Azərbaycan r espublikası Təhsil Nazirliyi a zərbaycan r espublikası m ədəniyyət və Turizm Nazirliyi



Yüklə 20,33 Mb.
Pdf görüntüsü
səhifə115/122
tarix15.10.2018
ölçüsü20,33 Mb.
#74306
1   ...   111   112   113   114   115   116   117   118   ...   122

inkişafı;  öz  ölkəsinin  və  gəldiyi  ölkənin  turizm  Biznesi  sahibkarları 
arasında  işgüzar  əlaqələrin  qurulması  və  inkişafına  yardım;  turizm 
Bazarının 
konyunkturasının 
öyrənilməsi, 
informasiya-reklam 
fəaliyyəti.
Beynəlxalq  hüquqi  aktlar  öz  əksini  turizm  və  turizm 
fəaliyyətinin tənziminə yönəlmiş milli  rəsmi  sənədlərdə tapır.
BMT  Roma  konfransının  tövsiyələri  turizmin  təşkili  for­
malarını 
təkmilləşdirmək, 
xarici 
turistlərə, 
habelə 
əcnəbi 
vətəndaşlarının  hüquqi  vəziyyətinə  münasibətdə  sərhəd  rəsmiy- 
yətçiliyini,  vahid  şəklə  salmaq  və  sadələşdirmək  tədbirlərini  işləyib 
hazırlanmaq,  xarici  turistlərin  hüquq  və  vəzifələrini  müəyyənləşdir­
mək  üçün  Beynəlxalq  turizm  mübadiləsində  iştirak  edən  dövlətlər 
tərəfindən  əsas  kimi  istifadə edilir.
Bir  çox  ölkələrdə  turizm  və  turizm  fəaliyyəti  haqqında 
qanunlar  qəbul  edilmişdir.  Tövsiyələr  öz  əksini  və  inkişafını  milli 
qanunvericiliklərdə tapır.  Turizm  haqqında  qanunların  təyinatı  turizm 
sahəsinin  dövlət  tənzimi,  əlaqələndirilməsi  və  inkişafı  üçün  lazımi 
tədbirlərin  zəmanətli  təminatından  ibarətdir.  Turizm  haqqında  milli 
qanunların  maddələri 
təbii 
və  mədəni 
ehtiyatların 
qorunub 
saxlanması  və  istifadəsi,  turizmin,  sərnişin  nəqliyyatının  infrastruk­
turu  və  maddi  Bazasının  yaradılması  və  inkişafı,  turizm  agentliyi  və 
turizm  operatorluğu  fəaliyyəti,  turist  kadrlarının  hazırlanması, 
turizmin  inkişafının 
maliyyələşdirilməsi 
və  s.  kimi 
turizm
fəaliyyətinin aspektlərini  nizamlayır.
Hamılıqla  qəbul 
edilmiş 
müddəalardan  başqa 
turizm 
haqqında  milli  qanunlara  milli  və  ya  yerli  spesifikanı  əks  etdirən 
maddələr də daxildir.  Məsələn, Türkiyənin  turizmi  müdafiə  haqqında 
qanununda  «Yaxtalarda  turizm» 
fəsli 
vardır. 
Buraya 
dəniz 
əməliyyatları,  yaxtalarla  əməliyyatlar,  ərazi  sularında  naviqasiya 
prinsipləri,  yaxtaların  Türkiyədə  dayanacaq  müddəti  və  kabotaj 
hüquqlarına dair maddələr daxil edilmişdir.
Turizm  haqqında  qanunlarla  yanaşı,  Bir  çox  ölkələrin  ayrıca 
müstəqil  qanunları  da  var  ki.  Bunlar  da  ölkənin  spesifik 
xüsusiyyətlərini  əks  etdirir  və  Beynəlxalq  norma  və  standartlar
456
nəzərə  alınmaqla 
turizm 
fəaliyyətinin 
ayrı-ayrı 
aspektlərini 
tənzimləyir.  Belə  ki,  elə  həmin  Türkiyədə  turizmi  müdafiə 
qanunundan  savayı  sahil  qanunu  da  qəbul  edilmişdir.  Bu  qanunda 
sahilin  mühafizəsi  (Burada  tikintinin  qadağan  edilməsi  və  icazə 
verilməsi),  torpaq  sahələrinin,  qurğuların  əldə edilmə  şərtləri  və  milli 
ərazidə  turizmin  inkişafının  digər  məsələlərinə  dair  maddələr  əksini 
tapmışdır.
Yoxlama suallar:
1  Beynəlxalq turizm fəaliyyətinin tənzim olunmasının əsas vasitələrini  sadalayın.
2. BMT-nin turizm və Beynəlxalq səyahətlər üzrə Roma konfransında hansı 
məsələlər müzakirə edilmişdir?
3. Manila Bəyannaməsində turizm  fəaliyyəti  üçün hansı tövsiyələr verilmişdir'?
4  Haaqa Bəyannaməsində əksini  tapmış prinsipləri  sadalasın.
5. Turizmin Qlobal  Etik Kodeksi haqqında nə bilirsiniz?
6. Beynəlxalq  Mehmanxana  Konvensiyası  haqqında  bildiklərim/?
". "Turizm haqqında" Azərbaycan  Respublikası  Qanununu şərh  edin.
Ədəbiyyat
1. Bilalov  В. Tııri/.m  fəaliyyətinin tənzimlənməsi.  Bakı,2006. 280 s.
2. ülivev O., Aslanov E.  Beynəlxalq tııri/.m hiiququ.  Bakı,201  I. 474 s
10.4.  Turizmdə  rosmiyyətçilik
“Forma”  -  latınca  “müəyyən  olunmuş  qayda”  deməkdir. 
"Rəsmiyyətçilik"  (əvvəllər  forma İlıq  anlayışından  istifadə  edilirdi) 
dövlət  sərhədini  keçən  turistlərin  müəyyən  edilmiş  gəlmə,  getmə  və 
xarici  ölkədə  olma  qaydalarına  məcburi  əməl  etmələri  ilə  bağlı  olan 
hərəkət  və  üsuldur.  Turizm  ıəsmiyyətçiliyi  dövlətlər  tərəfindən 
dövlətin  təhlükəsizliyi, qeyri-qanuni  miqrasiya,  beynəlxalq  terrorizm, 
narkotik  vasitələr  və  silah  ticarəti  və  s.  ilə  mübarizə,  həmçinin 
səyahətçilərin  təhlükəsizliyini  təmin  edilməsi  və  əlıaf  mühitin 
mühafizəsi  üçün  tətbiq  edilir.
Turizm  sahəsində  müxtəlif beynəlxalq  təşkilatların  fəaliyyəti 
və  beynəlxalq  əməkdaşlıq,  beynəlxalq  turizm  və  səyahətlərin  həyata
457


keçirilməsi  yolunda  maneələrin  aradan  qaldırılmasına  xidmət  edir. 
Turizmdə  rəsmiyyətçilik  qaydalarının  sadələşdirilməsi  bir  sıra 
beynəlxalq  saziş  və  müqavilələrin  obyekti  olmuşdur.  Onlara 
aşağıdakıları aid etmək olar:
• 
Beynəlxalq 
mülki 
aviasiya  təşkilatının  (İKAO) 
Çikaqo 
konvensiyası -   1944;
• 
Ümumdünya  səhiyyə  təşkilatının  beynəlxalq  tibb  qaydaları  -
1951;
• 
Beynəlxalq  Dəniz  Təşkilatının  beynəlxalq  dəniz  nəqliyyatına 
yardım  məqsədilə beynəlxalq saziş -   1965;
• 
Gömrük  prosedurlarının  sadələşdirilməsi  və  harmoniyalaş- 
dırılması  (razılaşdırılması)  üzrə  Beynəlxalq  konvensiya  (Kioto 
konvensiyası) -   1973;
• 
Avropada  təhlükəsizlik  və  əməkdaşlığa  dair  İclasın  yekun  Aktı  -  
1975;
• 
İƏİT  Şurasının  turizm  sahəsində  beynəlxalq  siyasətə  dair  qərar- 
tövsiyyəsi -   1985;
• 
Avropa  icmalarının  vahid  Avropa aktı -   1987;
• 
Turizmə  dair  Parlamentlərarası  konfransın  Haaqa  deklarasiyası  -  
1989;
• 
Şengen  razılaşmasının  tətbiq  olunmasına dair konvensiya -   1985.
Turizm  rəsmiyyətçiliyinin  bəziləri  bilavasitə  turistə  aid  olur, 
məs.,  xarici  pasportun  alınması,  gömrük  və  sərhəd  yoxlanışı,  ayrı- 
ayrı  xəstəliklərdən  vaksinasiya  və  s.  Digər  rəsmiyyətçilik  növləri  isə 
turizm  şirkətləri  ilə  əlaqədar  olur.  Bunlara  turizm  sahəsində 
fəaliyyətlə  məşğul  olmaq  üçün  tələb  olunan  bütün  şərtlərin  yerinə 
yetirilməsi  aiddir.  Məs.,  turizm  fəaliyyətini  həyata  keçirmək  üçün 
lisenziyanın  alınması,  hazırlanan  turizm  məhsulu  üçün  uyğunluq 
sertifikatının  alınması  və  s.  Turfirma  ilə  turist  arasında  mövcud 
müqavilənin  şərtlərinin  yerinə  yetirilməsi  də  rəsmiyyətçiliyə  aid 
edilir.
Turizm 
rəsmiyyətçiliyi 
səyahətlər 
həyata 
keçirilərkən 
maneələrin  aradan  qaldırılmasına  və  turistlər  tərəfindən  digər
458
ölkələrə  gediş-gəlişin  şərtlərinin  asanlaşdırılmasm  yöəlməlidir. 
Turizmdə rəsmiyyətçiliyin aşağıdakı  növləri  var:
•  Polis rəsmiyyətçiliyi;
•  Pasport rəsmiyyətçiliyi;
•  Viza rəsmiyyətçiliyi;
•  Gömrük və valyuta rəsmiyyətçiliyi;
•  Tibbi-sanitariya rəsmiyyətçiliyi;
•  Təhlükəsizlik rəsmiyyətçiliyi  və sığortalama.
P o lis  r ə s m iy y ə tç iliy i. 
Buraya  dövlət  xidmətləri  tərəfindən 
ölkədən  gedərkən  və  ölkəyə  gələrkən  dövlət  sərhədini  keçən 
vətəndaşların  müəyyən  olunmuş  qaydalara  (pasort-vi/a,  ölkəyə 
gəlmə  məqsədi,  olacağı  yer  və  qalma  müddəti)  əməl  etmələrinin 
yoxlanılması  başa  düşülür.  Sərhəd  nəzarətinin  həyata  keçirilməsi 
beynəlxalq  hava,  dəniz  və  çay  limanları,  beynəlxalq  dəmir  və 
avtomobil  yollarında  baş  verir.  Bir  çox  ölkələrdə  sərhəddə  pasport 
nəzarətini  keçərkən  xüsusi  gəliş  kartlarını  doldurmaq  tələb  olunur. 
Əksər  hallarda  bu  cür  kartlar  ölkəyə  bilavasitə  girişdən  əvvəl 
təyyarədə  və  ya  qatarda  təqdim  olunur.  Turist  onlarda  öz  ad  və 
familiyasını,  anadan  olduğu  yeri  (ölkəni),  peşəsini,  səyahətinin 
məqsədini  və  daimi  yaşayış  yerini  (məntəqə  və  ya  ölkə)  qeyd  edir. 
Bunun  əsas  məqsədi  -  vətəndaşların,  o  cümlədən  xaricilərin  (qeyri- 
vətəndaşların)  gəliş  və  gedişinə  nəzarət,  eləcə  də  turizm  statistikası 
üçün  məlumatın  əldə olunmasıdır.
Dövlət 
sərhədindən 
turistlərin, 
nəqliyyat 
vasitələrinin, 
yüklərin,  əşyaların  və  heyvanların  keçməsi  üçüıı  əsas,  onların  gəliş 
və  ya  gediş  üçün  sənədlərinin  (pasport,  viza  və  s.)  olmasıdır.  Ölkə 
sərhədini  keçərkən  sənədlərdə  müəyyən  problemlər  olarsa  və  ya 
sərhədi  keçən  insan  özünü  şübhəli  apararsa,  bu,  onun  sərhəddən 
buraxılmamasına səbəb ola bilər.  Polis rəsmiyyətçiliyi,  bəzi  ölkələrdə 
xüsusi  olaraq  yaradılmış  turizm  polisi  tərəfindən  həyata  keçirilir. 
Turizm  polisi  dünyanın  bir  sıra  ölkələrində:  Misir,  Türkiyə,  Tailand, 
BƏƏ,  İordaniya,  Braziliya  və  s.  fəaliyyət  göstərir.  Onun  əsas 
funksiyalarına:  turizm  şirkətlərinin  lisenziyasının  mövcudluğunun 
yoxlanılması,  turistlərin  şikayətlərinin  qəbulu,  təcili  yardım  əlaqə
459


Yüklə 20,33 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə