Azərbaycan r espublikası Təhsil Nazirliyi a zərbaycan r espublikası m ədəniyyət və Turizm Nazirliyi



Yüklə 20,33 Mb.
Pdf görüntüsü
səhifə21/122
tarix15.10.2018
ölçüsü20,33 Mb.
#74306
1   ...   17   18   19   20   21   22   23   24   ...   122

Deni,  Reymsdəki  müq.Remi,  Turdakı  müq.Martin  böyük  hörmətə 
malik  idilər  və  onları  ziyarət  etmək  üçün  yüzlərlə  km  məsafə  qət 
edilirdi.  Zaman  keçdikcə  yepiskopların  məzarları  da  ziyarət 
obyektinə  çevrilir.  Frank  dövlətinin  banisi  Xlodviqin  498-ci  ildə 
Turdakı  Sen-Marten  monastırına ziyarəti  tarixdən  məlumdur.  “Yerli” 
ziyarət  mərkəzləri  kimi  müq.  Mixailin  möcüzələr göstərdiyi  Qarqanı, 
müq.  Benedikt  sayəsində  məşhurlaşan  Kassini  qeyd  etmək  olar. 
Ərəblərin  tutduğu 
Pireney  yarımadasında  da  müqəddəs  yerlər 
mövcud  idi  ki,  buraya  Avropadan  zəvvarlar  gələrdi.  Fransalı  kral 
Rober  müqəddəs  Pyotr  və  Pavelə  təzim  etmək  üçün  Romaya 
getmişdi. 
Xristianların  Qalisiyadakı  müqəddəs  yerlərindən  biri 
müqəddəs İakovun qəbri idi.
Zəvvarlıq  səyahətin  yeni  bir  növünü  -  missioner  məqsədlə 
səfəri  yaratdı.  İlk  missionerlərdən  biri,  hələ  IV  əsrdə  Avropa 
ölkələrində  xristianlığın  yayılması  ilə  məşğul  olan  Martin  Turski 
idi.  Şimali-qərbi  Qalliyada  vaizliklə  məşğul  olduqdan  sonra 
Britaniyaya yollanır.  Onun fəaliyyəti  o qədər uğurlu  olur ki, brittlərin 
bir  çoxu  xristianlığı  qəbul  etdikdən  sonra  missionerliklə  məşğul 
olurlar.  Onlar  xristianlığı  İrlandiyada,  daha  sonra  isə  İslandiyaya 
qədər yaydılar.
IV-VIII  əsrlərdə  mədəni  səviyyəsinə  görə  İrland  kilsəsi 
Avropada  qabaqcıl  mövqe  tuturdu.  Bir  çox  irlandiyalı  monaxlar 
xristianlığın  əsas  təbliğatçılarına  çevrilmişdilər.  Onların  içərisində 
daha  məşhur olanı  VI-VII  əsrlərdə  yaşamış  Kolumban  idi.  O,  Vergil 
və  Qoratsiyanın  əsərlərini  bilir,  Senek  və  Yuvenalı  oxuyar,  bununla 
belə  əsas  arzusu  “İsanın  arxasınca  səyahət”  etmək  idi.  Eynilə  İsa 
kimi  o  da,  on  iki  monax  yoldaşı  ilə  yola  çıxır.  Onlar  tərəfindən  ilk 
monastr  575-ci  ildə  Voges  səhrasında  yaradılır.  O,  missioner  kimi 
Qalliya,  Alemanniya  və  Lanqobardiyada  səyahət  edər,  monastırlar 
yaradardı.  Genuya  yaxınlığındakı  Bobbiodakı  monastır  daha  məşhur 
olduğundan tez bir zamanda iri  mədəniyyət mərkəsinə  çevrilir.
Missioner  fəaliyyətinin  digər  nümunəsi  Kolumbamn  müasiri 
olan  müq.  Amandin  səyahətidir.  Monaxların  arxasınca  tacirlər  də 
Yaxın  Şərqə axışırdı.  Onların  içərisində daha məşhuru  İsgəndəriyyəli
80
tacir  Kosma  idi.  VI  əsrdə  o,  Efiopiya,  Hindistan  və  Qərbi  Asiyada 
oldu.  Ona  “Hindistana  üzən”  ləqəbi  verilmişdi.  Geriyə  qayıtdıqdan 
sonra  o,  “Dünyanın  xristian  topoqrafiyası”  adlı  əsər  yazdı.  İlk  yerə 
Kosma  İncilin  nüfuzunu  qoyaraq  dünyada  baş  verənləri  Müqəddəs 
Kitabın məzmunu ilə uzlaşdırmağa çalışırdı.
Missioner  və  tacirlərlə  yanaşı  bir monastırdan  digərinə  keçən 
piliqrimlər də (səfərə çıxan  rahiblər) də səyahət edərdilər.  Onları  hər 
yerdə  qəbul  edər  və  yaşama  haqqı  kimi  sahiblər  üçün  dua  etmələri 
xahiş  olunardı.  Piliqrimlər  Misirə  gedərək  Memfis  yaxınlığındakı 
səhranı  dolaşar  -   məşhur  səhra  adamları  Pavel  və  Antoninin 
həyatlarına  “uyğunlaşmağa”  çalışardılar.  Lakin  onların  ən  böyük 
arzusu  Qüdsü  görmək  olardı.  Piliqrimlər  o  qədər  çox  idi  ki,  VIII 
əsrin  II  yarısından  onlar  üçün  xüsusi  soraq  kitabları  yaradıldı.  İlk 
belə kitab Yelifani  Aqiopolitin  “Suriya  və müqəddəs şəhər haqqında 
povesti” adlanırdı.  XII əsrdə  Bizanslı  səw ar İoann  Foka “Antioxidən 
Qüdsə  kimi  şəhərlər və  ölkələr,  həmçinin  Suriya,  Finikiya  haqqında 
və Fələstinin  müqəddəs  yerləri  barədə qısa  hekayət” adlı  soraq  kitabı 
hazırlayır. 
Kitabda  Beyrutun,  Silonun,  Tir  və  Nazaretin  təsviri 
verilir,  İordan  çayı  vadisindəki  və  Ölü  dəniz  yaxınlığındakı 
xristinlara  məxsus  ziyarətgahlar  göstərilir. 
İoann  Foka  həmçinin 
Vifleemi,  Keysəriyəni  gəzmiş,  oradan  vətəninə  -  Krit  adasına 
getmişdir.
Avropada  zəvvarlığın  və  missionerliyin  inkişaf  etmiş 
sisteminə  baxmayaraq  orta  əsrlər  dövründə  səyahətlər  və  kəşflər 
sahəsində  üstünlük  ərəb  səyyahlarına  məxsusdur.  VII  əsrdə 
Ərəbistan  yarımadasında  yaşayan  ərəblər  böyük  əraziləri  işğal 
etmişdilər.  Şərqdə  -  İranın  dağlıq  hissəsi  və  Türkistan,  Ərəbistandan 
şimalda  -   Mesopotamiya  və  Qafqazın  bir  hissəsi,  şimal-qərbdə 
Suriya  və  Fələstin,  qərbdə  -  bütün  Şimali  Afrika.  7 1 1-ci  ildə  ərəblər 
Cəbbəlütariqdən  keçərək  demək  olar  ki,  Piriney  yarımadasını 
tamamilə  işğal  etdilər.  Beləliklə  VIII  əsrdə  ərəblər  Aralıq  dənizinin 
qərb,  şərq  və  cənub  sahillərini,  Qırmızı  dənizin  bütün  sahillərini  və 
Fars  körfəzini,  həmçinin  Ərəbistan  dənizinin  şərq  sahillərini  işğal
81


etmişdilər.  Onlar  Avropanı  Asiya  və  Çinlə  birləşdirən  ən  mühüm 
quru yollan  da nəzarətdə saxlayırdılar.
İlk  ərəb  səyyahlarından  biri  Bəsrədən  olan  tacir  Süleyman 
olmuşdur.  Süleyman tacir dövrümüzədək haqqında az -  çox  məlumat 
çatmış  olan  ən  qədim,  həm  də  məşhur  ərəb  dənizçi  -   səyyahlardan 
biridir.  IX  əsrdə  yaşamışdı.  Varlı  tacir  olan  Süleyman  ticarət 
məqsədilə  Bəsrə  yaxınlığındakı  Siraf  şəhərindən  dəniz  yolu  ilə 
dəfələrlə  Hindistana  və  Çinə  gedib  qayıtmışdı.  O,  gəmi  ilə  Sirafdan 
çıxıb  İran  körfəzi  vasitəsilə  Ərəbistan  sahilində  yerləşən  məşhur 
ticarət  mərkəzi  Məsqətə  getmiş,  oradan  da  Hind  okeanına  keçib 
Hindistanın  Malabar  sahilində  olan  Qulam  şəhərinə  çatmışdı.  Tacir 
Süleyman  Seylonun  şimalındakı  Polk  boğazından  keçib  Nikobar 
adalarından  birində  -   Lancəbəlusda  bir  qədər  dincəldikdən  sonra 
Kalabara  çatmış,  buradan  Malakkanın  cənub-şərqində  yerləşən 
Tiyuman  adasına  yollanmış,  oradan  da  Müqəddəs  Yakov  bumu 
(Sayqon  yaxınlığında),  Xaynan  adası  vasitəsilə  Xanfuya  çatmışdı. 
Tacir Süleymanın  Məsqətdən  Çinə səfəri  dörd aydan çox çəkirdi.
Tacir  Süleymanın  adı  ilə  bağlı  olan  hekayətlərdə  onun 
keçdiyi  sahillər,  adalar,  limanlar,  şəhərlər,  bu  yerlərin  əhalisi  və 
təbiəti,  sənətkarlıq  məhsulları  və  ticarət  əlaqələri  təsvir  olunur  və 
ayrı-ayrı  yaşayış  məntəqələri  arasındakı  məsafə  göstərilir.  Tacir 
Süleymanın  səyahətləri  şərq  tacirlərinin,  o  cümlədən  ərəblərin,  Hind 
okeanı  və  Sakit  okean  hövzələrinə,  hər  iki  okeanı  birləşdirən  su 
yollarına  hələ  qədim  zamanlardan  yaxşı  bələd  olduqlarını  sübut  edir. 
Onun  hekayətlərini  X  əsrin  əvvəlində  Bəsrə  sakini  Əbu  Zeyd  Həsən 
əs-Sirafi  yazıya  almışdı.  Bu  hekayətlər  uzaq,  macəralı  dəniz 
səyahətlərindən  bəhs  edən  ərəb  nağıllarının,  xüsusilə  «Sindibadın 
səyahətləri»nin  meydana gəlməsində  mühüm  rol  oynamışdır.
IX 
əsrdə  ticarət  məqsədilə  səyahət  edənlərdən  biri  də  İbn 
Vahb  idi.  Təqribən  870-ci  ildə  Sirafdan  Çinə  səyahət  etmişdi.  Tacir 
Süleymanın  keçdiyi  Siraf-Mosqət-Hindistanın  Qulam  şəhəri  -Polk 
boğazı-Lancəbəlus  adası-Kalabar-Tiyuman  adası-Xaynan  vasitəsilə 
hərəkət  edən  İbin  Vahb  Çinin  o  zamankı  paytaxtı  Xumdan  şəhərinə 
çatmış və onun  təsvirini  vermişdi.
82
878-ci  ildə  Kantonda  ərəblərə  və  İranlılara  məxsus  olan 
ticarət məhəlləsi  dağıdılmış və ərəb -  Çin  əlaqələri  müvəqqəti  olaraq 
tənəzzülə  uğramışdı.  Tacir  Süleymanın  səyahəti  kimi,  İbn  Vahbın 
səyahəti  də  şərq  səyyahlarının  Hind  okeanına  və  Sakit  okeana,  bu 
okeanların  hövzələrində  yerləşən  yaşayış  məntəqələrinə  yaxından 
bələd olduqlarını  sübut edir.
İbn Vahbın  hekayətlərini  də  X  əsrin  əvvəllərində Bəsrə sakini 
Əbu  Zeyd  Həsən  əs-Sirafı  yazıya  almışdı.  Onun  hekayətləri  də 
«Sindibadın  səyahətləri»nin  yaranmasına mühüm təsir göstərmişdi
X  əsrin  əvvəllərində  fars yazıçısı  İbn-Dəst Ön  Asiya və  Şərqi 
Avropaya səyahət etmişdir.  Səyahətlərini  tarixi-coğrafi  ensiklopediya 
olan  ‘‘Qiymətli  dəfinələr  kitabında”  təsvir  etmişdir.  Həmin  dövrün 
səyyahları  arasında  Bağdadlı  tarixçi  və  coğrafiyaşünas  Məssudini 
göstərmək  olar.  Dövrümüzə  onun  iki  kitabı  -   “Qızıl  çəmənlik  və 
almaz mədəni” və “Məlumat və müşahidə” gəlib  çatmışdır.  O,  Yaxın 
və  Orta  Şərqin,  Orta  Asiyanın,  Qafqaz  və  Şərqi  Avropanın  bütün 
ölkələrini  -cənubda  isə  Madaqaskara  qədər  bütün  Şərqi  Afrikanı 
gəzmişdir.
XI 
əsrin 
səyahətçiləri 
arasında 
Xorezəmdən 
olan 
ensiklopediyaçı  alim  və  şair  Əbu-Reyhan  Biruninin(973-1048) 
özünəməxsus  yeri  vardır.  Səyahətləri  zamanı  o,  İranın  dağlıq 
hissəsini  və  Mərkəzi  Asiyanın  bir  hissəsini  öyrənmişdir.  O,  əfqan 
sultanı  Mahmud  Qəznəvini  Pəncaba  yürüş  edərkən  müşayət  etməli 
olur.  Biruni  hind  mədəniyyəti  haqqında  material  toplayır  və 
Hindistan  haqqındakı  “Massul  Kanonu”  kitabında  istifadə  edir.  O, 
həmçinin  “Hindistan  tarixi”,  “Mineralogiya”,  “Keçmiş  nəsillərin 
xatiratı”  kitablarını  yazmışdır.  “Astranomiyanın  açarı”  kitabında 
Biruni  Yerin  hərəkətsiz olması  barəsindəki  fikirləri  tənqid  edir.
O  dövrün  səyyahlarından  danışarkən  məşhur  alim  İdrisi 
(1100-1166)  xüsusi  qeyd  edilməlidir.  O,  Kiçik  Asiyanı,  İngiltərəni, 
Fransa  və  İspaniyanı  gəzmişdir.  İdrisi  Siciliya  kralı  II  Rocer 
tərəfindən  coğrafi  xəritələr  tərtib  etmək  üçün  Polermoya  dəvət 
edilmişdi.  15  il  ərzində  İdrisi  ona  verilən  məlumatları  təhlil  etməklə 
məşğul  olmuşdur.  Gərgin  işin  nəticəsində  2  kitab  yazıldı.  Birinci
83


Yüklə 20,33 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə