Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/53
tarix14.10.2017
ölçüsü5,01 Kb.
#4639
1   2   3   4   5   6   7   8   9   10   ...   53

 
22 
olunmuş  bilik  və  bacarıqlar  toplusu  kimi  yox,  bütöv  bir  tam  kimi  başa  düşməyə  
kömək göstərir.  
 
1.5. Məzmun standartları 
 
I sinif 
   
I sinfin sonunda şagird: 
•  müşahidə etdiyi varlıqların və təbiət hadisələrinin mahiyyətini anladığını 
nümayiş etdirir; 
•  sadə coğrafi bilik və bacarıqlara malik olduğunu nümayiş etdirir; 
•  canlılar aləmi haqqında təsəvvürlərə malik olduğunu nümayiş etdirir; 
•  ekoloji bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir; 
•  insanı sosial varlıq kimi dərk etdiyini nümayiş etdirir; 
•  sadə iqtisadi bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir; 
•  dövlət  rəmzlərini tanıdığını nümayiş etdirir; 
•  hüquqi mədəniyyətə malik olduğunu nümayiş etdirir;  
•  ünsiyyət  mədəniyyəti  haqqında  təsəvvürə  malik  olduğunu  nümayiş 
etdirir; 
•  insan mənəviyyatını şərtləndirən amilləri anladığını nümayiş etdirir; 
•  mənəviyyatın formalaşmasında dinin rolunu anladığını nümayiş etdirir;  
•  mənəvi borc haqqında təsəvvürlərə malik olduğunu nümayiş etdirir; 
•  sağlamlığın  mühafizəsi  və  sağlam  həyat  tərzi  haqqında  bilik  və 
bacarıqlara malik olduğunu nümayiş etdirir; 
•  həyat  və  sağlamlıq  üçün  təhlükə  törədən  mənbələrə  dair  bilik  və 
bacarıqlar nümayiş etdirir; 
•  fövqəladə  hallar  barəsində  ilkin  təsəvvürlərə  malik  olduğunu  nümayiş 
etdirir. 
  
Məzmun xətləri üzrə əsas və alt-standartlar 


 
23 
1. Təbiət və biz 
Şagird: 
1.1.  Müşahidə  etdiyi  varlıqların  və  təbiət  hadisələrinin  mahiyyətini 
anladığını nümayiş etdirir. 
1.1.1. Varlıqları, hadisələri sadə şəkildə təsvir edir. 
1.1.2. Varlıqları, hadisələri xarakterik əlamətlərinə görə fərqləndirir. 
1.2. Sadə coğrafi bilik və bacarıqlara malik olduğunu nümayiş etdirir. 
1.2.1.  Coğrafi  obyektləri  (dağ,  təpə,  dərə,  düzənlik,  çay,  göl)  əlamətlərinə 
görə fərqləndirir. 
1.2.2. Yaşadığı ərazinin sadə coğrafi təsvirini verir. 
1.3. Canlılar aləmi haqqında təsəvvürlərə malik olduğunu nümayiş etdirir. 
1.3.1. Canlılar aləminə aid olan varlıqları (bitki, heyvan, insan) tanıyır. 
1.3.2. Canlıların yaşamasını şərtləndirən amilləri sadalayır. 
1.4. Ekoloji bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir. 
1.4.1.  Ətraf  mühitin  (evin,  sinifin,  həyətin,  havanın,  suyun)  təmiz 
saxlanmasının vacibliyini sadə şəkildə şərh edir. 
  
2. Fərd və cəmiyyət 
Şagird: 
2.1. İnsanı sosial varlıq kimi dərk etdiyini nümayiş etdirir. 
2.1.1. “Fərd”, “ailə” və “kollektiv” anlayışları barədə təsəvvürlərini bildirir. 
2.1.2. Birgə fəaliyyətin faydasını nümunələr əsasında izah edir.  
2.1.3. Ailədə və kollektivdə üzərinə düşən vəzifələri sadalayır. 
2.2. Sadə iqtisadi bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir. 
2.2.1. Gün rejimi haqqında təsəvvürlərini sadə şəkildə ifadə edir. 
2.2.2. “Büdcə” anlayışını sadə şəkildə izah edir. 
2.2.3. Azərbaycan Respublikasının pul nişanlarını tanıyır. 
2.3. Dövlət  rəmzlərini tanıdığını  nümayiş etdirir. 
2.3.1. Azərbaycan Respublikasının Dövlət rəmzlərini sadə şəkildə izah edir. 
2.4. Hüquqi mədəniyyətə malik olduğunu nümayiş etdirir. 


 
24 
2.4.1. Məktəbin daxili nizam-intizam qaydalarını sadalayır. 
2.4.2. Şagird hüquqlarını sadalayır. 
  
3. Mənəviyyat 
Şagird: 
3.1.  Ünsiyyət  mədəniyyəti  haqqında  təsəvvürə  malik  olduğunu  nümayiş 
etdirir. 
3.1.1.  İnsanlararası  ünsiyyət  etiketlərinə  (salamlaşmaq,  özünütəqdim, 
müraciət, müraciətə cavab, xudahafizləşmək) əməl edir. 
3.1.2. Etiketdənkənar davranışları fərqləndirir. 
3.2. İnsan mənəviyyatını şərtləndirən amilləri anladığını nümayiş etdirir. 
3.2.1.  Şəxsiyyəti  formalaşdıran  mənəvi  keyfiyyətləri  (düzlük,  doğruçuluq, 
çalışqanlıq, səmimilik) sadə şəkildə şərh edir. 
3.2.2.  Mənəviyyata  zidd  xüsusiyyətlərə  (yalançılıq,  paxıllıq,  xəbərçilik) 
münasibət bildirir. 
3.3.  Mənəviyyatın  formalaşmasında  dinin  rolunu  anladığını  nümayiş 
etdirir. 
3.3.1. Təsvirlərdə dini rəmzləri (ibadətgahlar, nişanlar, dini kitablar, əşyalar) 
fərqləndirir. 
3.3.2. Dinlər haqqında ilkin təsəvvürlərini sadə şəkildə izah edir. 
3.4. Mənəvi borc haqqında təsəvvürlərə malik olduğunu nümayiş etdirir. 
3.4.1.  Mənəvi  borc  (böyüklərə  hörmət,  kiçiklərə  və  xəstələrə  qayğı) 
haqqında təsəvvürlərini ifadə edir. 
  
4. Sağlamlıq və təhlükəsizlik 
Şagird: 
4.1.  Sağlamlığın  mühafizəsi  və  sağlam  həyat  tərzi  haqqında  bilik  və 
bacarıqlara malik olduğunu nümayiş etdirir. 
4.1.1. Sağlam həyat tərzinin şərtlərini (təmizkarlıq, düzgün qidalanma, yuxu 
və istirahət) sadalayır. 


 
25 
4.1.2.  Hava    durumuna  uyğun  geyim  seçiminin  əhəmiyyətini  sadə  formada 
əsaslandırır. 
4.2.  Həyat  və  sağlamlıq  üçün  təhlükə  törədən  mənbələrə  dair  bilik  və 
bacarıqlar nümayiş etdirir. 
4.2.1.  Həyat  və  sağlamlıq  üçün  təhlükə  törədə  bilən  məişət  alət  və 
avadanlıqlarını  (elektrik    və  qaz  cihazları,  alışdırıcı,  kəsici  və  deşici  alətlər) 
sadalayır. 
4.2.2.  Ətrafdakı  şübhəli  əşyalara  toxunmağın  və  tanımadığı  insanlarla 
ünsiyyətin təhlükəsini izah edir. 
4.2.3.  Sadə  yol  hərəkət  qaydalarını  (səki  və  yolun  kənarı  ilə  hərəkət  etmək, 
svetoforun işarələrinə əməl etmək) sadalayır. 
4.2.4. Nəqliyyat vasitələrini (lift, eskalator, avtomobil, avtobus, qatar, gəmi, 
təyyarə) tanıyır. 
4.3.  Fövqəladə  hallar  barəsində  ilkin  təsəvvürlərə  malik  olduğunu 
nümayiş etdirir. 
4.3.1.  Təbii  fövqəladə  hadisələri  (daşqın,  subasma,  qasırğa,  ildırım,  zəlzələ, 
torpaq  sürüşməsi,  qar  uçqunu)  və  texnogen  qəzaları  (partlayış,  yanğın,  böyük 
nəqliyyat qəzası, ətraf mühitin zəhərli maddələrlə çirklənməsi) təsvirlərdə tanıyır. 
4.3.2.  Mülki-müdafiə  siqnallarını  və  qəzalardan  mühafizə  vasitələrini 
(əleyhqaz, respirator, yanğınsöndürmə balonu, su, qum) tanıyır. 
4.3.3.  Yerli  şəraitə  uyğun  süni  yaradılmış  ekstremal  vəziyyətlərdə  su,  qum, 
respiratordan istifadə bacarıqları nümayiş etdirir. 
  
II sinif 
 
II sinfin sonunda şagird: 
 

 
varlıq və hadisələri xarakterik əlamətlərinə görə qruplaşdırır və müvafiq 
avadanlıqlardan sərbəst istifadə edir; 

 
coğrafi  obyektlərin  (dağ,  təpə,  dərə,  düzənlik,  çay,  göl)  yaranma 
səbəblərini izah edir; 

 
canlılar  aləminə  aid  olan  varlıqları  spesifik  xüsusiyyətlərinə  görə 
fərqləndirir; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə