Azərbaycan r espublikası Təhsil Nazirliyi a zərbaycan r espublikası m ədəniyyət və Turizm Nazirliyi



Yüklə 20,33 Mb.
Pdf görüntüsü
səhifə22/122
tarix15.10.2018
ölçüsü20,33 Mb.
#74306
1   ...   18   19   20   21   22   23   24   25   ...   122

kitab  70  xəritəni  özündə  əks  etdirir  və  “Rocer  kitabı”  adı  ilə 
məşhurdur.  İkinci  kitab “Dostluq  və  ruhun  əyləncəsi  bağı” adlanır və 
73  xəritəni  özündə birləşdirir.
İdrisinin rəhbərliyi  altında Palermoda  göy  qübbəsinin  maketi, 
həmçinin  Yerin  7  iqliminin  əks  olunduğu  qlobus  yaradılmışdı. 
Təəssüf  ki,  bütün  bunlar  1160-cı  il  ixtişaşları  zamanı  dağılmışdır. 
ХШ  əsrdə  İdrisinin  tərtib  etdiyi  xəritələr  ərəb  səyyahı  İbn-əl-Vardi 
tərəfindən  təkmilləşdirilir  və  o,  “Möcüzələr  mirvarisi”  adlı  kitab 
yazır.
XIII  əsrdə  ərəb  səyyahlarının  bütün  coğrafi  bilgiləri  Bizanslı 
yunan,  islam  dininə  etiqad  edən  Yakut  tərəfindən  ümumiləşdirilir  və 
çoxcildli  “Coğrafiya  lüğəti”  yazılır.  Lakin  o,  bu  əsərlərdə  həmçinin 
bizanslı  yazıçıların  materiallarından  da  istifadə  etmişdir..  O,  uzun 
müddət  Köhnə  Mərvdə  yaşamış  və  orta  əsrlərin  bu  mədəniyyət  və 
elmi  mərkəzinin kitabxanasında işləmişdir.
Haqqında  bəhs  etdiyimiz  dövrün  ən  məşhur  səyyahı,  tacir 
İbn-Bəttutə  olmuşdur.  O,  1304-cü  il  fevralın  24-də  Təncə  (Tanjer) 
şəhərində  doğulmuş,  1377-ci  ildə  Fəsdə  ömrünü  başa  vurmuşdur. 
Mənşəcə  bərbərdir.  Onun 
mənsub  olduğu  bərbər  tayfaları  bütün 
Şimali  Afrikada,  hətta  Misirdə  yayılmışdı,  ilk  təhsilini  doğma 
şəhərində  almış,  müsəlman  hüququna  dərindən  yiyələnmişdi.  Bir 
çox  başqa  ərəb  səyyahları  kimi  İbn  Bəttutənin  səyahətə  başlaması  da 
Həccə  getməklə  bağlı  olmuşdu.  O, özünün yazdığı  kimi  22 yaşında -  
1325-ci  il  iyunun  14-də  doğma  Təncə  şəhərini  tərk  elmiş,  tək-tənha 
səyahətə başlamışdı.
Məkkəyə  ziyarət  məqsədi  ilə  başlamış  səyahət  25  ildən  çox 
çəkmişdi.  Təncədən  səyahətə  başlayan  İbin  Bəttutə  Şimali  Afrikanın 
mühüm  ticarət  mərkəzlərindən  keçib  Iskəndəıiyyəyə  gəlmiş,  sonra 
isə 
Damiyettadan  keçərək  Nil  boyunca  hərəkət  edib  Qahirəyə 
çıxmış,  sonra  Nil  boyunca  yolunu  davam  etdirərək  Asuana  gəlmiş, 
oradan da Qırmızı  dəniz sahilinə -  Ayzab limanına çıxmışdı.
İbin  Bəttutə  buradan  Qırmızı  dənizin  şərq  sahilinə  -   Cəddə 
limanına  keçə  bilməyərək,  Qahirəyə  qayıtmışdır.  Bir  müddət  sonra 
İbin  Bəttutə  Suriyaya  səyahət  etmək  qərarına  gəldi.  Məqsədi
Suriyadan Ərəbistana gedən  karvanlara qoşulub  Məkkəyə çatmaq idi. 
Qahirədən  yola  çıxan  İbin  Bəttutə  əvvəlcə  Fələstinə  gəldi,  Qüdsi 
gəzib  dolandı,  sonra  isə  Suriyaya  səyahət  etdi.  O,  Suriyanın 
Antioxiya,  Hələb şəhərlərini  gəzdi,  Dəməşqdə bir müddət yaşadıqdan 
sonra  Mədinə  və  Məkkəyə  gedən  karvanlara  qoşulub  səyahətini 
davam etdirdi.
Səyyah  Mədinə,  Məkkə  və  Nəcəfi  ziyarət  etdikdən  sonra 
Bəsrədən  keçib  İrana  səyahət  etdi.  Şirazda  bir  müddət  qaldıqdan 
sonra  Mestopotamiyaya  gedib  Mosul  və  Diyarbəkiri  gəzdi,  burdan 
isə  Kufəyə  sonra  isə  Bağdada  gəldi.  İbin  Bəttutə  yenidən  Məkkəni 
ziyarət  etdi.  Bu  dəfə  xəstələnərək  bir  müddət  -  1328  -   1329-cu 
illərdə Məkkədə qaldı.
1329-cu  ildə  Qırmızı  dəniz  sahilindəki  Cəddə  limanına  gələn 
İbn  Bəttutə buradan Afrikanın  şərq  sahilinə keçir və buradan Yəmənə 
səyahət  edir.  Yəmən  səyahətindən  sonra  yenidən  Qırmızı  dənizin 
Afrika sahillərinə qayıdan  İbin  Bəttutə,  Ərəbistan yarmadasına keçib 
İran  körfəzi  sahillərini  gəzir.  Oman,  Hörmüz,  Bəhreynə səyahət edir. 
Bundan sonra üçüncü dəfə Məkkəyə gəlir, sonra isə Misirə qayıdır.
İbin  Bəttutə  ikinci  dəfə  -   bu  dəfə  şimal  istiqamətində 
səyahətə başladı.  O, Fələstin vasitəsilə  Suriyaya gəldi,  sonra da  Kiçik 
Asiyanı  keçib  Qara  dəniz  sahilinə  -   Sinopa  çıxdı.  Sinopdan  Qara 
dəniz  vasitəsilə  Krıma  -   Genuya  ticarət  məskəni  olan  Kafaya 
(Feodosiyaya) gəldi.
Krımdan 
sonra  Qara  dəniz,  Azov 
dənizi, 
Qafqazın 
şimalındakı  düzlərdən  keçən  İbin  Bəttutə  Volqaboyuna  gəlir. 
Həştərxana  çatan  səyyah  burada  Özbək  xanın  arvadı  olan  yunan 
şahzadəsini  Konstantinopola aparan  karvana qoşulur.
İbin  Bəttutə  Konstantinopoldan  bir  daha  Volqaboyuna 
qayıdır.  Bu dəfə səyyah  Qızıl  Ordanın paytaxtı  Saray-Berke şəhərinə 
gəlir,  xanın  iqamətgahında olur.  Bundan  sonra  səyyah  Volqanı  keçib 
Xivəyə,  Fərqanəyə,  Buxaraya  oradan  isə  Xorasan  vasitəsilə Əfqanıs­
tana gedir.
1333-cü  il  sentyabrın  12-də  İbn  Bəttutə  Hindistana  gəlir. 
Dehlidə  o,  sultan  Məhəmməd  İbin  Tuğlak  (1325-1351)  sarayında
84
85


böyük nüfuz sahibi  olur, bir neçə il qazilik (hakimlik)  edir.  Bu  zaman 
Çinə  elçilər  göndərən  sultan  Məhəmməd  İbin  Bəttutəni  də  səfirliyin 
tərkibinə daxil  edir.
Hindistan  elçiləri  1342-ci  ildə  yola  çıxaraq  Qəndəhara 
gəldilər.  Qəndəhardan  keçə  bilməmələri  səbəbindən  İbin  Bəttutə 
dəniz  yolu  ilə  Kambey  körfəzi -   Qoa  və  Malabar  vasitəsilə  Kalikuta 
(Kojikode)  gəldi. 
Lakin  bundan  sonra  qəzaya  uğrayan  səyyah 
Maldiv  adalarına  gəlib  çıxdı.  Burada  da  iki  ilə  qədər  qazilik  etdi.  O, 
Maldiv  adalarından  Seylona,  Benqal,  Şimali  Hindistan  və  Zond 
adalarına səyahət etdi.  Buradan o,  Çinə getdi və  Kantonda oldu.
Səyyah  Kantondan  başqa Çinin Zeytun  (Syuançjou),  Xançjou 
və  Pekin  şəhərlərinə  də  səyahət  etdi.  Çindən  qayıdarkən  səyyah 
Sumartanı  gəzdi,  nəhayət  Ərəbistana  -   Zəfər  şəhərinə  gəldi  (1347). 
Bundan  sonra səyyah bir daha İran,  Mestopotamiya,  Suriya və  Misiri 
gəzib  dolandı,  dördüncü dəfə  Həccə getdi.  Məkkədən  sonra  Fələstinə 
gələn  səyyah,  burda  1348-ci  ildə  o  zaman  bütün  dünyanı  bürümüş 
vəbanın  (çumanm)  şahidi  oldu.  1349-cu  ilin  yazında  o,  vətəni 
Mərakeşə qayıtmaq qərarına gəldi.
Qayıdarkən  o bir daha  Misirə gəldi, oradan Tunisə getdi.  İbin 
Bəttutə  1349-cu  ilin  noyabrında 
Fəs  şəhərinə  çatdı  və  Marini 
hökmdarı  Əbu  inan  sarayında  qəbul  olundu.  Əbu  inan  sarayında 
şərafətlə  qəbul  olunan  və  böyük  nüfuz  sahibi  olan  İbin  Bəttutə  çox 
çəkmədən  Fəsi  tərk  etdi.  Cəbbəlütariq  boğazını  keçib  Qranadaya 
səyahət  etdi.  Bu  ərəb  dövlətinin  ərazisini  gəzib  dolanan  İbin  Bəttutə 
bir  müddət  Qranadada  qaldı.  Qranada  səyahətindən  yenə  də 
Cəbbəlütariq  vasitəsilə  Fəsə  qayıdan  İbin  Bəttutə  Mərakeş  hakimi 
Əbu  İnanın  tapşırığı  ilə  1352-ci  il  fevralın  18-də  Mərkəzi  Afrika 
istiqamətində növbəti səyahətə çıxdı.
Sicilmasdan  və  Qərbi  Səhradan  keçib  Timbuktuya  qədər  yol 
qət  edən  səyyah  islam  dövləti  olan  Mali  ərazisinə  gəlib  çıxdı.  O, 
qayıdan başı Taqaddakı  mis  mədənlərinə baş çəkdi,  ticarət karvanına 
qoşulub çətinliklə  Axaqqar yaylasından  və Aqades  vahəsindən  keçib 
Atlas  dağlarını  aşdı  və  1353-cü  ilin  sonunda  Fəsə  qayıtdı.  Ömrünün 
sonuna qədər burda yaşadı.
Bütün  səyahətləri  boyu  75  min  mildən  çox yol  keçmiş böyük 
səyyah  1377-ci  ildə  Fəsdə  vəfat  etdi.  Mərakeş  hakimi  Əbu  inan 
coğrafi  kəşflər tarixində  böyük  xidmətləri  olan,  dünyanın  çox  böyük 
ərazisini  gəzib  dolanmış  və  bilavasitə  şəxsi  müşahidələrə  əsaslanan 
zəngin  irs qoymuş  İbin  Bəttutənin  macəralarla dolu  səyahətnaməsini 
onun  hekayətləri  əsasında  qələmə  almağı  qranadalı  dəftərxana 
məmuru  Məhəmməd  İbin  Cüzaya  tapşırdı.  O,  üç  ay  ərzində  İbin 
Bəttutənin  danışıqlarının  yazıya  aldı  və  1355-ci  ilin  dekabrında  bu 
işi  başa  çatdırdı.  Məhəmməd  İbin  Cüzay  göstərilən  səyahətnamənin 
ədəbi  redaktəsini  isə  1356-cı  ilin  fevralında  qurtardı.  Beləliklə,  İbin 
Bəttutənin  məşhur  səyahətləri  əks  olunan  “Tühfət  ən  -   Nüzzar  fi 
qəraib  əl-əmsar  və  əcaib  əl-əsfar"  -  «Şəhərlərin  qəribəliklərini  və 
səyahətlərin  möcüzələrini  seyr  edənlərə töhfə»  adlı  dünyanın  bir çox 
xalqlarının  dillərinə tərcümə  olunmuş  məşhur  səyahətnamə  meydana 
gəldi.
Beləliklə,  ərəb  alimləri-səyyahları  IX-XIV  əsrlərdə  yeni 
torpağların  kəşvi  və  onların  mənimsənilməsi  tarixinə  böyük  töhfələr 
verdilər,  antik  müəlliflərin  ətraf aləm  haqqındakı  təsəvvürlərini  xeyli 
genişləndirdilər,  Qərbi  Avropanı  Asiya  qitəsi  ilə  tanış  etdilər  ki,  bu 
da  Asiya  və  Avropa  sivilizasiyasının  yaxınlaşmasına  yardım  etdi. 
Lakin  Ərəb  işğalı  Avropa  üçün  mənfi  təsirlərə  də  malik  olmuşdur. 
Ərəb  xəlifətinin  meydana  gəlməsi  ilə  Avropalıların  şərq  bazarlarına 
yolu  bağlandı,  Hindistanla  quru  yolla  əlaqəsi  tamamilə  kəsildi, 
nəticədə  İX  əsrdən  ticarət yollarının  Şimali  Avropaya  irəliləməsi  baş 
verdi.
Bu  dövrdə  avropalılar  içərisində  ən  cəsur  dənizçilər 
normanlar hesab edilir.  Norman  dənizçiləri  müxtəlif adlarla məşhur 
idilər:  müasir  Belçika  və  Hollandiya  ərazisində  yaşayan  frizlor; 
müasir  İrlandiya,  İngiltərə  və  Fransa  ərazisində  yaşayan  keltlər, 
anqlosakslar,  franklar; müasir Finlandiya, Norveç və İsveçdə yaşayan 
vikinqlər,  ostmanlar və nordleydlər;  müasir Danimarka,  Almaniyanın 
şimalında  və  Baltik  dənizi  sahillərindəki  ərazilərdə  yaşayan  danlar, 
aksamatlar,  qeydlər,  istorlinqlər.  Normanlar,  yəni  şimal  adamları  bu 
xalqlara  verilən  ümumi  ad  idi.  Bizansda  onları  Varanqlar,  Rusiyada
86
87


Yüklə 20,33 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə