Azərbaycan r espublikası Təhsil Nazirliyi a zərbaycan r espublikası m ədəniyyət və Turizm Nazirliyi



Yüklə 20,33 Mb.
Pdf görüntüsü
səhifə13/122
tarix15.10.2018
ölçüsü20,33 Mb.
#74306
1   ...   9   10   11   12   13   14   15   16   ...   122

Turizm  infrastrukturunun  ekoloji  zərərləri  minimuma  endirən 
üsulla  inkişafı  və  davamlı  inkişaf prinsipləri  əsasında  idarə  edilməsi 
əsas problemlərdəndir.
Bu  məqsədə  nail  olmaq  üçün  ekoloji  baxımdan  davamlı  inkişaf 
konsepsiyasına müvafiq olan milli,  regional və  ixtisaslaşmış turizmin 
inkişaf  etdirilməsi  ilə  əlaqədar  aşağıdakı  tədbirlərin  həyata 
keçirilməsi  zəruridir.  Respublikamızda  bu  dövrdə  ekoloji  siyasətə 
dair  ilk  sənəd  kimi  “Davamlı  inkişaf’  prinsiplərinə  əsaslanan 
“Azərbaycan  Respublikasının  ekoloji  Konsepsiyasf’nı  qeyd  etmək 
olar.  Bu  konsepsiyada  respublikamız  üçün  ətraf mühitin  mühafizəsi 
baxımından  üstün  əhəmiyyətli  olan  problemlərin  həlli  üzrə  əsas 
prinsiplər  öz  əksini  tapmışdı.  Son  dövrlərdə  respublikamızda  sosial- 
iqtisadi  proseslər  sürətlə  inkişaf  etdiyinə  görə  ekoloji  siyasətdə 
də  yeni  metod  və  prinsiplər  meydana  çıxmaqdadır.  Bu  baxımdan 
Ekologiya  və 
Təbii 
Sərvətlər  Nazirliyi 
(ETSN) 
tərəfindən 
hazırlanmış  və  2003-cü  ildə  ölkə  Prezidenti  tərəfindən  təsdiq 
olunmuş  “Ekoloji  cəhətdən  davamlı  sosial-iqtisadi  inkişafa  dair” 
Milli 
Proqram 
ekoloji 
siyasəti 
daha 
da 
təkmilləşdirilməsi 
istiqamətində  işlər  davam  etdirilməkdədir.  Azərbaycan  Respublikası 
ətraf mühit  sahəsində  beynəlxalq  müqavilələrə  qoşulmağa  da  böyük 
diqqət  yetirilir.  Belə  ki,  Azərbaycan  Respublikası  bu  günə  kimi  20- 
dək konvensiyaya qoşulmuş,  müvafiq protokollar imzalamışdır.
Yoxlama suallar:
1.  Davamlı  inkişaf anlayışı özündə nəyi ehtiva edir?
2.  Davamlı  inkişaf konsepsiyası nə vaxt yaranıb?
3.  Davamlı  inkişaf  konsepsiyasının əsas mahiyyəti?
4. Azərbaycanda ətraf mühit hansı  prinsiplərlə qorunur?
5. Davamlı  inkişaf konsepsiyasının sosial-iqtisadi aspektləri
Ədəbiyyat
1. Повестка 
дня 
на 
XXI 
век. 

М.: 
СоЭС, 
1998.- 
218 
с
2.  Методические  подходы  к  выбору  стратегии  устойчивого  развития 
территорий,  /под  общей  ред.  Шапаря  А.Г./  Днепропетровск:  ИППЭ  НАН 
Украины.  1996.-334 с
http://www.petroleum-econornist.com.
http://www.ptpu.ru/issues.
1.7.  Turizmin  öyrənilməsinə yanaşma  metodları
Turizm  müasir  cəmiyyətin  mürəkkəb,  çoxşaxəli  sahəsini 
əhatə  etməklə  yanaşı,  bir  çox  fənlərarası  elm  sahələrinin  tədqiqat 
obyektinə  çevrilməkdədir.  Son  vaxtlar  fənlərarası  elm-tədqiqatlar 
vasitəsilə  turizmin  inkişaf  tendensiyasının  elmi  mahiyyətinin 
tədqiqatlarına 
üstünlük 
verilməkdədir. 
Xüsusi 
ilə 
tədqiqat 
istiqamətlərində  üstünlük  turizmin  sosial  mahiyyətinin  açılmasına 
edilən cəhdlər diqqəti  çəkəndir.  Bu sahə ona görə diqqəti çəkəndir ki, 
burada  insanların  asudə  vaxt,  sağlamlıq,  mənəvi-intellektual 
səviyyənin yüksəlməsini  təmin edən amillər ön cərgədədir.
Bir  çox  sənaye  sahələrinin  elmi  əsaslarla  inkişafına  fikir 
verildiyi  kimi  turizm  sahələrinə  yeni  yanaşma  üsulunun  tətbiqi  ilə 
turizm  sahəsinin  də  elm  kimi  formalaşmasını  labüd  edir.  Bu 
yanaşma,  XXI  əsrdə  inkişafda  olan  elmin,  təhsilin,  mədəniyyətin, 
idmanın  və  turizmin  qarşılıqlı  əlaqəsini  göstərməklə,  YUNESKO 
tərəfindən  xalqların  maddi,  qeyri-maddi  sərvətlərin  bəşəri  dəyərlər 
sırasına 
çıxmasına 
stimul 
yaratmaq 
baxımından 
turizm 
tədqiqatlarının  aparılmasını  gündəmə gətirir.  Bu  baxımdan  da turizm 
tədqiqatları  çox  şaxəlidir.  Ona görə  ki,  turizm  özü  kompleks  sahələri 
özündə  birləşdirərək  fəaliyyət  göstərir.  Xüsusi  ilə  sosial-mədəni 
sahənin  inkişafı  turizm  sektorunda  ən  önəmli  yerlərdən  birini  tutur. 
Bu  sahə  üzrə  tədqiqatlar  müxtəlif  üsullarla  yerinə  yetirilir  (Cədvəl 
1.7.1).
Cədvəl  1.7.1
Turizm və sosial-mədəni  sahədə tədqiqat üsulları
İnstitusional
Coğrafi
Tarixi
Elmlərarası
İdarəetmə
Səmərəlilik
Sistemli
İqtisadi
Sosial
Turizm  sənayesində  institusional  tədqiqat  metodu  dedikdə 
turizm  və  qonaqpərvərlik  sənayesi  (otellər,  tur  operatorlar, 
restoranlar  və  s.)  ilə  m üxtəlif institutlar  (müəssisələrin,  təşkilatların)
48
49


arasında  qarşılıqlı  əlaqələrin  öyrənilməsi  başa  düşülür.  Bu  üsul 
təşkilatı  məsələlərin  formalaşması  istiqamətlərini,  iqtisadi  mühitin, 
turizm  biznesinin  formalaşması  istiqamətlərinin  və  s.  öyrənilməsinə 
yönəlmişdir.
İdarəetmə  üsulu  əsasən  müəssisənin  fəaliyyətinin  idarə 
edilməsinə  yönəlmiş  aşağıdakı  komponentlərin  öyrənilməsini  tələb 
edir:
Z   planlaşdırma;
Z   nəzarətin təşkili  formaları;
Z  qiyməti  formalaşdıran amillər;
Z   qərar qəbuletmə üsulları və s.
Tarixi  üsul  gələcəkdə  turist  müəssisələrinin  fəaliyyətinin  təhlili 
və  onların  inkişafının  innovasiyalar  əsasında  təhlilindən  ibarətdir. 
Kütləvi  halda  turizmin inkişaf tarixi  çox  da qədim  olmadığı  üçün bu 
metoddan  hələ  ki,  geniş  şəkildə  istifadə  olunmur.  Səmərəlilik  üsulu 
ondan  ibarətdir  ki,  turist  məhsulu  sosial  xarakterli  olmaqla  planlı 
şəkildə  bazarda  öz  yerini  tuta  bilsin.  Bu  üsulun  çatışmazlığı  ondan 
ibarətdir ki, müəyyən vaxt itkisi hesabına başa gəlir.
Turizm tədqiqatlarında coğrafi üsulun müəyyən yeri vardır. 
Bu üsul  aşağıdakıların öyrənilməsinə  əsaslanır:
- turistlərin ən  çox  səyahət etdikləri zonalara görə;
-  iqlim və  landşaft müxtəlifliyinə görə;
-  iqtisadi  və ictimai-mədəni  aspektlərin dəyişikliyinə görə.
Sosioloji  tədqiqat üsulun əsaslandığı  sahələrə daxildir: 
turistlərin  (fərdi  və qrup halında) davranışlarının tədqiqi, turistlərin 
vərdişləri, adətləri, yerli  icmaların vərdişləri, adətləri, yerli  əhaliyə 
turizmin təsiri.
İqtisadi tədqiqatların əsasını  turizm  fəaliyyətində Ödəniş 
balansına təsir edən  tələb və  təklifin  formalaşmasının  araşdırılması, 
əhalinin  məşğulluğu,  regionun  iqtisadi  inkişafı.  Bu  metodun 
çatışmazlığına aiddir:  -  turizmin  ekoloji,  ictimai-mədəni,  psixoloji  və 
antropoloji amillərinin hərtərəfli tədqiqinin aparılmaması.
Turizmdə  marketinq  informasiyası  və  marketinq  tədqiqatları 
aşağıdakı  istiqamətlərdə tədqiqatların aparılmasına imkan yaradır:
1.  Qərar qəbul  etmək üçün  informasiya təminatı;
2.  Bazarla əlaqənin təşkilinin dəstəyinə,
3.  Yeni  bazarların  identifikasiyasma;
4.  Biznesin  konkret  aspektlərinin  inkişaf  proqnozunun 
verilməsinə;
5.  Spesifik problemlərə diqqətin cəlb edilməsinə;
6. 
Xidmətə  və  avadanlığa  istehlakçının  reaksiyasının 
proqnozlaşdırılmasına;
7. Zərərin azaldılmasına;
8.  İstehlakçıya qayğıkeş münasibətin (əlaqənin) nümayişləri.
9.  Statistik təhlillərin aparılmasına.
Bütün üsullar aşağıdakı  kimi təsnifatlaşdırılır:
Z  Ümumi,
Z  Ümumi  elmi  yanaşma,
Z   Xüsusi,
Z  Xüsusi  seçilmiş bir elm sahəsi  üzrə tədqiqatın aparılması.
Yoxlama suallar:
1. Turizm fəaliyyətinin hansı  tədqiqat üsulları  vardır?
2. Müasir turizmin  inkişafının əsas prinsipləri hansılardır?
3. Turizmdə sahibkar fəaliyyətinin hansı  üsulları  vardır?
4.  Turizm sahəsində elmi araşdırmaların  rolunu  izah edin.
Ədəbiyyat
1.  Воронов  В.И.,  Сидоров  В.П.  Основы  научных  исследований  Учебное 
пособие. http://abc.vvsu.ru/Books/osnnauchissl/paaeOOO 1 .asp
2.  Попова  Ft.В.,  Кумратова  А.М.,  Шебчуова  М.В.  Туритико-рекреационная 
деятельность:  методы, модели, прогноз:  Краснодар:  КубГ’АУ, 2008.  194 с.
3.  Мечковская  О.А.  География  туризма:  методы  анализа  туристского 
пространства:  пособие для студентов геогр. фак. -Минск:  БГУ, 2008,  115 с.
50
51


Yüklə 20,33 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə