Azərbaycan r espublikası Təhsil Nazirliyi a zərbaycan r espublikası m ədəniyyət və Turizm Nazirliyi



Yüklə 20,33 Mb.
Pdf görüntüsü
səhifə19/122
tarix15.10.2018
ölçüsü20,33 Mb.
#74306
1   ...   15   16   17   18   19   20   21   22   ...   122

alimləri  Avropa  və  Asiya  arasındakı  sərhədi  Tanais  (Don)  çayı  ilə 
müəyyənləşdirirdilər.
O, 
dövrün 
səyahətlərindən 
danışarkən 
Makedoniyalı 
İsgəndərin  10  il  sürmüş  hərbi  yürüşünü qeyd etməmək  olmur.  Antik 
dövrdə  bu  yürüşlər  əfsanəvi  qəhrəmanlıq  kimi  qəbul  edilirdi.  Böyük 
Aleksandrın  hərbi  qələbələrinin  şöhrəti  orta  əsrlərdəki  bütün  xalq 
rəvayətlərində əks olunmuşdur.
E.ə.330-cu  ildə  Makedoniyalı  İsgəndərin  qoşunları  İran 
şahının  qoşunlarını  darmadağın  edərək  Cənübi  Əfqanıstana  çatdılar. 
Bundan  sonra  Müasir  Qəndahar  və  Qəznidən  keçməklə  İCabkla 
getdilər.  Buradan  Hindukuş  dağ  sistemindəki  Havak  aşırımından 
(3  548 m)  keçib  Şimali Əfqanıstana gəldilər.  Bundan  sonra  İsgəndər 
Sırdəryaya  yürüş  edərək  müasir  Xudjendə  gəlib  çatır.  Bundan  sonra 
qoşun cənuba dönərək Pəncaba soxuldu.  Burada əsgərlərin  narazılığı. 
İstilərdən  və xəstəlik səbəbindən  İsgəndər geri  dönməyə  məcbur olur 
və yola ölür.
Bu  hərbi  yürüşün  təfərrüatına  varmadan  inamla  demək  olar 
ki,  yunanlar  və  romalılar  üçün  o,  Hindistana  yol  açılması  ilə  başa 
çatmışdır.  Bu  yürüşün  sayəsində  yunanlar  və  makedoniyalılar  bu 
vaxta  qədər az  məlum  olan  və  ya tamamilə naməlum  xalqlar,  onların 
mədəniyyəti,  məişəti,  ənənələri  ilə  tanış  oldular.  Şəxsən  Makedoni­
yalı  İsgəndərin özü Asiyanın öyrənilməsində maraqlı  idi.
Onun  ətrafında  nəinki  hərbiçilər,  həm  də  məşhur  alimlər, 
incəsənət  xadimləri  də  var  idi.  Bu  yürüş  zamanı  onlar  gördüklərini, 
eşitdiklərini  və  öyrəndiklərini  öz  əsərlərində  ətraflı  şərh  etmişlər.  Bu 
yürüşlə muzeyşünaslığm əsası  qoyulmuşdur.  Belə ki,  İran  üzərindəki 
qələbəsindən  sonra  İsgəndər öz  müəllimi  Aristotelə  pul  göndərir.  Bu 
pula  isə  Aristotel  təbiət-elm  muzeyi  yaratdı.  Aristotel  tələbəsindən 
xahiş  etdi  ki,  ona  naməlum  bitkilərin  nümunəsini,  qeyri-adi 
heyvanların  dərisini  və  ya  müqəvvasını  göndərsin.  İsgəndərin  əmri 
ilə bu xahiş yerinə yetirildi.
Dənizçilik  sahəsində  do  yeni  üfüqlər  açılır.  Makedoniyalı 
İsgəndərin  donanmasının  admirallarından  biri  olan  Nearx  -   yunan 
dilində  “gəmi  rəisi”  kimi  səslənir  Hind  çayının  mənbəyindən
72
hərəkətə  başlayır.  Həmin  vaxt  Makedoniyalı  İsgəndərin  ordusu  da 
burada  idi.  İki  göyərtəsi  olan  33  qalera  (qədimdə çoxavarlı  gəmi)  ilə 
Nearxın  ekspedisiyası  Hind  çayı  ilə  aşağı  üzür  və  dörd  aydan  sonra 
Hind  okeanına  çatır.  Bundan  sonra  müasir  Bəlucistan  sahilləri  ilə 
üzərək Fars körfəzinə gəlirlər.
Nearx  Ərəbistan  dənizini  keçərək  Sübeyş  boğazına  gəlib 
çatır.  Nearxın  səyahəti  zamanı  sahillərin  xəritəsi  ilə  yanaşı,  təbiət 
hadisələri  -   o  cümlədən  musson  küləkləri  öyrənilmiş,  botanika  və 
zoologiya sahəsində  bilikləri  genişləndirilmişdir.  Nearx  bir çox  tayfa 
və  xalqlarla  tanış  olmuş,  onların  ənənələri  və  qanunlarını 
öyrənmişdir.
Beləliklə,  Makedoniyalı  İsgəndərin  yürüşü  həm  də  “elmi 
ekspedisiya”  hesab  edilə  bilər, 
çünki, 
fateh  təbiətşünaslar, 
riyaziyyatçılar,  tarixçilər,  filosoflar,  rəssamların  əhatəsində  idi. 
Qədim  yunan  mədəniyyəti  səyahəti  kütləviləşdirməklə  bəşəriyyəti 
ətraf  aləm  haqqında  biliklərlə  zənginləşdirdi,  lakin  turizm  sənaye­
sinin başlanğıcı Qədim  Roma dövrü  ilə əlaqədardır.
Roma imperiyası  eramızın  I-II  əsrlərində çiçəklənmə dövrünü 
keçirmişdir.  Səyahətlər  yolların  yaxşı  olması  ilə  baş  tuta  bilərdi. 
Qədim  Yunanıstanda  quru  yolla  səyahətlərə  rahat  yolların  yoxluğu 
mane  olmuşdur.  O  dövrdə  bataqlıqlarda  yol  salınmasına 
cəhd 
edilmişdir.  Bunun  üçün  bataqlıq  və  palçıq  yerlərə  tir,  şax,  çırpı 
döşənərdi.  Arxeoloqlar  belə  yolların  qalıqlarını  Beotiyada  aşkar 
etmişlər.  Belə yolların eni  6,5  metrə çatırdı.
Roma  imperiyasının  ölçüləri  və  onun  idarə  edilməsinin 
problemləri  sıx  yollar  şəbəkəsinin  yaradılmasına  səbəb  olmuşdur. 
Romalılar  əsasən  hərbi  tələbatdan  çıxış  edərək  yol  sistemini  inkişaf 
etdirmişlər.  Roma yolları  mühəndis  sənətinin  bütün qaydaları  ilə inşa 
edilmişdir.  Onların  inşası  312-ci  ildə  imperator  Konstantinin 
hakimiyyəti  illərində  başlayır.  Hər  bir  yol  üçün  əvvəlcə  ilkin  plan 
hazırlanar,  sonra  xəndək  qazılaraq  daşlarla  doldurulardı.  Suyun 
axması  üçün  yolun  kənarlarında  xüsusi  arx  qazılardı.  İnşaatçıların 
ustalığını  sübut  edən  fakt  budur  ki,  demək  olar  ki,  bütün  Avropa
73


ölkələrində  Roma  yolları  avtomobil  və  dəmiryolları  üçün 
təməl 
olmuşdur.
Yollar  salınarkən  qarşıya  çıxan  bütün  səddlər  aradan 
qaldırılırdı.  Romalı  yol  çəkənlərinin  ustalığına  Puteolam  və  Neapol 
şəhərləri  arasında  dağın  altl  ilə  çəkilmiş  tunel  (Pozilippo  mağarası) 
nümunə  ola bilər.  Su maneələrini  keçmək üçün  körpülər və  viaduklar 
(gediş-gəliş  üçün  dərə,  yol  və  s.  üstündən  çəkilən  körpü)  tikilirdi.  Bu 
qurğular  nəinki  bəzi  yerlərdə  dövrümüzə  qədər  gəlib  çatmış,  hətta 
İspaniyadakı  Alkantara çayı  üzərindəki  körpü  kimi  bu  gün də  istifadə 
olunmaqdadır.  Bəzən  aqqerlər  tikərdilər:  torpaqdan  təpə  yaradar, 
üstünü daşla hörərdilər. Aqqerlərin eni  15  m-ə çatardı.
Xüsusi  yol  xəritələri  mövcud  idi  ki,  burada  gecələmə  yerləri 
olan  stansiyalar  qeyd  edilmişdi.  Həmçinin  stansiyalar  arasındakı 
məsafə  də  xəritədə  göstərilmişdi.  Baş  yollarda  poçt  stansiyaları  bir- 
birindən  6-15  mil  məsafədə  yerləşərdi.  Onlar  dövlət  poçt  xidmətinin 
tərkib hissələri  idi.
Mehmanxanalar  hələ  qədim  Yunanıstanda  mövcud  olsa  da 
onlarda  yemək  verilməzdi.  Buna  görə  də  səyyahlar  yeməkləri  özləri 
ilə  gətirərdilər.  Çox  hallarda  yolçular  dostlarının  və  tanışlarının 
evlərində  qalardılar.  Qədim  Romada  isə  yollara  sərf  olunan  xərci 
çıxmaq  üçün  dövlət  mehmanxanaları  şəbəkəsi  yaradılmışdı.  Belə 
mehmanxanalar  hər  15  mildən 
bir  tikilərdi.  Mehmanxanalar 
haqqında gələcəkdə ayrıca söhbət açacağıq.
Qədim  Romada  yol  kitabları  da  mövcud  idi  ki,  burada nəinki 
bu və ya digər marşrutlar göstərilir, həmçinin  yol  boyu  görməli yerlər 
təsvir  edilir,  mehmanxanalar  və  hətta  onların  qiyməti  qeyd  olunardı. 
Bordodan  Yerusəlimə  səyahət  edən  zəvvarlar  üçün  nəzərdə  tutulmuş 
və  IV  əsrə  aid  belə  bir  yol  kitabı  dövrümüzə  qədər  gəlib  çıxmışdır. 
E.ə.  İ  əsrdə  xüsusi  bürolar  yaranır  ki,  onlar  da  arzu  edənləri  yol  və 
məlumat kitabları  ilə təmin edərdi.
Qədim  romalıların  həyatında  müalicəvi  turizm  xüsusi  yer 
tuturdu.  Yeri  gəlmişkən  bu  hələ  Qədim  Yunanıstanda  meydana 
gəlmişdi.  Məsələn,  e.ə.  V-IV  əsrlərdə  orada  60-a  qədər  Asklepi 
məbədi  mövcud  idi.  Sağalmaq  arzusunda  olan  zəvvarlar,  məbədə
74
buraxılmazdan  öncə  bir  sıra  ilkin  ayinlərə  məruz  qalardılar.  Bu 
dəstəmaz,  pəhriz,  hamam  prosedurları  idi,  bundan  başqa  sırf  dini 
xarakter daşıyan ayinlər də  mövcud  idi.
Bütün  bu  hazırlıq  işlərindən  sonra  iztirab  çəkəni  bir  gecəlik 
məbədə  buraxardılar.  Bu  inkubasiya  adlanırdı.  Səhər  kahinlər  gücə 
məbəddə  nə  görüb-eşitdiyini  soruşar,  ona  uyğun  olaraq  guya  allah 
tərəfindən  təyin  olunmuş  müalicə  tətbiq  edərdilər.  Buna  görə  də 
Romada  tiblə  uzun  müddət  yunanlar  məşğul  olmuşdur.  Sezar 
zamanından  başlayaraq  misirli  həkimlər  onlarla  rəqabət  aparmağa 
başladılar.  Asklepiya  (Eskulap)  kahinləri  dərin  tibbi  biliklərə  malik 
idilər.  Qədim  Yunanıstanda  olduğu  kimi  Asklep  məbədlərinə  çoxlu 
sayda xəstə axışardı.
Romalılar  yunanlardan  fərqli  olaraq  müalicəvi  mineral 
mənbələri  qiymətləndirməyi  bacarırdılar. 
E.ə.  I  əsrdə  ən  məşhur 
kurorot  Bayi  mənbələri  idi.  Mağaralarda  yaradılmış  təbii  kükürdlü 
buxar  hamamları  romalılar  arasında  məşhur  idi. 
Bayidən  başqa 
Etruriyada,  Roma  yaxınlığındakı  Qabiyada  da  kurortlar  var  idi. 
Xarici  turizm  obyektləri  sırasında  bu  günə  kimi  məşhur kurortların -  
Reyndəki  Visbaden  və  Baden-Badeni,  Afrikada  -   Atlanta  dağının 
ətəklərini,  Transilvaniyanı  göstərmək olar.
Xristianlığın  meydana  gəlməsi  ilə  dini  turizm  genişlənir. 
Zəvvarltq  hələ  Qədim  Yunanıstanda  yayılmışdı,  xüsusilə  Delfdəki 
Apollon məbədinə gələnlərin  sayı  daha çox  idi.  Çünki,  burada “allah 
tərəfindən  seçilmiş"  kahinlər  gələcəkdən  xəbər  verməklə  məşğul 
idilər.  Qədim  Romada  iri  sitayiş  obyektləri  mövcud  deyildi,  orada 
xristianlıq 
yenicə 
yaranırdı, 
allahlar 
qismində 
isə 
Qədim 
Yunanıstandan transformasiya olunmuş  allahlar çıxış edirdilər.
Bununla  belə  müqəddəs  yerlərə  səyahətlər  genişlənirdi. 
Məsələn,  müqəddəs  Pavel  missionerlik  fəaliyyəti  ilə  əlaqədar çoxlu 
səyahət  etmişdir.  O,  Kiçik  Asiyada,  Yunanıstanda  ,  Suriyada  və 
Fələstində  olmuşdur.  Pavel  Roma  imperiyasının  şərq  hissəsinə  üç 
uzunmüddətli  səyahətdən  sonra  Yerusəlimə  qayıtmış,  eramızın  64- 
cü  ilində isə Roma yaxınlığında edam edilmişdir.
75


Yüklə 20,33 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə