Azərbaycan r espublikası Təhsil Nazirliyi a zərbaycan r espublikası m ədəniyyət və Turizm Nazirliyi



Yüklə 20,33 Mb.
Pdf görüntüsü
səhifə121/122
tarix15.10.2018
ölçüsü20,33 Mb.
#74306
1   ...   114   115   116   117   118   119   120   121   122

edir.  İxtisaslaşmış  turizm  təşkilatları  Beynəlxalq  və  regional  ola 
bilər.
İxtisaslaşmış  Beynəlxalq  turizm  təşkilatlarının  məqsəd  və 
vəzifələri  onların 
turizmdə  və  turist 
fəaliyyətində 
konkret 
ixtisaslaşması  ilə müəyyən edilir.
Turizm  Biznesi  və  sahibkarlığı  sahəsində  ixtisaslaşmış 
təşkilatlar:
Beynəlxalq Turoperatorlar Federasiyası  (İFTO);
Ümumdünya Turagentliklər Federasiyası  (WATA);
Ümumdünya  Turizm  Agentlikləri  Assosiasiyaları  Federa­
siyası  (FUAAV-UFTAA);
Ekskursiya və  turizm proqramları  təşkilatçılarının  Beynəlxalq 
Assosiasiyası  (ISTA);
Müşayiət 
(tureskort) 
üzrə 
Beynəlxalq 
Bələdçilər 
Assosiasiyası  (IATM) və  digər təşkilatlar.
Turizm  Biznesi  və  sahibkarlığı  sahəsində  fəaliyyət  göstərən 
aparıcı 
təşkilatlardan 
Ümumdünya 
Turizm 
Agentlikləri 
Assosiasiyasını  (WATA)  göstərmək  olar.  O.  1949-cu  ildə  yaradıl­
mışdır,  turizm  agentliklərinin  Beynəlxalq  Birliyidir  və  dünyanın  59 
ölkəsinin  160  şəhərində  185  üzv  təşkilatı  vardır.  Assosiasiyanın  əsas 
məqsədi  vahid  Bazar  imicini  formalaşdırmaq  və  turizm  xidmətinin 
vahid  keyfiyyət  standartlarını  müəyyənləşdirmək  üçün  dünyanın 
yüksək  peşəkar  turizm  agentliklərinin  əməkdaşlığına  nail  olmaqdır. 
ÜTAA-nın  vəzifələri:  informasiya  xidməti;  turizm  agentliklərinin 
fəaliyyətini  əlaqələndirmək  və  yardım  etmək;  turizm  Biznesində  öz 
sahəsinin  inkişafını  tənzimləyən  sənədlərin  işlənib  hazırlanması  və 
yayılması;  məsləhətləşmə;  maliyyə  yardımı  və  öz  üzvlərinin  iqtisadi 
maraqlarını  qoruma;  Beynəlxalq  forum,  sərgi  və  yarmarkalarda  Öz 
üzvlərini  müdafiə  etmək  və  təmsil  etmək.  Assosiasiya,  vəzifələri 
reallaşdırmaq  üçün  işçi  qrupunun  seminar  və  iclaslarını  keçirir, 
turizm  agentləri  və  tədarükçülərin  əməkdaşlığı  üçün  praktiki  sənəd 
olan  vauçer  (WATA  Voucher)  işləyib  hazırlamışdır;  130  məxfi 
tariflər  məcmuəsi  nəşr  etmişdir  və  Bundan  10  min  turizm  agentliyi 
istifadə  edir;  hər  rübdə  informasiya  Bülleteni  (WATA  Garette)  nəşr
480
edir.  ÜTAA-nııı  mənzil-qərargahı  Cenevrədə yerləşir.
Turizmin  ayrı-ayrı  növləri  sahəsində  ixtisaslaşmış  təş­
kilatlar:
S  İşgüzar turizmin  Beynəlxalq assosiasiyası  (IBTA); 
v'  Beynəlxalq sosial  turizm  təşkilatları  federasiyası  (IFPTO);
S  Sosial  turizm  üzrə  Beynəlxalq  Büro (BITS);
S  Beynəlxalq Sosial  Turizm  Federasiyası  (FITS);
C  Gənclər turizmi  və müBadiləsi  üzrə  Beynəlxalq  Büro (BİTE.I);
S  Tələbə turizmi  üzrə  Beynəlxalq  konfederasiya (ISTC);
S  Beynəlxalq Gənclik Turizm Təşkilatları  Federasiyası  (FIYTO);
C  Beynəlxalq  Kempinq  və  Karavaninq  Federasiyası  (FICC);
  Beynəlxalq At-Idman  Turizmi  Federasiyası  (FITE);
C  Avropa Turizm Ticarət Yarmarkaları Assosiasiyası (ETTFA) və s.
1963-cü  ildə  təsis  edilmiş  Sosial  turizm  üzrə  Beynəlxalq 
Büro (BITS)  1977-ci  ildən  BMÜTT-nin  üzvüdür.  BİTS-in  məqsədi  -  
sosial  turizmin  təşkili  və  tərəqqisinə  yardım  etmək,  turizmi  Bütün 
əhali  üçün  əlverişli  etməkdir.  BİTS-in  vəzifələri:  sosial  turizmin 
Beynəlxalq  səviyyədə  inkişafı;  öz  üzvü  olan  təşkilatların  turizm 
fəaliyyətinin  əlaqələndirilməsi;  sosial  turizmin  inkişafının  müxtəlif 
məsələləri  üzrə  öz  üzvlərinə  informasiya  və  məsləhət  verilməsi; 
sosial  turizmin  inkişafı  proBlcmlərinin  həllində  milli  təşkilatlara 
yardım.  BITS  fəaliyyətinin  mühüm  istiqamətləri  içərisində  əhalinin 
sosail  baxımdan  müdaliə  olunmayan  qruplarının  istirahətinin 
maliyyələşdirilməsi,  sosial  turizm  sahəsində qanunvericilik  təşəbbüs­
ləri,  idarəetmə  personalının  peşə  hazırlığı  keyliyyətinin  artırılması, 
kempinq  və  karavaninq  kimi  istirahət  növlərinin  sosial  turizmin 
inkişafında  aparıcı  rolu,  gənclər  turizmi  probleminin  tədqiqi 
məsələlərini  xüsusilə qeyd etmək  lazımdır.  BİTS-in  mənzil-qərargahı 
Brüsseldə yerləşir.
Tələbə  Turizmi  üzrə  Beynəlxalq  Konfederasiya  (ISTC)
1981-ci  ildən  BMÜTT-nin  üzvüdür.  Bu  təşkilatın  məqsədi  turizmin 
inkişafı  və  tələbə,  gənclər  və  akademik  Birlik  mübadiləsi  vasitəsilə 
Beynəlxalq  qarşılıqlı  anlaşmanı  genişləndirməkdir.  Konfederesiyanın 
vəzifələri:  Beynəlxalq  nümayəndəliyi  genişləndirmək  üçün  şərait
481


yaratmaq;  üzv  təşkilatlar  və  öz  üzvlərinin  turizm  sənayesi  və 
pedaqoji  ictimaiyyətlə  birgə  fəaliyyəti  arasında  əməkdaşlığa  kömək 
etmək;  inzibati  və  maliyyə  yardımı  göstərmək;  marketinq  xidmətləri. 
TTBK  fəaliyyəti  çərçivəsində  üzv  assosiasiyalar  öz  üzvləri  üçün  2 
mln.  Beynəlxalq  tələbə  identitıkasiya  kartoçkası  (ISIC)  və  1,3  mln. 
aviabilet  istehsal  edib  yayır  və  bununla  da  bütün  dünyada  tələbə 
turizmi  və  mübadilələrin  ucuzlaşmasına  və  əlverişliliyinə  böyük 
töhfə  vermiş  olurlar.  TTBK-nın  mənzil-qərargahı  Amsterdamdadır 
(Niderland).
Sərgi  turizminin  inkişafına  görə  cavabdeh  olan  təşkilatlardan 
Biri 
A v r o p a   T u r iz m   S ə r g ilə r i  A s s o s ia s iy a s ıd ır   (Е Т Т Г А ). 
Bu
assosiasiya  Avropa  çərçivəsində  Beynəlxalq  turizm  sərgilərinin 
fəaliyyətini tənzim etmək mexanizmini təmin  edir.  Assosiasiya  1993- 
cü  ildə  təsis  edilmişdir.  ETTFA-mn  mənzil-qərargahı  Brüsseldə 
yerləşir.  Assosiasiyanın  əsas  məqsədi  Beynəlxalq turizm  sərgilərinin 
səmərəli  təşkili  və  keçirilməsinə  yardım  etməkdir.  ETTFA-nin 
vəzifələri:  turizm  şirkətlərinin  və  təşkilatlarının  Beynəlxalq  sərgi- 
yarmarkalarda  uğurla  təmsil  olunmasını  təmin  etmək;  öz  üzvü  olan 
təşkilatların  sərgilərində  vahid  standartların  tətbiqi;  iştirakçılara 
xidmət keyfiyyətini  təmin  etmək;  üzv  təşkilatların ümumi  mənafeyini 
ifadə 
etmək; 
əsas 
iştirakçılarına 
dair 
məlumatlar 
Bazası 
formalaşdırmaq.
X ü s u s i  B e y n ə lx a lq   tu r iz m   t ə ş k ila t la r ın a  
Beynəlxalq  turizm 
və  səyahətlər  sahəsində  spesifik  funksiyaların  icrası  üçün  yaradılmış 
Beynəlxalq  strukturlar  aiddir.  Xüsusi  Beynəlxalq  turizm  təşkilatları­
nın  məqsəd  və  vəzifələri  onların  xüsusi  fəaliyyət  sahəsi,  spesifik 
funksiyaları  və səlahiyyətləri  ilə müəyyən  edilir.
Ə v v ə la , 
Bu  təşkilatın  əsas  fəaliyyət  sahəsi  turizm  infor­
masiyasıdır.  Bura daxildir:
Turizm  məsələlərini  işıqlandıran  Beynəlxalq  jurnalistlər  və 
yazıçılar federasiyası (FIJET);
Beynəlxalq  mətbuat  işçiləri,  qastronomiya,  üzümçülük  v? 
turizm  üzrə ekspertlər federasiyası  (FIPREQA);
Mədəniyyət və turizm sahəsində sənədlər və  informasiya üzrə
482
Beynəlxalq Assosiasiya (А1Ж Т).
1954-cü  ildə  Parisdə  yaradılmış  Turizm  məsələlərini 
işıqlandıran  Beynəlxalq  jurnalistlər  və  yazıçılar  federasiyası 
(FIJET)  1994-cü  ildən  BMÜTT-nin  üzvüdür.  Federasiyanın  məqsədi 
kütləvi  informasiya  vasitələrində  turizm  məsələlərini  işıqlandıran 
müntəzəm  məqalələr  vasitəsilə  Beynəlxalq  turizmin  inkişafını 
zənginləşdirmək  və  öz  üzvlərinin  -  jurnalist  və  yazıçılarının 
maraqlarını  təmsil  etməkdir.  Federasiyanın  vəzifələri:  turizmin 
inkişafına  sanballı  töhfələr  vermiş  jurnalist  və  yazıçılar,  təşkilatlar, 
şəhərlər  və  ölkələrin  həvəsləndirilıuəsi;  fikir  mübadiləsi  və 
seminarlar  sistemi 
vasitəsilə  turizmin 
inkişaf  problemlərinin 
öyrənilməsinə  yardım;  jurnalistlərin  informasiya  yayımı  hüququnun 
müdafiəsi,  jurnalist  və  yazıçılar  klublarının  yaradılması  vasitəsilə 
müxtəlif ölkələrdə  FIJET-in  nümayəndəliyinin təşkili.
İkincisi,  Bunlar  peşəkar  turizm  təhsilini 
tənzimləyən 
təşkilatlardır.  Bura aiddir:
Turizm  sahəsində  peşə  tədrisi  üzrə  Ümumdünya  Assosiasiya 
(AMFORT);
Beynəlxalq  Mehmanxana  Məktəbləri  Məzunlarının  Assosia­
siyası  və s.
Turizm  sahəsində  peşə  təhsili  və  hazırlığına  görə  cavabdeh 
olan  Beynəlxalq  təşkilatlardan  biri  Turizm  sahəsində  peşə  təhsili 
üzrə  Ümumdünya  Assosiasiyasıdır  (AMFORT).  Bu  təşkilat  1987- 
ci  ildən  BMÜTT-nin  üzvüdür.  Assosiasiyanın  ümdə  məqsədi 
keyfiyyətli  peşəkar  turizm  tədrisini  təşkil  etməkdir.  AMFORT-un 
vəzifələri:  turizmdə peşə  hazırlığı  üsullarını  təkmilləşdirmək;  hazırlıq 
proqramlarının  standartlaşdırılması;  müvafiq  sənədlər  toplanması; 
tədris  proqramları  və  üsullarının  əlaqələndirilməsi  və  horııwniza- 
siyası  məqsədləri  ilə  müəllim  kadrlarla  əməkdaşlıq;  Beynəlxalq  və 
peşə  əlaqələri  üçün  məzunlardan  ötrü  şərait  yaradılması;  tədris 
mərkəzləri  və  dərsliklərin  nəşri  arasında  texniki  və  maarifləndirici 
əməkdaşlığa  yardım;  turist  sektorunda  kadr  ehtiyacının  müəyyən 
edilməsi  və  bir  çox  digər  vəzifələr.  Assosiasiyanın  mənzil-qərargahı 
Madriddə yerləşir.
483


Yüklə 20,33 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə