Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/53
tarix14.10.2017
ölçüsü5,01 Kb.
#4639
1   ...   10   11   12   13   14   15   16   17   ...   53

 
47 
1.1.1. Dünyanın dərk olunmasında elmi və dini dünyagörüşləri şərh edir. 
1.2.  Ekoloji tarazlığın qorunmasına dair bilik və bacarıqlar nümayiş etdirir. 
1.2.1. Qlobal ekoloji problemlərin həllinə dair təqdimat və layihələr hazırlayır. 
  
2. Fərd və cəmiyyət 
Şagird: 
2.1.  Cəmiyyətin  sosial  mahiyyətinə  və  idarəetmə  formalarına  dair  bilik  və 
bacarıqlar nümayiş etdirir. 
2.1.1. İnsanın sosial proseslərdə iştirakını dəyərləndirir. 
2.1.2.  Vətəndaş  cəmiyyətinin  formalaşması  və  inkişafında  demokratik  dəyərlərin 
rolunu qiymətləndirir. 
2.2. Hüquqi mədəniyyətə malik olduğunu nümayiş etdirir. 
2.2.1.  Əsas  insan  hüquqlarının  beynəlxalq  hüquq  normalarında  təsbit olunduğunu 
əsaslandırır. 
2.2.2. Beynəlxalq və milli hüquqi sənədlərin əlaqəsinə dair təqdimatlar hazırlayır. 
2.3. İqtisadi bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir. 
2.3.1. İqtisadi səmərəliliyə dair kiçik layihələr hazırlayır və təqdim edir. 
  
3. Mənəviyyat 
Şagird: 
3.1. Ünsiyyət mədəniyyətinə dair bilik və bacarıqlar nümayiş etdirir. 
3.1.1. Mədəniyyətlərarası münasibətlərdə tolerantlıq nümayiş etdirir. 
3.2. İnsan mənəviyyatını formalaşdıran amillərə dair bilik və bacarıqlar nümayiş 
etdirir. 
3.2.1.  Mədəniyyətlərarası  münasibətlərdə  əxlaq  və  davranış  normalarının 
ümumbəşəri əhəmiyyətini dəyərləndirir. 
3.2.2. Bəşəriyyət qarşısında mənəvi borcunu dərk etdiyini nümayiş etdirir. 
3.3.Mənəviyyatın formalaşmasında dinin rolunu dəyərləndirir. 
3.3.1.Müxtəlif dinlərə münasibətdə tolerantlıq nümayiş etdirir. 
  


 
48 
4. Sağlamlıq və təhlükəsizlik 
Şagird: 
4.1. Sağlam həyat tərzinə dair bilik və bacarıqlar nümayiş etdirir. 
4.1.1.  Sağlam  ailənin  qurulmasında  sağlam  həyat  tərzinin  əhəmiyyətini 
dəyərləndirir.  
4.2.  Məişətdə  və  ictimai  yerlərdə  təhlükəsiz  davranış  qaydalarına  dair  bilik  və 
bacarıqlar nümayiş etdirir. 
4.2.1.  Məişətdə  və  ictimai  yerlərdə  təhlükəsiz  davranış  qaydalarından  istifadəyə 
dair təqdimatlar hazırlayır. 
4.2.2. Yol hərəkətinə dair davranış mədəniyyəti nümayiş etdirir. 
4.3. Fövqəladə hallarla bağlı bilik və bacarıqlar nümayiş etdririr. 
4.3.1.Fövqəladə  hadisələrin  nəticələrinin  aradan  qaldırılmasına  dair  layihələr 
hazırlayır. 
 
1.6. Fəndaxili və fənlərarası inteqrasiya 
 
“Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nda  
istər ümumi təhsilin, istərsə də onun ayrı-ayrı səviyyələrinin  məqsədləri və ümumi 
təlim  nəticələri  aydın  şəkildə  təsbit  edilmişdir.  Həmin  məqsədlərə  çatmaq  və 
müəyyən olunmuş nəticələri əldə edə bilmək üçün bu səviyyələrində
 
tədris  edilən 
fənlər  və  onların  hər  birinin  ümumi  təlim  nəticələrində  payı  da  göstərilmişdir. 
Şübhəsiz  ki,  təhsil  prosesində  şagirdlərin  gündəlik  həyatlarında  tətbiq  edə 
biləcəkləri bilik, bacarıq və  vərdişlərin  formalaşdırılması  həm  bu  fənlərin,  həm də  
onların əhatə etdikləri mövzuların əlaqəli-inteqrativ şəkildə tədrisini tələb edir.  
Müasir  təhsil  təcrübəsi  göstərir  ki,  təlim  prosesində  müxtəlif  inteqrasiya 
metodlarından  istifadə etmədən  hər  hansı  bir  fənnin,  xüsusən də  həyati bacarıqlar 
formalaşdırmaq məqsədi daşıyan “Həyat bilgisi”nin tədrisində müvəffəqiyyət əldə 
etmək  mümkün  deyil.  Təlim  prosesində  motivasiyanın  yaradılması,  sinifdə 
fəallığın  artırılması,  məzmunun  hərtərəfli  aşılanması  və  şagirdlərdə  müasir 
dünyagörüşün  formalaşdırılmasında  onun  rolu  danılmazdır.  İnteqrasiya  həm  də 


 
49 
məktəbdaxili  və  məktəbdənkənar  təlimlərin  tətbiqi  arasındakı  fərqlərin  aradan 
qaldırılmasında mühüm rol oynayır. 
İnteqrasiya müəyyən təhsil sistemi çərçivəsində şagirdlərin təfəkküründə 
dünyanın  bütöv  və  bölünməz  obrazını  formalaşdırmaq,  onları  inkişafa  və 
özünüinkişafa 
istiqamətləndirmək  məqsədilə 
təlimin 
bütün 
məzmun 
komponentləri arasında struktur əlaqələri qurmaq və onları sistemləşdirməkdir.  
Müasir dünya təcrübəsində, əsasən, inteqrasiyanın 3 səviyyəsi fərqləndirilir: 
Fəndaxili  inteqrasiya  –  müəyyən  bir  fənnin  aşıladığı  anlayış,  bilik  və 
bacarıqların  əlaqələndirilməsi  –  fənn  daxilindəki  faktların  sistemləşdirilməsidir. 
Belə  səviyyədə  inteqrasiyanı  verilmiş  materialın    ayrı-ayrı  tədris  vahidlərində 
cəmləşdirilməsi  də  hesab  etmək  olar.  Bu  isə  son  nəticədə  fənnin  məzmununun, 
strukturunun  dəyişdirilməsinə  gətirib  çıxarır.  Bu  mənada,  inteqrasiya  olunmuş 
məzmun  informativ  cəhətdən  daha  tutumlu  olur,  şagirdlərin    daha  əhatəli 
kateqoriyalarla düşünmə bacarıqları formalaşdırmalarına kömək edir. İbtidai təhsil 
səviyyəsindəki  fənlərin  tədrisində  geniş  şəkildə  istifadə  olunan  fəndaxili 
inteqrasiya  üçün  konsentrik  prinsipə  əsaslanan  spiralvari  quruluş  daha 
xarakterikdir.   
Bu cür inteqrasiya prosesində dəyərlərin dərk olunması  xüsusidən ümumiyə 
və  yaxud  ümumidən  xüsusiyə  doğru  ola  bilər.  Beləliklə,  məzmun  get-gedə  yeni 
məlumatlarla  zənginləşir,  mövzulararası  bağlılıqlarla  daha  maraqlı  hala  gəlir.  Bu 
formanın  üstün  xüsusiyyəti  ondan  ibarətdir  ki,  şagirdlər  başlanğıc  problemi 
diqqətdən  qaçırmadan  onunla  bağlı  olan  bilgilərini  daha  da  genişləndirir  və 
dərinləşdirirlər.  
Fəndaxili inteqrasiya həm üfüqi, həm də şaquli ola bilər.  
Fənlərarası  inteqrasiya  –  iki  və  ya  daha  artıq  fənnin  əhatə  etdiyi  anlayış, 
bilik,  bacarıq  və    prinsiplərin  sintezidir.  Bu  inteqrasiya  bir  fənnə  aid  olan  qanun, 
nəzəriyyə və metodların başqa bir fənnin öyrədilməsində istifadəsini nəzərdə tutur.  
Məzmunun  bu  modelə  uyğun  sistemləşdirilməsi  şagirdlərin  təfəkküründə 
dünyanın bütöv və bölünməz obrazının  yaradılması ilə  yanaşı, həm də ümumelmi 
anlayışlar,  kateqoriyalar  və  yanaşmalarla  xarakterizə  olunan  yeni  tip  biliklərin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə