Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/53
tarix14.10.2017
ölçüsü5,01 Kb.
#4639
1   2   3   4   5   6   7   8   9   ...   53

 
12 
Bu məzmun xətti aşağıdakı alt-xətləri əhatə edir: 

 
Cisim, maddə və hadisələrin müxtəlifliyi 

 
Yerin təbəqələri və onlarda gedən proseslər 

 
Canlılar aləmi 

 
Ekologiya 
Cisim,  maddə  və  hadisələrin  müxtəlifliyi  alt-xətti  fizika,  kimya  və 
astronomiyanın  elementlərindən  inteqrasiya
 
olunmaqla,  bu  fənlərin  sistemli 
tədrisinə  zəmin  hazırlayır.    Şagirdlər  onun  köməyi  ilə  müxtəlif  cisim,  maddə  və 
hadisələri  bir-birindən  fərqləndirməyi,  maddələrin  fiziki  və  kimyəvi  xassələrini, 
onların  daxili  quruluşunu,  müşahidə  etdikləri  hadisələri  -  gecə  və  gündüzün  bir-
birini  əvəzləməsi,  fəsillərin  əmələ  gəlməsi,  günəş  və  ay  tutulmaları,  müxtəlif 
mexaniki, istilik, elektromaqnit və işıq hadisələrini hərəkət, qarşılıqlı təsir və enerji 
çevrilmələri ilə əlaqələndirməyi öyrənirlər. 
Yerin təbəqələri və onlarda gedən proseslər alt-xəttində şagirdlər müxtəlif 
üsullardan  istifadə  etməklə  üfüqün  cəhətlərini  və  lazım  olan  səmti  təyin  etməyi, 
qlobusdan,  xəritədən,  məhəlli  planından  istifadə  etməyi,  doğma  diyarın  təbii 
xüsusiyyətlərini  təsvir  etməyi,  böyük  coğrafi  obyektləri  (materiklər,  okeanlar, 
dənizlər,  göllər,  çaylar,  dağlar,  düzənliklər)  və  əsas  təbii  zonaları  fiziki  xəritədə 
göstərməyi,  atmosfer  və  iqlim  hadisələrini,  Yerin  daxili  quruluşunu,  relyef 
əmələgəlmə  və  torpaqda  gedən  prosesləri  izah  etməyi  öyrənirlər.  Məzmunun  bu 
bölməsi coğrafiya fənninin tədrisi üçün zəmin yaradır. 
Canlılar  aləmi  alt-xətti  üzrə  bitkilər  və  heyvanlar  aləminin,  göbələklər  və 
mikroorqanizmlərin  müxtəlifliyi,  əsas  xüsusiyyətləri,  canlıların  bir-biri  ilə 
qarşılıqlı əlaqəsi və onların həyatında irsiyyət və mühitin rolu, insan orqanizminin 
quruluşu,  onun  əsas  orqanları  və  orqanlar  sisteminin  funksiyaları,  insan 
sağlamlığının  qorunub  saxlanması  və  möhkəmləndirilməsi  barədə  bilik  və 
bacarıqların  mənimsənilməsi  təmin  olunur.  Bu  bölmə  həm  də  biologiya  fənninin 
öyrənilməsinə zəmin  hazırlanır
Ekologiya  alt-xəttinin  köməyi  ilə  şagirdlər  ekologiyanı  canlı  varlıqlarla 
onları  əhatə  edən  mühit,  insanla  təbiət  arasında  əlaqələr  haqqında  elm  kimi 


 
13 
xarakterizə  etməyi,  insan  fəaliyyətinin  təbiətə  təsirlərini  qiymətləndirməyi, 
müxtəlif  səviyyəli  ekosistemlərdə  və  bütövlükdə  planetimizdə  ekoloji  tarazlığın 
qorunmasının  vacibliyini,  yerli  və  qlobal  ekoloji  problemlərin  həlli  yollarını  izah 
etməyi  öyrənirlər.  Onlarda  təbiətə  sevgi  və  qayğı  ilə  yanaşmaq,  təbiətlə  təmasdan 
həzz almaq kimi keyfiyyətlər formalaşır. 
Bu  alt  xətlər  üzrə  bilik  və  bacarıqlar  bir-birilə  əlaqəli  şəkildə  mənimsənilir 
və  bütövlükdə  şagirddə  təbii-elmi  dünyagörüşünün,  təbiətə  qarşı  müsbət 
emosional-dəyər münasibətlərinin, gündəlik həyatda lazım olan funksional bilik və 
bacarıqlar sisteminin formalaşmasına xidmət edir.  
Fərd və cəmiyyət 
İnsan  həyatı  sanki  iki qütblü  mühitdə  keçir:  bir  tərəfdə  onun  şəxsi  ehtiyac, 
hiss, duyğu və maraqları, digər tərəfdə isə üzvü olduğu cəmiyyətin maraqları, onun 
iqtisadi,  sosial  və  siyasi  həyatı.  Bu  qütblər  daima  bir-birinə  təsir  göstərir,  insanın 
və  cəmiyyətin  inkişaf  istiqamətlərini  müəyyənləşdirir.  Həmin  münasibətlər 
daxilində  insanlar,  bir  tərəfdən,  yaşadıqları  mühitə  -  cəmiyyətə  təsir  göstərir,  onu 
dəyişdirir,  digər  tərəfdən  də  özləri  dəyişir  və  cəmiyyətləri  ilə  birlikdə  inkişaf 
edirlər.   
İnsanın özünü bir sosial varlıq olaraq reallaşdırması, bir tərəfdən, onun şəxsi 
keyfiyyətləri,  əldə  etdiyi  bilik,  bacarıq  və  dəyərlərlə  bağlıdırsa,  digər  tərəfdən  də 
yaşadığı və fəaliyyət göstərdiyi  mühitdən - ailə, kollektiv və cəmiyyətdən asılıdır. 
İnsan-cəmiyyət  münasibətləri  isə  zaman  keçdikcə  daha  da  genişlənir  və 
mürəkkəbləşir.  Ona  görə  də  şagirdlərin  gələcək  cəmiyyətə  hərtərəfli  hazırlanması 
prosesində  onlara  insan-cəmiyyət  münasibətlərinin  düzgün  aşılanması  mühüm 
əhəmiyyət kəsb edir.  
“Fərd  və  cəmiyyət”  məzmun  xəttinin  müəyyənləşdirilməsində  də  başlıca 
məqsəd  məhz  şagirdlərin  özlərini  sosial  varlıq  kimi  dərk  etmələrinə,  cəmiyyətə 
adaptasiya  üçün  lazım  olacaq  zəruri  bilik,  bacarıq  və  dəyərlərə  yiyələnmələrinə 
kömək  göstərməkdən  ibarətdir.  Şagirdlər  bu  xəttin  köməyi  ilə  insan-insan,  insan-
ailə,  insan-cəmiyyət  və  insan-dövlət  münasibətlərini,  cəmiyyətdə  gedən  iqtisadi, 


 
14 
sosial,  siyasi  və  hüquqi  prosesləri  öyrənir  və  onlardan  düzgün  faydalanma 
bacarıqlarına yiyələnirlər.  
Bu  məzmun  xətti    üzrə  bilik  və  bacarıqlar  şagirdin  ailəsini,  xalqını  və 
Vətənini  sevən,  onların  inkişafı  və  rifahı  üçün  nə  edə  biləcəyini  müəyyənləşdirən 
demokratik düşüncəli şəxsiyyət kimi formalaşmasına yardım edir. 
Məzmun xətti aşağıdakı alt-xətləri əhatə edir: 

 
Fərd, ailə, cəmiyyət və dövlət 

 
Cəmiyyətin sosial-iqtisadi həyatı 

 
İnsan hüquqları və vətəndaşlıq  
Fərd,  ailə,  cəmiyyət  və  dövlət  alt-xətti  üzrə  məzmunun  vasitəsilə şagirdlər 
insanı 
digər 
canlılardan 
fərqləndirməyin, 
onu 
sosial 
varlıq 
kimi 
səciyyələndirməyin,  öz  tarixi  köklərini  təsvir  etməyin,  yaşadığı  mühiti  bilik, 
bacarıq  və  zəhmət  əsasında  dəyişdirməyin  mümkünlüyünü  dərk  edir,  qruplarda 
birgə işləmək və problemləri birlikdə həll etmək vərdişlərinə yiyələnirlər.  
Şagirdlər insan-cəmiyyət-dövlət münasibətləri, mədəniyyətlərin fərqliliyi və 
ümumi  cəhətləri,  dövlətin  cəmiyyət  həyatında  oynadığı  rol,  onun  funksiyaları  və 
hakimiyyət quruluşu haqqında bilgilər alır, dünyada gedən inteqrasiya proseslərini 
təhlil  etməyi  öyrənir  və  demokratik  dəyərləri  (tolerantlıq,  plüralizm,  həssaslıq) 
mənimsəməklə özlərinin bu prosesdə iştirak formalarını müəyyənləşdirirlər.  
Cəmiyyətin  sosial-iqtisadi  həyatı  alt-xətti  üzrə  şagirdlər  resursların 
məhdudluğunu,  onlardan  qənaət  və  qayğı  ilə  istifadə  olunmasının  zəruriliyini, 
iqtisadi vasitələr (pul, qiymət, əmtəə, ticarət, vergi, sığorta) fərqləndirməyi öyrənir, 
şəxsi və ailə büdcələrini idarə etmək bacarıqları qazanırlar.  
Şagirdlərə  bazar  iqtisadiyyatı  şəraitində  tələb  və  təklifin,  istehlak  və 
istehsalın,  mənfəət  və  gəlirin,  kreditin  mahiyyəti  və  rolu  aşılanır,  onlarda  sadə 
iqtisadi layihələri qurub reallaşdırmaq bacarıqları formalaşdırılır.  
Şagirdlər  mühüm  sosial-iqtisadi  prosesləri  fərqləndirmək,  bunların 
cəmiyyətin  inkişafına  qısa  və  uzun  müddətli  təsirini  təhlil  etmək,  səbəb  və 
nəticələrini müəyyənləşdirmək vərdişləri qazanırlar.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə