Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə8/40
tarix08.07.2018
ölçüsü1,56 Mb.
#54229
1   ...   4   5   6   7   8   9   10   11   ...   40


 
müxtəlif əməli yazılar (ərizə, tərcümeyi-hal) yazır;  

 
sözün qrammatik mənasını, cümlənin qrammatik əsasını müəyyənləşdirir;  

 
müvafiq  durğu  işarələrindən  düzgün  istifadə  edir  və  əsas  nitq  hissələrinin 
yazılışı ilə bağlı qaydalara əməl edir. 
 
Məzmun xətləri üzrə əsas və alt-standartlar 
1. Dinləyib-anlama və danışma 
Şagird:  
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir. 
1.1.1. Danışanın məlumatlarına əsasən onun məqsədini (məqsədlərini) şərh edir. 
1.1.2. Dinlədiyi məlumatı yığcam şəkildə ümumiləşdirir. 
 
1.2. Şifahi nitq bacarıqları nümayiş etdirir. 
1.2.1. Şifahi məlumat üçün əsas fikrin təqdimetmə formasını müəyyənləşdirir. 
1.2.2. Dinləyən şəxsin əsas fikri və anlayışları başa düşməsinə kömək etmək üçün 
mühüm məqamları vurğulayır. 
1.2.3. Nitqində intonasiya və ritmdən düzgün istifadə edir. 
1.2.4. Problemlə bağlı  mülahizələrini söyləyir. 
 
2. Oxu 
Şagird:  
2.1. Mətndə tanış olmayan sözləri mənimsədiyini nümayiş etdirir. 
2.1.1. Lüğətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını şərh edir. 
2.1.2. Sözləri həqiqi və məcazi mənada işlənməsinə görə fərqləndirir.   
 
2.2. Mətnin məzmun və strukturunu mənimsədiyini nümayiş etdirir. 
2.2.1.  Mətndəki  əsas  fikri  nəzərə  çarpdırmaq  məqsədi  ilə  mühüm  məqamları 
vurğulayır. 
2.2.2. Mətni tərkib hissələrinə ayırır. 
2.2.3. Mətndəki fikir və mülahizələrə münasibət bildirir. 


 
3. Yazı 
Şagird:  
3.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir. 
3.1.1. Müxtəlif yazı tiplərini fərqləndirir. 
3.1.2. Mətni mövzuya uyğun fakt və hadisələrlə zənginləşdirir. 
3.1.3. Mətnin hissələrini, abzaslarını əlaqələndirir.  
3.1.4. Müxtəlif əməli yazılar (ərizə, tərcümeyi - hal) yazır. 
 
4. Dil qaydaları 
Şagird:  
4.1. Dil qaydalarını mənimsədiyini nümayiş etdirir. 
4.1.1. Cümlənin qrammatik əsasını müəyyənləşdirir. 
4.1.2. Sözün qrammatik mənasını kontekstə uyğun izah edir.  
4.1.3. O, bu əvəzliklərindən sonra vergüldən düzgün istifadə edir. 
4.1.4. Əsas nitq hissələrinin yazılışı ilə bağlı qaydalara əməl edir.  
 
VII sinif 
 
   VII sinfin sonunda şagird:  

 
dinlədiyi fikirlərə münasibət bildirir;  

 
mətndəki tanış olmayan sözlərin kontekstə uyğun mənasını dəqiqləşdirir; 

 
səs tonu, temp və fasiləni gözləməklə mətni oxuyur;  

 
fikir və mülahizələrini əsaslandırır;  

 
plan əsasında mətnlər yazır;  

 
müxtəlif əməli yazılar (teleqram, izahat) yazır;  

 
ümumi  qrammatik  mənasına  görə  sözləri,  quruluşuna  görə  cümlələri 
fərqləndirir;  

 
nitq  hissələrinin  yazılışı  və  durğu  işarələrindən  istifadə  qaydalarına  əməl 
edir.  


 
Məzmun xətləri üzrə əsas və alt-standartlar 
1. Dinləyib-anlama və danışma 
Şagird:  
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir. 
1.1.1. Dinlədiyi məlumatda ton, əhvali-ruhiyyə və emosiyanı müəyyən edir. 
1.1.2.  Dinlədiyi  fikrin  inandırıcı  və    əsaslandırılmış  olub-olmamasını 
müəyyənləşdirir. 
1.2. Şifahi nitq bacarıqları nümayiş etdirir. 
1.2.1. Fikrini müxtəlif formalarda ifadə edir. 
1.2.2. Fikrini məntiqi ardıcıllıqla ifadə edir. 
1.2.3. Nitqində müxtəlif səs çalarlarından istifadə edir. 
1.2.4. Müzakirələrdə deyilmiş müxtəlif fikirlərə münasibət bildirir. 
 
2. Oxu 
Şagird:  
2.1. Mətndə tanış olmayan sözləri mənimsədiyini nümayiş etdirir. 
2.1.1. Tanış olmadığı sözlərin kontekstə uyğun mənasını dəqiqləşdirir. 
2.1.2. Mətndəki sözlərin həqiqi və ya məcazi mənada işləndiyini izah edir.  
 
2.2. Mətnin məzmun və strukturunu mənimsədiyini nümayiş etdirir. 
2.2.1. Səs tonu, temp və fasiləni gözləməklə mətni oxuyur.  
2.2.2. Mətnin tərkib hissələri arasındakı əlaqəni müəyyənləşdirir. 
2.2.3. Mətndəki fikrə münasibətini əlavə fakt və məlumatlarla əsaslandırır. 
 
3. Yazı 
Şagird:  
3.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir. 
3.1.1.  Verilmiş  mövzunu  müxtəlif  yazı  formalarında  (ifadə,  inşa,  hekayə)  ifadə 
edir. 


3.1.2. Topladığı fakt və hadisələrə münasibət bildirməklə mətni zənginləşdirir.  
3.1.3. Qurduğu plan əsasında mətnin hissələrini məntiqi cəhətdən əlaqələndirir. 
3.1.4. Müxtəlif əməli yazılar (teleqram, izahat) yazır. 
 
4. Dil qaydaları 
Şagird:  
4.1. Dil qaydalarını mənimsədiyini nümayiş etdirir. 
4.1.1. Cümlələri quruluşuna görə fərqləndirir. 
4.1.2. Sözləri ümumi qrammatik mənalarına görə fərqləndirir. 
4.1.3.  Köməkçi  nitq  hissələrinin  işlənmə  məqamından  asılı olaraq    durğu  işarələ-
rindən istifadə edir. 
4.1.4. Nitq hissələrinin yazılışı ilə bağlı qaydalara əməl edir. 
 
VIII sinif 
 
    VIII sinfin sonunda şagird:  

 
dinlədiyi fikrin məntiqiliyini əsaslandırır; 

 
müxtəlif mövqeli fikirləri ümumiləşdirir; 

 
mətndəki tanış olmayan söz və ifadələrin mənasını şərh edir; 

 
hissələri arasında əlaqələri gözləməklə mətni oxuyur;  

 
mətndəki fakt və hadisələri real həyatla müqayisə edir və əlaqələndirir; 

 
müxtəlif tipli (nəqli, təsviri, mühakimə) yazılar yazır; 

 
müxtəlif əməli yazılar (arayış, protokol) yazır; 

 
sözün sintaktik vəzifəsini və sadə cümlənin növünü müəyyənləşdirir; 

 
cümlədə durğu işarəsi və orfoqrafiya qaydalarına əməl edir.  
 
Məzmun xətləri üzrə əsas və alt-standartlar 
 
1. Dinləyib-anlama və danışma 
Şagird:  


Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə