Ona  görə  də  bu  məzmun 


 
17 
xəttində  diqqət  yetirilən  əsas  məsələlərdən  biri  də  şagirdlərin  öz  həyat  və 
fəaliyyətində  təhlükəsizlik  məsələlərinin  rolunu  dərk  etmələri,  bu  problemlə 
üzləşdikdə  onu  şəxsi  və  cəmiyyət  mənafeyinə  uyğun  şəkildə  həll  etməyi 
bacarmalıdırlar. 
Bu məzmun xətti aşağıdakı alt-xətləri əhatə edir: 

 
Sağlam həyat tərzi 

 
Həyat fəaliyyətinin təhlükəsizliyi 

 
Fövqəladə hallarda mühafizə  
Sağlam həyat tərzi alt-xətti üzrə bilik və bacarıqlara yiyələnməklə şagirdlər 
sanitar,  gigiyenik  qaydalara  əməl  edən,  hər  cür  zərərli  vərdişlərdən  (siqaret 
çəkmək,  alkoqol  və  narkotik  maddələrdən  istifadə)  uzaqlaşmağı,  lazım  gəldikdə 
özünə  və  yoldaşlarına  yardım  etməyi  bacaran  fərdlər  kimi  formalaşırlar.  Onlar 
reproduktiv  sağlamlığın  qorunması  yollarını  mənimsəyir,  həm  öz  sağlamlıqları, 
həm  də  gələcək  nəslin  sağlamlığı  üçün  məsuliyyəti  öz  üzərlərinə  götürmə 
bacarıqlarına yiyələnirlər. 
Şagirdlər  müxtəlif  parazitar  infeksion    və  digər  yoluxucu  xəstəliklərdən 
qorunma  vərdişləri  qazanır,  insanda  immunodefisit  virusu  (İİV)  vasitəsilə  törənən 
QİÇS  (qazanılmış  immun  çatışmazlığı  sindromu)  xəstəliyi  barədə  bilgilər  alır, 
ondan qorunma yollarını öyrənirlər.  
Həyat fəaliyyətinin təhlükəsizliyi alt-xətti vasitəsilə şagirdlər evdə, küçədə, 
məktəbdə,  ictimai  yerlərdə,  çöldə  təhlükəsiz  davranış  qaydaları  barədə  bilgilər 
qazanır, təhlükələrdən və xoşagəlməz hallardan qorunma bacarığına yiyələnirlər.  
Onlar  bütün  növ  minaların  və  partlamamış  hərbi  sursatların  insan  həyatı 
üçün təhlükəsini və bu təhlükə ilə üzləşdikdə nə etmək lazım olduğunu öyrənirlər. 
Fövqəladə  hallarda  mühafizə  alt-xətti  vasitəsilə  şagirdlər  regionda 
(rayonda)  ən  cox  ehtimal  olunan,  yaxud  baş  verən  təbii  fəlakətlərin,  güclü 
istehsalat  qəzalarının  səciyyəvi  xüsusiyyətləri,  habelə  yaxınlıqdakı  müəssisələrdə 
işlədilən  təhlükəli  kimyəvi  maddələrin  növləri  və  zədələyici  xassələri  barədə 
biliklərə  yiyələnir,  belə  qəzalar  və  fəlakətlər  zamanı  özünü  qoruma,  mühafizə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə