Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə4/40
tarix08.07.2018
ölçüsü1,56 Mb.
#54229
1   2   3   4   5   6   7   8   9   ...   40

1.3.Məzmun xətləri üzrə təlim nəticələri 
İbtidai təhsil səviyyəsində məzmun xətləri  üzrə təlim  nəticələri 
Dinləyib-anlama və danışma 
Şagird: 

 
müsahibinin fikrinə münasibət bildirir və öz mövqeyini əsaslandırır; 

 
müxtəlif  informasiyaları seçib  təhlil edir,  ümumiləşdirir  və  bunlara  münasibət 
bildirir; 

 
müşahidə etdiyi şəkil, əşya, mənzərə və hadisə əsasında hekayə qurur; 

 
məktəb tədbirlərində müstəqil çıxış edir; 

 
dinləyəni inandırmaq üçün fikrini müxtəlif vasitələrlə əsaslandırır; 

 
danışarkən nitq etiketlərindən (salamlaşmaq, təbrik etmək, təşəkkür etmək, üzr 
istəmək) istifadə edir. 
 
Oxu 
Şagird: 

 
mətni düzgün, sürətli, ifadəli, şüurlu oxuyur; 

 
müxtəlif mətnləri bütöv sözlərlə səsli və səssiz oxuyur; 

 
oxuduğu mətnlərin məzmununa münasibət bildirir; 

 
mətnin hissələri arasında məna əlaqələrini müəyyənləşdirir; 

 
bədii və elmi – kütləvi mətnləri fərqləndirir. 
 
Yazı 
Şagird: 

 
kiçik və böyük hərfləri, sözləri və cümlələri aydın yazır; 

 
müşahidə  etdiyi  əşya  və  hadisələr  haqqında  təsviri  xarakterli  kiçikhəcmli 
mətnlər yazır; 

 
əməli  yazı  (məktub,  ərizə,  elan,  divar  qəzetinə  məqalə,  tərcümeyi-hal) 
bacarıqları nümayiş etdirir; 

 
yazıda kalliqrafiya, orfoqrafiya və durğu işarələri qaydalarına əməl edir. 
 


Dil qaydaları 
Şagird: 

 
yaş  həddinə  uyğun  zəruri  fonetik,  leksik,  qrammatik  biliklərə  yiyələndiyini 
nümayiş etdirir; 

 
seçdiyi dil faktlarını qruplaşdıraraq təqdim edir; 

 
dinlədiyi fikri anladığını nümayiş etdirir; 

 
şifahi nitq bacarıqlarına  malik olduğunu nümayiş etdirir; 

 
qarşılaşdığı sözlərin mənasını başa düşdüyünü nümayiş etdirir; 

 
oxu texnikasına və vərdişlərinə yiyələndiyini nümayiş etdirir;  

 
yazı texnikasına və vərdişlərinə yiyələndiyini nümayiş etdirir; 

 
kalliqrafiya  və  orfoqrafiya  qaydalarını  gözləməklə    müxtəlif    növ  yazılı 
çalışmaları (üzündənköçürmə  yaddaşa  əsasən  yazı,   imla,   ifadə,  inşa)   yerinə 
yetirir; 

 
fonetik,  leksik,  morfoloji,  sintaktik,  orfoqrafik  qaydaları  mənimsədiyini 
nümayiş etdirir. 
 
Ümumi orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri 
1. Dinləyib-anlama və danışma 
Şagird: 

 
danışanın fikrinə münasibət bildirir; 

 
dil  vahidlərindən  məqsədyönlü  istifadə  etməklə  müxtəlif  tipli  və  formalı 
mətnlər qurur; 

 
fikrini inandırıcı etmək üçün fakt və hadisələrdən istifadə edir; 

 
nitqini uyğun səs tonu, intonasiya, ritm, jest və mimikalarla tənzimləyir. 
 
2. Oxu 
Şagird:  

 
tanış olmayan söz və ifadələrin kontekstə uyğun mənasını şərh edir; 

 
verilmiş mətni düzgün və ifadəli oxuyur; 



 
mətnin  hissələrini  (giriş,  əsas  hissə,  nəticə),  abzasları,  cümlələri,  onlar 
arasında bağlama vasitələrini müəyyən
 
edir;  

 
oxuduğu mətni məzmununa görə təhlil edir.  
 
3. Yazı 
Şagird: 

 
mənbələrdən  istifadə  etməklə  irəli  sürülmüş  problemlə  bağlı  müxtəlif  tipli 
(nəqli,  təsviri,  mühakimə)  və  formalı  (inşa,  hekayə,  esse)  rabitəli  mətnlər 
qurur;   

 
ilkin əlyazma (qaralama) üzərində işləməklə onu təkmilləşdirir;   

 
əməli  yazılar  (ərizə,  tərcümeyi-hal,  elan,  məktub,  teleqram,  izahat,  arayış, 
protokol, hesabat, akt) yazır. 
  
4. Dil qaydaları 
Şagird:   

 
zəruri  fonetik,  leksik,  qrammatik  anlayışları  izah  edir,  bir-birindən 
fərqləndirir, mülahizələrini əsaslandırır və təqdim edir.  

 
sözləri  leksik,  qrammatik  mənalarına  görə  izah  edir,  müxtəlif  sintaktik 
vəzifələrdə işlədir;    

 
cümlələrdə durğu işarəsi qaydalarından istifadə edir;  

 
müxtəlif dil vahidlərinin yazılış qaydalarına əməl edir.  
 
Tam orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri 
1. Dinləyib-anlama və danışma 
Şagird: 

 
Dinlədiyi  və  KİV-dən  (Kütləvi  İnformasiya  Vasitələri)  aldığı  müxtəlif 
məlumatlara münasibət bildirir;    

 
auditoriyanın  marağına  uyğun  üslub  seçir,  qoyulmuş  problem  ətrafında 
müzakirə açır;  

 
mənbələrə istinad etməklə fikrini əsaslandırır; 



 
yardımçı nitq vasitələrindən istifadə etməklə danışır. 
 
2. Oxu 
Şagird: 

 
öyrəndiyi söz və ifadələri üslubi xüsusiyyətlərinə görə izah edir;  

 
söz  və  ifadələrə  əsasən  oxuduğu  mətnləri  üslubi  xüsusiyyətlərinə  görə 
müqayisə edir, qiymətləndirir; 

 
mətnin  hissələrini  (giriş,  əsas  hissə,  nəticə),  abzasları,  cümlələri,  onlar 
arasında  bağlama  vasitələrini  təhlil  etməklə  məzmunun  aydın  ifadə 
olunmasına təsirini izah edir.   
 
3. Yazı 
Şagird: 

 
təqdim olunmuş  mövzuya  uyğun  üslub seçməklə  fikirlərini  yazılı şərh edir, 
layihələr, ssenarilər hazırlayır; 

 
üslubi tələblər baxımından özünün və başqasının yazısını təkmilləşdirir; 

 
müzakirə,  görüş,  diskussiya  və  s.  tədbirlərin təşkili  və  keçirilməsi  məqsədi 
ilə  yazılı  rəy,  məruzə,  referat,  təqdimat  hazırlayaraq  səmərəli  əmakdaşlıq 
nümayiş etdirir.  
 
4. Dil qaydaları 
Şagird: 

 
türk  dilləri  ailəsinə  daxil  olan  bir  dil  kimi  Azərbaycan  dilinin 
xüsusiyyətlərini şərh edir; 

 
qrammatik-semantik 
xüsusiyyətlərini  gözləməklə  sözlərdən  üslubi 
imkanlarına görə istifadə edir;  

 
nitqin düzgünlüyünü və ifadəliliyini təmin edən durğu işarələrindən istifadə 
edir; 

 
mətnin  tərtibatına  və  üslubuna  uyğun  düzgün  yazı  bacarıqları  nümayiş 
etdirir.  


Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə