Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/53
tarix14.10.2017
ölçüsü5,01 Kb.
#4639
1   ...   5   6   7   8   9   10   11   12   ...   53

 
29 
4.2.4.  Nəqliyyat  vasitələrində  (lift,  eskalator,  avtomobil,  avtobus,  qatar) 
təhlükəsizlik  qaydalarını  (minmək,  düşmək,  pəncərədən  boylanmamaq,  qolunu 
çıxarmamaq, sallanmamaq) izah edir. 
4.3.  Fövqəladə  hallar  barəsində  ilkin  təsəvvürlərə  malik  olduğunu  nümayiş 
etdirir. 
4.3.1. Fövqəladə halları əlamətlərinə görə (təbii, texnogen) fərqləndirir. 
4.3.2. Qəzalardan mühafizə vasitələrini təyinatına görə izah edir. 
4.3.3.  Yerli  şəraitə  uyğun  süni  yaradılmış  ekstremal  vəziyyətlərdə  (zəlzələ, 
subasma,  yanğın,  partlayış  təhlükəsi  zamanı  həyəcan  siqnalı)  özünümühafizə 
bacarıqları nümayiş etdirir. 
III sinif 
  
III sinfin sonunda şagird: 
• 
varlıq  və  hadisələr  arasındakı  əlaqələri  şərh  edir,  maddələrin  və  hadisələrin 
təbiətini öyrənmək üçün kiçik təcrübələr aparır və nəticələri izah edir; 
• 
coğrafi obyektləri əlamətlərinə görə fərqləndirir; 
• 
sadə əşyaların və evinin planını çəkir; 
• 
canlılar arasındakı əlaqəni, ətraf aləmin dərk edilməsində duyğu orqanlarının 
rolunu izah edir; 
• 
ətraf mühitin sağlamlaşdırılmasında bitki örtüyünün rolunu izah edir; 
• 
təbiətimizin qorunmasında Azərbaycan dövlətinin rolunu izah edir; 
• 
“cəmiyyət” anlayışı və onun tərkibi barədə fikirlərini şərh edir; 
• 
mövcud  resurslardan  (ərzaq,  su,  qaz,  elektrik  enerjisi)  qənaətlə  istifadə, 
“gəlir”, “xərc” və “ailə büdcəsi” anlayışları barədə fikirlərini şərh edir; 

 
 Azərbaycanın  dövlət rəmzlərini tanıdığını nümayiş etdirir; 
• 
“qayda” və “qanun” anlayışlarının fərqini izah edir; 
• 
uşaq hüquqları haqqında müvafiq sənədləri sadalayır; 
• 
ünsiyyət zamanı nəzakət qaydalarına əməl edir; 
• 
digər xalqların ünsiyyət qaydalarına tolerant yanaşır; 
• 
mənəviyyata zidd xüsusiyyətlərə münasibət bildirir; 


 
30 
• 
müxtəlif  dinlərin  peyğəmbərlərini  və  səmavi  kitablarını  tanıyır,  dinlərin 
təbliğ etdiyi dəyərləri şərh edir; 
• 
mənəvi  borc  haqqında  biliklərini  həyat  təcrübəsi  incəsənət  əsərləri  əsasında 
şərh edir; 
• 
 sağlam  həyat  tərzinə  zidd  olan  vərdişlərin,  mövsümə  görə  yayılan 
xəstəliklərdən qorunma yollarını şərh edir; 
• 
məişətdə  istifadə  olunan  qaz,  elektrik  avadanlıqlarından  vaxtı  ötmüş  qida 
məhsullarından istifadənin təhlükəli olması barədə fikirlərini şərh edir; 
• 
nəqliyyat  vasitələrindən təhlükəsizlik qaydaları barədə bilik  və bacarıqlarını 
nümayiş etdirir; 
• 
fövqəladə  halları  səciyyəvi  xüsusiyyətlərinə  görə  izah  edir  və  qəzalardan 
mühafizə qaydalarını bilir. 
  
  
Məzmun xətləri üzrə əsas və alt-standartlar 
1. Təbiət və biz 
1.1.  Müşahidə  etdiyi  varlıqların  və  təbiət  hadisələrinin  mahiyyətini  anladığını 
nümayiş etdirir. 
1.1.1. Varlıqlar, hadisələr arasındakı əlaqələri sadə formada şərh edir.  
1.1.2. Maddələrin və hadisələrin təbiətini öyrənmək üçün kiçik təcrübələr aparır və 
nəticələri izah edir. 
1.1.3. “Zaman”, “məkan” və “hərəkət” anlayışlarını sadə şəkildə izah edir. 
1.2. Sadə coğrafi bilik və bacarıqlara malik olduğunu nümayiş etdirir. 
1.2.1.  Coğrafi  obyektləri  (dəniz,  okean,  ada,  materik)  əlamətlərinə  görə 
fərqləndirir. 
1.2.2. Azərbaycanın sadə coğrafi təsvirini verir. 
1.2.3. Sadə əşyaların və evinin planını çəkir. 
1.3. Canlılar aləmi haqqında təsəvvürlərə malik olduğunu nümayiş etdirir. 
1.3.1. Bitkiləri və heyvanları səciyyəvi əlamətlərinə görə qruplaşdırır. 
1.3.2. Canlılar arasındakı əlaqəni izah edir. 


 
31 
1.3.3. Ətraf aləmin dərk edilməsində duyğu orqanlarının rolunu izah edir. 
1.4. Ekoloji bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir. 
1.4.1. Ətraf mühitin sağlamlaşdırılmasında bitki örtüyünün rolunu şərh edir. 
1.4.2. Təbiətimizin qorunmasında Azərbaycan dövlətinin rolunu izah edir.   
  
2. Fərd və cəmiyyət 
Şagird: 
2.1. İnsanı sosial varlıq kimi dərk etdiyini nümayiş etdirir. 
2.1.1. Fərd-ailə və fərd-kollektiv münasibətlərini şərh edir.  
2.1.2. “Cəmiyyət” anlayışı haqqında təsəvvürlərini ifadə edir.  
2.1.3. Cəmiyyətin tərkibi (ailə, kollektiv) barədə biliklərini sadə şəkildə şərh edir. 
2.2. Sadə iqtisadi bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir. 
2.2.1.  Mövcud  resurslardan  (ərzaq,  su,  qaz,  elektrik  enerjisi)  qənaətlə  istifadə 
barədə fikirlərini ifadə edir. 
2.2.2. “Gəlir” və “xərc”, ailə büdcəsi

anlayışlarını sadə şəkildə  izah edir. 
 
2.2.3. Digər dövlətlərin pul nişanlarını tanıyır. 
2.3. Dövlət  rəmzlərini tanıdığını  nümayiş etdirir. 
2.3.1. Verilmiş əlamətlərə uyğun olaraq Azərbaycan dövlətini təsvir edir. 
2.4. Hüquqi mədəniyyətə malik olduğunu nümayiş etdirir. 
2.4.1. “Qayda” və “qanun” anlayışlarının fərqini sadə şəkildə izah edir.   
2.4.2. Uşaq hüquqları haqqında müvafiq sənədləri (Uşaq Hüquqları Konvensiyası, 
Uşaq  Hüquqları  Bəyannaməsi,  Uşaq  Hüquqları  haqqında  Azərbaycan  Qanunu) 
sadalayır. 
  
3. Mənəviyyat 
Şagird: 
3.1. Ünsiyyət mədəniyyəti haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir. 
3.1.1.  Ünsiyyət  zamanı  nəzakət  qaydalarına  (müsahibini  sonadək  dinləmək,  sözü 
kəsməmək, müsahibinə təşəkkür etmək) əməl edir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə