Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/53
tarix14.10.2017
ölçüsü5,01 Kb.
#4639
1   ...   4   5   6   7   8   9   10   11   ...   53

 
26 

 
ətraf mühiti çirkləndirən mənbələri şərh edir; 

 
“fərd”,  “ailə”  və”  kollektiv”  anlayışlarını,  özünün  ailədə  və 
kollektivdəki vəzifələrini şərh edir; 

 
şəxsi büdcəsini tərtib edir və  müvafiq hesablamalar aparır; 

 
dövlətin əlamətlərini tanıdığını nümayiş etdirir; 

 
məktəbdaxili nizam-intizam qaydalarını izah edir; 

 
özünün və yoldaşlarının hüquqlarını bilir; 

 
insanlararası  ünsiyyət  etiketlərinə  dair  bilik  və  bacarıqlarını  nümayiş 
etdirir; 

 
şəxsiyyəti formalaşdıran mənəvi keyfiyyətlərə münasibət bildirir; 

 
mənəviyyatın formalaşmasında dinin rolunu izah edir; 

 
müxtəlif dinlərin  ümumi cəhətlərini şərh edir; 

 
insanlara qayğı göstərməyin mənəvi borc olması barədə fikirlərini şərh 
edir; 

 
mənəvi borc haqqında təsəvvürlərə malik olduğunu nümayiş etdirir; 

 
sağlam həyat tərzi və yoluxucu xəstəliklər barədə fikirlərini şərh edir; 

 
məişətdə  və  ətraf  mühitdə  insan  sağlamlığı  üçün  zəruri  olan 
təhlükəsizlik qaydalarını izah edir; 

 
təbii və texnogen qəzalardan mühafizə vasitələrini bilir. 
 
 
Məzmun xətləri üzrə əsas və alt-standartlar 
1. Təbiət və biz 
Şagird: 
 
1.1. Müşahidə etdiyi varlıqların və təbiət hadisələrinin mahiyyətini anladığını 
nümayiş etdirir. 
1.1.1. Varlıqları, hadisələri xarakterik əlamətlərinə görə qruplaşdırır. 
1.1.2. Varlıq və hadisələri öyrənmək üçün müvafiq avadanlıqlardan sərbəst istifadə 
edir. 
1.1.3. Suyun təbiətdə dövranını sadə şəkildə təsvir edir.  
1.2. Sadə coğrafi bilik və bacarıqlara malik olduğunu nümayiş etdirir. 
1.2.1. Coğrafi obyektlərin (dağ, təpə, dərə, düzənlik, çay, göl) yaranma səbəblərini 
izah edir. 
1.2.2. Üfüqün cəhətlərini təyin edir. 
 
1.3. Canlılar aləmi haqqında təsəvvürlərə malik olduğunu nümayiş etdirir. 


 
27 
1.3.1. Canlılar aləminə aid olan varlıqları (bitki, heyvan, insan) təsvir edir. 
1.3.2. Tanıdığı canlıları spesifik xüsusiyyətlərinə görə fərqləndirir. 
1.4. Ekoloji bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir. 
1.4.1. Ətraf mühiti çirkləndirən mənbələri ayırd edir. 
1.4.2. Təqdim olunmuş materiallarda ətraf mühitə münasibəti  qiymətlən-dirir. 
 
2. Fərd və cəmiyyət 
Şagird: 
2.1. İnsanı sosial varlıq kimi dərk etdiyini nümayiş etdirir. 
2.1.1.” Fərd”, “ailə” və” kollektiv” anlayışlarını fərqləndirir. 
2.1.2.  Özünün  və  yoldaşlarının    kollektiv  daxilindəki  fəaliyyətinə  münasibət 
bildirir. 
2.1.3. Ailədə və kollektivdə vəzifələrin əhəmiyyətini izah edir. 
2.2. Sadə iqtisadi bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir. 
2.2.1.  Gün  rejiminin  nümunəsində  vaxtdan  səmərəli  istifadə  etdiyini  nümayiş 
etdirir. 
2.2.2. Verilmiş şərtlərə uyğun şəxsi büdcəsini tərtib edir. 
2.2.3. Milli pulla müvafiq hesablamalar aparır. 
2.3. Dövlət  rəmzlərini tanıdığını  nümayiş etdirir. 
2.3.1. Dövlətin əlamətlərini (ərazi, ordu, milli pul, rəhbər, paytaxt) tanıyır. 
2.4. Hüquqi mədəniyyətə malik olduğunu nümayiş etdirir. 
2.4.1.  Məktəbin  daxili  nizam-intizam  qaydalarının  mahiyyətini  sadə  formada  izah 
edir. 
2.4.2.  Özünün  və  yoldaşlarının  hüquqlarının  pozulması  hallarına  münasibət 
bildirir. 
  
3. Mənəviyyat 
Şagird: 
3.1. Ünsiyyət mədəniyyəti haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir. 


 
28 
3.1.1.  İnsanlararası  ünsiyyət  etiketlərinə  (yoldaşını  təqdim  etmək,  hal-əhval 
tutmaq,  təbrik etmək, kömək təklif etmək) əməl edir. 
3.1.2. Etiketdənkənar davranışlara tənqidi münasibət bildirir. 
3.2. İnsan mənəviyyatını şərtləndirən amilləri anladığını nümayiş etdirir. 
3.2.1.  Şəxsiyyəti  formalaşdıran  mənəvi  keyfiyyətləri  (mərhəmət,  ailəyə  və  vətənə 
məhəbbət, düşmənə nifrət, səhvini etiraf etmək) şərh edir. 
3.2.2. Mənəviyyata zidd xüsusiyyətlərə (kin, nifrət, laqeydlik) münasibət bildirir. 
3.3. Mənəviyyatın formalaşmasında dinin rolunu anladığını nümayiş etdirir. 
3.3.1. Nümunələr əsasında müxtəlif dinlərin mövcudluğunu izah edir. 
3.3.2. Dinlərin ümumi cəhətlərini izah edir. 
3.4. Mənəvi borc haqqında təsəvvürlərə malik olduğunu nümayiş etdirir. 
3.4.1.  Mənəvi  borc  (dəstək  olmaq,  mərhəmət,  şəfqət  və  yardım    göstərmək) 
haqqında biliklərini izah edir. 
  
4. Sağlamlıq və təhlükəsizlik 
Şagird: 
4.1. Sağlamlığın mühafizəsi və sağlam həyat tərzi haqqında bilik və bacarıqlara 
malik olduğunu nümayiş etdirir. 
4.1.1. Sağlam həyat tərzi haqqında mülahizələrini şərh edir. 
4.1.2. Yoluxucu xəstəliklərdən (qrip, angina) qorunma yollarını sadə formada şərh 
edir. 
4.2.  Həyat  və  sağlamlıq  üçün  təhlükə  törədən  mənbə  və  obyektləri  tanıyır  və 
nəzərə alır. 
4.2.1.  Məişətdə  istifadə  olunan  qaz  və  elektrik  avadanlıqlarının,  habelə  alışdırıcı, 
deşici  və  kəsici  alətlərin  hansı  hallarda  təhlükə  mənbəyinə  çevrildiyini  sadə 
formada təsvir edir. 
4.2.2. Ətrafda həyat üçün təhlükəli olan yer və obyektləri  (gəzinti qadağan olunan 
yerlər, elektrik və qaz qurğuları) sadalayır. 
4.2.3.  Zəruri  yol  hərəkət  qaydalarını  (piyada  keçid  nişanları  olan  və  olmayan 
yerlərdə) izah edir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə