Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə10/40
tarix08.07.2018
ölçüsü1,56 Mb.
#54229
1   ...   6   7   8   9   10   11   12   13   ...   40


 
mətnin  tərtibat  formasını  nəzərə  almaqla  durğu  işarəsi  və  orfoqrafiya 
qaydalarına əməl edir. 
 
Məzmun xətləri üzrə əsas və alt-standartlar 
 
1. Dinləyib-anlama və danışma 
Şagird:  
1.1. Dinlədiyi fikri dəyərləndirir. 
1.1.1. Dinlədiyi və KİV-dən aldığı məlumatlarda yol verilmiş məntiqi  nöqsanları 
müəyyən edir. 
1.1.2.  Dinlədiyi  və  KİV-dən  aldığı  məlumatları  təqdim  edilmə  formalarına  görə 
fərqləndirir. 
 
1.2. Şifahi nitq bacarıqları nümayiş etdirir. 
1.2.1. İfadə edəcəyi fikrə uyğun üslub seçir. 
1.2.2.  Müfəssəl  faktlardan,  əyani  vəsaitlərdən,  müvafiq  KİV-dən  istifadə  etməklə 
fikrini əsaslandırır. 
1.2.3. Fakt və sitatlardan istifadə etməklə nitqini zənginləşdirir. 
1.2.4. Müzakirələrdə söylənilmiş mülahizələri dəyərləndirməklə təqdimatlar hazır-
layır.  
 
2. Oxu 
Şagird:  
2.1. Mətndə tanış olmayan sözləri mənimsədiyini nümayiş etdirir. 
2.1.1. Mətndəki söz və ifadələri üslubi xüsusiyyətinə görə fərqləndirir.  
2.1.2. Söz və ifadələrə əsasən oxuduğu mətnin üslubunu müəyyənləşdirir. 
 
2.2. Mətnin məzmun və strukturunu mənimsədiyini nümayiş etdirir. 
2.2.1. Mətni ədəbi dilin normalarına uyğun oxuyur.  
2.2.2. Mətnin hissələrini tezislər şəklində ifadə edir. 


2.2.3. Mətnin məzmununu xülasə şəklində ifadə edir. 
 
3. Yazı 
Şagird:  
3.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir. 
3.1.1. Mövzuya uyğun üslub seçir. 
3.1.2. Mövzu  ilə bağlı  müxtəlif  mülahizələri  müqayisə etməklə  mətni formalaşdı-
rır.  
3.1.3. Mətnin üslubu üzərində işləməklə yazıya düzəlişlər edir.  
3.1.4. Müxtəlif əməli yazılar (rəy, məruzə) yazır. 
 
4. Dil qaydaları 
Şagird:  
4.1. Dil qaydalarını mənimsədiyini nümayiş etdirir. 
4.1.1. Ədəbi dilin normalarına uyğun müxtəlif cümlə konstruksiyaları qurur.  
4.1.2.  Sözün  qrammatik-məna  xüsusiyyətlərini  gözləməklə  ədəbi  dil  normalarına 
riayət edir.  
4.1.3. Müxtəlif cümlə konstruksiyalarında durğu işarələrindən istifadə edir.  
4.1.4. Mətnin tərtibatı zamanı müxtəlif yazılış formalarından istifadə edir. 
 
XI sinif 
  
     XI sinfin sonunda şagird:  

 
dinlədiyi və KİV-dən aldığı məlumatlara münasibət bildirir; 

 
fikrini  müxtəlif  üslublarda  ifadə  edir  və  əsaslandırılmış  təqdimatlar 
hazırlayır; 

 
söz və ifadələrin üslubi xüsusiyyətlərini izah edir, müxtəlif üslublu mətnləri 
düzgün oxuyur; 

 
mətnin məzmununa əlavələr etməklə genişləndirir; 



 
fərqli  yanaşmalara  və şəxsi düşüncələrə əsaslanan  müxtəlif  üslublu  mətnlər 
yazır, təkmilləşdirir; 

 
müxtəlif əməli yazılar (referat, təqdimat) yazır; 

 
sözlərdən  və  müxtəlif  cümlə  konstruksiyalarından  üslubi  imkanlarına  görə 
istifadə edir; 

 
yazıda durğu işarəsi və orfoqrafiya qaydalarına əməl edir.  
 
Məzmun xətləri üzrə əsas və alt-standartlar 
 
1. Dinləyib-anlama və danışma 
Şagird:  
1.1. Dinlədiyi fikri dəyərləndirir. 
1.1.1. Dinlədiyi və KİV-dən aldığı məlumatları təhlil edir. 
1.1.2. Dinlədiyi və KİV-dən aldığı məlumatlara münasibət bildirir. 
 
1.2. Şifahi nitq bacarıqları nümayiş etdirir. 
1.2.1. Fikrini müxtəlif üslublarda ifadə edir. 
1.2.2. Əsaslandırılmış fikir və mülahizələr söyləyir.   
1.2.3. Yardımçı vasitələrdən istifadə etməklə müxtəlif nitq nümunələri qurur. 
1.2.4. Problemlə bağlı fakt və dəlillərlə əsaslandırılmış təqdimatlar edir.  
 
2. Oxu 
Şagird:  
2.1. Mətndə tanış olmayan sözləri mənimsədiyini nümayiş etdirir. 
2.1.1. Öyrəndiyi söz və ifadələrin üslubi xüsusiyyətlərini izah edir. 
2.1.2.  Söz  və  ifadələrə  əsasən  oxuduğu  mətnləri  üslubi  xüsusiyyətlərinə  görə 
müqayisə edir, qiymətləndirir. 
 
2.2. Mətnin məzmun və strukturunu mənimsədiyini nümayiş etdirir. 
2.2.1. Üslubi xüsusiyyətlərini nəzərə almaqla mətni oxuyur. 


2.2.2. Mətnin məzmununu saxlamaqla strukturunu dəyişir. 
2.2.3. Mətni məzmunununa əlavələr etməklə  genişləndirir. 
 
3. Yazı 
Şagird:  
3.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir. 
3.1.1. Üslubi xüsusiyyətləri gözləməklə müxtəlif mətnlər yazır. 
3.1.2. Müxtəlif yanaşmalara və şəxsi düşüncələrə istinadən əsaslandırılmış mətnlər 
qurur. 
3.1.3. Mətni üslubi və struktur cəhətdən təkmilləşdirir.   
3.1.4. Müxtəlif əməli yazılar (referat, təqdimat) yazır. 
 
4. Dil qaydaları 
Şagird:  
4.1. Dil qaydalarını mənimsədiyini nümayiş etdirir. 
4.1.1. Müxtəlif cümlə konstruksiyalarından məqsədyönlü istifadə edir.  
4.1.2.  Qrammatik-semantik  xüsusiyyətlərini  gözləməklə  sözlərdən  üslubi 
imkanlarına görə istifadə edir. 
4.1.3.  Nitqin  düzgünlüyü  və  ifadəliliyini  təmin  edən  durğu  işarələrindən 
məqsədyönlü istifadə edir. 
4.1.4. Üslubi çalarlarından asılı olaraq sözləri böyük və kiçik hərflərlə yazır.  
 


1.6 Fəndaxili və fənlərarası  inteqrasiya 
 
Məlumdur  ki,  insan  sosial  bir  varlıq  kimi  onu  əhatə  edən  cəmiyyət  və 
təbiətin  mühüm  tərkib  hissəsidir.  Onun  bir  şəxsiyyət  kimi  formalaşması 
cəmiyyətdə  və  təbiətdə  baş  verən  dəyişiklik  fonunda  özünü  dərindən  dərk  etməsi 
ilə bağlıdır. Odur ki, təhsilin yetişməkdə olan gənc nəsli şüurlu surətdə müstəqil və 
yaradıcı  həyata  hazırlamaq  funksiyası  həmişə  aktual  olmuş  və  bu  əlaqənin  hansı 
prinsiplər əsasında qurulmasından asılı  olaraq, onun (təhsilin)  məqsədi,  məzmunu 
və  təşkili  formaları  müəyyənləşdirilmişdir.  Bu  baxımdan  «Azərbaycan 
Respublikasında  Ümumi  Təhsilin  Konsepsiyası  (Milli  Kurikulumu)»  sənədində 
istinad  edilən  tələbyönümlülük,  nəticəyönümlülük,  şagirdyönümlülük  və  s. 
prinsipləri ilə yanaşı, inteqrativlik prinsipi xüsusi qeyd olunmalıdır. Geniş mənada 
təhsilin  müxtəlif:  ibtidai,  əsas  və  orta  pillələrində  tədris  edilən  fənlərin 
müəyyənləşdirilməsində  başlıca  prinsip  kimi  götürülən  inteqrativlik,  eyni 
zamanda, konkret fənlərin, o cümlədən Azərbaycan dili fənninin də məzmununun 
və  təşkili  formalarının  müəyyənləşdirilməsində  mühüm  rol  oynayır.  Fəndaxili 
(şaquli)  və  fənlərarası  (üfüqi) əlaqə şəklində təsnif edilən  inteqrasiya  Azərbaycan 
dili  ilə  bağlı  bilik  və  bacarıqları  özündə  ehtiva  edən  məzmun  standartlarının 
hazırlanmasında aşağıdakı variantlarda ifadəsini tapmışdır:  
1)
 
Təhsilin hər üç pilləsi üzrə ümumi nəticələrin inteqrasiyası.  
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun təsdiq olunması 
bütün normativlər sənədlər kimi Milli Kurikulumun da yeniləşməsini tələb edirdi. 
Bu  baxımdan  Milli  Kurikulum  sənədində  Azərbaycan  dili  fənninin  təhsil 
səviyyələri üzrə ümumi nəticələri yenidən işlənərək təkmilləşmə işləri aparılmış və 
“Ümumi  təhsilin  dövlət  standartı  və  proqramları”  sənədində  aşağıdakı  kimi 
müəyyənləşdirilmişdir.  
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə