Azərbaycan r espublikası Təhsil Nazirliyi a zərbaycan r espublikası m ədəniyyət və Turizm Nazirliyi



Yüklə 20,33 Mb.
Pdf görüntüsü
səhifə114/122
tarix15.10.2018
ölçüsü20,33 Mb.
#74306
1   ...   110   111   112   113   114   115   116   117   ...   122

Haaqa  konfransı  parlamentləri,  hökumətləri,  turizm  fəaliy­
yətinə  görə  cavabdeh  olan  dövlət  və  fərdi  təşkilatları,  assosiasiya  və 
müəssisələri,  turizm  sahəsində  peşəkarları  və  turistlərin  özlərini 
qəbul edilmiş  Bəyannamənin prinsiplərini  nəzərə almağa çağırır.
Beynəlxalq  turizmin  tənzim  olunmasının  mühüm  vasitəsi 
kimi  BMT  Statistika  komissiyastnın  1993-cü  ildə  qəbul  etdiyi 
«Turizm statistikası  üzrə tövsiyələr»i  qeyd etmək olar.
«Tövsiyələrdə»  Roma  qətnaməsi,  Manila  və  Haaqa  Bəyanna­
mələri  əsasında  turizmin  konsepsiyası  formalaşdırılmış  və  növləri 
müəyyən  edilmişdir,  əsas  turizm  termin  və  anlayışları  şərh  edilir, 
səyahətçilərin  kateqoriyalarının  təsnifatı  və  tərifi  verilmiş,  turist 
səyahətlərinin məqsədləri  qısaca və dürüst  ifadə edilmişdir.
Turizm  və  turizm  fəaliyyətinin  tənziminin  daha  bir  mühüm 
vasitəsi  Turizmin  Qlobal  Etik  Kodeksidir.  Onun  işlənib  hazırlanma 
zərurəti  barədə  hələ  1963-cü  il  Roma  konfransında  danışılmışdı. 
Kodeks  1999-cu  ilin  oktyabrında  Santyaqoda (Çili)  BMÜTT-nin  Baş 
Assambleyası  tərəfindən  qəbul  edilmişdir.  Buraya  turizmin  xalqlar 
və  cəmiyyətlər  arasında  qarşılıqlı  anlaşma  və  ehtirama  töhfələr 
verməsi,  turizmin  fərdi  və  kollektiv  reallaşma  vasitəsi,  sabit  inkişaf 
amili  olması,  turizmin  mədəni  irsdən  istifadə  etmək  və  həmin  irsin 
qorunmasında  payı,  qəbul  edən  ölkələr  və  birliklər  üçün  turizmin 
inkişafından  faydalar,  səyahət  hüququ  və  azad  turist  yerdəyişmələri, 
turizm  sənayesində  işçilərin  və  sahibkarların  hüquqları  kimi  məsələ­
lər  işıqlandırılır.  Həmin  məsələlərlə  bağlı  Turizmin  Qlobal  Etik 
Kodeksinin  prinsipləri  təsbit  olunmuş,  habelə  bu  prinsiplərin  icra 
təminatları  şərh  edilmişdir.
Beynəlxalq  turizm  təşkilatlarının  keçirdiyi  turizm  tədbirləri 
də  Beynəlxalq  turizm  fəaliyyətinin  tənzimi  məqsədlərinə  xidmət edir. 
Bu,  ümumdünya  və  regional,  sahə  və  ixtisaslaşmış  tematik  xarakterli 
təşkilatların  Baş  Assambleyaları,  forumlar,  konqreslər,  konfranslar, 
seminarlardır.  Burada turizm  sənayesinin  müvafiq  sektorunda  fəaliy­
yəti  tənzim edən  və əlaqələndirən rəsmi  sənədlər qəbul edilir.
Beynəlxalq  turizm  təşkilatlarının  belə  forumlarda qəbul  etdiyi 
sənədlər  turizm  və  turizm  fəaliyyətinin  tənzimi  vasitələri  içərisində
'n  \acibidir,  çünki  onlar  konkret  təcrübi  xarakter  daşıyır  və  turizm 
-ektorunda dəyişiklikləri  əks etdirir.
Turizm  agentlikləri  assosiasiyalarının  Ümumdünya  Federasi­
yası  (FUAAV)  və  Beynəlxalq  Mehmanxana  Assoasiasiyası  (IHA) 
i'TO-ci  ildə  səyahətlər  müqaviləsi  üzrə  Beynəlxalq  Konvensiya 
işləyib  hazırlamış  və  qəbul  etmişlər.  Bu  sənəd  onu  imzalamış  bütün 
ölkələr  üçün  turizm  müqaviləsi  haqqında  vahid  əsasnamədir. 
Konvensiyada  müqavilə  əsasında  turizm  fəaliyyəti  ilə  bağlı  əsas 
anlayışlar  və  terminlər  müəyyən  edilmişdir:  «səyahət  müqaviləsi», 
«səyahətlərin  təşkilinə  dair  müqavilə»,  «səyahətlərin  satışına  dair 
\asitəçi  müqaviləsi»,  «səyahətin  təşkilatçısı»,  «vasitəçi»,  «səyahət­
çi».  Konvensiya  səyahətlərin  təşkilinə  dair  və  vasitəçilik  müqavilə­
lərini  tənzimləyir,  müqavilənin  əsas  müddəalarını  müəyyənləşdirir, 
onun  icra  və  pozulma  şərtlərini,  həmçinin  tərəflərin  məsuliyyətini 
formalaşdırır.
FUAAV  və  IHA  1979-cu  ildə  mehmanxana  sahibləri  və 
turizm  agentləri  arasında  müqavilələrin  Bağlanmasına  dair  Beynəl­
xalq  Mehmanxana  Konvensiyası  qəbul  etmişdir.  Həmin  konvensiya 
mehmanxana  sahibləri  və  turizm  agentləri  arasında  Beynəlxalq 
mehmanxana  müqavilələrinin  imzalanması  və  icrasını  tənzimləyir. 
Konvensiyada  mehmanxana  müqavilələrinin  iki  növü  nəzərdən 
keçirilir  və  tənzimlənir:  a)  mehmanxana  xidmətlərinin  fərdi  müştəri­
lərə satışı  və B) mehmanxana  xidmətlərinin  müştərilər qrupuna  satışı. 
Bu  sənəddə  mehmanxana  müqaviləsinin  bağlanma  qaydası,  ilkin 
ödəniş,  mehmanxana  sahibi  və  turizm  agentinə  (ödəniş  şəraiti, 
qabaqcadan  yer  saxlama  üçün  sənədlər,  qabaqcadan  verilən  sifarişin 
ləğv edilmə şərtləri,  tərəflərin  qarşılıqlı  öhdəlikləri  müəyyənləşdirilir.
Konvensiyaya  əlavələrdə  burada  istifadə  edilən  əsas  termin 
\ə  anlayışlar  müəyyən  edilmişdir:  «ilkin  ödəniş»,  «depozit»,  «beh», 
«səyahətçilər 
qrupu», 
«qızğın 
mövsüm», 
«mehmanxana», 
"mehmanxana  müqaviləsi»,  «mehmanxana  tari 11»,  «fərdi  səyahət­
çilər»,  «qeyri-mövsümi  vaxt»,  «turizm  agenti»,  «vaııçer».  Konvensi­
yada  eyni  zamanda  mehmanxana  müqavilələrində  istifadə  edilən 
terminlərin  siyahısı  verilmiş,  arbitrajda  mübahisələrə  baxılma
452
453


qaydaları  öz ifadəsini tapmışdır.
Beynəlxalq  turizm  fəaliyyətinin  tənzim  olunma  təcrübəsi  və 
proseduru  dövlətlərin  Beynəlxalq  turizm  məsələləri  üzrə  Beynəlxalq 
konvensiya.  Bəyannamə  və müqavilələrə  qoşulması,  onların  Beynəl­
xalq  turizm  proqramları  və  layihələrində  iştirakı,  əməkdaşlıq 
haqqında  hökumətlərarası  sazişlərin  bağlanması,  habelə  Beynəlxalq 
sənədlərin  əsas  müddəaları  və  prinsipləri  nəzərə  alınaraq  turizmin 
milli  inkişaf  konsepsiyasını  formalaşdırmaq  və  milli  turizm  qanun­
vericiliyinin  işləyib hazırlanmaqla reallaşdırılır.
Turizm  sferasında  Beynəlxalq  əməkdaşlıq  turizm  sahəsində 
əməkdaşlıq  haqqında  ikitərəfli  və  çoxtərəfli  hökumətlərarası  sazişlər 
əsasında həyata keçirilir.
Hökumətlərarası  sazişlər  dünya  turizmi  üzrə  Manila  Bə­
yannaməsinin  müddəalarına,  turizm  haqqında  Haaqa  Bəyanna­
məsinin  müddəalarına,  habelə  digər  Beynəlxalq  rəsmi  sənədlərə 
müvafiq  olaraq  formalaşdırılır  və  bağlanılır.  Bu  sazişlər  xalqlar 
arasında  dostluq  əlaqələrinin  genişləndirilməsi  və  milli  hökumətlərin 
turizm  sahəsində  əməkdaşlığına  yardım  məqsədilə  imzalanır,  iki  və 
ya  Bir  neçə  ölkənin  hökumətləri  sazişdə  bəyan  edirlər  ki,  turizm 
əlaqələrini  dəstəkləyəcək  və  inkişaf  etdirəcək,  qarşılıqlı  fayda 
əsasında  mübadiləyə  və  milli  turist  şirkətləri  -   nəqliyyat,  turope- 
ratorlar,  turizm  agentlikləri  və  s.  arasında  əməkdaşlığa  yardım 
göstərəcəklər.
Hökumətlər 
qeyd 
edirlər 
ki, 
əməkdaşlıq 
sahələrinin 
genişləndirilməsi  üzrə  milli  turizm  orqanlarının  və  təşkilatlarının 
səylərini  müdafiə  edəcəklər.  Məsələn,  birgə  sahibkarlıq,  yaxud 
turizmin  infrastrukturu  və  maddi  bazasının  obyektlərinin  inşası 
məsələlərində  deyilənlər  həyata  keçiriləcək  və  bundan  ötrü 
investorlar üçün  əlverişli  şərait  yaradılacaqdır.  Sazişlərdə  hökumətlər 
vurğulayırlar  ki,  informasiya,  reklam  və  digər  materialların  mübadi­
ləsi  yolu  ilə  turizmin  inkişafına  yardım  göstərəcək,  öz  ölkələrinin 
turizm  təşkilatları  arasında  yeni  texnologiyalar  mübadiləsi  vasitəsilə 
texniki  əməkdaşlığa  yardım  göstərməyi,  öz  ölkələrinin  turist 
kadrlarının  peşə  hazırlığına  kömək  edəcəklərini,  həmçinin  turizm
454
sahəsində  çalışan  ekspertlər,  alimlər  və  jurnalistlər  mübadiləsinə 
kömək edəcəklərini  öhdələrinə götürürlər.
Çox  vaxt hökumətlərarası  sazişlərdə  elə  maddələr  əksini  tapır 
ki,  hökumətlər  öz  ölkələrinin  vətəndaşlarının  turist  səfərlərinin 
qeydiyyatı  məsələsində  rəsmiyyətçiliyin  sadələşdirilməsi  öhdəliyini 
üzərlərinə  götürürlər.  Bu  məsələdə  hələ  1954-ci  il  BMT  konfransla­
rının  konvensiyalarında,  habelə  1963-cü  il  Roma  konfransının 
tövsiyələrində,  1976-cı  il  Budapeşt  konvensiyası,  1989-cu  il  Haaqa 
konvensiyasında  boyan  edilmiş  prinsip  və  yanaşmaların  varisliyi 
nəzərə çarpır.
Hökumətlərarası  sazişlərdə  bir  qayda  olaraq  bağlanılan 
müqavilənin  reallaşma  mexanizmi  açılır.  Məsələn,  ikitərəfli  və  ya 
çoxtərəfli  məsləhətləşmələr  aparmaq  və  turizm  sahəsində  əməkdaş­
lığa dair tövsiyələr işləyib hazırlamaq  üçün  sazişi  imzalamış  iki  və ya 
bir  neçə  ölkənin  nümayəndələrindən  ibarət  qarışıq  komissiya  ola 
bilər.
Beynəlxalq  turizm  fəaliyyətinin  üımımqəbul  edilmiş  tənzimi 
praktikası  turizm  üzrə  milli  nazirlik  və  ya  komitələrin  xarici 
nümayəndəliklərinin  fəaliyyətidir.  Xarici  nümayəndəliklərin  açılışı 
və  fəaliyyətinin  Beynəlxalq  hüquqi  əsasını  turizm  sahəsində 
əməkdaşlıq  haqqında  hökumətlərarası  saziş  təşkil  edir.  Onlar  milli 
turizm  idarələri tərəfindən  xaricdə qeyri-kommeısiya  əsasda  fəaliyyət 
göstərən  nümayəndəliklərin  yaradılmasını  nəzərdə tutur.
Xarici  nümayəndəliklərin  əsas  məqsədləri  dünya  bazarında 
ölkənin  mənafeyinin  müdafiə  edilməsi,  milli  turizm  məhsulunun 
Beynəlxalq  turizm  bazarına  çıxarılması,  getmə  turizmin  stimııllaş- 
dırılması,  xarici  investisiyaların  turizm  sahəsinə  cəlb  edilməsidir. 
Xarici  nümayəndəliklərin  vəzifələri:  turizm  sahəsində  əməkdaşlıq, 
turizm  və  turizm  fəaliyyəti  haqqında  müddəaların  öz  əksini  tapdığı 
ikitərəfli  və  çoxtərəfli  Beynəlxalq  müqavilələrin,  digər  hökumətlər- 
arası  və  idarələrarası  saziş  və  müqavilələrin  icrasına  nəzarət; 
Beynəlxalq  və  sazişlərin  Bağlanması  haqqında  danışıqlar  üçün 
təkliflərin  hazırlanmasında  iştirak;  dövlət  turizm  orqanları  və 
gəldikləri  ölkənin  turizm  şirkətləri  ilə  əlaqələrin  qurulması  və
455


Yüklə 20,33 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə