Azərbaycan Respublikası Təhsil Nazirliyi


İstifadə   olunmuş   ədəbiyyat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/53
tarix14.10.2017
ölçüsü5,01 Kb.
#4639
1   2   3   4   5   6   7   8   9   ...   53

 

İstifadə   olunmuş   ədəbiyyat  
 
                                              GİRİŞ 
 
Həyat  bilgisi  fənni  üzrə  təhsil  proqramı  (kurikulumu)  və  onun 
xarakterik cəhətləri. Bu təhsil proqramı (kurikulum) Həyat bilgisi fənninin təlimi 
qarşısında  qoyulan  məqsədləri  müəyyənləşdirən  və  həmin  məqsədlərin  həyata 
keçirilməsi istiqamətində bütün zəruri fəaliyyətləri əks etdirən konseptual sənəddir. 
Burada fənn üzrə ümumi təlim nəticələri, təlimin məzmunu (məzmun standartları), 
şaquli  və  üfüqi  inteqrasiya,  müəllim  və  şagird  fəaliyyətlərinə  aid  texnologiyalar, 
şagird  nailiyyətlərinin  qiymətləndirilməsi  məsələləri  əhatə  edilir.  Sənəd  ümumi 
təlim  nəticələrinə  nail  olmaq  istiqamətində  bütün  fəaliyyətlərin  -  dərslik  və  tədris 
vəsaitlərinin  hazırlanması, tədris  materiallarının planlaşdırılması, təlimin  forma və 
üsullarının müəyyənləşdirilməsi üçün əsas təşkil edir. Təhsil proqramı (kurikulum) 
hazırlanarkən  təhsil  alanın,  ailənin,  cəmiyyətin  və  dövlətin  ehtiyac,  tələb  və 
maraqları əsas götürülmüşdür. Təhsil proqramında (kurikulumda) fənnin məzmunu 
nəticəyönümlü  yanaşma  əsasında  müəyyən  olunmuşdur.  Burada  əsas  diqqət 
nəticəyönümlülüyə  -  təkcə  biliklərin  qazanılmasına  deyil,  daha  çox  biliklər 
əsasında bacarıq və vərdişlərə yiyələnməyə yönəldilmişdir. Buna nail olunması isə 
bacarıqlar  həyat  bilgisi  kurikulumunda  fənnin  məzmunu  nəticəyönümlü  yanaşma 
əsasında  müəyyən  olunmuşdur.  Burada  əsas  diqqət  nəticəyönümlülüyə  -  təkcə 
biliklərin  qazanılmasında  müəyyən  olunan  standartlar  və  bunların  yerinə 
yetirilməsini  təmin  edən  alt-standartlar  sistemi  vasitəsilə  ifadə  olunur.  Məzmunun 
belə  müəyyənləşdirilməsi  şagird  fəaliyyətinin  ardıcıl  olaraq  izlənilməsinə,  onların 
nailiyyətlərinin  müntəzəm  qiymətləndirilməsinə  imkan  yaradır.  Təlim  prosesi  ilə 
gözlənilən nəticə arasında əks-əlaqə mexanizminin qurulması təmin olunur. 
Təhsil  proqramı  (kurikulum)  dərslik  və  dərs  vəsaiti  hazırlayanlar, 
müəllimlər,  metodistlər  və  valideynlər  üçün  nəzərdə tutulmuşdur.  Sənəddən digər 
təhsil mütəxəssisləri, elmi işçilər, pedaqoji universitetlərin tələbələri və cəmiyyətin 


 

müxtəlif  maraqlı  tərəflərini  təmsil  edən  ictimaiyyət  nümayəndələri  də  faydalana 
bilər. 
 
Fənnin  əhəmiyyəti,  məqsəd  və  vəzifələri.  Dünya  ölkələrinin  təhsil 
təcrübəsi  göstərir  ki,  adi  ünsiyyət  yaratmaqdan  tutmuş,  kiçik  iqtisadi  layihələr 
qurub  reallaşdırmağa  qədər  ən  müxtəlif  qabiliyyətləri  özündə  əks  etdirən  həyati 
bacarıqlar  mükəmməl  bir  sistemin  tərkib  hissələri  olmalıdır.  Belə  sistemləri  isə 
şagirdi sinifdə təlimin obyekti kimi yox, subyekti kimi qəbul edən şagirdyönümlü 
təlim  metodları  və  inteqrativ  fənlərin  köməyi  ilə  yaratmaq  mümkündür.  Ona  görə 
də yerli və beynəlxalq təcrübələr nəzərə alınmaqla, “Ümumi təhsil pilləsinin dövlət 
standartı  və  proqramları  (kurikulumları)”nda  bu  vəzifələrin  yerinə  yetirilməsində 
mühüm rol oynayacaq yeni fənn –  Həyat bilgisi fənni daxil edilmişdir. 
Həyat bilgisi  fənni  fərdin özünü bioloji, psixoloji, sosial  və  mənəvi tərəfləri 
ilə  bütöv  bir  varlıq  kimi  dərk  etməsi  və  reallaşdırması  üçün  lazım  olan  bilik, 
bacarıq  və  dəyərlər  formalaşdırmağa  və  təkmilləşdirməyə  kömək  edən  inteqrativ 
fəndir.  
Həyat  bilgisi  konkret  bir  elmin  əsaslarını  öyrətmir.  Bu  fənn  ümumtəhsil 
məktəblərində  tədris  olunan  təbiət  və  sosial  fənn  sahələrinə  aid  müəyyən 
elementləri əhatə edir.  
Bu  cür  geniş  əhatə  dairəsinə  malik  olan  fənn  şagirdlərin  həyati  əhəmiyyət 
kəsb edən bilik, bacarıq və vərdişlər qazanması üçün onları ən zəruri praktik işlərin 
həyata  keçirilməsinə  istiqamətləndirir,  milli  və  bəşəri  dəyərlərə  yiyələnmələrinə, 
şəxsiyyət  kimi  formalaşmalarına  kömək  edir.  Həyat  bilgisi  fənninin  şagirdlərdə 
ünsiyyət qurma və birlikdə çalışma kimi bacarıqların formalaşdırılmasında, onlarda 
mühakimə  yürütmək,  öz  nöqteyi-nəzərlərini  sərbəst  ifadə  etmək,  öz  hüquqlarını 
qorumaq  və  başqalarının  hüquqlarını  müdafiə  etmək  vərdişlərinin  yaranmasında 
mühüm rolu vardır.   
Müəyyən olunmuş məzmun xətlərinin köməyi ilə şagirdlərin şüurunda əhatə 
olunduqları  canlı  və  cansız  aləmin  vahid,  bütöv  və  bölünməz  obrazı  yaradılır. 
Onlar  özlərini  bu  aləmin  bir  hissəsi  kimi  dərk  edir,  təbiətdə  və  cəmiyyətdə 
müşahidə  etdikləri  hadisələri,  dəyişiklikləri  və  bunlar  arasındakı  əlaqələri, 


 

araşdırmaq,  təhlil  etmək,  nəticələr  çıxarmaq,  proqnoz  vermək,  fikir  və  istəklərini 
düzgün ifadə etmək bacarıqlarına yiyələnirlər.  
İstehsal,  istehlak,  vergi,  sığorta,  ailə  və  dövlət  büdcəsi  haqqında  bilgilərin 
sistemli  şəkildə  mənimsənilməsi  nəticəsində  şagirdlərin  iqtisadi  təfəkkürü 
formalaşır.  Onlar  resurslara  qənaətlə  yanaşmaq,  kiçik  iqtisadi  layihələr  qurub 
reallaşdırmaq,  şəxsi və ailə büdcələrini idarə etmək bacarıqlarına yiyələnirlər.  
Mənəviyyat,  sağlamlıq  (fiziki,  psixi  və  reproduktiv),  həyat  fəaliyyətinin 
təhlükəsizliyi,  fövqəladə  hallar  və  təbii  fəlakətlər  zamanı  düzgün  davranış 
qaydaları,  vətəndaşlıq,  insan  hüquqları  və  azadlıqları,  ekoloji  tərbiyə  məsələləri 
üzrə bilik və bacarıqlar şagirdlərdə sistemli şəkildə formalaşdırılır.  
Həyat bilgisi fənninin vasitəsi ilə şagirdlər kamillik-saflıq, düzlük, əqidəlilik, 
ədalətlilik,  dözümlülük,  tolerantlıq,  izzəti-nəfs,  özünə  və  başqalarına  hörmət kimi 
yüksək mənəvi dəyərlər qazanırlar.  
Ümumi  orta  təhsil  səviyyəsində  ibtidai  təhsil  səviyyəsi  üzrə  müəyyən 
olunmuş  bacarıqlar  daha  da  təkmilləşdirilməklə  şagirdlərdə  təbiət  və  cəmiyyət 
hadisələri  timsalında  qanunauyğunluqların  mahiyyəti  haqqında  ətraflı  təsəvvür 
formalaşdırılır,  reproduktiv  sağlamlıq,  insan  hüquqları,  mənəvi  kamillik,  əxlaqi 
yetkinlik, vicdan azadlığı, sağlam həyat tərzi, təbii fəlakət və qəzalardan qorunmaq 
yolları  barədə  məlumatlar  dərinləşdirilir,  onlarda  saflıq,  düzlük,  əqidəlilik, 
dözümlülük,  tolerantlıq  kimi  əxlaqi  keyfiyyətlərin,  iqtisadi  təfəkkür  və    planlı 
fəaliyyət bacarıqlarının   yaradılması təmin olunur. 
Bu  məqsədin  reallaşdırılması  üçün  aşağıdakı  vəzifələrin  həyata  keçirilməsi 
nəzərdə tutulur: 

 
təbiətdə  obyekt  və  hadisələr,  canlı  və  cansız  aləmin  qarşılıqlı  əlaqəsi, 
təbii mühitin insan fəaliyyəti nəticəsində dəyişməsi haqqında biliklər qazanmaq;  

 
müşahidələr,  ölçmələr  və  təcrübələr  aparmaq,  onların  nəticələrini  təsvir 
etmək bacarıqları əldə etmək, özünü və təbiəti öyrənməyə həvəs yaratmaq; 

 
təbiətə  sevgi  və  qayğı  hissləri,  onunla  təmas    zamanı  ekoloji  normalara 
uyğun davranmaq mədəniyyəti formalaşdırmaq;  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə