Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu


III.  Şagird nailiyyətlərinin qiymətləndirilməsi



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə2/40
tarix08.07.2018
ölçüsü1,56 Mb.
#54229
1   2   3   4   5   6   7   8   9   ...   40

III.  Şagird nailiyyətlərinin qiymətləndirilməsi 
Tezaurus 
Resurslar 
İstifadə edilmiş ədəbiyyat 


Giriş 
 
Azərbaycan  dili  fənni  üzrə  təhsil  proqramı  (kurikulumu)  və  onun 
xarakterik cəhətləri. Azərbaycan dili fənni üzrə təhsil proqramı (kurikulumu)  
bu  fənn  üzrə  məqsəd  və  vəzifələri  müəyyənləşdirən  və  ona  doğru 
istiqamətlənmiş  standartların  reallaşması  üçün  zəruri  fəaliyyətləri  əhatə  edən 
konseptual  sənəddir.  Bu  sənəd  hazırlanarkən  cəmiyyətimizin  ehtiyac  və 
tələbləri,  şagirdlərin  imkanları,  meyil  və  maraqları  nəzərə  alınmışdır.  Burada 
fənn  üzrə  ümumi  təlim  nəticələri,  məzmun  standartları,  müəllim  və  şagird 
fəaliyyətinə aid texnologiyalar və qiymətləndirmə məsələləri əhatə edilmişdir. 
Bu,  dərslik  və  dərs  vəsaitiləri  müəlliflərini,  müəllimləri,  qiymətləndirmə 
mütəxəssislərini  və  Azərbaycan  dili  təlimi  ilə  məşğul  olan  digər  təhsil 
işçilərini istiqamətləndirməyə xidmət edir. 
Azərbaycan  dili  təliminin  məzmunu  nəticəyönümlü  standartlar  əsasında 
hazırlanmışdır.  Nəticələrin  əvvəlcədən  müəyyən  olunması  onlara  doğru 
yönəlmiş  fəaliyyətlərin  inkişafını  izləmək  və  istiqamətləndirmək  üçün  ardıcıl 
qiymətləndirmə aparılmasına imkan yaradır. 
Məzmun  standartları  hazırlanarkən  şagirdlərin  idraki,  informativ- 
kommunikativ  və  qeyri-iradi  fəaliyyətlərinin  əhatə  olunması,  düşünmə, 
emosional  və  psixomotor  bacarıqlarının  inkişaf  etdirilməsi  nəzərdə 
tutulmuşdur.  Bütün  standartlar  fəaliyyətlərə  aid  bacarıqlar  şəklində  ifadə 
olunmuş,  şagirdlərin  bilik  və  bacarıqları  ilə  bağlı  nailiyyətlərini 
müəyyənləşdirmək diqqət mərkəzində saxlanılmışdır. 
Fənnin  əhəmiyyəti,  məqsəd  və  vəzifələri.  Ümumtəhsil  məktəblərində 
ana dilinin tədrisi milli maraqlar və dövlətçilik baxımından vacib məsələlərdən 
biri  hesab  edilir.  Dünya  ölkələrində  ana  dilinin  öyrədilməsi  milli  təfəkkürün 
formalaşmasında  mühüm  vasitə  kimi  yüksək  dəyərləndirilir.  Milli 
Kurikulumlar  bir  qayda  olaraq,  ana  dili  ilə  başlanır.  Təhsilin  ümumi  inkişaf 
səviyyəsini  müəyyənləşdirmək  üçün  keçirilən  beynəlxalq  və  milli 
qiymətləndirmələrdə  ana  dili  üzrə  standartların  mənimsənilməsinə  xüsusi 


diqqət  yetirilir.  Bütün  bunlar  isə  bir  fənn  kimi  ana  dilinin  şəxsiyyətin 
formalaşmasındakı müstəsna rolu ilə bağlıdır. Firudin bəy Köçərlinin fikrincə, 
“Ana  dili  millətin  mənəvi  diriliyidir.  Ananın    südü  bədənin  mayəsi  olduğu 
kimi, ana dili də ruhun qidasıdır”.  
Azərbaycan dilinə  yiyələnmə ailədən  başlayır. Uşaq  məktəbə  gələnədək 
ana dilinin köməyi ilə ətraf aləm haqqında müəyyən təsəvvürlər əldə edir. Bu 
onun  lüğət ehtiyatını zənginləşdirir, dəqiqləşdirir, əşya  və  hadisələr  haqqında  
fikirlərini  formalaşdırır,  başqalarının  dediklərini  anlamağa  imkan  yaradır. 
Məktəbdə isə həmin iş sistemli, ardıcıl, mütəşəkkil davam etdirilir. Məhz buna 
görə də ana dilinin öyrənilməsi Milli Kurikulumda özünəməxsus yer tutur.  
Azərbaycan  dilinin  öyrənilməsi  şagirdlərin  ünsiyyət  imkanlarını 
genişləndirir,  onlarda  nitq  fəaliyyətinin  növləri  ilə  yanaşı,  düşünmə,  öyrənmə 
və  danışma  bacarıqlarını  formalaşdırır.  Nəticədə  bu  dil  düşünmə,  öyrənmə, 
danışma vasitəsinə cevrilir. 
Azərbaycan  dili  ümumtəhsil  məktəblərində  tədris  olunmaqla  şagirdlərdə 
nitq mədəniyyətinin formalaşmasına xidmət edir. Şagirdlər bu fənnin vasitəsilə 
milli  mədəniyyət  nümunəsi  kimi  ana  dilini  öyrənir,  onun  səs  sisteminə,  lüğət 
ehtiyatına, üslubi-qrammatik xüsusiyyətlərinə yaxından bələd olur, elmi, bədii, 
publisistik və digər üslublarda yaradılmış ədəbiyyat nümunələri ilə tanış olmaq 
imkanı qazanırlar. Eyni zamanda, bu dildən istifadə edərək öyrənəcəkləri digər 
fənlərin daha yaxşı mənimsənilmə potensialını genişləndirirlər. 
Orta  məktəbi  başa  vuran  gənclər  təhsilini  davam  etdirmək,  müxtəlif 
sahələrdə  işləmək  üçün  müasir  dövrün  iqtisadi,  hüquqi  və  texnoloji 
çətinliklərinə  hazır  olmalı,  onların  aradan  qaldırılmasında  təşəbbüskarlıq  və 
fəallıq  göstərməlidirlər.  Bunun  üçün  təkcə  elmi-nəzəri  hazırlıq  deyil,  həm  də 
yüksək əxlaqi-mənəvi keyfiyyətlər, o cümlədən dil və ünsiyyət bacarıqları əldə 
olunmalıdır.  Hər bir şəxs  müxtəlif  formalı və  məzmunlu  mətnləri səlis, şüurlu 
oxumağa, yazılı və şifahi şəkildə səmərəli və  yaradıcı ünsiyyət qurmağa qadir 
olmalıdır.  Bu  baxımdan,  Azərbaycan  dilinin  bir  fənn  kimi  təlim  əhəmiyyəti 
böyükdür. 


 Ana  dili  qüdrətli  tərbiyə  vasitəsidir.  Şagirdlər  onun  vasitəsilə  milli-
mənəvi sərvətlərimizi  öyrənir,  əxlaqi  dəyərlərə  və  yüksək  insani  keyfiyyətlərə 
yiyələnirlər. 
Ümumtəhsil  məktəblərində  Azərbaycan  dili  təliminin  məqsədi  ümumi 
nitq  və  dil  bacarıqlarını  formalaşdırmaqla  şagirdlərin  nitq  mədəniyyətinə 
yiyələnmələrini təmin etməkdən ibarətdir. Buna görə də: 

 
nitq  və  dil  bacarıqlarına  yiyələnməklə  ümumi  nitq  inkişafına  nail 
olmaq; 

 
Azərbaycan  dilinin  düşünmə,  öyrənmə  və  danışma  vasitəsi  olmasını 
dərk etmək; 

 
davamlı təhsil  prosesində,  praktik  fəaliyyətdə  istifadə  üçün  potensial 
bilik və bacarıqlara yiyələnmək vacib hesab edilir. 
Ümumtəhsil  məktəblərində  Azərbaycan  dilinin  tədrisi  vasitəsilə 
aşağıdakıların həyata  kecirilməsi nəzərdə tutulur: 
ibtidai  təhsil  səviyyəsində  əlifbanın  öyrənilməsi,  oxu  və  yazı 
texnikasının,  hüsnxət qaydalarının, düzgün, sürətli, şüurlu  və   ifadəli oxu  üzrə 
ilkin bacarıqların mənimsənilməsi, lüğət ehtiyatının tədricən zənginləşdirilməsi, 
ən zəruri qrammatik qaydaların və ədəbi tələffüz normalarının öyrənilib tətbiq 
olunması,  ekspressiv  nitq  bacarıqlarının  formalaşdırılması,  Azərbaycan 
xalqının  dili,  tarixi,  əxlaqi-mənəvi  keyfiyyətləri,  mədəniyyəti,  adət-ənənələri 
haqqında ilkin anlayışların yaradılması təmin olunur; 
ümumi orta təhsil səviyyəsində şagirdlərdə ifadəli və şüurlu oxu, aydın, 
səlis, düzgün şifahi və yazılı nitq vərdişlərinin inkişaf etdirilməsi, nitqin leksik, 
qrammatik  və  üslubi  cəhətdən  zənginliyi,  təcrübi  baxımdan  əhəmiyyətli  olan 
dilçilik  anlayışları  və  qaydalarının  mənimsənilməsi,  dil  hadisələri  zəminində 
şagirdlərin  idrak  fəaliyyətinin  və  ünsiyyət  bacarıqlarının  inkişafı,  şagirdlərdə 
ana dilinə məhəbbət və hörmət hissinin formalaşdırılması təmin edilir; 
tam  orta  təhsil  səviyyəsində  ümumi  orta  təhsil  səviyyəsindəki  fəaliyyət 
istiqamətləri  inkişaf  etdirilməklə  ədəbi  dilin  üslublarından  istifadə  imkanlarının 


Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə