Azərbaycan r espublikası Təhsil Nazirliyi a zərbaycan r espublikası m ədəniyyət və Turizm Nazirliyi



Yüklə 20,33 Mb.
Pdf görüntüsü
səhifə18/122
tarix15.10.2018
ölçüsü20,33 Mb.
#74306
1   ...   14   15   16   17   18   19   20   21   ...   122

girsin.  Krez  Kirə  qələbə yolunu da öyrətdi.  Bu  yol  da  hiylə  yolu  idi: 
“məncə,  biz  çayı  keçməli  və  sonra  düşmən  geri  çəkildikcə  ölkənin 
içərilərinə  girməliyik,  sonra  isə  ona  qalib  gəlməyə  cəhd  etməliyik. 
Bizim  düşərgəmizdə  massagetlər  üçün  çoxlu  qoyun  kəsib  bol  bir 
ziyafət  düzəltməli,  süfrəyə  tünd  şərabla  dolu  çoxlu  qab  düzməli  və 
hər  cür  təam  qoymalıyıq.  Bütün  bunları  hazır  etdikdən  sonra, 
qoşunların  ən  cüzi  bir  hissəsini  burada  qoyub,  qalan  əsas  hissəsini 
yenidən  hücuma  keçməliyik”.  Herodotun  yazdığına  görə  Krezin  bu 
məsləhətinə  əməl  edən  Kir  qələbə  çaldı  və  Tomrisin  oğlu  da  daxil 
olmaqla  xeyli  sayda  massaget  döyüşçülərini  əsir  götürdü.  Lakin, 
Tomris  qoşunları  ilə  hücuma  keçdi  və  uzun  sürən  döyüşlərdən  soma 
Kir döyüş meydanında həlak oldu.  Tomris isə 29  il  hökmdarlıq etdi.
Azərbaycanda  qədim  mədəniyyət  izləri  qoyub  getmiş 
skiflərin  məişətindən  danışarkən  Herodot  onların  at  südü  ilə 
qidalandığını  göstərir.  Eyni  zamanda  skiflərin  qurbanvermə  adətləri 
haqqında yazır ki,  «onlar donuzdan  qurban vermirlər və  ümumiyyətlə 
öz  ölkələrində bu heyvanları bəsləmək istəmirlər».
Herodot  Xəzər  dənizi  haqqındakı  qeydlərində  Xəzərin  başqa 
dənizlərdən  tamamilə  fərqləndiyini  göstərir  və  bildirir  ki,  dənizi 
«avarlı  gəmi  ilə uzununa on beş günə, eninə  isə ən geniş yerdə səkkiz 
günə  qət  etmək  olar».  O,  Qafqaz  dağlarından  bəhs  edərkən  yazır  ki, 
bu dağlar «bütün  dağ silsilələrindən ən böyüyü və ən  ucasıdır,  burada 
çoxlu müxtəlif tayfalar yaşayır».
Herodot  hesab  edirdi  ki,  səyahətçi  xalqların  bariz  nümunəsi 
Kiçik  Asiya  ərazisindəki  Lidiya  dövlətindən  olan  etruslar  və  ya 
yunanların  adlandırdığı  tirren  və  ya  tirsenlərdir.  Əfsanəvi  etrus 
şahzadəsi  Tirsenin  şərəfinə  Tirrens  dənizi  onun  adı  ilə  adlandırıl­
mışdır.
E.ə.  VII-VI  əsrlərdə  etrus  mədəniyyəti  çiçəklənmə  dövrünə 
gədəm  qoymuşdur.  Dənizdəki  nüfuzuna  görə  o  Ellin  və  Karfagenlə 
müqayisə  edilirdi.  Hesab  edilir  ki,  üzüm  və  zeytun  İtaliyaya  Etruslar 
tərəfindən  gətirilmişdir.  Ticarətlə  nəinki  etrus  tacirləri,  həm  də  dəniz 
quldurları  məşğul  idi.  Lövbərin  və  gəmi  sükanının  yaradılması  da 
etruslarla əlaqələndirilir.
68
Bu  dövrdə  səyahətlər  əsasən  iqtisadi,  siyasi  və  hərbi 
məqsədlərlə  həyata  keçirilirdi.  İqtisadi  məqsədlə  həyata  keçirilən 
səyahətlərə nümunə olaraq  yunan taciri  Pifeyin  səyahətini  göstərmək 
olar.  Aralıq  dənizinin  qərb  hövzəsində  ticarət  üstünlüyü  uğrunda  bir 
tərəfdən  yunan  polisləri(şəhərləri),  digər  tərəfdən  isə  Finikiya  və 
Karfagen  arasındakı  bəzən  lokal  hərbi  münaqişələrə  səbəb  olan 
rəqabət  Pifeyi  qərbi  Avropada  yeni  bazarlar  tapmaq  üçün  müstəqil 
axtarışa  məcbur  etdi.  Finikiyalılar  yad  tacirləri  Cəbbəlütariq 
boğazından buraxmırdılar.  Boğazın  hər iki tərəfində Qadis (Kadis) və 
Tinqisdə  (Tanjer)  yerləşən  xüsusi  qarnizon  hərəkətə  nəzarət  edirdi. 
Finikiyalılar  qalay,  kəhraba,  müxtəlif bahalı  xəzlərin  şimali  Avropa 
ölkələri 
və 
Britaniya 
adalarından 
Aralıq 
dənizi 
ölkələrinə 
gətirilməsində  inhisarçı  idilər.
E.ə  325-ci  ildə  (bəzi  mənbələrə  görə  320-ci  ildə)  Pifey 
gəmilərdən  biri  ilə  doğma  şəhəri  Messalidən  (indiki  Marsel)  Aralıq 
dənizinə yola düşür.  Cəbəllütariqi  və  Pireney yarımadasını  keçdikdən 
sonra  Biskay  körfəzinə  çatır.  Keltlər  ölkəsinin  sahili  ilə  üzərək  La- 
Manş  boğazına  çatır.  Burada  o,  tərcümədə  “ağ”  mənasını  verən 
“Albion”  adasına  (tez-tez  duman  olduğuna  görə  belə  adlanırdı)  yan 
alır.
Pifey  bu  adada  yerli  adamlardan  öyrənir  ki,  onlardan  şimalda 
“Tule”  torpağı  yerləşir  ki,  yerli  dildə  “kənar”,  “hədd”  mənasını 
bildirir.  Pifey  qərbdən  Britaniya  adalarını,  şimal  boğazı  vasitəsi  ilə 
Britaniya  və  İrlandiya  arasından  keçməklə  Atlantik  okeanına  çıxdı. 
Pifey  “Tule” (indiki  İslandiya adası) torpağına çatmağa cəhd etdi. O, 
Orkiney  və  və  Şetland  adalarını  keçərək  Ferer  adalarına  çatır, 
buradan  isə  hərəkət  edərək  61-ci  şimal  en  dairəsinə  yetişir.  Qədim 
Yunanlardan  və  hətta  romalılardan  heç  kim  belə  uzağa  gedib 
çıxmamışdı.  Lakin  Pifeyin  sonrakı  hərəkətinə  şimal  buzlarının  isti 
Qolfstrim  zolağına  düşməsindən  yaranan  qalın  duman  mane  oldu. 
Pifey  cənuba.  Skandinaviya  yarımadası  sahillərinə  dönməyə  məcbur 
oldu.
Sonralar Pifey öz qeydlərində Tule torpağını  “axırıncı  hüdüd” 
adlandıracaqdır  ki,  bu  da  latın  dilində  “ultima  tule”  kimi  səslənir.
69


Lakin  Pifeyin səyahəti bununla  yekunlaşmır.  O,  şərqə  üzərək  Reynin 
mənsəbinə  çatdı.Burada  ostionlar,  bir  qədər  aralıda  isə  almanlar 
yaşayırdı.  Pifey  buradan  Elbanın  mənsəbinə  üzməklə  nəhayət 
Messaliyə qayıdır.
Bəzi  mənbələrə görə  Pifey  Şərqə  doğru xeyli  üzdükdən  sonra 
Baltik dənizinə daxil olmuş və  Dnestr vasitəsilə Qara  dənizə  keçərək, 
Bosfor  və  Dardanel  vasitəsilə  Aralıq  dənizinə  daxil  olaraq  evə 
qayıtmışdır.  Lakin  qədim yunan  tarixçilərinin  əksəriyyəti  bunu  inkar 
edirlər.  Bununla  belə  Pifeyin  şimal  səyahəti  və  onun  nəaliyyətləri 
şəksizdir.
Qədim  yunanların  maraqları  çox  müxtəlif  idi.  Onların 
dünyanın  hər  tərəfmə  diqqət  yetirirdilər.  Məhz  qədim  yunanlar 
avropalılar  içərisində  ilk  dəfə  olaraq  Hindistan  sahillərinə  üzmüşlər. 
Lakin  həqiqət  naminə  qeyd  etməliyik  ki, 
yunanlar  Misir 
səyyahlarından aldıqları məlumatlardan istifadə etmişlər.
Məsələn,  yunan  dənizçisi  Yevdoks  Kizikski  firon  III 
Ptolemeyin  əmri  ilə  Hindistan  sahillərinə  getmək  üçün  hindistanlı 
bələdçinin  müşayiəti  ilə  Misirdən  yola  düşdü.  Onlar  arzu  etdikləri 
məqsədə  nail  oldular.  Yevdoks  Hindistana  ikinci  ekspedisiyasını 
Kleopatranın  tapşırığı  ilə  ətir  gətirmək  üçün  həyata  keçirdi.  Geriyə 
qayıdarkən  külək  gəmini  Efiopiyanın  cənubuna  apardı  və  Yevdoks 
Afrikanın  sahilləri  ilə  üzməyə  məcbur  oldu.  Üçüncü  səyahəti  zamanı 
(e.ə.120-115  -c i  illər)  o,  finikiyalılar  kimi  Afrikanı  dövrə  vurdu, 
lakin yolun sonuna yaxın həlak oldu.
Qeyd  etmək  lazımdır  ki,  Yunanıstan  İdm an  turizminin 
vətəni  hesab  edilir.  Olimpiya  oyunları  dörd  ildən  bir  yay  gün 
dönümündən  (Günəşin  göy 
ekvatorunun  on 
uzaq 
ekliptika 
nöqtəsindən keçməsi  vaxtı;  bu  hadisə  ildə  iki  dəfə olur:  yayda  iyunun 
22-də  və  qışda  dekabrın  22-də)  sonrakı  təzə  ayla  başlayırdı. 
Olimpiya oyunlarının  başlanmasını  yunanlara xüsusi  səfirlər -  feorlar 
xəbər  verərdilər.  Onlar  hər  tərəfə  səpələnərək  Şimali  Afrikadakı, 
Qara  və  Azov  dənizləri  sahillərindəki  ən  ucqar  yunan  şəhərlərinə 
gedər,  Oyunlar  keçirilən  günlərdə  Müqəddəs  sülh  elan  edərdilər. 
Oyunların  keçirildiyi  yer  Olimpiya  meydanı  idi.  Olimpiyaya
70
gələnlərin  hamısı  Zevsin  qonağı  hesab  edilirdi.  Onların  içərisində 
şəhər  deputatları,  feorlar,  fəxri  qonaqlar  olardı.  Bir  qayda  olaraq 
onları  qəbul  edən  tərəfin  hesabına  yerləşdirər  və  yedizdirərdilər. 
Stadion  40  minə  yaxın  tamaşaçı  tutsa  da  ora  ancaq  kişiləri 
buraxardılar.
Olimpiyada ilə əlaqədar hər yanda yarmarkalar təşkil edilərdi. 
Turistlət  qədim  məbədlərlə  tanış  olar,  müxtəlif  əfsanələr  danışan 
gidlərə  qulaq  asardılar.  Deyiləni  yeddi  dəfə  təkrar  edən  Exo(əks- 
səda)  salonu  qonaqlar  arasında  məşhur  idi.  Baş  qurbangahın  qarşısı 
həmişə  qələbəlik  olardı,  onlar  qurban  kəsilməsinə  və  ya  kahinlərin 
mərasiminə (bizim günlərdəki  fəxri  növbənin dəyişməsi kimi) tamaşa 
etməyə toplaşardılar.
Olimpiadada  məşhur  şəxslərə  də  rast  gəlmək  mümkün  idi. 
Məsələn,  yunan-fars  müharibəsində  adını  əbədiləşdirmiş  Femistoklu 
burada görmək mümkün  idi.  Filosoflar Anaksaqor,  Sokrat,  Diogen və 
digərləri  ətraflarına  çoxlu  adam  toplayar  və  öz  ideyalarını  təbliğ 
edərdilər.  Burada  həmçinin  Demosfen,  Qorqi,  Lisi  kimi  məşhur 
natiqlər də çıxış  edərdilər.  Şairlərdən  Pindar  və  Simonidə  də  burada 
qulaq  asmaq  mümkün  idi.  Tez-tez  rapsodlar  (qədim  Yunanıstanda: 
gəzəri 
xanəndə,  dastançı) 
Homerin,  Qesiodun, 
Empedokklın 
poemalarından  parçalar  oxuyardılar.  Rəssamlar  əsərlərini  nümayiş 
etdirər,  Herodot  kitabından  hissələri  oxuyardı.
Olimpiada  5  gün  davam  edərdi.  Olimpiadadan  başqa 
ümumyunan  xarakterli  oyunlar  da  keçirilərdi.  İki  ildən  bir  Korinf 
boğazında  keçirilən  İstmiy,  Arqolidanın  Nemeys  vadisində,  Zevsin 
məbədi  yaxınlığında  iki  ildən  bir  keçirilən  Nemeys,  olimpiya 
oyunları  kimi  dörd  ildən  bir  Krisdə  (Fokida)  keçirilən  Piliy  bu 
qəbildən  idi.
Təbii  ki,  səyahətlərin  nəticəsində  kartoqrafiya  inkişaf  edir. 
Qədim  yunan  alimləri  Avropada  ilk  dəfə  olaraq  coğrafi  xəritələr 
yaratmağa  başlayırlar.  Onların  yaradılması  əfsanəvi  Falesin  tələbəsi 
filosof  Anaksimandrunun  adı  ilə  əlaqələndirilir.  Miletli  alimləri 
dünyanın  hissələrinin  adından  istifadə  etməklə  öz  xəritələrini  yerin 
qütblərinə  istiqamətləndirirdilər.  Qədim  Yunanıstanın  bir  çox
71


Yüklə 20,33 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə