Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə9/40
tarix08.07.2018
ölçüsü1,56 Mb.
#54229
1   ...   5   6   7   8   9   10   11   12   ...   40

1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir. 
1.1.1. Suallar  verməklə dinlədiyi  fakt  və  hadisələr barədə özünün  fikir  və  mülahi-
zələrini dəqiqləşdirir. 
1.1.2. Dinlədiyi fikrin məntiqiliyini əsaslandırır. 
 
1.2. Şifahi nitq bacarıqları nümayiş etdirir. 
1.2.1. Auditoriyanın səviyyəsinə uyğun ifadə forması seçir. 
1.2.2. Əlavə materiallardan istifadə etməklə nitqini zənginləşdirir. 
1.2.3. Nitq etiketlərindən məqamında istifadə edir. 
1.2.4. Müzakirələrdə deyilmiş müxtəlif mövqeli fikirləri ümumiləşdirir. 
 
2. Oxu 
Şagird:  
2.1. Mətndə tanış olmayan sözləri mənimsədiyini nümayiş etdirir. 
2.1.1. Tanış olmadığı söz və ifadələrin mənasını müvafiq qarşılığını tapmaqla  şərh 
edir. 
2.1.2. Həqiqi və məcazi mənalı söz və ifadələrin mənasını nümunələrlə şərh edir. 
 
2.2. Mətnin məzmun və strukturunu mənimsədiyini nümayiş etdirir. 
2.2.1. Söz sırasını, cümlələr və abzaslar arasında əlaqəni gözləməklə mətni oxuyur. 
2.2.2. Mətnin hissələri arasında əlaqəni şərh edir. 
2.2.3. Mətndəki fakt və hadisələri real həyatla müqayisə edir və əlaqələndirir. 
 
3. Yazı 
Şagird:  
3.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir. 
3.1.1. Mövzuya uyğun müxtəlif tipli (nəqli, təsviri, mühakimə) mətnlər yazır. 
3.1.2. Sitatlardan istifadə etməklə fikir və mülahizələrini qüvvətləndirir. 
3.1.3.  Mətnin  hissələri,  abzaslar  və  cümlələr  arasında  əlaqəni  gözləməklə  yazıya 
düzəlişlər edir.  


3.1.4. Müxtəlif əməli yazılar (arayış, protokol) yazır. 
 
4. Dil qaydaları 
Şagird:  
4.1. Dil qaydalarını mənimsədiyini nümayiş etdirir. 
4.1.1. Sadə cümlənin növlərini fərqləndirir. 
4.1.2. Söz və söz birləşmələrinin sintaktik vəzifəsini müəyyən edir. 
4.1.3. Həmcins üzvlər, əlavələr, xitab və ara sözlərlə bağlı durğu işarələrindən isti-
fadə edir. 
4.1.4. Həmcins üzvlərdə şəkilçilərin yazılış qaydalarına əməl edir.  
 
IX sinif 
 
    IX sinfin sonunda şagird:  

 
dinlədiyi  fikirlərə  münasibət  bildirir  və  onları  ümumiləşdirilmiş  şəkildə 
təqdim edir; 

 
tanış olmayan söz və ifadələrin kontekstə uyğun mənasını şərh edir; 

 
mətni müvafiq intonasiya ilə oxuyur;  

 
irəli sürülmüş əsas fikirləri dəyərləndirir; 

 
müxtəlif  tipli  (nəqli,  təsviri,  mühakimə)  və  formalı  (inşa,  esse,  hekayə) 
yazılar yazır, təkmilləşdirir; 

 
müxtəlif əməli yazılar (hesabat, akt) yazır; 

 
sözləri  müxtəlif  sintaktik  vəzifələrdə  işlədir,  mürəkkəb  cümlənin  növlərini 
müəyyənləşdirir; 

 
mürəkkəb cümlədə, vasitəsiz nitqdə durğu işarələrindən istifadə edir;  

 
orfoqrafiya və düzgün yazı qaydalarına əməl edir.  
 
Məzmun xətləri üzrə əsas və alt-standartlar 
 
1. Dinləyib-anlama və danışma 


Şagird:  
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir. 
1.1.1.  Danışanın  mövzuya  münasibətini  müəyyən  etmək  üçün  tədqiqat  xarakterli 
suallar verir.  
1.1.2. Dinlədiyi fikirlərə münasibət bildirir. 
 
1.2. Şifahi nitq bacarıqları nümayiş etdirir. 
1.2.1.  Dil  vahidlərindən  məqsədyönlü  istifadə  etməklə  müxtəlif  formalı  mətnlər 
qurur. 
1.2.2. Müxtəlif tipli  rabitəli nitq nümunələri qurur. 
1.2.3.Nitq prosesində danışığı (səs seçimi, səsin  ucalığı,  hiss, ton)  ilə  ifadə tərzini 
(pauza, jest, mimika) uzlaşdırır. 
1.2.4. Ümumiləşmiş fikirləri yığcam şəkildə təqdim edir. 
 
2. Oxu 
Şagird:  
2.1. Mətndə tanış olmayan sözləri mənimsədiyini nümayiş etdirir. 
2.1.1. Tanış olmayan söz və ifadələrin kontekstə uyğun mənasını şərh edir. 
2.1.2. Həqiqi və məcazi mənalı söz və ifadələrin mənasını kontekstə uyğun dəqiq-
ləşdirməklə şərh edir. 
 
2.2. Mətnin məzmun və strukturunu mənimsədiyini nümayiş etdirir. 
2.2.1. Mətni düzgün  intonasiya ilə oxuyur. 
2.2.2. Tərkib hissələri arasında əlaqəni gözləməklə mətni genişləndirir.  
2.2.3. Mətndə irəli sürülmüş fikirləri dəyərləndirir. 
 
3. Yazı 
Şagird:  
3.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir. 


3.1.1.  Verilmiş  mövzuya  uyğun  müxtəlif  tipli    (nəqli,  təsviri,  mühakimə)  və 
formalı  (inşa, esse, hekayə) mətnlər yazır.  
3.1.2. Formalaşmış fikir və mülahizələrini həyat hadisələri ilə əlaqələndirərək əsas-
landırır.  
3.1.3.  Mətnin  hissələri,  abzaslar  və  cümlələr  arasında  əlaqəni  gözləməklə  özünün 
və başqasının yazısını təkmilləşdirir.  
3.1.4. Müxtəlif əməli yazılar (hesabat, akt) yazır. 
 
4. Dil qaydaları 
Şagird:  
4.1. Dil qaydalarını mənimsədiyini nümayiş etdirir. 
4.1.1. Mürəkkəb cümlənin növlərini fərqləndirir.  
4.1.2. Sözlərin və söz birləşmələrini müxtəlif sintaktik vəzifələrdə işlədir. 
4.1.3. Mürəkkəb cümlədə,  vasitəsiz nitqdə durğu işarələrindən istifadə edir. 
4.1.4.  Dialoqlarda  və  vasitəsiz  nitqdə  sözlərin  böyük  və  kiçik  hərflərlə  yazılış 
qaydalarına əməl edir.  
 
X sinif 
 
    X sinfin sonunda şagird:  

 
dinlədiyi  və  KİV-dən  aldığı  məlumatları  təqdim  edilmə  formalarına  görə 
fərqləndirir; 

 
müxtəlif mülahizələri dəyərləndirməklə təqdimatlar hazırlayır; 

 
mətndəki söz və ifadələri üslubi xüsusiyyətlərinə görə fərqləndirir; 

 
mətni ədəbi dil normalarına uyğun oxuyur;  

 
mətni tezislər və xülasə şəklində ifadə edir; 

 
müxtəlif mülahizələrin müqayisəsinə əsaslanan mətnlər yazır; 

 
müxtəlif əməli yazılar (rəy, məruzə) yazır; 

 
sözlərdən və cümlələrdən ədəbi dil normalarına uyğun istifadə edir; 


Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə