Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə19/40
tarix08.07.2018
ölçüsü1,56 Mb.
#54229
1   ...   15   16   17   18   19   20   21   22   ...   40

 
olduğu kimi qəbul etməyi deyil, ona tənqidi yanaşmağı, öz münasibətini bildirməyi 
bacaran sərbəst düşüncəli, azad- fikirli şəxsiyyətlərin yetişdirilməsini tələb edir.  
Standartlar 
nəticəyönümlü 
və  şagirdyönümlü  olduğundan  onların 
reallaşdırılmasında fəal təlim metodlarından istifadə edilməsi məqsədəuyğun hesab 
edilir. Fəal təlim şagirdlərin idrak fəaliyyətinə əsaslanan və təhsil prosesinin digər 
iştirakçıları  ilə  əməkdaşlıq  şəraitində  həyata  keçirilən  təlimi  nəzərdə  tutur. 
Şagirdlərin    parta  arxasında  oturaraq  kitab  oxuması,  iş  vərəqlərini  doldurması, 
müəllimi  dinləməsilə  yanaşı,  eyni  zamanda  kitabxanada,  kompüterdə  qrup  və  ya 
fərdi şəkildə  fəaliyyət göstərməsi onun əsas əlamətlərindən hesab edilir. Fəal təlim 
müasir  şəraitdə  pedaqoji  prosesin  qurulmasına
 
yeni  yanaşmadır.  Belə  yanaşma 
tərzində  təlim  şagirdlərin  təkcə  yaddaşının  yeni  elmi  biliklərlə  (informasiya  ilə) 
zənginləşdirilməsinə  deyil,  həm  də  təfəkkürün  inkişaf  etdirilməsinə,  ən  mühüm 
bacarıq  və  vərdişlərin  əldə  olunmasına  yönəldilir.  Bu  zaman  şagirdlər  açıq  sual 
vermək,  problemləri  araşdırmaq,  tədqiqat  aparmaq  və  müzakirə  etmək  imkanı 
qazanırlar.  Onlar  təlim  materiallarının  mənimsənilməsi  prosesində  fakt  və 
hadisələrin  səbəb-nəticə  əlaqələrini,  qanunauyğunluqlarını  aşkar  etməyi,  nəticə 
çıxarmağı,    ümumiləşdirmələr  aparmağı  öyrənirlər.  Beləliklə,  uşaqlar  həm  tədris, 
həm  də  sosial  xarakterli    problemlərin  müstəqil  həllinə  cəlb  olunur,  müxtəlif 
informasiya  mənbələrindən  istifadə  edir,  sistematik  olaraq  müstəqil  şəkildə  bilik 
ehtiyatını artırırlar. 
Təlim  prosesi  uşaqda  fəallığı,  məntiqi  düşünməyi,  ətrafdakı  şeylərə  və 
hadisələrə tənqidi  yanaşmağı,  müstəqil düşünməyi,  müstəqil bilik almağı və  fərdi 
inkişaf  etmək  bacarığını  tərbiyə  etməlidir.  Yəni  şagirdin  məntiqi,  tənqidi  və 
yaradıcı  təfəkkürü  inkişaf  etdirilməlidir.  Bu  tələbləri  nəzərə  alaraq  elə  təlim 
metodlarından  istifadə  olunmalıdır  ki,  onlar  özlərində  aktiv,  yaradıcı  düşünmə 
qabiliyyətini  və  yeni  biliklərə  sərbəst  yiyələnməyi  aşılama  yollarını  birləşdirmiş 
olsun.  Bu cəhətdən interaktiv təlim metodları çox səmərəlidir.  
İnteraktiv  (ingilis  dilindən  tərcümədə  -  qarşılıqli  fəaliyyətə  əsaslanan 
deməkdir) təlim metodları, adından göründüyü kimi, şagirdləri fəallaşdırır, ənənəvi 
metodda  olduğu  kimi,  şagird  biliyi  hazır  şəkildə  deyil,  bilavasitə  öz  subyektiv 


 
mülahizələri  əsasında  mənimsəyir.  Burada  müəllimin  əsas  vəzifəsi  şagirdlərə  yol 
göstərmək, «öyrənməyi öyrətmək»dir. 
İnteraktiv (fəal) təlimin ənənəvi təlimə bir sıra üstünlükləri vardır:  
Ənənəvi dərslərin xüsusiyyətləri 
Müasir dərslərin xüsusiyyətləri 
Diqqət bilik və bacarıqların mənim-
sənilməsinə yönəlir, şagirdlərin tərbiyə və 
inkişafı çox vaxt müəllimin rəhbərliyindən 
kənar həyata keçirilir. 
Diqqət ilk növbədə şagirdin şəxsiyyətinin 
formalaşmasına yönəlir. 
Müəllimin əsas funksiyası şagirdlərə 
məlumatlar çatdırmaq və onun 
mənimsənilməsi üçün şərait yaratmaqdır. 
Müəllim ilk növbədə təlim idrak fəaliyyətinin 
əlaqələndiricisi, şagirdlərin məsləhətçisi və 
köməkçisi kimi çıxış edir.  
Müəllim – şagird münasibətlərində 
avtoritavr üslubun üstünlüyü 
Müəllim və şagird arasında əməkdaşlıq, 
məktəblilərin dəlillərinə və fəaliyyətinə böyük 
diqqət. 
Yoxlama, yeni materialın öyrənilməsi və 
möhkəmləndirilməsi mərhələləri dürüst 
müəyyənləşir ki, nəticədə bilik və 
bacarıqların tətbiqi təlim prosesinin 
mərkəzində durmur. 
Təlim məsələlərinin həlli prosesində bilik və 
bacarıqların tətbiqi dərsin bütün mərhələlərində 
(yeni materialın mənimsənilməsi, onun 
möhkəmləndirilməsi və bilik, bacarıq 
səviyyəsinin yoxlanılması) əsas yer tutur. 
Nəticədə dərsin müxtəlif mərhələ və 
funksiyalarının birləşməsi, təlim prosesinin 
fəallaşmasına yönəlmiş sintezi baş verir.  
Təlim prosesində şagirdlər arasında 
ünsiyyət olmur. Müəllim-sinif və ya 
müəllim-şagird ünsiyyəti üstünlük təşkil 
edir.  
Təlim prosesində şagirdlər arasında ünsiyyət 
olur, cütlük, qrup və kollektiv şəkildə təlim 
fəaliyyəti həyata keçirilir. 
Dərs tədris fənni çərçivəsi ilə məhdudlanır. 
Müasir nəzəriyyə müxtəlif fənlərdən dərs deyən 
bir neçə müəllim tərəfindən keçirilən fənlərarası 
dərsləri istisna etmir. 
İnkişafetdirici və tərbiyəedici amil kimi, 
əsasən, təhsilin məzmunu götürülür. 
Təhsilin məzmunu ilə yanaşı şagirdlərin tərbiyə 
və inkişafında təlim metodları və təşkilati 
formalar da mühüm rol oynayır.  
Dərs, demək olar ki, həmişə adi qaydada 
keçir.  
Ənənəvi olaraq digər formaların əlamətləri dərs 
sayılan və ona qarşı qoyulanbəzi elenmentləri 
(məsələn, seminar-dərs, oyun-dərs, yarış-dərs, 
konfrans-dərs və s.) assimilyasiya edir.  
Müəllim bütün fuksiyalarını saxlayır. 
Müəlimin funksiyalarının bir hissəsinin 
şagirdlərə verilməsi səciyyəvidir: bilik və 
bacarıqların yoxlanılması və qiymətləndirilməsi 
(qarşılıqlı və özünüqiymətləndirmə), işin 
planlaşdırılması, tədqiqat və 
özünüqiymətləndirmə elementləri. 
İnteraktiv  təlim  metodları  ilə  işləmək  üçün  aşağıdakı  prinsipləri  gözləmək 
lazımdır: 
1. Fəal təlim üçün iş formalarının müəyyənləşdirilməsi.  
2. Fəal dərsin mərhələlərinin konkretləşdirilməsi. 


 
3. Fəal dərsin strukturunun müəyyənləşdirilməsi.  
 
Fəal təlim metodlarının  xarakterik xüsusiyyətləri: 
1.
 
Diqqət, ilk növbədə, şagird şəxsiyyətinin formalaşdırılmasına yönəlir. 
2.
 
Müəllim  təlim  fəaliyyətinin  əlaqələndiricisi,  şagirdlərin  məsləhətçisi  və 
köməkçisi kimi çıxış edir.  
3.
 
Problemin həlli prosesində şagirdlər fəal  tədqiqatçı olur.  
4.
 
Bilik və bacarıqlar şagirdlər tərəfindən müstəqil  əldə edilir. 
5.
 
Müəllim - şagird, şagird - şagird arasında əməkdaşlıq üçün şərait yaranır. 
6
 
Dərslərin inteqrativ təşkilinə üstünlük verilir. 
7
 
Qeyri-standart dərslərin tətbiqinə geniş yer verilir. 
 
                                                Fəal dərsin mərhələləri: 
 
 I mərhələ: motivasiya, problemin qoyulması 
Hər  bir  tədqiqat  problemi  müəyyənləşdirməklə  başlayır.  Əsl  problem  
həmişə  çoxsaylı  fərziyyələr,  ehtimallar  doğurur  və  bunları  yoxlamaq  üçün,  ilk 
növbədə,  tədqiqat  sualının  formalaşdırılması  lazım  gəlir.  Çünki  tədqiqat  sualı 
yeni biliklərin kəşf olunmasında bələdçi kimi çıxış edir. 
Bu  mərhələ şagirdləri düşünməyə,  idraki fəallığa sövq etdiyindən  həm də 
motivasiya  adlandırılır.  Bu  prosesdə  uşaq  öz  fikrini  “Zənnimcə”,  “Mənə  belə 
gəlir ki”, “Mən belə hesab edirəm ki” sözlərindən istifadə etməklə ifadə edir. 
Motivasiyanın  uğurlu  alınması  üçün  aşağıdakı  şərtlərə  əməl  olunması  tövsiyə 
edilir: 
1.
 
Motivasiya üçün seçilən material qeyri-adi, maraqlı olmalıdır. 
2.
 
Fərziyyələri  yoxlamaq,  tədqiqat  aparmaq  və  yaradıcılıq  üçün    imkan 
verməlidir. 
3.
 
Müəllim  şagirdlərə  yönəldici  suallar  verməli,  fərziyyələri  irəli  sürərkən  
onları həvəsləndirməlidir. 


Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə