Azərbaycan r espublikası Təhsil Nazirliyi a zərbaycan r espublikası m ədəniyyət və Turizm Nazirliyi


II FƏSİL. SƏYAHƏTLƏR VƏ ONLARIN TARİXİ



Yüklə 20,33 Mb.
Pdf görüntüsü
səhifə14/122
tarix15.10.2018
ölçüsü20,33 Mb.
#74306
1   ...   10   11   12   13   14   15   16   17   ...   122

II FƏSİL. SƏYAHƏTLƏR VƏ ONLARIN TARİXİ
2.1.  Qədim  dövrlərdə ərazi yerdəyişmələri və ilk 
səyahətlər
İnsanın  ətraf  aləmi  dərk  etməsi  prosesi  bu  və  ya  digər 
dərəcədə  səyahətlərlə  bağlıdır.  Ticarət  əlaqələrinin  yaradılması 
tələbatı  insanı  naməlum  ölkələrə  getməyə  məcbur  edirdi.  Səyahətlər 
və  onların  böyük  mədəniyyətlərin  təzahüründəki  rolu  barədə  ilk 
məlumatlar  dövrümüzə  əsatirlər,  əfsanələr,  rəvayətlər,  bibliya 
mətnləri  və  qədim  müəlliflərin  yazıları  şəklində  gəlib  çatmışdır. 
XVII  əsrdə  Yaxın  Şərqdə  gil  kitabələr  tapıldı  ki,  bununla  da  orada 
böyük mədəniyyət mərkəzlərinin - Çaylar  arası  (Dəclə və  Fərat) və 
Mesopotamiyanın  mövcudluğu  təsdiq  edildi.  Bu  kitabələrdə  ilk 
səyyahlar  haqqında 
məlumatlara  da  rast  gəlinir.  İlk  səyyahlar 
haqqında  məlumat  həmçinin  Şumer-Akkad  mədəniyyətinin  qədim 
ədəbiyyat  numunəsi  olan  “Gilqamış  dastanf’nda  da  verilir.  Orada 
Uruk  şəhərindən  olan  qəhrəmanın  onlarla  düşmən  münasibətdə  olan 
Kiş  şəhərinə  sülh  və  ticarət  əlaqələri  qurmaq  üçün  etdiyi  səfər  bütün 
təfərrüratı  ilə  şərh  edilir.  Səyahət  iki  həftə  çəkmiş,  çoxlu  təhlükə  və 
məcaralarla dolu olmuşdur.
Bu  kitabələrə  görə  şumer  mədəniyyəti  ən  qədim  mədəniyyət 
hesab  edilir.  Rəvayətə görə  ilk insanlar cənubi  Mesopotamiyada hələ 
er.əvvəl 
X-IX 
minillikdə 
məskunlaşmışlar. 
Şumerlər 
Fars 
körvəzindəki  adalardan  birini  öz  vətənləri  hesab  edirdilər.  “Böyük 
torpağa”  çatan  şumer  səyyahları  çay  gəmilərini  idarə  etməyin 
sirlərinə yiyələnmişdilər.
Eramızdan  əvvəl 
IV  minilliyin  axılarında  ticarət  və 
sənətkarlıq  mərkəzlərinə  çevrilən  şumer  şəhərləri  meydana  gəldi. 
İraqın  milli  muzeyində  saxlanılan  gil  kitabələrdə  şəhərlər  arasındakı 
məsafə,  yola  sərf  edilən  vaxt,  hərbi  yürüşlər  və  hökmdarların 
tərcümeyi-halı  haqqında  məlumatlara  rast  gəlmək  olur.  Hətta  qədim 
Şumer  çarlığının 
torpaqlarını 
əks 
etdirən 
coğrafi 
xəritənin 
fraqmentləri də mövcuddur.
Şumerlərə  nəinki  İranın  ucsuz-bucaqsız  səhraları,  eləcə  də 
Hindistanın  təbiəti  məlum  idi.  Oxunan  mətnlərdən  aydın  olur  ki, 
şumerlər  Meluxa  ölkəsi  (Hindistan  yarımadasının  şimal-qərbindəki 
dövləti  şumerlər  belə  adlandırırdı)  ilə  fəal  ticarət  edirdilər.  Eyni 
zamanda 
üzərində  fil  və  timsah  təsvirləri  olan  silindrik  formalı 
şumer  möhürləri  tapılmışdır. 
Məlumdur  ki,  bu  heyvanlara 
Mesopotamiyada heç zaman rast gəlinməmişdir.
Haqqında  dövrümüzə  qədər  məlumat  gəlib  çatmış  ilk 
mərkəzləşmiş dövlət eradan əvvəl  üçüncü minillikdə yaranmışdır.  Bu 
dövlətin  hökmdarı  Böyük  Sarqon  idi.  O,  Dəclə  və  Fəratdan  cənuba, 
qərbdə  Araliq  dənizindən  şimal-şərqdə Xəzər dənizinə kimi  ərazilərə 
hərbi  yürüşləri  ilə  məşhurdur.  Onun  hökmranlığı  dövründə  tərtib 
olunmuş  çox  saylı  xəritə  və  planlar  Ön  Asiyanın  və  Fars  körfəzi 
ölkələrinin  ilk  təsviri  üçün  əsas  olmuşdur.  Şumerlər  hesab  edirdilər 
ki,  Yer  iki  dənizlə  -  Gündoğan  dənizi  (Fars  körvəzi)  və  Günbatan 
dənizi(Aralıq dənizi) ilə əhatə olunmuşdur.
Mesopotamiyanın  ən  məşhur  şəhəri,  Fərat  çayı  sahilində 
yerləşən  əfsanəvi  Babil  idi.  Bu  şəhərin  adı  “Allah  darvazası”  kimi 
tərcümə  edilir.  Öz  dövrü  üçün  (e.ə.VII  əsr)  bu  şəhər nəhəng ölçüləri 
və  əhalinin  fantastik  sayına(  1  mln)  malik  idi.  Şəhəri  səkkiz  qapısı 
olan  möhkəm  divarlar  əhatə  edirdi.  Bu  qapılar  baş  allahların  adı  ilə 
adlandırılmışdı.  Bunlardan  ən  əzəmətlisi  İlahə  İştarın  adına olan  ikili 
gapı 
hesab 
edilirdi. 
Bu 
qapılardan 
məşhur 
Babil 
şahı 
Navuxodonosarın  sarayı  yanından  keçən  “mərasimlərin  müqəddəs 
yolu”  başlanırdı.  Babilin  diqqətəlayiq  yerləri  içərisində  Marduk 
məbədi  və  Babil  qülləsi  adi  ilə  məşhur  olan  əzəmətli  90  metr 
hündürlüyə  malik  zikkurat(pilləli  məbəd)  seçilirdi.  O, 
müxtəlif 
rəngli  yeddi  pillədən  ibarət  idi  və  axırıncı  pillə  qızılla  örtülmüşdü. 
Babilə çox saylı  səyyahlar və tacirlər axışırdı.  Qədim  Şərqdə səyahət 
insanların  həyat  tərzinin  əsasına  çevrilmişdi.  Səyahətlər  təhlükələrlə 
dolu  olduğu  üçün  səyyah  allah  tərəfindən  seçilmiş  insan  kimi  qəbul 
edilirdi.  Onların  qarşısında  ayinlər  icra  edilir  və  qurbanlar  kəsilirdi. 
Belə  nümunələrə Gilqamış  haqqındakı  dastanda rast gəlmək  olar.  Öz 
xalqını  münbit  torpaq  tapmaq  məqsədilə  səhralardan  keçirən  Musa
52
53


peyğəmbəri,  gəmisində  canlıları  ümumdünya  su  basmasndan  xilas 
edən Nuh peyğəmbəri də Incil səyyahlarına aid etmək olar.
Qeyd  etmək  lazımdır  ki,  hələ  e.ə.  IX  əsrdə  Babilistanda 
dünyanın  dairəvi  xəritəsi  yaradılmışdı.  Xəritədə  Babilistan  dünyanın 
mərkəzində  təsvir  olunur.  Ölkənin  içərisindən,  şimaldan  cənuba 
doğru  Fərat  çayı  axır.  Dünyanın  quru  hissəsi  hər  tərəfdən  dairəvi 
şəkildə  su  ilə  əhatə  olunmuşdur.  Uzaqda  isə  adalar görünür.  Şimalda 
-   lap  uzaqda  yerləşən  adalardan  birinin  yanında  yazılmışdır: 
“Günəşin görünmədiyi yer”
Dünya  sivilizasiyasının  digər  mərkəzi  Qədim  Misir  idi. 
Təbiətin  özü  bütün  ölkə  boyu  cənubdan  şimala  axan  bol  sulu  Nil 
çayında  naviqasiyaya  şərait  yaratmışdı.  Misirlilər  Nil  boyunca  2000 
km  məsafəni  öyrənmiş  və  xəritəsini  tərtib  etmişdilər.  Nil  çayı 
vasitəsilə  misirlilər ölkənin  cənubundakı  Nubiyaya çatmış,  həmçinin 
şimalda  və  şimal-şərqdə  yerləşən  Aralıq  dənizi  ölkələri  ilə  (Krit 
adaları)  əlaqə  yaratmışdılar.  Ölkənin  Mərkəzi  hissəsindən  Qırmızı 
dənizə,  oradan  isə  Punt  ölkəsinə  aparan  karvan  yolu  başlayırdı. 
Qədim  misirlilər  Şərqi  Afrikada,  Ədən  körfəzi  sahillərində  yerləşən 
ölkəni  Punt(daha  doğrusu  Puin)  adlandırırdılar.  Hesab  edilir  ki,  bu 
müasir Somali  və  Yəmənin  ərazisidir.  Puntdan  başlıca olaraq  qullar, 
qızıl,  qara  ağac,  fil  sümüyü  və  xoş  ətirli  qətran  gətirilirdi.  Bu  karvan 
yolunda  istirahət  və  qida  ehtiyatını  artırmaq  üçün  xüsusi  təchiz 
olunmuş yerlər mövcud idi.
Misir  papiruslarındakı  məlumatlara  görə  Punt  ölkəsinə 
üzmələr  hələ  e.ə.  İV  minillikdə  Assanın  fironluğu  dövründə 
başlamışdır.  O  saman  misirli  sərkərdə  Urudu  bu  torpaqlara  yürüş 
etmiş  və  Misirə  liliput  qullar  gətirmişdi.  Digər  bir  misirli  səyyah  -  
Kirkuf  Punt  ərazisinə  çatmış,  hətta  daha  uzaqlara  getmişdir.  Bunu 
Asuan  şəhəri  ətrafında  tapılmış  yazılar  sübut  edir.  Misirlilərin  Punt 
ölkəsinə  tarixdə  sübüt  olunmuş  ilk  səyahətləri  e.ə.XXVl  əsrdə 
Saxurenin fironluğu dövründə baş vermişdir.
Ən  məşhur  və  günümüzə  qədər  təsviri  tam  şəkildə  gəlib 
çatmış  səyahət təxminən e.ə.2000-1960  il  əvvəl  baş tutmuş  Sinuxetin 
səyahətidir.  Bu  I  Amenemxetin  fironluğu  dövrünə  təsadüf  edir.
Sinuxet  Şərqdə  yerləşən  Kedem  şəhərinə  səyahət  etmişdir.  Onun 
səyahəti  naməlum  m üəllif  tərəfindən  qələmə  alınmışdır.  Misirlilər 
onu  böyük  həvəslə  oxuyar,  papirusdan  papirusa  köçürərdilər.  Bu 
papirusun  dörd  səhifəsi  Moskvadakı  A.S.Puşkin  adına  tətbiqi 
incəsənət  muzeyində  saxlanır.  1915-ci  ildə  akademik  B.A.Turayev 
ilk dəfə onun tərcüməsini etmişdir.
Çay  gəmiçiliyi  misirlilərdə  çox  erkən  inkişaf etmişdir.  Tez- 
tez  ölkədə  baş  verən  çay  daşmaları  onun  inkişafına  yardım  edirdi. 
Qədim 
Misir 
sərdabələrinin 
divarlarında 
papirusdan 
qayıq 
hazırlanmasının  təsviri  verilmişdir.  Abidələrdə  və  qədim  məbədlərin 
divarlarında  avadanlıqları,  kayutaları  və digər müasir gəmi atributları 
olan böyük çay gəmiləri  təsvir olunmuşdur.
XI 
sülalənin  fironları  dövründə  (e.ə.  iki  min  il  əvvəl)  cənub 
ölkələrinə  dəfələrlə  ekspedisiyalar  təşkil  edilmişdir.  XII  sülalə 
fironları  isə  Nilin  yuxarılarına  ekspedisiyalar  təşkil  edirdi.  Məsələn, 
firon  III  Uzurtezen  Nilin  başlanğıcında  “şimala  gedən  heç  kim  bu 
xətti  nə  piyada,  nə  də  su  ilə  keçməməlidir”  yazılmış  daşdan  sərhəd 
dirəyi  qurmağı  əmr etmişdi.
Belə  bir  məlumat  dövrümüzə  gəlib  çatmışdır  ki,  e.ə.  2750-ci 
ildə  misirli  Xannu  qiymətli  daş-qaş,  fil  sümüyü  və  qətran  gətirmək 
üçün  Qırmızı  dəniz  sahillərinə  təşkil  edilmiş  ekspedisiyaya  başçılıq 
etmişdir.  Aralıq  dənizində  ilk  səyahət  firon  Snofrunun  hökmranlığı 
illərində  e.ə.XXVll 
əsrdə  həyata  keçirilmişdir. 
Mənbələrdən 
məlumdur  ki,  ekspedisiya  fınikiyadakı  Bibi  şəhərinə  istiqamətlən­
mişdi.  Bir əsr sonra  Saxurenin  fironluğu  zamanı  Fələstin  və  Suriyaya 
gəmi  dəstəsi  göndərildi.  Geriyə  qayıdarkən  onlar  şərab,  zeytun  yağı 
və  livan  ayıları  gətirdilər.  Gəmiləri  hətta  fironların  dəfn  olunduğu 
sərdabələrə  də  qoyurdular.  Məsələn,  Xeops  piramidasında  bütün 
detalları  1: 100 olan qəmi  tapılmışdır.
Zəngin  Punt ölkəsi  haqqında  məlumatlar əsirlər boyu  nəsildən 
nəslə  ötürülürdü.  Təxminən  Sinuxetin  səyahətindən  min  il  sonra  -  
e.ə,1493-cü  ildə  Fivada(indiki  Luksor  şəhəri)  çariça  Xamşepsutun 
əmri  ilə  otuz  avarlı  beş  böyük  gəmidən  ibarət  dəniz  ekspedisiyası 
Punta  göndərilmişdi.  Səyahətçilər  Qırmızı  dənizdə  2000  km  məsafə
54
55


Yüklə 20,33 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə