Azərbaycan r espublikası Təhsil Nazirliyi a zərbaycan r espublikası m ədəniyyət və Turizm Nazirliyi



Yüklə 20,33 Mb.
Pdf görüntüsü
səhifə120/122
tarix15.10.2018
ölçüsü20,33 Mb.
#74306
1   ...   114   115   116   117   118   119   120   121   122

tətbiqi; 
vahid 
Beynəlxalq 
aviatariflərin 
müəyyən 
edilməsini 
göstərmək  olar.  IATA-nın  Cenevrə,  Sinqapur  və  Monrealda  ofisləri 
var.
Beynəlxalq  Mehmanxana  Assosiasiyası  (IHA)  -   1979-cu 
ildən  BMÜTT-nin  üzvüdür.  Assosiasiyanın  əsas  məqsədi  dünya 
mehmanxana  sənayesinin  mənafeyini  Beynəlxalq  səviyyədə  təmsil 
etməkdir.  Assosiyasının  vəzifələrindən  mehmanxana  müəssisələrinin 
geniş  əməkdaşlığı  üçün  şərait  yaratmaq;  humanitar  resurslar, 
texnologiya 
və 
avtomatlaşdırma, 
ətraf  mühitin 
qorunması, 
marketinqin  inkişaf  məsələləri  üzrə  təşkilatları  (öz  üzvlərini) 
informasiya  xidməti  ilə  təmin  etmək;  Beynəlxalq  qanunvericiliyin 
icrasına  nəzarət;  turizm  tədqiqatlarının  əlaqələndirilməsi  və  dərc 
olunması; 
məqsədli 
proqramların 
maliyyələşdirilməsi 
və 
s. 
göstərmək  olar.  Assosiyasının  mənzil-qərargahı  Parisdə  (Fransa) 
yerləşir.
Ümumi  xarakterli  regional  Beynəlxalq  turizm  təşkilat­
larına  aiddir:
Turizm  üzrə Avropa  komissiyası  (KET);
Avropa Turist Qrupu  (ETAQ);
  Avropa  İttifaqında A1T üzvü olan  təşkilatların  Bürosu (AIT-EC); 
  Avropa 
turist 
mübadilələrinin 
inkişafı 
və 
əlaqələndirmə 
Assosiasiyası  (ADCETE);
  Asiya və  Sakit okean  ölkələrinin turizm assosiasiyası (PATA);
  Şərqi  Asiya ölkələrinin  turizm assosiasiyası  (EATA);
  ASEAN  üzvü  olan  ölkələrin  turizm  assosiasiyaları  federasiyaları 
(FATA);
  Amerika Turizm  Sənayesi  Assoasiasiyası  (TIAA);
  Latın  Amerikası  Turizm Təşkilatlan  Konfederasiyası  (KOTAL);
  Karib Turizm  Təşkilatı  (КТО);
  Ərəb Turizm  İttifaqı  (UAT);
  Panafrika Turizm Təşkilatı  (PATO);
  Afrika  Səyahətlər Assoasiyası (ATA)  və s.
Ümumi  xarakterli  regional  Beynəlxalq  turizm  təşkilatlarının 
məqsəd  və  vəzifələri  aşağıdakılardan  ibarətdir:  öz  regionunun  turizm
476
sənayesinin  maraqlarının  Beynəlxalq  səviyyədə  təmsil  və  müdafiə 
etmək;  turizmin  inkişafının  meyl  və  yollarım  müəyyən  etmək;  gəlmə 
turizmin  tərəqqisi;  marketinq  fəaliyyəti;  turizm  sənayesinin  Bütün 
Bölmə  və  şirkətlərinin  səylərinin  Birləşməsi  və  əlaqələndirilməsinə 
yardım;  Bölgədə  turizmin  inkişafının  məqsədli  proqramlarını 
maliyyələşdirmək;  yeni  texnologiyaların  tətBiqi;  turizm  xidmətinin 
vahid  norma  və  standartlarının  işləniB  hazırlanması,  informasiya  və 
nəşriyyat fəaliyyəti.
Avropa qitəsində turizmin  inkişafında  1997-ci  ildən  BMÜTT- 
nin  üzvü  olan  Turizm  üzrə  Avropa  Komissiyası  (KET)  mühüm  rol 
oynayır.  Təşkilatın  məqsədi  dünyanın  26  ölkəsində  milli  turizm 
təşkilatlarının  maliyyələşdirdiyi  dünyanın  əsas  Bazarlarının  inkişaf 
etdirilməsi  vasitəsilə  Avropada  turizmin  inkişafına  yardım  etməkdir. 
KET-in  əsas  vəzifələri  K1V  və  istehlakçılara  yönəlmiş  ictimai 
əlaqələri  qurmaq  və  inkişaf etdirmək,  reklam  və  nəşriyyat  fəaliyyəti, 
marketinq  tədqiqatlarının  keçirilməsi,  turizm  sənayesinin  müxtəlif 
sektorlarında 
peşəkarlarla 
əlaqələr 
qurulmasıdır. 
Komissiya 
peşəkarlarla  əlaqələri  Avropa  Turist  Qrupu  (ETAQ)  vasitəsilə 
həyata keçirir.
Ümumi  xarakterli  aparıcı  regional  təşkilatlardan  Biri  Asiya 
və  Sakit  okeaıı  ölkələri  turizm  assosiasiyasıdır  (PATA).  1951-ci 
ildə  təsis  edilmiş  PATA  hazırda  Asiya  və  Sakit  okean  Bölgələrinin 
turizm  üzrə  K7  dövlət  və  şəhər  idarəsini,  31  beynəlxalq  aviaşirkəti, 
hava  limanları  və  kruiz  xətlərini,  61  tədris  müəssisəsini  və  yüzlərlə 
turizm  şirkətini  birləşdirir.Təşkilatın  məqsədi  region  ölkələrində 
turizmin  keyfiyyətinin  yüksəlməsi  və  artmasına  yardım  etməkdir. 
PATA-nın  vəzifələri:  regionda  turizmin  inkişafının  ümumi  siyasəti 
və  strategiyasını  formalaşdırmaq;  turist  axınlarının  tarazlı  artımını 
təmin  etmək;  son  on  ildə  Buraya  gəlmə  turizmin  üç  qat  arlıını  ilə 
əlaqədar  təbii  və  mədəni  mühitin  qorunması  məqsədilə  səmərəli 
konvervasiya 
tədbirlərinin 
müəyyən 
edilməsi 
və  görülməsi; 
marketinq  fəaliyyəti  və  turizmin  inkişafı  ilə  Bağlı  tədbirlər;  regionun 
turizm  sənayesi  üçün  personal  hazırlığı  proqramlarının  işlənib 
hazırlanması  və  həyata  keçirilməsi,  tədris  seminarlarının  hazırlan­
477


ması  və  keçirilməsi,  onun  Bütün  turizm  təşkilatlan  və  şirkətlərinin 
fəaliyyətlərinin  əlaqələndirilməsi.
PATA-nın  Beş  şəhərdə  ofisi  vardır:  Banqkok  (Tailand, 
operativ  mənzil-qərargah),  San-Fransisko  (ABŞ,  inzibati  mənzil- 
qərargah),  Sinqapur,  Sidney (Avstraliya) və Monako.
Sahə  xarakterli  regional  Beynəlxalq  turizm  təşkilatlarına
aiddir:
  Avropa  Aviaşirkətlər Assosiasiyası  (AEA);
  Asiya Aviaşirkətlər Assosiasiyası (OAA);
  Afrika Aviaşirkətlər Assosiasiyası (AFRAA);
  Asiya-Avstraliya 
Mehmanxana 
və 
Restoran 
Assosiasiyası 
(AAHRA);
  Amerika dövlətlərarası  Mehmanxanalar Assosiasiyası (IAF1A);
  Ərəb Mehmanxanalar ittifaqı  (UAH);
  Avropa  ittifaqı  və  Avropa  iqtisadi  zonasında  milli  mehmanxana, 
restoran, 
qəhvəxana 
və 
oxşar 
təsisatlar 
konfederasiyası 
(HOTREC);
  Avropa  Motellər Federasiyası  (EMF) və digər təşkilatlar.
Sahə  xarakterli  regional  Beynəlxalq  turizm  təşkilatlarının 
məqsəd  və  vəzifələri  öz  regionlarının  sahə  təşkilat  və  şirkətlərinin 
mənafelərini  Beynəlxalq  səviyyədə  təmsil  etmək  və  qorumaq, 
regionda sahələrinin  inkişaf meylləri  və yollarını  müəyyənləşdirmək, 
müəyyən  sahə  təşkilatları  və  şirkətlərinin  öz  aralarında  və  turizm 
sənayesinin  digər  sahələrinin  təşkilat  və  şirkətləri  ilə  əməkdaşlığı 
inkişaf  etdirmək 
və 
əlaqələndirmək, 
öz 
sahəsində 
xidmət 
keyfiyyətinin  norma  və  standartlarının  işlənməsi  və  tətbiqi,  öz 
regionlarında  turizmin  inkişafının  aktual  problemlərinin  həlli,  region 
üçün  sahə  mütəxəssislərinin  hazırlanması,  region  üzrə  informasiya, 
nəşriyyat və marketinq  fəaliyyətidir.
Sahə  xarakterli  regional  Beynəlxalq  turizm  təşkilatlarından 
Amerika  dövlətlərarası  Mehmanxana  Assosiasiyasını  (IAHA) 
göstərmək  olar.  O,  1992-ci  ildən  BMÜTT-nin  üzvüdür.  Onun  əsas 
məqsədi 
Amerika 
qitəsinin 
(Şimali 
və 
Cənubi 
Amerika) 
mehmanxana  sənayesini  Beynəlxalq  səviyyədə  təmsil  etməkdir.
478
lAHA-nın  vəzifələri  regionun  mehmanxana  sahəsi  şirkətlərinin 
mənafeyini  Beynəlxalq  toplantılarda  təmsil  etmək  və  qorumaq, 
turizm  sənayesi  şirkətləri  ilə  üzv  təşkilatların  əməkdaşlığına  yardım 
etmək  və  kommunikasiyaları  həyata  keçirmək,  marketinq  tədqiqat­
ları.  statistika  və  nəşriyyat  fəaliyyəti,  regionun  mehmanxana  sahəsi 
üçün  personal  hazırlığının  təşkili  və  həyata  keçirilməsidir.  lAHA-ıun 
Boqota (Kolumbiya),  Vieho  (ABŞ),  Lima  (Peru)  şəhərlərində  ofisləri 
vardır.
Avropa  İttifaqı  və  Avropa  İqtisadi  Zonasında  meh­
manxana,  restoran,  qəhvəxana  və  oxşar  müəssisələrin  milli 
assoasiyasiyaları 
konfederasiyası 
(HOTREC) 
mehmanxana- 
restoran  sahəsinin  nüfuzlu  Avropa  təşkilatıdır.  HOTREC  28  Avropa 
ölkəsinin  mehmanxana,  restoran  və  qəhvəxana  sənayesinin  42  milli 
assoasiasiyasının  mənafeyini  təmsil  edir.  Konfederasiyanın  məqsədi 
öz üzvü olan  təşkilatların  əməkdaşlığına  maksimum  yardım  etmək  və 
Avropa  mehmanxana,  restoran,  qəhvəxana  sənayesinin  maraqlarını 
Beynəlxalq  səviyyədə  müdafiə  etməkdir.  HOTREC-in  vəzifələri: 
Avropa  ittifaqı  mehmanxana,  restoran  və  qəhvəxana  sənayesi 
təşkilatları,  müəssisə  və  şirkətlərinin  mənafeyini  ifadə  etmək; 
tərəfdaş  təşkilatlarla  əməkdaşlıq;  Avropa  turizm  sənayesinin  digər 
sahələri  ilə  qarşılıqlı  fəaliyyət;  dünya  turizm  sənayesi  ilə  əlaqələr 
qurmaq  və  inkişaf  etdirmək;  Avropa  mehmanxana,  restoran  və 
qəhvəxana sənayesi  üçün  peşəkar kadrlar hazırlığı  proqramını  işləyiB 
hazırlamaq  və  reallaşdırmaq;  nəşriyyat  və  reklam  fəaliyyəti;  öz 
sahəsində 
keyliyyət 
normaları 
və 
standartlarının 
işlənməsi. 
Avropanın  mehmanxana-restoran  sahəsinin  Beynəlxalq  tənzimi 
məqsədilə  və  öz  vəzifələrini  reallaşdırmaq  üçün  HOTREC  rəsmi 
sənəd  və  tövsiyələr  məcmuəsi  olan  Ağ  kitab  nəşr  etdirir.  Məcmuədə 
mehmanxana,  restoran  və  qəhvəxana  sənayesində  müasir  tələblər 
ifadəsini  tapır.  HOTREC-in  mənzil-qərargahı  Brüsselidə  (Belçika) 
yerləşir.
İxtisaslaşmış  Beynəlxalq  turizm  təşkilatlarına  elə  strukturlar 
daxildir  ki,  fəaliyyətləri  turist  Biznesi  və  sahibkarlığın  xüsusi 
sahələrini,  yaxud  turizm  və  səyahətlərin  ayrı-ayrı  növlərini  əhatə
479


Yüklə 20,33 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə