Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə7/40
tarix08.07.2018
ölçüsü1,56 Mb.
#54229
1   2   3   4   5   6   7   8   9   10   ...   40

Şagird: 
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir. 
1.1.1.  Dinlədiyi  eyni  məsələlər  barədə  müxtəlif  fikirləri  ümumiləşdirməklə  yekun   
rəy bildirir. 
1.1.2. Dinlədiyi fikirləri əlavələri ilə inkişaf etdirir. 
1.2. Şifahi nitq bacarıqlarına malik olduğunu nümayiş etdirir. 
1.2.1.Müşahidə  etdiyi,  oxuduğu,  eşitdiyi  fakt  və  hadisələr  haqqında  kiçik 
təqdimatlar edir. 
1.2.2. Dialoji mətnlər qurur və təqdimatlar edir.   
1.2.4.  Nitqini  canlı  və  obrazlı  etmək  məqsədi  ilə  məzmuna  müvafiq  jest  və 
mimikalardan istifadə edir. 
 
2. Oxu 
Şagird: 
2.1. Qarşılaşdığı yeni sözlərin mənasını başa düşdüyünü  nümayiş etdirir. 
2.1.1. Mətndəki hadisələri həyat hadisələri ilə müqayisə edir. 
2.1.2. Mətndəki terminləri fərqləndirir. 
2.1.3.  Mətndəki obrazlı  ifadələri fərqləndirir. 
2.2. Oxu vərdişlərinə yiyələndiyini nümayiş etdirir.  
2.2.1.  Müvafiq  mətnləri  düzgün,  sürətli,  intonasiya  ilə  (obrazların  xarakterinə 
uyğun) oxuyur. 
2.2.2. Bədii və elmi-kütləvi mətnlər haqqında kiçik təqdimatlar edir.  
2.2.3. Verilmiş mətni genişləndirmək, dəyişdirmək və ya davam etdirmək məqsədi 
ilə yaradıcı plan tutur.  
2.2.4. Mətnin məzmununu genişləndirir, dəyişdirir, yaradıcı şəkildə davam etdirir.  
2.2.5. Mətnin ideyasını müəyyənləşdirir və obrazları sadə şəkildə səciyyələndirir. 
 
3. Yazı 
Şagird: 


3.1. Yazı vərdişlərinə  yiyələndiyini  nümayiş etdirir. 
3.1.1.  Yazısında  orfoqrafiya  normalarına  riayət  edir  və  əsas  durğu  işarələrindən 
yerində istifadə edir. 
3.1.2. İxtisar və əlavələr etməklə  mətni üzündən köçürür. 
3.1.3. Verilmiş mətni genişləndirərək  məzmununu yazır.  
3.1.4. Mühakimə xarakterli kiçikhəcmli rəy, esse, inşa yazır. 
3.1.5. Sinif səviyyəsinə uyğun olaraq  müəyyən edilən əməli yazılar (məktub, elan, 
ərizə, dəvətnamə) yazır. 
 
4. Dil qaydaları 
Şagird: 
4.1.  Zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir. 
4.1.1. Sadə fonetik təhlil aparır. 
4.1.2.  Sözlərin  böyük    hərflə  yazılışına  dair  qaydaları  (bəzi  mürəkkəb  adlar) 
məqamına uyğun tətbiq edir.  
4.1.3.  Mətndəki  yeni  sözlərin  və  adların  mənasını,  yazılışını  müəyyənləşdirmək 
üçün lüğətdən, ensiklopediyadan istifadə edir.  
4.1.4. Sözləri qrammatik mənalarına görə (bağlayıcı, qoşma)  fərqləndirir. 
4.1.5.Cümlənin  düzgün  qurulmasında  baş  və  ikinci  dərəcəli  üzvlərin  yerini   
müəyyən edir. 
4.1.6. Cümlə və onun növləri ilə əlaqədar kiçik təqdimatlar edir. 
4.1.7. Cümlənin məqsəd və intonasiyasına görə növünü müəyyənləşdirir. 
 
 
                                                          V sinif 
 
    V sinfin sonunda şagird:  

 
dinlədiyi məlumatlarda əsas fakt və hadisələri müəyyənləşdirir; 

 
dediyi fikri fakt və nümunələrlə əsaslandırır; 

 
lüğətdən istifadə etməklə tanış olmayan sözlərin mənasını müəyyənləşdirir; 



 
mətni tələffüz qaydalarına uyğun oxuyur;  

 
mətndəki  əsas fikri müəyyənləşdirir;  

 
mövzu ilə bağlı topladığı materialları ümumiləşdirir; 

 
mətnin tərkib hissələrini fərqləndirir; 

 
müxtəlif əməli yazılar (elan, məktub) yazır;  

 
cümlənin  məqsəd  və  intonasiyaya  görə  növləri,  sözün  səs  tərkibi, 
semantikası,  tərkibi,  yaranma  üsulları  və  qrammatik  mənasına  (ad,  əlamət, 
hərəkət bildirməsi) aid xüsusiyyətləri mənimsədiyini nümayiş etdirir; 

 
sait və samitlərin, mürəkkəb sözlərin yazılış qaydalarına əməl edir, cümlənin 
sonunda və dialoqlarda durğu işarələrini tətbiq edir.  
 
Məzmun xətləri üzrə əsas və alt-standartlar 
 
1. Dinləyib-anlama və danışma 
Şagird:  
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir. 
1.1.1. Danışanın fikrini verdiyi suallar əsasında aydınlaşdırır. 
1.1.2. Dinlədiyi məlumatlardakı əsas faktları seçir. 
1.2. Şifahi nitq bacarıqları nümayiş etdirir. 
1.2.1. Deyəcəyi fikrə müvafiq ifadə forması seçir. 
1.2.2. Fikirlərini konkret fakt və nümunələrlə  əsaslandırır. 
1.2.3. Danışarkən mimika və jestlərdən yerli-yerində istifadə edir. 
1.2.4. Hər hansı fakt və hadisə ilə bağlı fikir bildirir.  
 
2. Oxu 
Şagird:  
2.1. Mətndə tanış olmayan sözləri mənimsədiyini nümayiş etdirir. 
2.1.1.  Lüğətlərdən  istifadə  etməklə  tanış  olmadığı  sözlərin  mənasını 
müəyyənləşdirir. 
2.1.2. Sözün həqiqi və ya məcazi mənada işləndiyini müəyyənləşdirir.  


2.2. Mətnin məzmun və strukturunu mənimsədiyini nümayiş etdirir. 
2.2.1. Tələffüz qaydalarını gözləməklə mətni düzgün oxuyur. 
2.2.2. Mətnin tərkib hissələrini fərqləndirir. 
2.2.3. Mətndəki əsas fikri müəyyənləşdirir.  
 
3. Yazı 
Şagird:  
3.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir. 
3.1.1. Müxtəlif yazı formalarını (ifadə, inşa, hekayə) fərqləndirir. 
3.1.2. Mövzu ilə bağlı topladığı materiallar əsasında mətn hazırlayır. 
3.1.3. Mətnin tərkib hissələrini (giriş, əsas hissə və nəticə) əlaqələndirir. 
3.1.4. Müxtəlif əməli yazılar (elan, məktub) yazır. 
 
4. Dil qaydaları 
Şagird:  
4.1. Dil qaydalarını mənimsədiyini nümayiş etdirir.  
4.1.1. Cümləni məqsəd və  intonasiyaya görə növlərinə ayırır. 
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini,  yaranma  üsullarını 
və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.  
4.1.3. Cümlənin sonunda və  dialoqlarda durğu işarələrindən məqsədyönlü istifadə 
edir. 
4.1.4. Sait və samitlərin, mürəkkəb sözlərin yazılış qaydalarına əməl edir.  
 
VI sinif 
VI sinfin sonunda şagird:  

 
dinlədiyi məlumatları ümumiləşdirir;  

 
problemlə bağlı mülahizələrini bildirir;  

 
mətndəki tanış olmayan sözlərin mənasını şərh edir;  

 
fikir və mülahizələrə münasibət bildirir;  

 
müxtəlif yazı tiplərini (nəqli, təsviri, mühakimə) fərqləndirir;  


Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə