Azərbaycan r espublikası Təhsil Nazirliyi a zərbaycan r espublikası m ədəniyyət və Turizm Nazirliyi



Yüklə 20,33 Mb.
Pdf görüntüsü
səhifə119/122
tarix15.10.2018
ölçüsü20,33 Mb.
#74306
1   ...   114   115   116   117   118   119   120   121   122

statusuna  malik  idi,  geniş  informasiya  və  konsultativ  fəaliyyət  həyata 
keçirirdi,  «Turizm  dünyası»  jurnalı,  «Sərhəd  rəsmiyyətçiliyi» 
xəbərlər  məcmuəsi  və  bir  sıra  xüsusi  Bülletenlər  («Turizm  planlaş­
dırılması  və  ərazilərin  mənimsənilməsi»,  «Asudə  vaxtlarda  turizm». 
«Yerləşdirmə vasitələri» və s.) nəşr edirdi.
RTTBI-nin  mənzil-qərargahı  Cenevrədə  (İsveçrə)  yerləşirdi. 
RTTBI-nin  həll  etdiyi  Bir  çox  vəzifələr  Bu  təşkilatın  səviyyəsinin 
yüksəldilməsini,  yəni  ona  BMT-nin hökumətlərarası strukturu  statusu 
verilməsini  tələb  edirdi.  1970-ci  ilin  sentyabrında  RTTBI-nin 
fövqəladə  Baş  Assambleyasının  iclasında  (Meksika)  Bu  ittifaqın 
adının  dəyişib  hökumətlərarası  turizm  təşkilatı  -   Ümumdünya 
T urizm   Təşkilatı  (ÜTT)  adı  alması  məsələsinə  baxılmışdır.  ÜTT- 
nin  Nizamnaməsi  1970-ci  il  sentyabr  ayının  27-də  qəbul  edilmişdir. 
1975-ci  ildə  Madrid  şəhərində  (İspaniya)  Ümumdünya  Turizm 
Təşkilatının  Birinci  Baş  Assambleyası  keçirildi  və  Robert  Lonati 
Təşkilatın  Baş  Katibi  seçildi.  Həmin  il  rəsmən  BMT-nin  Beynəlxalq 
ixtisaslaşmış  təşkilatı  -   BMÜTT-nin  yaranması  ili  hesab  edilir. 
BMÜTT-nin  Nizamnaməsinə  görə  Bütün  dövlət  turizm  təşkilatları  -  
RTTBI-nin  üzvləri  səsvermə  proseduru  olmadan  yalnız  BMÜTT-nin 
Nizamnaməsini  tanımaları  barədə  ərizə göndərməklə təşkilatın  həqiqi 
üzvü  olmaq  hüququ qazandılar.
Hazırda  BMÜTT  156  həqiqi,  6  assosiasiya  edilmiş  və  400- 
dən  yuxarı  qoşulmuş  üzvlərdən  ibarətdir.  Həqiqi  üzv  -   dövlətlər, 
onların  hökumətlərinin  təsisatları;  assosiasiya  edilmişlər  -   xarici 
siyasi  müstəqilliyi  olmayan  ərazilər;  qoşulanlar  -   Beynəlxalq  və 
milli  təşkilatlar,  turizm  assosiasiyaları  və  şirkətləri,  habelə  turizmlə 
bağlı 
şirkətlərdir 
(aviasiya 
və 
digər 
nəqliyyat 
şirkətləri, 
turoperatorlar,  turizm  agentləri,  mehmanxana  və  restoran  assosiasi­
yaları,  bank  müəssisələri,  nəşriyyat  şirkətləri,  tədris  və  tədqiqat 
institutları,  yerli  və regional  turizm  şuraları).
Yeri  gəlmişkən  qeyd  edək  ki,  Azərbaycan  Respublikası  2001- 
ci  ilin  sentyabr  ayında  BMÜTT-nin  Baş  Assambleyasının  XIV 
sessiyasının  qərarı  ilə  təşkilatın  tam  hüquqlu  üzvlüyünə  qəbul 
edilmişdir.  2011-ci  ildən  isə  Respublikamızdan  3  təşkilat  -
472
Azərbycan  Turizm  və  Menecment  Universiteti,  Azərbaycan  Turizm 
Assosiasiyası,  Bakı  Turizm  İnformasiya  Mərkəzi  BMÜTT-yə 
qoşulmuşlar.
Öz  mahiyyəti  və  turizmin  inkişafına təsirinə  görə  BMÜTT-yə 
tay  ola  biləcək  başqa  Beynəlxalq  təşkilat  yoxdur.  Onun  fəaliyyəti 
Beynəlxalq  turizmin  bütün  cəhətlərini  -  hüquqi,  inzibati,  iqtisadi, 
maliyyə, sosial, ekoloji,  statistik, texniki,  kadr təminatını  əhatə edir.
BMÜTT-nin  əsas  məqsədi  Nizamnamənin  3-cü  maddəsinə 
görə  «iqtisadi  inkişaf,  Beynəlxalq  qarşılıqlı  anlaşmaya,  əmin- 
amanlıq,  tərəqqi,  irqi,  cinsi,  dil  və  din  fərqi  qoymadan  bütün  insanlar 
üçün  insan  hüquqları  və  əsas  azadlıqlarına  ümumi  hörmət  və  riayət 
edilməsinə  töhfələr  vermək  üçün  turizmin  inkişafına  yardım 
etməkdir».  Nizamnamə  məqsədlərindən  çıxış  edərək  BMÜTT-nin 
əsas  vəzifələri  bunlardır:  ölkə  və  regionların  inkişafı  məqsədilə 
turizm  sahəsində  bu  təşkilatın  üzvü  olan  dövlətlərin  əməkdaşlığını 
genişləndirmək  və  dərinləşdirmək;  turizm  kadrlarının  təhsil  və  peşə 
hazırlığı  keyfiyyətini  təkmilləşdirmək;  ətraf mühitin  dünyanın  sabit 
inkişafı  kontekstində  müdafiəsi  və  ondan  rasional  istifadə  üzrə 
tədbirlərin  planlaşdırılması,  işlənib  hazırlanması  və  reallaşdırılması; 
turizm  xidməti  keyfiyyətinin  artırılması  və  turizm  xidmətlərinin 
təhlükəsizliyinin  təmin  edilməsi;  turizm  bazarının  öyrənilməsi, 
statistik  məlumatların  toplanması,  təhlili  və  sistemləşdirilməsi, 
turizmin  inkişafının  proqnozlaşdırılması;  turizmin  inkişafında  iştirak 
edən  ölkələr  arasında  əlaqələrin  və  informasiya  mübadiləsinin  təmin 
edilməsi;  turizm  sənədlərinin  hazırlanması  və yayılması.
Baş  Assambleya,  Başda  Baş  katib  olmaqla  İcraiyyə  Şurası  və 
Katiblik  BMÜTT-nin  rəhbər orqanlarıdır.
Baş  Assambleya 
BMÜTT-nin  ali  orqanıdır.  O,  iki  ildən  bir 
toplanır,  büdcəni  və  BMÜTT-nin  sonrakı  dövr  üçün  iimıımi  iş 
proqramını  təsdiqləyir.  Assambleyada  təşkilatın  fəaliyyəti  haqqında 
hesabatlara 
baxılır 
və  təsdiq 
olunur, 
Beynəlxalq 
sazişlərin 
Bağlanmasına  dair  tövsiyələr  hazırlanır,  həmçinin  turizm  sahəsinin 
inkişafının  ən aktual  məsələləri  müzakirə edilir.
İcraiyyə  Şurası  təşkilatın  öz  vəzifələrini  iş  proqramına
473


müvafiq  və  təsdiq  olunmuş  büdcə  çərçivəsində  yerinə  yetirməsini 
təmin  edən  tədbirlər görür,  Baş Assambleya  üçün təklif və  tövsiyələr 
hazırlayır.  İcraiyyə  Şurası  ildə  iki  dəfə  toplanır.  O,  Baş  Assamble­
yanın  nümayəndəlik -  beş həqiqi  üzvdən biri  prinsipi  üzrə seçdiyi 26 
üzvdən  ibarətdir.  Assosiasiya edilmiş və qoşulmuş üzvlər müşahidəçi 
kimi  icraiyyə Şurasının  iclaslarında iştirak edir.
Baş  Assambleya  tərəfindən  4  il  müddətinə  təyin  edilən  Baş 
katibin(hazııda  baş  katib  əslən  İordaniyalı  Talib  Rifahidir)  rəhbərlik 
etdiyi  Katiblik  110  daimi  işçidən  ibarətdir.  Katiblik  təşkilatın  iş 
proqramının  icrasına  və  onun  üzvlərinin  tələbat  və  maraqlarının 
reallaşmasına görə cavabdehdir.
Təcrübədə  BMÜTT  Beynəlxalq  turizm  fəaliyyətinin  tənzim­
lənməsini  özünün regional  komissiyaları  (Afrika,  Amerika,  Asiya və 
Sakit  okean  regionu,  Avropa,  Yaxın  Şərq  və  Cənubi  Asiya  üzrə) 
vasitəsilə  həyata  keçirir.  Bu  komissiyalar  regionun  həqiqi  və 
assosiasiya  edilmiş  üzvlərindən  ibarətdir  və  ildə  bir  dəfədən  az 
olmayaraq  iclas  keçirirlər.  Regiondan  qoşulmuş  üzvlər  iclaslarda 
müşahidəçi  kimi  iştirak edirlər.
Regional  komissiyalardan  başqa  BMÜTT-nin  tərkibində 
ixtisaslaşdırılmış  komitələr  fəaliyyət  göstərir.  Onlar  idarəetmə, 
maliyyə,  təşkilati  məsələlər,  habelə  BMÜTT-nin  fəaliyyət  proqara- 
ırunın  məzmununa  dair  tövsiyələr  işləyib  hazırlayır  və  təklif edirlər. 
Bunlar  Proqram  və  büdcə  Komitəsi,  Statistika  və  yardımçı  hesab 
Komitəsi,  Turizm  və  rəqabətədavamlılıq  Komitəsi,  Üzvülüklə 
əlaqədar  ərizələrin  baxılması  Komitəsi,  Turizm  və  davamlı  inkişaf 
Komitəsi,  Turizm  Etikası  Komitələrdir.
BMÜTT  strukturunda  işçi  qruplar fəaliyyət göstərir:  turizmdə 
investisiyalar,  turizm  və  onun  prosesi,  turizm  və  səhiyyə,  turizm  və 
ətraf mühit,  gənclər turizmi  üzrə.
BMÜTT 
Birləşmiş 
Millətlər  Təşkilatı  ilə  əməkdaşlıq 
haqqında  saziş  çərçivəsində  BMT  və  onun  ixtisaslaşdırılmış 
təsisatları  (YUNESKO,  EKOSOC  və  s.)  ilə  turizmin  inkişaf 
proqramlarının  işlənib  hazırlanması  və  həyata  keçirilməsində 
qarşılıqlı  fəaliyyət  göstərir.  BMÜTT  bir  il  ərzində  40-50  ölkədə
474
turizmin  inkişafının  proqram  və  layihələrini  həyata  keçirir.  BMÜTT- 
nin  mənzil-qərargahı  Madriddə (İspaniya) yerləşir.
Sahə  xarakterli  dünya  Beynəlxalq  turizm  təşkilatlarına
aiddir:
Beynəlxalq  Hava Nəqliyyatı  Assosiasiyası (IATA);
Beynəlxalq  Dəniz Sərnişin  Daşımaları  Assosiasiyası (IPSA); 
Beynəlxalq Mehmanxana Assosiasiyası (IHA);
Beynəlxalq 
mehmanxana, 
restoran 
və 
qəhvəxanaların 
milli 
assosiasiyaları  ittifaqı  (HO-RE-CA) və  bir çox başqaları.
Sahə  xarakterli  dünya  Beynəlxalq  turizm  təşkilatlarının 
məqsəd  və  vəzifələri  bunlardır:  öz  sahəsinin  maraqlarını  beynəlxalq 
səviyyədə  təmsil  və  müdafiə  etmək,  onun  inkişafının  meyl  və 
yollarını 
müəyyənləşdirmək; 
müəyyən 
sahənin 
təşkilat 
və 
şirkətlərinin  öz  aralarında  və  turizm  sənayesinin  digər  sahələrinin 
təşkilat və şirkətləri  ilə əməkdaşlığın  inkişafı  və  əlaqələndirilməsi;  öz 
sahəsində  xidmət  keyfiyyətinin  vahid  prinsip,  qayda  və  s. 
standartlarının  işlənməsi  və  tətbiqi,  onun  üçün  mütəxəssislər 
hazırlanması,  həmçinin  onun  inkişafının  aktual  problemlərinin  həlli, 
informasiya,  nəşriyyat  və  marketinq  fəaliyyəti.
Sahə  xarakterli  nüfuzlu  Beynəlxalq  turizm  təşkilatlarından 
biri  1919-cu  ildə  təsis  edilmiş  Beynəlxalq  Hava  Nəqliyyatı 
Assosiasiyasıdır  (IATA).  Hazırda  115  ölkədən  250  aviaşirkət  onun 
üzvüdür.  lATA-mn  əsas  məqsədi 
Beynəlxalq  hava  sərnişin 
daşımalarının  etiBarlılıq,  təhlükəsizliyi  və  faydalılığını  təmin 
etməkdən  ötrü  dünya  aviaşirkətlərinin  əməkdaşlığını  təmin  etməkdir. 
Assosiasiyanın  ümdə  vəzifələri  içərisində  Beynəlxalq  təşkilatlarla 
əməkdaşlığın  inkişafını,  sahə  şirkətləri  ilə  əməkdaşlıq  yolları  və 
istiqamətlərini  müəyyənləşdirmək;  Beynəlxalq  hava  nəqliyyatını 
qaydaya  salmaq;  aviadaşımaların  texniki  təhlükəsizlik  və  etibarlılıq 
tədbirlərinin  təmin  edilməsi;  sərnişinlərin  zədə  və  ölüm  təhlükəsinin, 
yükün  korlanması  və  itirilməsinin  aradan  qaldırılması;  hava 
nəqliyyatı,  aeroportların 
infrastrukturu 
və  reyslərə  xidmətin, 
sənədlərin  vahid  standartlarının  işlənməsi  və  tətbiqi;  daşımalar  və 
xidmətin  vahid  Beynəlxalq  qayda  və  prosedurlarının  işlənməsi  və
475


Yüklə 20,33 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə