Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/53
tarix14.10.2017
ölçüsü5,01 Kb.
#4639
1   2   3   4   5   6   7   8   9   ...   53

 


 
yaşadığı  cəmiyyətə  uyğunlaşmaq  üçün  insanın  sosial  keyfiyyətləri, 
cəmiyyət həyatının ictimai, iqtisadi, siyasi sahələri, eləcə də ictimai münasibətlərin 
hüquqi tənzimlənməsi barədə zəruri bilik və bacarıqlar əldə etmək; 

 
vətəndaş  məsuliyyəti,  qanunlara,  ictimai  normalara  və  demokratik 
dəyərlərə hörmətlə yanaşmaq, onlara uyğun davranmaq mədəniyyəti qazanmaq; 

 
özünü  vətəndaş,  ailə  üzvü,  işçi,  sahibkar,  istehlakçı  kimi sosial  rollarda 
reallaşdıra bilməsinə zəmin yaratmaq; 

 
milli  və  bəşəri  dəyərlərə  yiyələnməklə  özünü  mənəvi  baxımdan  inkişaf 
etdirmək,  milli,  irqi,  dini,  cinsi  mənsubiyyətindən  asılı  olmayaraq  ünsiyyət 
bacarıqlarına yiyələnmək; 

 
sağlam  həyat  tərzi,  təhlükəsizlik  və  ilk  tibbi  yardım  qaydalarına  riayət 
etmək bacarıqları qazanmaq; 

 
qazandığı  bilik,  bacarıq  və  mənəvi  dəyərlərə  əsaslanaraq  həyatda 
qarşılaşdığı problemləri həll edə bilmək keyfiyyəti qazanmaq. 
 
                       I.  Həyat bilgisi təliminin məzmunu 
1.1.Ümumi təlim nəticələri 
 
Milli  Kurrikulum  çərçivəsində  “Həyat  bilgisi”  fənni  üzrə  ibtidai  və  ümumi 
orta təhsil səviyyəsi üçün aşağıdakı ümumi təlim nəticələri müəyyən edilmişdir: 
 
İbtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə  şagird: 

 
öz  hüquqlarını  dərk  etməsini,  başqalarının  hüquq  və  azadlıqlarına  hörmətlə 
yanaşmasını,  onu  əhatə  edən  insanlara  həssas  münasibət  bəsləməsini 
nümayiş etdirir, həmin məsələlərlə bağlı şəxsi fikirlərini bildirir; 

 
insan  həyatı  və  sağlamlığının  qorunması  ilə  bağlı  ən  zəruri  təhlükəsizlik 
qaydalarını izah edir; 

 
düzlük,  ədalətlilik,  humanistlik,  rəhmdillik  nümayiş  etdirir,  bu  mənəvi 
keyfiyyətlərin mahiyyəti barədə mülahizələrini şərh edir; 


 
10 

 
iqtisadi biliklərdən məişətdə istifadə edir; 

 
təbiətə,  ekologiyaya  həssas  və  qayğıkeş  yanaşmaqla  təbiət  hadisələri 
üzərində müşahidələr aparır və onlara münasibət bildirir; 

 
cəmiyyətdə baş verən hadisələri öz yaş səviyyəsinə uyğun şərh edir. 
“Ümumi təhsil səviyyəsi dövlət standartı və proqramları (kurikulumları)nda 
Həyat  bilgisi  fənni  üzrə  ibtidai  və  umumi  orta  təhsil  səviyyəsi  üçün  aşağıdakı 
ümumi təlim nəticələri müəyyən edilmişdir: 
Ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə  şagird: 

 
müvafiq  hüquqi-normativ  sənədlərdə  təsbit  olunmuş  insan  hüquq  və 
azadlıqlarına  dair  müddəaların  mahiyyətini  konkret  tarixi  hadisələrin,  faktların, 
ədəbi  əsərlərin  nümunəsində  şərh  edir,  özünün  və  başqalarının  hüquqlarına 
hörmətlə yanaşdığını nümayiş etdirir;  

 
zərərli  vərdişlərin  insan  həyatı  üçün  təhlükəli  olduğunu  və  ağır  nəticələr 
verdiyini  konkret  nümunələr  əsasında  şərh  edir,  sağlam  həyat  tərzi  keçirdiyini 
gündəlik fəaliyyətində nümayiş etdirir;  

 
həyat  fəaliyyətinin təhlükəsizliyi qaydalarına  yiyələndiyini  yazılı  və şifahi 
təqdimatlarında, təlim-məşq tədbirlərində nümayiş etdirir;  

 
mənəvi-əxlaqi  mövzulara  həsr  olunmuş  müzakirələrdə,  diskussiyalarda  və 
digər tədbirlərdə  müvafiq problemlə bağlı  rəy  və  mülahizələrini bildirir, hadisə və 
faktları 
mahiyyətinə 
görə 
qiymətləndirməklə 
şəxsi 
mövqeyini 
və 
münasibətini büruzə verir;  

 
gündəlik  həyatda  iqtisadi  səmərəliliyə  dair  kiçik  layihələr  qurur,  onları 
təqdim və tətbiq edir.  

 
təbiət  və  cəmiyyət  hadisələri  ilə  bağlı  qanunauyğunluqların  mahiyyətini 
izah  edir,  həmin  məsələlərlə  əlaqədar  bu  fənn  daxilində  əldə  etdiyi  məlumatları 
digər fənlərdəki eyni məzmunlu məlumatlarla müqayisə edir, onları sistemləşdirir 
və ümumiləşdirmələr aparır. 
 
1.2. Məzmun xətləri 
 


 
11 
“Həyat  bilgisi”  fənninin  məzmunu  onun  məzmun  xətlərinin  əsasında 
qurulur. 
 Məzmun  xətləri  –  fənn  üzrə  ümumi  təlim  nəticələrinin  reallaşdırılmasını 
təmin etmək üçün müəyyən edilən məzmunun zəruri hesab edilən hissələridir.  
 “Həyat  bilgisi”  fənninin,  ibtidai  və  əsas  təhsil  səviyyəsi  üzrə  ümumi  təlim 
nəticələrinə əsaslanaraq, onların əldə olunmasını təmin edən və hər iki təhsil pilləsi 
üçün ümumi olan aşağıdakı məzmun xətləri müəyyən edilmişdir: 
1.
 
Təbiət və biz 
2.
 
Fərd və cəmiyyət 
3.
 
Mənəviyyat 
4.
 
Sağlamlıq və təhlükəsizlik 
Təbiət və biz 
İnsan  həyatı  boyu  daim  təbiətlə  təmasda  olur,  onda  baş  verən  hadisə  və 
proseslər  üzərində  müşahidələr  aparır,  onların  təsirini  öz  üzərində  hiss  edir,  öz 
fəaliyyəti  ilə  təbiətə  təsir  göstərir.  Bu  mühitdə  insan-təbiət  münasibətləri 
formalaşır,  insan  özünü  təbiətin  bir  hissəsi kimi dərk  edir,  ona  qayğı  və  sevgi  ilə 
yanaşmalı olduğunu anlayır. Təbiət hadisələri haqqında biliklər əldə etdikcə, ilkin 
tədqiqatçılıq  bacarıqlarına  yiyələndikcə,  qazandığı  bilik  və  bacarıqlardan  praktiki 
məsələlərin  həllində  istifadə  etdikcə  şagird  şəxsiyyəti  inkişaf  edir.  Özündə  fizika, 
astronomiya,  kimya,  biologiya,  fiziki  coğrafiya  və  ekologiyanın  elementlərini 
ehtiva edən “Təbiət və biz” məzmun xətti bu prosesdə əhəmiyyətli rol oynayır.  
Şagirdlər  bu  məzmun  xətti  üzrə  canlı  və  cansız  təbiət,  cisim,  maddə  və 
hadisələrin  müxtəlifliyi,  bitkilər  və  heyvanlar  aləmi,  doğma  diyarın  təbiəti,  Yerin 
təbəqələri  və  onlarda  gedən  proseslər,  insan  fəaliyyətinin  ətraf  mühitə  təsiri  və 
ekologiya  haqqında  bilgilər  əldə  edirlər.  Onlar  təbiəti  sevmək,  ona  qayğı  ilə 
yanaşmaq, təbiətlə təmas və ondan istifadə mədəniyyətinə, ev heyvanlarına qulluq, 
dekorativ  və  mədəni  bitkilərin  becərilməsi  və  s.  kimi  bacarıqlara  yiyələnir, 
müşahidələr,  ölçmələr,  təcrübələr  aparmaq,  nəticələr  çıxarmaq,  onları  yazılı  və 
şifahi  şəkildə  təsvir  etmək  bacarıqları  qazanır,  təbiət  hadisələrinin  izah 
olunmasında elmin rol və əhəmiyyətini başa düşürlər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə