Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə5/40
tarix08.07.2018
ölçüsü1,56 Mb.
#54229
1   2   3   4   5   6   7   8   9   ...   40

1.4. Fəaliyyət xətləri 
Azərbaycan  dili  üzrə  məzmun  standartları  müəyyənləşdirilərkən  aşağıdakı 
fəaliyyət istiqamətləri ilə əlaqəlilik nəzərə alınmışdır:  

 
Problemin həlli 

 
Mühakiməyürütmə və əsaslandırma 

 
Ünsiyyət 

 
Tədqiqetmə 

 
Tətbiqetmə 
 
 
1.5. Məzmun standartları 
 
I  sinif 
 
I sinfin sonunda şagird: 

 
dinlədiyi sadə fikrə münasibət bildirir; 

 
müşahidələrə əsaslanan danışığında, dialoji nitqində sadə nitq etiketlərindən və 
mimikalardan  istifadə edir; 

 
mətndəki yaxınmənalı sözləri  izah edir və cümlədə işlədir; 

 
kiçikhəcmli  mətni  düzgün  oxumaqla  məzmununu  nəql  edir,  əsas  fikri 
müəyyənləşdirir;  

 
nəzm və nəsri fərqləndirir; 

 
hərfləri  sözləri  və  kiçikhəcmli  mətnləri  hüsnxət  qaydalarına  uyğun  yazır, 
müşahidə xarakterli mətn qurur əməli yazılar yazır; 

 
səs  və  hərfi  fərqləndirir,  sözləri  hecalara  ayırır,  böyük  və  kiçik  hərfi 
fərqləndirir,  ad,  əlamət,  hərəkət bildirən  sözləri,  məqsəd  və  intonasiyaya  görə 
cümlələri tanıyır və fərqləndirir. 
Məzmun xətləri üzrə əsas və alt-standartlar 
1. Dinləyib-anlama və danışma 
Şagird: 


1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir. 
1.1.1. Dinlədiyi sadə fikrin mahiyyətini şərh edir. 
1.1.2. Dinlədiyi fikrə münasibətini bildirir.  
1.2. Şifahi nitq bacarıqlarına malik olduğunu nümayiş etdirir. 
1.2.1. Müşahidə etdiyi əşya,  hadisələr haqqında və şəkillər üzrə danışır. 
1.2.2. Dialoqlarda sadə nitq etiketlərindən istifadə edir. 
1.2.3. Nitqini  müvafiq  mimika və jestlərlə  müşayiət edir. 
 
2.Oxu 
Şagird: 
2.1. Qarşılaşdığı yeni sözlərin mənasını başa düşdüyünü  nümayiş  etdirir. 
2.1.1. Mətndə rast gəldiyi yeni əşya və hadisələri adlandırır. 
2.1.2.  Mətndəki  müəyyən  olunmuş  sözləri  yaxınmənalı  sözlərin  köməyi  ilə  izah 
edir. 
2.1.3. Mətndə öyrəndiyi yaxınmənalı sözləri cümlədə işlədir.  
2.1.4. Mətndən sadə bədii ifadələri seçir. 
2.2. Oxu texnikası və ilkin oxu bacarıqlarına yiyələndiyini nümayiş etdirir. 
2.2.1. Kiçikhəcmli mətnləri düzgün  tələffüz etməklə oxuyur. 
2.2.2. Müxtəlif bədii mətnləri (nəzm, nəsr) fərqləndirir. 
2.2.3. Mətnin şəkilli planını tutur. 
2.2.4. Mətndəki əsas fikri müəyyənləşdirir və sadə formada ifadə edir. 
2.2.5. Mətnnin məzmununu nəql edir. 
3. Yazı 
Şagird: 
3.1. Yazı texnikasına və ilkin yazı bacarıqlarına yiyələndiyini  nümayiş etdirir. 
3.1.1. Hərflərin elementlərini və konfiqurasiyasını müəyyən olunmuş xətt boyunca 
düzgün yazır və bitişdirir. 
 
3.1.2. Əl yazısı şəklində olan sözləri və kiçikhəcmli mətnləri üzündən köçürür.   
3.1.3. Şəklə uyğun cümlələr qurub yazır. 
3.1.4. Bir neçə cümlədən ibarət müşahidə xarakterli rabitəli mətn yazır. 


3.1.5. Sinif səviyyəsinə  uyğun olaraq  müəyyən edilən sadə əməli  yazılar (açıqca) 
yazır.                     
 
4. Dil qaydaları 
Şagird: 
4.1. Zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir. 
4.1.1. Səs və hərfi  fərqləndirir. 
4.1.2. Sözləri hecalara ayırır. 
4.1.3. Böyük və kiçik hərfləri fərqləndirir. 
4.1.4. Hərfləri əlifba sırası ilə sadalayır. 
4.1.5. Ad, əlamət və hərəkət bildirən sözləri tanıyır və fərqləndirir. 
4.1.6. Cümləni tanıyır və əsas əlamətlərini sadalayır. 
4.1.7. Məqsəd və intonasiyaya görə cümlələri fərqləndirir. 
 
 
II  sinif 
 
II sinfin sonunda şagird: 

 
dinlədiyi fikirlə bağlı münasibətini əsaslandırır;  

 
müşahidə etdikləri, eşitdikləri, oxuduqları haqqında danışığında, dialoji nitqində 
situasiyaya uyğun nitq etiketlərindən, jest və mimikalardan istifadə edir; 

 
mətndəki  yaxınmənalı  və  əksmənalı  sözləri  fərqləndirir,  frazeoloji  ifadələrin 
mənasını izah edir; 

 
kiçikhəcmli mətni düzgün və sürətli oxuyur, əsas fikrə münasibət bildirir, mətni 
hissələrə ayırır, bədii mətni janrlara görə fərqləndirir; 

 
hüsnxət  və  orfoqrafiya  qaydalarına    əməl  etməklə  müşahidə  və  təəssüratlar 
əsasında kiçikhəcmli esse və sadə əməli yazılar yazır; 

 
sait və samit səsləri fərqləndirir, sözlərin sətirdən-sətrə keçirilməsi, böyük hərflə 
yazılması  qaydalarını  tətbiq  edir,  ad,  əlamət,  hərəkət  bildirən  sözləri 
qruplaşdırır,  onların  yazılış  və  tələffüzünü  müəyyənləşdirmək  üçün  lüğətdən 


istifadə  edir,  cümləni  digər  nitq  vahidlərindən  fərqləndirir,  məqsəd  və 
intonasiyaya görə qurduğu cümlələri müvafiq durğu işarələri ilə tamamlayır. 
 
 
Məzmun xətləri üzrə əsas və alt-standartlar 
1. Dinləyib- anlama və danışma 
Şagird: 
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir. 
1.1.1. Sual verməklə dinlədiyi fikrin mahiyyətini aydınlaşdırır. 
1.1.2. Dinlədiyi fikirlə bağlı münasibətini əsaslandırır. 
1.2. Şifahi nitq bacarıqlarına malik olduğunu nümayiş etdirir. 
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və oxuduqları haqqında danışır.   
1.2.2. Dialoqlarda vəziyyətə uyğun nitq etiketlərindən istifadə edir. 
1.2.3. Nitq situasiyalarından asılı olaraq müvafiq jest və mimikalardan istifadə edir. 
 
2. Oxu 
Şagird: 
2.1. Qarşılaşdığı yeni sözlərin mənasını başa düşdüyünü nümayiş etdirir. 
2.1.1. Mətndə rast gəldiyi yeni əşya və hadisələrin adlarını müvafiq məna qrupuna 
aid edir. 
2.1.2. Mətndə verilmiş yaxınmənalı və əksmənalı sözləri fərqləndirir. 
2.1.3. Mətndə frazeoloji ifadələrin mənasını izah edir. 
2. 2.  Oxu bacarıqlarına yiyələndiyini nümayiş etdirir. 
2.2.1. Müvafiq mətnləri tələffüz normalarına uyğun düzgün və sürətli oxuyur.   
2.2.2. Kiçikhəcmli bədii mətnləri janrlara görə fərqləndirir.   
2.2.3. Mətnin hissələrinə başlıqlar verməklə məzmununa aid sadə plan tutur.  
2.2.4. Mətnin məzmununu tərtib etdiyi plana uyğun nəql edir. 
2.2.5. Mətndəki əsas fikri həyatla əlaqələndirir. 
 
3.Yazı 


Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə