Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə11/40
tarix08.07.2018
ölçüsü1,56 Mb.
#54229
1   ...   7   8   9   10   11   12   13   14   ...   40

“Azərbaycan dili” fənni üzrə: 
İbtidai təhsil səviyyəsində: 
 
Şagird: 

 
danışanın  fikrinə  münasibət  bildirir,  öz  fikirlərini  sərbəst  və  ardıcıl  ifadə 
edir; 

 
düzgün, sürətli, şüurlu, ifadəli oxuyur, oxuduğu mətnlərə münasibət bildirir; 

 
kiçikhəcmli rabitəli mətnlər qurur; 

 
lüğətlərdən, məlumat kitablarından istifadə edir; 

 
Azərbaycan  xalqının  dili,  tarixi,  əxlaqi-mənəvi  dəyərləri,  incəsənəti,  adət-
ənənələri haqqında öyrəndiyi məlumatları sadə formada təqdim edir; 

 
ilkin  yazılı və şifahi nitqində  fonetik,  leksik, qrammatik qaydalara  yiyələn-
diyini nümayiş etdirir.  
Ümumi orta təhsil səviyyəsində:  
Şagird: 

 
dinlədiyi mətnlərə münasibət bildirməklə mövqeyini əsaslandırır;  

 
mətni düzgün və ifadəli oxuyur, məzmun və strukturuna görə təhlil edir;  

 
dil vahidlərindən istifadə etməklə müxtəlif tipli (nəqli, təsviri, mühakimə) və 
formalı (inşa, esse, hekayə) mətnlər qurur, onları təkmilləşdirir; 

 
müxtəlif məzmunlu məlumatlar əsasında təqdimatlar edir; 

 
şifahi və yazılı nitqində zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir. 
Tam orta təhsil səviyyəsində: 
Şagird: 

 
müxtəlif mənbələrdən aldığı məlumatları təhlil edir və münasibət bildirir; 

 
mətnləri üslubi-struktur xüsusiyyətlərinə görə təhlil edir və qiymətləndirir; 

 
mənbələrdən istifadə etməklə müxtəlif üslublu mətnlər qurur; 

 
müzakirə,  görüş,  diskussiya  və  s.  tədbirlər  üçün  məruzə,  təqdimat  və 
ssenarilər hazırlayır; 

 
nitqin dəqiqliyi, düzgünlüyü  və ifadəliliyi üçün zəruri olan  normaları şifahi 
və yazılı nitqində tətbiq edir.  
Təhlil göstərir ki, bacarıqlar şəklində verilmiş bu nəticələr 5 bloka ayrılır və 
hər  təhsil  pilləsinin  sonunda  gözlənilməsi  nəzərdə  tutulan  bu  nəticələr  bir-birini 
məntiqi və məzmun baxımından tamamlayır, aşağı səviyyədə sonrakı səviyyə üçün 
zəmin yaradılır.  


Odur  ki,  təhsil  səviyyələri  üzrə  ümumi  nəticələrin  inteqrasiya  modelini 
aşağıdakı kimi çəkmək olar. 
 
İbtidai,  ümumi  orta  və  tam  orta  təhsil  səviyyələri  üzrə  ümumi  nəticələrin 
inteqrasiyanı əks etdirən bu sxem standartlar şəklində  verilmiş bacarıqların daxili 
mahiyyətindən  irəli  gəlir  və  təlim  prosesində  biri  digərinə  əsaslanmaqla  onu 
məntiqi baxımından tamamlayır. 
İbtidai təhsil səviyyəsi üzrə 
Ümumi orta təhsil səviyyəsi 
Tam orta təhsil səviyyəsi 
üzrə 
 
danışanın  fikrinə  müna-
sibət  bildirir,  öz  fi-
kirlərini  sərbəst  və  ar-
dıcıl ifadə edir; 
 düzgün,  sürətli,  şüurlu, 
ifadəli  oxuyur,  oxuduğu 
mətnlərə 
münasibət 
bildirir; 
 
dinlədiyi mətnlərə 
münasibət bildirməklə 
mövqeyini əsaslandırır 
müxtəlif 
mənbələrdən 
aldığı  məlumatları  təhlil 
edir 
və 
münasibət 
bildirir; 
 
mətni  düzgün  və  ifadəli 
oxuyur,  məzmun  və 
strukturuna  görə  təhlil 
edir;  
 
mətnləri  üslubi-struktur 
xüsusiyyətlərinə 
görə 
təhlil  edir  və  qiymət-
ləndirir; 
 
dil vahidlərindən istifadə 
etməklə  müxtəlif  tipli 
(nəqli, 
təsviri, 
mühakimə)  və  formalı 
(inşa, 
esse, 
hekayə) 
mətnlər  qurur,  onları 
təkmilləşdirir; 
 
mənbələrdən  istifadə  et-
məklə  müxtəlif  üslublu 
mətnlər qurur; 
 
kiçikhəcmli 
rabitəli 
mətnlər qurur; 
 
müxtəlif  məzmunlu  mə-
lumatlar 
əsasında 
təqdimatlar edir; 
 
müzakirə,  görüş,  diskus-
siya  və  s.  tədbirlər  üçün 
məruzə,  təqdimat  və 
ssenarilər hazırlayır; 
 
lüğətlərdən,  məlumat  ki-
tablarından istifadə edir; 
 
Azərbaycan  xalqının  di-
li,  tarixi,  əxlaqi-mənəvi 
dəyərləri, 
incəsənəti, 
adət-ənənələri  haqqında 
öyrəndiyi 
məlumatları 
sadə  formada  təqdim 
edir;
 
 
şifahi  və  yazılı  nitqində 
zəruri  dil  qaydalarını 
mənimsədiyini  nümayiş 
etdirir. 
 
nitqin dəqiqliyi, düzgün-
lüyü  və  ifadəliliyi  üçün 
zəruri  olan  normaları 
şifahi  və  yazılı  nitqində 
tətbiq edir.  
 
ilkin  yazılı  və  şifahi  nit-
qində  fonetik,  leksik, 
qrammatik  qaydalara  yi-
yələndiyini  nümayiş  et-
dirir.  
 


Müəyyən  olunmuş  məzmun  xətləri:
 
dinləyib-anlama  və  danışma,  oxu,  yazı 
və  dil  qaydaları    bir  biri  ilə  əlaqəli  olduğundan  onlara  aid  olan  məzmun 
standartlarının  verilməsində  də  inteqrativlik  nəzərə  alınmışdır.  Ümumi  şəkildə 
onların arasındakı əlaqəni aşağıdakı kimi ifadə etmək mümkündür. 
  
 
    
 
       
 
 
 
 
 
 
 
 
 
Sxemdən  göründüyü  kimi,  dil  qaydaları  şagirdlərin  oxu,  yazı,  dinləyib-
anlama  və  danışma  məzmun  xətlərində  nəzərdə  tutulmuş  bacarıqların  linqvistik 
əsasini  təşkil  edir.  Şagird  məhz  lazımi dil  qaydalarına  yiyələnməklə  düzgün  oxu, 
normaya  uyğun  yazı  və  danışma qaydalarına  yiyələnir.  Xüsusən  mətn  üzərində  iş 
prosesində  dil  qaydalarını  müşahidə  edir,  onları  səciyyəvi  xüsusiyyətlərinə  görə 
fərqləndirir,  dərk  edir  və  bundan  sonra  praktik  şəkildə  tətbiq  edir.  Eləcə  də 
dinlyəib-anlama və danışma məzmun xəttində əks olunmuş bacarıqlar rabitəli yazı 
qabiliyyətinin  formalaşması baxımından əhəmiyyət daşıyır. Bu  xüsusiyyət oxu  və 
yazı məzmun xətlərində də nəzərə alınmışdır. 
Şaquli  inteqrasiya  hər  bir  sinfin  sonundakı  nəticələrin  məzmununda  da 
gözlənilmişdir.  
                    I-IV siniflər üzrə  
             Dinləyib-anlama və danışma 
 
 
 
Yazı                                                     Oxu 
      Dil 
qaydaları 


Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə