Azərbaycan r espublikası Təhsil Nazirliyi a zərbaycan r espublikası m ədəniyyət və Turizm Nazirliyi



Yüklə 20,33 Mb.
Pdf görüntüsü
səhifə24/122
tarix15.10.2018
ölçüsü20,33 Mb.
#74306
1   ...   20   21   22   23   24   25   26   27   ...   122

yürüşlərin  xilasedici  xarakterinə  inamı  azalır,  yürüşlər  isə  əvvəlki 
kimi  İsa  bayrağı  altında  baş  versə  də  işğalçı  xarakter  daşımağa 
başlayır.  Dördüncü  xaç  yürüşündə  fransız,  alman  və  italyan 
feodalları  iştirak  edirdilər.  Onun  təşkilatçıısı  Papa  III  İnnokenti  idi. 
O,  Misiri  ərəblərin  əlindən  almaq  və  onun  torpaqlarını  bölüşdürmək 
təşəbbüsü  ilə  çıxış  etdi.  Xaçpərəstlərin  gəmiləri  Venetsiyadan  yola 
düşməli  idi.  Lakin  Venetsiyalı  tacirlər  onların  fikrini  dəyişdi  və 
nəticədə  xaçpərəstlər  Misirə  deyil,  Balkanlardan  yan  keçərək  Egey 
və  Mərmərə  dənizləri  vasitəsilə  Bizansa  soxuldular.  1204-cü  iləd 
Konstantinopolu  ələ  keçirdilər  və  dağıtdılar.  Bizans  imperiyası 
əvəzində  Latın  imperiyası  yaradıldı  və  bundan  sonra  Yerusəlimə 
yürüş aktuallığını  itirdi.
1212-ci  ildə  “uşaq  xaç  yürüşü”  təşkil  edildi.  Ona  Stefan  adlı 
çoban  oğlan  başçılıq  edirdi.  Bütün  Avropadan  50  min  uşaq 
Yerusəlimi  müsəlmanlardan  azad  etməyə  gedirdi.  Onlar  Marseldən 
gəmilərlə  Suriyaya  getməli  idilər.  Lakin  onlar  Misirə  aparılaraq  qul 
kimi satıldılar.  Bu xəbərdən Avropa dəhşətə gəldi.
Beşinci  yürüşə(1217-1221)  Macar  kralı  Andraş  rəhbərlik 
edirdi.  Lakin bu yürüş çox zəif idi.  Qərbi  Avropa  feodalları  və  hakim 
dairələr  macar  kralını  bambılı  hesab  etdiklərindən  ona  yardım 
etmirdi.
Altıncı 
yürüşə( 1228-1229) 
kilsədən 
qovulmuş 
alman 
imperatoru  II  Fridrix  rəhbərlik  edirdi.  Papa  IX  Qriqoriy  mane  olmaq 
istəsə  də,  cəngavərləri  dayandırmaq  mümkün  olmur.  Cəngavərlər 
Fələstin  və  Misir  şəhərlərini  ələ  keçirir  və  uşaqların  bir  hissəsini 
vətənə  qaytarırlar.  Onlar  hətta  Yerusəlimi  do  ələ  keçirirlər.  15  ildən 
sonra.  1244-cü ildə müsəlmanlar yenidən  şəhəri  geri  alır.
Yeddinci  yürüş( 1248-1254)  Fransa  kralı  IX  Lüdovikin 
rəhbərliyi  ilə  baş  tutur.  Onlar  Şimali  Afrika  sahillərini  ələ  keçirməyi 
planlaşdırsalar  da  yürüş  uğursuz  olur,  imperator  əsir  götürülür  və 
sonradan çoxlu pul  müqabilində azad edilir.
Səkkizinci  yürüş  1270-ci  ildə  oldu.  Lakin  bu  yürüş  vəziyyəti 
daha  da  pisləşdirdi.  1289-da  xaçpərəstlər  Tripoli  şəhərini,  1291-ci
92
ildə  isə  Suriyadakı  və  ümumən  bütün  Yaxın  Şərqdəki  son  dayaqları 
olan Akru şəhərini tərk etdilər.
Bununla da  iki  yüz  illik dövrü əhatə edən xaç yürüşlərinə son 
goyuldu.
Yoxlama suallar:
1. Orta əsrlərdə səyahətlərin əsas motivlərini sadalayın.
2. Orta əsrlərdə dini turizmin yayılmasının əsas səbəblərini göstərin.
3. Ərəb tacirlərinin səyahətlərini təsvir edin.
4. Norman dənizçilərinin səyahətlərdəki xidmətlərini göstərin.
5. Xaç yürüşlərinin səbəb və nəticələrini təsvir edin.
6.  Uşaq xaç yürüşü nə ilə nəticələndi?
Ədəbiyyat
1.  Mahmudov Y.  Səyyahlar, kəşflər, Azərbaycan.  Bakı,  1985,  186 s.
2.  Заборов  M.  А.  История  крестовых  походов  в  документах  и  материалах.  — 
М.:  Высшая  школа,  1977. — 272 с.
3.  Добиаш-Рождественская  О.  А.  Крестом  и  мечом.  Приключения  Ричарда  I 
Львиное Сердце. — М.: Наука,  1991.
2.4.  Böyük coğrafi  kəşflər və səyahətlər (XV-XVI əsrlər)
Orta  əsrlər  dövründə  inkişaf edən  şərqi  Avropa  ticarəti  XIV 
əsrin  sonlarında  daimi  ticarət  əlaqələri  xarakteri  aldı.  Cənübi 
İtaliyanın,  Cənubi  Fransanın  və  Şərqi  İspaniyanın  tacirləri  Şərqlə 
ticarətdən  böyük  gəlir  əldə  edirdilər.  Lakin  XV  əsrin  ortalarından 
başlayaraq  Aralıq  dənizi  hövzəsindəki  tacirlər  Şərq  ölkələri  ilə  əlaqə 
yaratmaqda  çətinlik  çəkməyə  başladılar  və  bu  da  onları  həmin 
ölkələrə  yeni  yollar  axtarmağa  məcbur  etdi,  bu  isə  Böyük  coğrafi 
kəşflərə gətirib çıxardı.
Böyük  coğrafi  kəşflər  dövrü  bir  sıra  sosial-siyasi,  iqtisadi  və 
elmi-texniki  səbəblərə  malik  idi.  İlk  əvvəllər  çətinliklər  Avropa  və 
Asiya  arasında  vasitəçilərin  çoxluğu  ilə  (məs.  bizanslılar  və  ərəblər) 
bağlı  idi.  Şərq  ölkələrindəki  bazarların  əksəriyyəti  quru  yollardan 
xeyli  uzaqda  olduğu  üçün  malların  qiymətinin  artmasına  səbəb
93


olurdu. 
Lakin  ticarətdəki  əsas  çətinlik  türk  işğalları  ilə  bağlı  idi. 
1453-cü  ildə  türklər  Konstantinopolu  tutduqdan  sonra  Bizans 
imperiyası  süqut etdi.  Böyük bir ərazidə Osmanlı  imperiyası  yarandı.
Bu  imperiya  şərqdə  Suriya,  Misir,  İraq  ərazilərinə,  Avropada 
Yunanıstan,  Bolqarıstan  və  Macarıstan  daxil  olmaqla  Bizans 
imperiyasına  daxil  olan  bütün  ölkələri  əhatə  edirdi.  Tunis,  Əlcəzair, 
Tripoli  və  digər  ölkələr  Osmanlı  imperiyasından  asılı  vəziyyətdə 
idilər.  Bu  ölkələr  Avropanın  şimali  Afrika  ilə  ticarət  əlaqələrində 
mühüm  rola  malik  idi.  Qara dənizin  şimal  və  cənub  sahilləri,  Qırmızı 
dənizin  bütün  sahilləri  və  fars  körfəzinin  qərb  sahilləri  türklərin 
nəzarəti  altında  idi.  Şərqə  gedən  bütün  quru  və  dəniz  yolu  Avropa 
üçün  bağlanmışdı.  Yüz  illər  boyu  mövcud  olmuş  ipək  yolu 
bağlanmışdı.  Bu  yol  şərqi  Aralıq  dənizindən  başlamaqla  Suriya  və 
İrandan  keçər,  oradan  Buxara  və  Səmərqəndə,  daha  sonra  isə  Şimali 
Pamirdən  Kaşqara  və  Yarkəndə  uzanardı.  Burada  ikiyə  ayrılar, 
cənubdan  və  şimaldan  Təklə-Məkan  səhrasını  dolanmaqla  Lob-Nor 
gölündə  birləşər,  köçəri  xalqların  yaşadığı  düzənliklərdən  keçərək 
Çinə  uzanardı.
Yeni  ticarət  yolu  axtarışının  mənbələrində  iqtisadi  səbəbləri 
var  idi.  Avropada  istehsalın  inkişafı  böyük  miqdarda  qiymətli  metal 
tələb  edirdi.  Avropada belə  metal  az  idi,  orta  əsrlər  ədəbiyyatında  və 
qədim  səyyahların  hekayətlərində  varlı  şərq  ölkələri,  xüsusən 
Hindistan barədə  məlumatlar verilirdi.
Gəmiqayırmanın  inkişafı  da  Böyük  coğrafi  kəşflərə  təkan 
verdi.  Yeni  gəmi  növü  -  kaıavella  meydana  gəldi.  Belə  gəmilər 
yelkənli  olmaqla  küləyin  əksinə  də  üzə  bilirdilər.  Eyni  zamanda 
ölçülərinin 
kiçik 
olmasına 
baxmayaraq 
tutumu 
böyük 
idi. 
Astrolyabiya (bucaqölçən  alət)  meydana gəldi  ki,  onun  da köməyi  ilə 
gəminin  olduğu en  dairəsini  müəyyənləşdirmək mümkün  idi.
Odlu 
silah 
mükəmməlləşdirildi. 
Ətin 
uzun 
müddətə 
saxlanılması  üsuli  tapıldı  ki,  (duzlama)  bu  da  uzun  müddətli 
səyahətlər  zamanı  dənizçiləri  alış-verişdən  azad  etdi.  Bu  dövrün 
dənizçiləri,  tacirləri,  siyasətçiləri  və  alimləri  vahid  Dünya  okeanı 
konsepsiyasına  əsaslanırdılar.  Hələ  XI  əsrdə  ərəbdilli  alimlər  Biruni
94
və  İdrisinin  əsərlərində  Dünya  okeanı  ideyası  dini  dünyagörüşünün 
bir  hissəsinə  çevrilir.  Orta  əsrlərin  məşhur  alimləri  Rocer  Bekon  və 
Böyük Albert  hesab  edirdilər  ki,  qərbə  üzməklə  Avropadan  Asiyaya 
getmək mümkündür.  Kartoqrafiya  inkişaf edir.  Florensiyalı  kartoqraf 
Paolo  Toskanellinin  XV  əsrin  axırlarına  aid  xəritəsində  Atlantik 
okean bir tərəfdən Avropa  sahillərinə,  digər tərəfdən isə Yaponiya və 
Çin  sahillərinə kimi  təsvir olunur.
Uzaq səyahətlər həyata keçirən və yeni torpaqlar kəşf edən  ilk 
Avropa dövləti  Portuqaliya  idi.  İspaniyadan  ayrıldıqdan və XIII  əsrin 
ortalarına  sərhədləri  müəyyənləşdikdən  sonra  Portuqaliya  tamamilə 
Avropadan  ayrılmış  və  təcrid  olunmuş  vəziyyətə  düşdü.  Buna  görə 
də ölkə hakimləri  dəniz səyahətlərinə hamilik etməyə başladılar.
1415-ci  ildə  şahzadə  Enrikeşin  (onun  ləqəbi  dənizçi  Henrix 
idi)  başçılığı  ilə  uğurlu  hərbi  əməliyyat  keçirildi,  nəticidə  Mərakeşin 
şimalındakı  mühüm  strateji  liman  Seut  ərəblərdən  alındı.  Bu 
Portuqaliyalılara  Afrikanın  içərilərinə  soxulmağa  imkan  verdi. 
Dənizçi  Henrix  yeni  torpaqlar  əldə  etmək  məqsədilə  Afrikanın  qərb 
sahillərinə  dəniz  ekspedisiyası  təşkil  edir.  Lakin  o,  səfərinə  dini 
xarakter verərək,  guya  orada yaşayanları  katolik edəcəyini  bildirir və 
özü  ilə gəmilərin  hamısında  keşişlər aparırdı.  Şahzadənin  təşəbbüsü 
ilə  Saqrişe  şəhərində  böyük  donanma  yaradıldı,  dənizçilik  məktəbi 
təşkil  edildi  və  okeanda  ulduzlara  əsasən  istiqaməti  müəyyən  edən 
naviqatorlar  hazırlayan  observatoriya  yaradıldı.  XV  əsrin  sonlarında 
planetlərin  hərəkət  cədvəli  nəşr  olundu  ki,  bu  da  dənizdə  en  və 
uzunluq  koordinatlarının hesablanmasını asanlaşdırdı.
1438-ci  ildə  Henrixin  başçılığı  ilə  donanma  Saqrişeden  yola 
düşdü. 
Afrika  sahilləri  ilə  ümumilikdə  3500  km  məsafə  keçən 
donanma  Afrikanın 
qərb  sahillərini 
Cəbbəlütariqdən  müasir 
Portuqaliya  Qvineyasına  kimi  tədqiq  etdi  və  xəritəyə  köçürdü.  Səfər 
zamanı  münasib  buxtalarda  dayanır,  orada  məntəqə  yaradır,  yerli 
adamları  isə  gəmiyə  doldurdular.  Bu  zamandan  başlayaraq  dünya 
bazarına  zənci-qullar  çıxarmağa  başlayır  və  Afrika  qitəsinin 
müstəmləkəyə  çevrilməsi  dövrü  başlayır.  Qul  ticarəti  Papa  IV 
Yevgeni  tərəfindən  bəyənilir.  Vətənə  qayıtdıqdan  sonra  Henrix
95


Yüklə 20,33 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə