Qədim Romada dəniz səyahətləri yazdan başlayaraq payızın
ortalarına kimi davam edirdi. Səyahətlər aramla, tələsmədən həyata
keçirilərdi. Belə ki, Meotiy bataqlığından - romalılar Azov dənizini
belə adlandırardılar - Misir İsgəndəriyyəsinə qədər iki həftəyə
gedərdilər.
Ticarətin inkişafında tacir Hippalın eramızın 14-17-ci
illərindəki səyahəti mühüm əhəmiyyətə malik olmuşdur. O, Hind
okeanında musson küləklərinin qanunauyğunluğunu müəyyən eymiş,
Fartak burnundan Hind çayının deltasına qədər üzmüşdür. Hippal
“Eritrey dənizi ətrafında səfər” adlı kitab yazmışdır. Bu əsərdə
Qvardafuy bumundan Zənzibar adasına kimi Afrikanın sahilləri
təsvir olunmuşdur. Eyni zamanda Ərəbistanın cənub sahilləri və
Hindistanın qərb sahillərinin böyük hissəsi
kitabda təsvir
olunmuşdur.
E.ə. 200-120-ci illərdə yaşamış Polibinin “Ümümdünya
tarixi” sözün həqiqi mənasında ensiklopedik əsər idi. E.ə. II əsrdə
yaşamış Yunan tarixçisi Arrian
“Evksin Pontu(Qara dəniz) ilə
səyahətin təsviri” adlı əsər yazmış, burada bu dənizin sahillərindəki
ölkələr və xalqların xarakteristikasını vermişdir.
Coğrafiyada riyazi-astronomik istiqamətin müəllifi Kirendən
olan Eratosfen idi(e.ə.III əsr). Coğrafiyaya riyazi metod tətbiq
edərək O, iki əsas oxu - uzunluq və enliyi müəyyən etmişdir.
Sonralar astranom Hipparx
dərəcə şəbəkəsini kəşf edərək Yer
kürrəsini iqlim zonalarına böldü. Bu kəşfə əsaslanaraq Egey
dənizindən Çin sərhədlərinə qədər ölkələr haqqında təsəvvürlər verən
coğrafi xəritələr hazırlandı.
Strabonu
(e.ə.64-23-cü illər) ilk ölkəşünas-mütəxəssis
adlandırmaq olar. Kiçik Asiyadakı Amasiyanın Kappadoki şəhərində
anadan olmuş Strabon, 20 yaşında Romaya ilk səfərini etmişdir. O,
bütün ömrü boyu səyahət etmişdir. Strabon Kiçik Asiyanı dolanmış,
Tavr (Krım) dağlarında və Qafqaz dağlarının ətəklərində olmuş,
Kiklad adalarını gəzmiş və Balkan yarımadasını keçmiş, Apennin
v yarımadasındakı, həmçinin Misirdəki bütün
yaddaqalan yerləri
dərindən öyrənmişdir. Səyahəti başa vuran Strabon həyatının ən
76
böyük əsərini - 17 kitabdan ibarət “Coğrafıya”ni yazmışdır. Bu əsər
antik dövrdəki biliklərin yekunu idi. Strabon 43 kitabdan ibarət
“Tarixi qeydlər” kitabım yazsa da o günümüzə çatmamışdır
Qədim Romada imperatorlar (Trayan, Adrian, Mark Avreli)
sərkərdələr və alimlər səyyahlar idi. Qədim Roma dövründə hətta
turizmin fəlsəfəsi meydana gəlir. Lutsiy Anney Cenek (4-65-ci illər)
“Lutsiliyə m əktublaf’ında belə bir ideyanı əsaslandırır ki, turizmdə
“nəinki bədən üçün, həm də xasiyyət üçün sağlam yer seçmək”
lazımdır.
Adı tarixdə qalmış, eramızın ilk səyyahı yunan yazıçısı
Pavsani olmuşdur. O, Romada yaşamış və yunan və roma
əyalətlərinə çox saylı səyahətlər etmişdir. Səyahətlərinin təsvirini
bələdçi kitabları formasında tərtib etmiş (“Elladanın təsviri”) və 180
-cı ildə 10 kitabda nəşr etmişdir. Pavsaniy Attikanı (orta
Yunanıstanın cənub-şərqi) və Afinanı xüsusilə ətrafli təsvir etmişdir.
Attikadan Korinfə keçərək Egey dənizindəki adaları tədqiq etmişdir.
Bundan sonra o, bütün yolların və əyalətlərin adlarını sadalamaqla
Lakoniya və Spartamn təsvirini vermişdir.
Klavdiy Ptolomey (90-168-ci illər)
səyahətlər barədə
ensiklopedik biliklərə malik olmuşdur. Özünün fundamental əsəri
olan “Coğrafiya”da
o sələflərinin əsərlərini sistemləşdirmiş və
onların kəşflərini
yekunlaşdırmışdır.
Beləliklə, antik dövrdə
səyahətçilərin sayəsində yeni torpaqlar və xalqlar kəşv olunmuş,
sonraki səyahətlərə və kəşflərə imkan verən zəngin coğrafi material
toplanmışdır.
Yoxlama suallar:
1. Qədim Yunanıstanda turizmin hansı növləri mövcud idi?
2. Herodotun səyahət marşrutunu şərh edin, onun Azərbaycan haqqında fikirlərini
söyləyin.
3. Pifeyin səyahətini təsvir edin.
4. Makedoniyalı İsgəndərin yürüşlərini, Nearxın dəniz səyahətini sadalayın.
5. Strabonun səyahət marşrutunu təsvir edin.
77
Ədəbiyyat
1. Грицкевич, В.П. История туризма в древности / В.ГГ Грицкевич . - СПб. :
Невский Фонд, 2005 . - 326 с
2. Соколова М.В. История туризма. М.; Мастерство, 2002, 352 с.
3. Mahmudov Y.M. Səyyahlar. Kəşflər. Azərbaycan. Bakı, 1985, 186 s.
2.3. Bizim eranın əvvəllərində və orta əsrlərində səyahətlər
Orta əsrlərin başlanğıcı “xalqların böyük köçü" kimi qeyd
edilir. Şimali Avropada yaşayan xalqlar da qeyri-adi miqyasda
hərəkətə gəlmişdilər. Roma imperiyası bu prosesi nizamlamağa
çalışırdı. Bəzi xalqlarla müqavilə bağlanıldı, müqavilənin şərtlərinə
görə onlara imperiya torpaqlarında məskunlaşmaq imkanı verilirdi.
Bunun üçün xəzinə torpaqları və ya böyük mülklərdən kəsilib
götürülən torpaqlar ayrılırdı. Müqavilə bağlanılan xalqlar burqundlar,
vestqotlar idi.
Tədricən Roma imperiyasında sərhəddə yaşayan barbarlar
haqqında
məlumatlar əldə edirlər. Feofanın “Xronoqrafiya”,
Mavrikinin “Strateqikon”, İordanın “Getlərin mənşəyi və hərəkətləri
haqqında” əsərlərində slavyan xalqları haqqında təsvirlər meydana
gəlir. Lakin orta əsrlərdə müntəzəm yol əlaqəsi Roma yolları
sayəsində mövcud idi. IV əsrdən başlayaraq onlar bərpa edilir və
“ikinci həyat”a qaytarılır.
Mərkəzi Avropada dövlət əhəmiyyətli ilk yol Maynts və
Koblents arasında inşa edilir. Bütün Mərkəzi Avropanı -
Baltik
yanından Vyanaya kimi “Vindobon oxu” adlandırılan torpaq yol
kəsib keçirdi.Bu yolla kəhraba daşınardı. Bizans imperiyasının ən
yaxşı yollan Balkanlarda idi.
Orta əsrlərdə zəvvarlıq geniş yayılmağa başlayir. Kiçik İsaya
təzim etmək üçün səyahət edən Baltazar, Melxior və Kaspar orta
əsrlərdə zəvvarların himayədarlarına çevrilirlər. II əsrdən başlayaraq
onlar xristianlar tərəfindən müqəddəsləşdirilir. Artıq III-IV əsrlərdən
zəvvarların Fələstinə səyahəti başlayır. İmperator Konstantinin
78
dövründə Qüdsdə (Yerusəlim) məbədlər, məsələn “Tanrının məzarı”
məbədi inşa edilir. Konstantinin anası, çariça Yelena Qüdsə səyahət
edərək Qolqof yaxınlığındakı mağaralardan birində “Tanrının xaç
ağacının” açılmasına yardım etdi. Bu dövr üçün bir sıra zəvvarların
adı məşhurlaşır. Onlardan, sonralar Qəzzdə yepiskop olmuş
müqəddəs Porfiri, Yevsevi Kremoskini, Vifleemdə apostol Pavelin
müqəddəs yazılarını öyrənmiş müqəddəs İeronimi, İeronimin qızı -
məşhur Qrakx nəslindən olan, İsa peyğəmbərin anadan olduğu yerin
yaxınlığında dəfn olunmuş Yevstaxiyanı göstərmək olar.
Xristianlıq yayıldıqca Fələstinə getmək istəyən avropalıların
sayı artmağa başlayır. IV əsrdə Müqəddəs Torpağa gedən zəvvarların
sayı əhəmiyyətli dərəcədə artaraq kütləvi xarakter almışdı. Artıq V
əsrdə Qalliyadan yola düşən zəvvarlar üçün Rona və Dordona
sahillərindən İordan çayı sahilinə kimi bələdçi rolu oynayan
marşrutlar tərtib edilirdi. VI əsrdə
müqəddəs Antoni çox saylı
tərəfdarları ilə birlikdə Pyaçentsdən Müqəddəs Torpağa səyahət etdi.
Bundan sonra Müqəddəs Torpağın hərtərəfli təsviri olan “Pyaçentsi
yolçusu” tərtib edildi. Lakin VII əsrdə Xəlifə Ömərin dövründə
xristianlar üçün İsanın anadan olmasından sonra ən böyük bədbəxtlik
baş verdi. Müqəddəs Qüds şəhəri müsəlmanların əlinə keşdi. Bu
günə qədər bu torpaqda ehtiraslar sönmək bilmir.
Lakin bu vəziyyətdə də müqəddəs yerlərə zəvvarlıq davam
edir. Zəvvarlıq üçün daha əlverişli vəziyyət Abbasilər sülaləsindən
olan
Harun-əl-Rəşidin xəlifəliyi dövründə (786-809-cu illər)
yaradılır. Onun imperator Böyük Karlla (768-814) çox yaxşı
münasibətləri var idi. O, Tanrının məzarı məbədinin açarlarını
Böyük Karla göndərir. Bu ərəfədə Qüdsdə Böyük Karlın əmri ilə
zəvvarlar üçün xüsusi qonaq evi tikilir. IX əsrdən başlayaraq ziyarətə
günahların təmizlənməsi vasitəsi kimi baxılırdı. XI əsrdən başlayaraq
isə katolik kilsəsi bu funksiyanı yerinə yetirməyə başladı.
Beləliklə, zəvvarlıq insanın dini meyllərlə gücləndirilmiş
təbii hisslərinə ən yaxını olmaqla turizmin daxili motivasiyasının
tərəflərindən biridir. Zəvvarlar içərisində Puetyedəki müq. İlariy,
Limojdakı müq. Marsial, Tuluzdakı müq.Sernen, Parisdəki müq.
79
Dostları ilə paylaş: |