Azərbaycan r espublikası Təhsil Nazirliyi a zərbaycan r espublikası m ədəniyyət və Turizm Nazirliyi



Yüklə 20,33 Mb.
Pdf görüntüsü
səhifə118/122
tarix15.10.2018
ölçüsü20,33 Mb.
#74306
1   ...   114   115   116   117   118   119   120   121   122

• 
Taun -  Vyetnam,  Boliviya,  Braziliya,  Peru,  Zambiya,  Zimbabve, 
Tanzaniya,  Madaqaskar
• 
Vəba  -   Əfqanıstan,  Vyetnam,  Hindistan,  İran,  Çin,  Malayziya, 
Monqolustan,  Filippin,  Şri-Lanka,  Argentina,  Boliviya,  Braziliya, 
Venesuela,  Kolumbiya,  Meksika,  Kosta-Rika,  Ekvador,  Zambiya, 
Keniya, Mozambik, Tanzaniya,  Uqanda
• 
Çiçək  -   Mozambik,  Tanzaniya,  Uqanda,  Zimbabve,  Anqola. 
Qvineya,  Hindistan,  Vyetnam,  Boliviya,  Braziliya,  Peru,  Venesuela. 
Qvatemala,  Kolumbiya,  Meksika və s.
Müəyyən  sanitar (tibbi) qaydalar var ki,  onlar səyahət zamanı 
təhlükəli  xəstəliklərdən  yayınmaq  imkanı  yaradır.  Bu  qaydalar 
mütləq  qaydada  turizm  şirkətləri  tərəfindən  səyahətdən  əvvəl  turistin 
nəzərinə çatdırılmalıdır.  Müəyyən  xəstəliklərə  qarşı  turistlər peyvənd 
edilirlər.  Hətta ÜTT tərəfindən peyvənd  sertifikatı təyin edilmişdir və 
bu  sertifikat  hər  ölkənin  öz  səhiyyə  nazirliyi  tərəfindən  verilir.  Bəzi, 
məsələn  yuxarıda  adı  çəkilən  ölkələrə  giriş  üçün  onun  olması 
vacibdir.
Adətən  səfərə  çıxmazdan  əvvəl  turistlərə  tibbi  sığorta  təklif 
edilir.  Bəzən  turistlər ondan  imtina  edirlər.  Lakin  bəzi  ölkələr var ki, 
tibbi  sığorta  olmadan  turistə  sərhəddi  keçməyə  imkan  verilmir.  ÜTT 
tərəfindən  tibbi  rəsmiyyətçiliyin  sadələşdirilməsi  üçün  təklif  edilir: 
ölü  bədənin  gömrükdən  problemsiz  buraxılması,  turist  ciddi  xəstə 
olduqda  səfirliklərin  və  qohumlarının  məlumatlandırılması  və  bu 
zaman  lazımı  sənədlərin  hazırlanmasının tezləşdirilməsi  və
Cədvəl  10.4.1.
İsti ölkələrə səyahət zamanı xəstəliklərin  faizi
Ölkə
%
xəstəlik
Ölkə
%
xəstəlik
Hindistan
60
Keniya
49
Misir 
53
Türkiyə 
46
Mərakeş
52
İndoneziya
43
Qambiya 
50
Çin 
39
Tunis
49
Tailand
37
468
Təhlükəsizlik  rəsmiyyətçiliyi  və  sığortalama.  Turizmdə 
təhlükəsizlik  turistlərin  şəxsi  təhlükəsizliyinin  təmin  olunması  və 
onların  əmlakının  qorunması,  onların  ləyaqətinə,  hüquq  və 
azadlıqlarına  hörmət,  turizm  obyektlərinin  inamlı  və  ətraf  mühitin 
əlverişli  olmasıdır.  Turistlər  aşağıdakı  hallarda  təhlükələrlə  rastlaşa 
bilərlər:
•  Təbii  fəlakətlər
•  Epidemiyalar
•  Həyat  üçün  təhlükəli  meteoşərait  (tufan,  leysan,  fırtına,  qar 
uçqunları)
•  Əlverişsiz  ətraf  mühit  (radioaktiv  şüalanma,  ərazinin  və  suyun 
çirklənməsi)
•  Kriminogen vəziyyət və cinəyatkarlıq və s.
Yoxlama suallar:
1. Turizmdə rəsmiyyətçilik nədir və onun yaranma səbəbləri hansılardır?
2. Turizmdə rəsmiyyətçiliyin hansı  növləri vardır?
3. Polis rəsmiyyətçiliyin mahiyyəti nədən  ibarətdir?
4. Pasport və onun  növləri.
5. Azərbaycanda pasportların verilmə xüsusiyyətləri nədən ibarətdir?
6. Viza və növləri.
7. Şengen vizası nədir?
8. Gömrük rəsmiyyətçiliyinin  mahiyyəti nədən  ibarətdir?
9. Valyuta nəzarəti nədir?
10.  Gömrükdən keçirilən əşyalara dair hansı məhdudiyyətlər mövcuddur?
11. “Yaşıl dəhliz” və “Qırmızı  dəhliz” nədir?
12. “Duty free” və “Tax-free” anlayışlarının mahiyyəti  nədən ibarətdir?
13.  Tibbi-sanitariya  rəsmiyyətçiliyinin  tətbiq  olunmasının  əsas  məqsədi  nədən 
ibarətdir?
14.  Müxtəlif  xəstəliklərə  yoluxma  baxımdan  dünyanın  ən  təhlükəli  regionları 
hansılardır?
Ədəbiyyat
1.  Сенин  В.C.  «Организация  международного  туризма»,  Учебник.  2-е  изд., 
перераб.  и доп.  М.:  Финансы и статистика, 2003. 400 с.
469


2.  Маринин  M.М.  «Туристские  формальности  и  безопасность  в туризме»,  М.. 
Финансы  и статистика, 2004,  144 с.
10.5.  Turizm təşkilatları və  tədbirləri
Beynəlxalq  turizmin  həcminin  intensiv  olaraq  artması  və 
sərhədlərinin  genişlənməsi,  dünya  turizm  sənayesinin  dinamik 
inkişafı,  onun  dünya  iqtisadiyyatının  aparıcı  sahəsinə  çevrilməsi, 
müxtəlif  ölkələrin  turizm  fəaliyyətini  yoluna  qoymaq  və  tənzim­
ləmək  məqsədilə  Beynəlxalq  turizm  təşkilatlarının  yaradılmasını 
tələb etmişdir.
Turizm  və  səyahətləri  tənzim  etməkdən  ötrü  ümumdünya, 
regional,  məhəlli  təşkilatların  yaranma  prosesi  XX  əsrin  20-ci 
illərində  başlanmışdır.  Bu  dövr  ərzində  müxtəlif səviyyə  və  səlahiy­
yətə  malik  Beynəlxalq  turizm  təşkilatlarının  bütöv  sistemi  yaradıl­
mışdır.  Hazırda  200-dən  çox  belə  təşkilat  fəaliyyət  göstərir.  Onların 
dörddə  bir  hissəsi  Beynəlxalq  turizm  sənayesində  daha  fəal  və 
nüfuzludurlar.
Beynəlxalq  turizm  təşkilatları  müxtəlif  adlar  daşıya  bilər: 
«təşkilat»,  «ittifaq»,  «assosiasiya»,  «assosiasiyalar qrupu», «federasi­
ya», 
«konfederasiya», 
«birlik», 
«Assambleya», 
«komissiya», 
«komitə»,  «fond»,  «şura»,  «mərkəz»,  «büro»,  «təsisat»,  «agentlik». 
Daha  geniş yayılmış  Beynəlxalq turizm  strukturu assosiasiyadır,  yəni 
turizm  sənayesinin  milli  təşkilatlan,  təsisatları  və  müəssisələrinin, 
həmçinin  fiziki  şəxslərin  turizm  sahəsində  konkret  vəzifələrinin  həlli 
məqsədilə könüllülük əsasında birliyidir.
Beynəlxalq  turizm  təşkilatları  (BTT)  fəaliyyətlərinin  miqyası, 
sahəsi  və  istiqamətindən  asılı  olaraq  aşağıdakı  əsas  qruplar  üzrə 
təsnif olunur:
*  ümumi  xarakterli  BTT;
*  sahə xarakterli  BTT;
*  ümumi  xarakterli  regional  BTT;
*  sahə xarakterli  regional  BTT;
470
* ixtisaslaşdırılmış; 
x xüsusi.
Beynəlxalq  turizm  təşkilatlarının  missiya,  məqsəd  və 
\əzifələri  onların  nizamnamələrində  və  digər  proqram  sənədlərində 
müəyyən  edilmişdir.  Ümumi  xarakterli  Beynəlxalq  turizm  təşkilatla­
rına aiddir:
BM  Ümumdünya Turizm  Təşkilatı  (UNWTO);
Ümumdünya səyahətlər və turizm  şurası  (WTTC);
Dünya turizminin  Beynəlxalq assosiasiyası  (MT);
Beynəlxalq turizm  ittifaqı  (TUI);
Beynəlxalq  turizm alyansı  (AIT);
Asudə  vaxt  və  istirahət  məsələləri  üzrə  Ümumdünya  Assosiasiyası 
(WLR.A) və s.
Ümumi  xarakterli  dünya  turizm  təşkilatlarının  məqsəd  və 
vəzifələri  turizm  sənayesini  təşkil  edən  təşkilat  və  şirkətlərin 
maraqlarını  təmsil  və  mi'ıdaliə  etmək;  turizm  sahəsində  siyasətin 
müəyyənləşdirilməsi,  dünya  turizm  inkişafının  əsas  istiqamətlərinin 
formalaşdırılması,  Bu  təşkilatların  üzv  ölkələri  arasında  qarşılıqlı 
faydalı  əməkdaşlığın  təmin  edilməsi  və  turizm  sənayesinin  inkişaf 
problemlərinin  və  ölkənin  iqtisadi  yüksəliş  problemlərinin  həllində 
onlara yardım etməkdir.
Ümumi  xarakterli  ilk  təşkilat  1925-ei  ildə  yaradılmış  turizm 
təbliğinin  rəsmi  assosiasiyalarının  Beynəlxalq  koııqressidir.  O,  1927- 
ci  ildə rəsmi  turizm təşkilatlarının  Beynəlxalq  Konqresi,  1930-eıı  ildə 
isə  turizmin  təşkili  və  təbliğinin  Beynəlxalq  İttifaqı  adım  almışdır. 
1947-ei  ildə  ardıeıl  olaraq  dəyişən  sadalanmış  turizm  strukturlarının 
Bazasında  Beynəlxalq  qeyri-hökumət  təşkilatı 
rəsmi  turizm 
təşkilatlarının  Beynəlxalq  İttifaqı  (RTTBI)  təsis  edilmişdir.  I ıırizın 
üzrə  nazirlik  və  idarələr.  Baş  kommissarlıq  və  direktoratlar,  nazirlik 
xidmətləri,  habelə  rəsmi  milli  turizm  təşkilatlan  onun  həqiqi 
üzvləridir.
Ötən  əsrin  7()-ci  illərin  ortalarında  RTTBI  ləğv  edilməzdən 
qabaq  dünyanın  yüzdən  artıq  ölkəsinin  turizm  təşkilatı  bura  daxil  idi. 
RTTBI  BMT  İqtisadiyyat  və  Sosial  Şurasının  nəznində  məsləhətçi
471


Yüklə 20,33 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə