Azərbaycan r espublikası Təhsil Nazirliyi a zərbaycan r espublikası m ədəniyyət və Turizm Nazirliyi



Yüklə 20,33 Mb.
Pdf görüntüsü
səhifə117/122
tarix15.10.2018
ölçüsü20,33 Mb.
#74306
1   ...   114   115   116   117   118   119   120   121   122

Şengen  vizası  üçün  əsasən  pasport,  pasportun  şəkil,  viza, 
möhür  və  qeydiyyat  səhifələrinin  surəti,  şəxsiyyət  vəsiqəsi  və  surəti, 
2  ədəd  şəxsən  doldurulmuş  ərizə  forması,  2  ədəd  biometrik  pasport 
şəkli,  viza  verilməsində yanlış məlumata dair xaricilər üçün  qanunun 
55-ci  paraqrafına  dair  yazılı  bəyanat,  səfər  olunacaq  Şengen 
ölkəsindəki  vaxtı  əhatə  edən  30.000  avro  və  ya  50.000  dollar 
civarında səyahət sığorta sənədi, 60 avro viza rüsumu.
Şengen  vizalarının  kateqoriyalarına  (turist  səyahəti,  işgüzar 
səfər,  tibbi  müalicə,  avtomobil  almaq,  sərgiyə  getmək  və  s)  görə, 
əlavə  sənədlər  də  tələb  olunur.  Məsələn,  səfərin  məqsədinə  və 
vizanın  hansı  ölkənin  səfirliyindən  alınmasına  bağlı  olaraq  iş 
yerindən  arayış  (məvacib,  vəzifə,  işə  başlama  tarixi  və  xidməti 
səfərlə  əlaqədar  göndərildiyinə  dair  qeyd  daxil  olmaqla),  bank 
təminatı,  gedəcəyiniz  ölkədən  dəvətnamə,  dəvət  edən  şəxs  barədə 
məlumatlar, 
səfərin 
məqsədinin 
geniş 
izahı, 
mehmanxana 
rezervasiyası,  təyyarə  rezervasiyası,  nigah  şəhadətnaməsi,  azyaşlı 
uşaqların  doğum  şəhadətnamələri,  ev  və  ya  torpaq  sahəsinin  kupçası 
və  surəti,  avtomobilin  şəxsi  mülkiyyətdə olmasına dair sənəd səyahət 
proqramı,  yaşam  xərclərinin  qarşılanmasını  sübut  edən  bank  hesab 
çıxarışları  və  ya  son  3  ayın  kredit  kart  hesablaşmaları  kimi  sənədlər 
tələb oluna bilər.
G öm rük  rəsmiyyətçiliyi 
və  valyuta  nəzarəti.  Gömrük 
rəsmiyyətçiliyi-dövlət 
sərhədini 
keçən 
insanların, 
əşya 
və 
məhsulların  ölkəyə  gətirilməsi  və  ölkədən  çıxarılması  ilə  əlaqədar 
şərtlərə  və  qaydalara  riayət  etməli  olduğu  proseduralardır.  Gömrük 
rəsmiyyətçiliyin  həyata  keçirilinəsi  sərhəd  məntəqələrində  gömrük 
xidmətinə  həvalə  olunur.  Gömrük  rəsmiyyətçiliyi  turistlər  üçün 
adətən  gömrük  bəyannaməsinin  doldurulmasından  və  lazım  olduqda 
baqajın yoxlanılmasından  ibarət olur.
Gömrük  bəyannaməsi-dövlət  sərhədini  keçən  sərnişinlərin, 
turistlərin  gömrük  nəzarəti  xidmətinə  özləri  ilə  və  ya  ayrıca  yük 
şəklində  keçirdikləri  əşya  və  mallar  haqqında  doldurduqları  yazılı 
ərizədir.  Bəyannamə  16  yaşı  tamam  olmuş  şəxslər  tərəfindən  şəxsən 
doldurmalıdır.  Gömrük  bəyannaməsi  adətən  müəyyən  olunmuş
464
forma  üzrə  xüsusi  blanklarda  doldurulur.  Bəyannamədə  turist 
haqqında  məlumat,  varid  olduğu  və  gedəcəyi  ölkə,  səfərin  məqsədi, 
şəxsi  baqaj,  valyuta,  əntiq  və  incəsənət  əsərləri,  qiymətli  metal  və 
daşlardan olan  məmulatlar qeyd edilir.
Azərbaycan  vətəndaşları  ölkədən  çıxan  zaman  gömrük 
bəyannaməsində  elan  etdikləri  yerli  valyutanı  yenidən  ölkəyə  idxal 
edə  bilərlər.  Bu  bəyannaməyə  Bakıda  gömrük  təşkilatının  ştampı 
vurulmalıdır.  Bəyannamədə  göstərmək  şərti  ilə,  vətəndaşların  və 
qeyri-vətəndaşların  (rezidentlərin  və  qeyri-rezidentlərin)  xarici 
\alyuta  idxalına  məhdudiyyət  yoxdur.  Xaricə  gedən  Azərbaycan 
vətəndaşları  üçün  yerli  valyutanın  ixracına  da  məhdudiyyət  yoxdur, 
ancaq  aparılan  pulun  məbləği  mütləq  bəyannamədə  göstərilməlidir. 
Xarici  valyutanın  ixracı  zamanı  isə  Azərbaycan  vətəndaşlarından  10 
min  ABŞ  dollarından  artıq  hər  bir  məbləğ  (və  ya  həmin  məbləğə 
bərabər  (ekvivalent)  digər  valyuta)  üçün  1%  həcmində  vergi  tutulur, 
üstəlik,  bunun  üçün  Azərbaycanın  Mərkəzi  Bankının  rəsmi  razılığı 
da  təqdim  olunmalıdır.  Adambaşına  10  min  ABŞ  dolları  ekvivalenti 
məbləğində  valyuta  (fond  sərvətləri  istisna  olmaqla)  hər  hansı  sənəd 
təqdim  edilmədən,  sadəcə  gömrük  orqanlarına  bəyan  edilməklə 
Azərbaycandan  nağd  şəkildə  çıxarıla  bilər.  Yol  çekləri  və  kredit 
kartları 
bəyannamədə 
qeyd 
edilmir. 
Turistdə, 
bəyannamədə 
göstərilməyən  valyuta  aşkar  olunarsa,  o,  gömrük  nəzarətçiləri 
tərəfindən  götürülür.
Təhlükəsizlik  baxımdan  bir  sıra  əşyaların  gömrük  nəzarətin­
dən  keçirilməsi  ya  qadağandır,  ya  da  onları  keçirmək  iiçün  xüsusi 
şərtlər mövcuddur.  Onlara  aşağıdakılar daxildir:
• bıçaq  və  kəsici  alətlər
•  silah,  güllə və digər sursatlar
• kartriclər
•  100  ml-dan  çox  ətir  flakonları
•  100  ml-dan çox  həcmli  aerozol  bağlamada  kosmetik  məhsullar
• alışqan  üçün  maye
• asid  batareyalar
465


•  feyerverklər,  siqnal  raketləri,  oyuncaq  silahlar,  tezalışan  maddələr, 
gözyaşardıcı  qaz
•  səyahət  plitələri,  qaz  kanistrləri,  sualtı  səyahət  üçün  oksigen 
balonları
•  boya və laklar
• toksik,  infeksion və radioaktiv maddələr
•  kimyəvi  məhsullar, gübrələr, pestisid və insektisidlər
•  həlledicilər,  ağardıcılar,  xlor, təmizləyici  maddələr, yanacaq,  aseton 
və s.
•  ci vəl i  termometr və barometrlər
Bir  çox  ölkələrdə  gömrük  nəzarətini  bir  qədər  yüngülləş­
dirmək  üçün  müxtəlif  sistemlər  tətbiq  olunur.  Bu  sistemlərdən  biri 
dünyanın  bəzi  ölkələrdə  tətbiq  olunan  «yaşıl»  və  «qırmızı»  dəhliz 
sistemidir.  “Yaşıl dəhliz ’-yazılı  bəyannamənin  doldurulmasım tələb 
etməyən  və  ümumiyyətlə  baqajı  olmayan  şəxslərin  sərhəddən 
keçməsi  üçün  nəzərdə  tutulmuş  nəzarət  formasıdır.  Qetd  etmək 
lazımdır  ki,  müəyyən  bir  şəxs  yaşıl  dəhlizə  daxil  olursa,  o,  şifahi 
halda  bildirir  ki,  onun  bəyannaməyə  qeyd  olunacaq  və  nəzarət 
ediləcək heç bir əşyası  yoxdur.  Bu  o demək deyil  ki, bu zaman həmin 
şəxsi  tamamilə  yoxlamırlar,  müəyyən  yoxlama  həyata  keçirilir, 
bundan  əlavə  gömrükçü  istənilən  zaman  özünü  şübhəli  aparan 
istənilən  şəxsi  saxlayaraq,  onu  yoxlanışdan  keçirə  bilər  və  əgər  bu 
zaman  onda  bəyannamədə  qeyd  olunmalı  hər  hansı  əşya  tapılarsa, 
həmin  şəxs  inzibati  və  ya  cinayət  məsuliyyətinə  cəlb  oluna  bilər. 
Əgər  sərhədi  keçən  şəxsdə  bəyannamədə  qeyd  olunacaq  əşya  və  ya 
mallar varsa,  o,  “qırmızı dəhliz"dsn keçir.
Müəyyən  ölkədə  alış-veriş  edərkən,  biz  həmişə  həmin 
məhsula  ƏDV  də  ödəyirik.  Xaricdə  bu  vergini  value added  tax  və ya 
VAT  adlandırırlar.  M üxtəlif  ölkələrdə  verginin  miqdarı  5%  -  25% 
arasında  dəyişir.  Turistlərin  müxtəlif tələbatını  ödəmək  üçün  bir sıra 
ölkələrdə ƏDV-nin  qaytarılması  üçün  tax fre e   sistemi  formalaşdırıl­
mışdır.  Tax-free  xidməti  yalnız  ölkədə  3  aydan  az  müddətdə  qalan 
qeyri-vətəndaşlar  üçün  nəzərdə  tutulmuşdur.  İsveçrə  və  İtaliya  kimi 
ölkələrdə  bu  müddət  I  və  2  aydan  artıq  olmur.  Lakin,  vətəndaşlığı
466
olmayan  şəxslər,  tələbə  və  işçi  vizaları  olan  şəxslər  tax free 
xidmətindən  istifadə  etmək  hüququna  malik  deyillər.  Hər  bir  ölkədə 
müəyyən  məhsullar  siyahısı  var  ki,  onlara  adətən  alkoqol  və  tütün 
məhsulları  daxil  deyil.  Bundan  əlavə  alman  əşyanın  minimum 
qiymətinə  və  xüsusi  çekin  fəaliyyət  müddətinə  dair  müəyyən 
məhdudiyyətlər  mövcuddur.  Məs.,  Almaniyada  tax  free-yə  uyğun 
olan  məbləğ  30 avrodan  başlayır,  müddət  isə  məhsulun  alınmasından 
3  il  müddətinə  qədər  olur,  İsveçrədə  isə  həmin  məbləğ  300  avro, 
müddət isə cəmi  1  ay təşkil edir.
Tax  free  anlayışından  əlavə  xüsusi  duty free  adlanan  anlayış 
da  mövcuddur.  Bu  cür  mağazalar  adətən  turistlərin  daha  çox 
cəmləşdiyi  beynəlxalq  hava  limanlarında,  xüsusi  turizm  mərkəzlərin­
də,  təyyarələrdə  daha  çox  rast  gəlinir.  Duty  free  mağazaları  elə 
yerləşdirilir  ki,  orada  alış-vcıişi  yalnız  pasport  və  gömrük  nəzarətini 
keçən  və  dərhal  ölkəni  tərk  edən  şəxslər  edə  bilər.  Əlbəttə  ki,  bu  cür 
mağazalarda  alış-veıiş  etmək  daha  əlverişlidir,  çünki  burada  ODV 
məhsulun  qiymətinə  əlavə  olunmur.  Bəzən  duty  free  mağazaları 
bilavasitə  şəhərdə  yerləşdirilir.  Bu  halda  turist  sadəcə  pasport  və 
biletini  təqdim  edərək,  alış-veriş etmək  hüququ əldə edə  bilər.  Bu  cür 
sistem  çox  rahatdır və böyük  populyarlığa  malikdir,  lakin  bıı  cür duty 
free  bölmələrinin  çeşidi  spirtli  içkilər,  parlümeriya  məhsulları,  eləcə 
də bəzi  qida məhsulları  və s.  ilə  kifayətlənir.
Tibbi-sanitar  rosmiyyotçiliyi.  Dövlət  sərhədini  keçən  şəxs­
lərin  və  onların  heyvanlarının  (əgər  vardırsa),  mövcud  vaksiııasiya 
(peyvənd)  tələblərinin  yerinə  yetirilməsinin  yoxlanılması  ilə  bağlı 
olan  proseduralardır.  Bu  rəsmiyyətçiliyin  yerinə  yetirilməsinə 
nəzarət,  ölkəyə  giriş  və  çıxışda  yerləşən  sanitariya  xidmətləri 
tərəfindən  həyata  keçirilir.
1995-ci  ilin  oktyabrında  keçirilən  ÜTT-ııin  lO-cu  Assamble­
yası  səyahət  ərəfəsində  səhhətin  qorunmasına  həsr  olunmuşdu. 
Dünyada  beynəlxalq  karantin  əhəmiyyətli  xəstəliklər  müəyyən 
edilmişdir:  taun,  vəba,  çiçək,  sarılıq,  malyariya.  Hətta  bu  xəstəlik­
lərin  yayıldığı  ölkələr  qruplaşdırılmışdır.  Qruplaşdırılma  aşağıdakı 
kimidir:
467


Yüklə 20,33 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə