Azərbaycan r espublikası Təhsil Nazirliyi a zərbaycan r espublikası m ədəniyyət və Turizm Nazirliyi



Yüklə 20,33 Mb.
Pdf görüntüsü
səhifə116/122
tarix15.10.2018
ölçüsü20,33 Mb.
#74306
1   ...   112   113   114   115   116   117   118   119   ...   122

sisteminin  işinin  təşkili,  narkotiklərlərlə  mübarizə,  abidə  və  turizm 
obyektlərinin  mühafizəsi  daxildir.
Mehmanxanada  yerləşdirilərkən  hər  bir  xarici  vətəndaş 
xüsusi  forma  -   gəliş  vərəqəsi  doldurur  ki,  orada  öz  pasport 
göstəricilərini:  familiya,  ad,  doğum tarixi, vətəndaşlıq, gəliş məqsədi, 
qalma  müddəti,  daimi  yaşayış yerinin  ünvanı  və  s.  qeyd edir.  Adətən 
həmin  vərəqədə  mehmanxanada  qalma  qaydaları  və  rejimi,  o 
cümlədən  yanğın  təhlükəsizliyi  qaydaları  da  əksini  tapır.  Turistin 
imzası  onu  təsdiq  edir  ki,  turist,  qalma  və  xidmət  qaydaları  və 
qiymətləri  ilə  tanış  olmuşdur.  Daha  sonra  vərəqədəki  göstəricilər 
mehmanxananın  müştəriləri  qeydiyyat  jurnalına  qeyd  edilir.  Jurnal 
və  gəliş  vərəqələri  polis,  immiqrasiya  və  digər  xidmətlər  tərəfindən 
nəzarətdə saxlanılır.
Ölkədə  qalma  qaydalarının  pozulmasına  görə  turizm  polisi 
turisti  cərimə,  azadlıqdan  məhrum  etmə,  ölkədən  deportasiya  ilə 
cəzalandıra bilər.
Pasport  rəsmiyyətçiliyi.  Pasport-  ölkə  hüdudlarından 
kənara  gedən,  ölkə  hüdudlarından  kənarda  qalarkən  və  ölkəsinə 
qayıdarkən  vətəndaşın  şəxsiyyətini  təsdiq  edən  rəsmi  sənəddir.  O, 
ölkənin  müvafiq  orqanları  tərəfindən  verilir  və  həmin  pasportun 
sahibinin  həmin  ölkənin  vətəndaşı  olduğunu təsdiq edir.
Chnumvətandaş 
pasportu 

Azərbaycan 
Respublikası 
vətəndaşının  AR  ərazisindən  kənarda  şəxsiyyətini  və  vətəndaşlığını 
təsdiq  edən,  ona  ölkədən  getmək  və  ölkəyə  gəlmək  hüququnun 
həyata  keçirilməsi  üçün  AR-iıı  müvafiq  icra  hakimiyyəti  orqanı 
(Azərbaycan  Respublikasının  Daxili  İşlər  Nazirliyi)  tərəfindən 
verilən,  bütün  ölkələrə  getmək  üçün  etibarlı  olan  rəsmi  sənəddir. 
Azərbaycan  Respublikası  vətəndaşının  ümumvətəndaş  pasportunun 
etibarlılıq  müddəti  10  ildir.  AR  müvafiq  Qanunu  ilə ölkə vətəndaşları 
aşağıdakı  sənədləri  təqdim  etməklə ölkədən gedə  və gələ bilərlər:
• 
Ümümvətəndaşlıq pasportu (DİN  tərəfindən  10  illiyə verilir)
• 
Xidməti  pasport (XİN  tərəfindən  3  illiyə verilir)
• 
Diplomatik pasport (XİN  tərəfindən  5  illiyə  verilir)
460
Qeyd  etmək  lazımdır  ki,  ilk  əvvəl  və  hal-hazırda  da  pasportlar  ölkə 
vətəndaşlarının  ölkə  xaricinə  getməyinə  nəzarət  üçün  nəzərdə 
tutulmuşdur.  Bu  və  ya digər ölkənin  adi  pasportlarından  əlavə,  bəzən 
müxtəlif  ölkələrdə  xüsusi  danışıqlar  əsasında  beynəlxalq  səyahətlər 
üçün aşağıdakı  sənədlər də istifadə oluna bilər:
•  ölkə  ərazisində  daim  yaşayan  xarici  vətəndaşa  dövlət  orqanları 
tərəfindən  verilən  xarici  vətəndaş  və  ya  vətəndaşlığı  olmayan  şəxsin 
şəxsiyyət vəsiqəsi;
•  diplomatik, konsul, xidməti  pasportlar;
•  ər və arvada (uşaqlarla birgə) verilən  ailəvi  pasportlar;
•  uşağa verilən şəxsiyyət vəsiqəsi;
•  BMT  və  digər  beynəlxalq  təşkilatların  işçilərinə  (Beynəlxalq 
Qırmızı  Xaç, NATO və s.) verilən “Lesse-Passe" vəsiqəsi.
ÜTT  tərəfindən  pasport  rosmiyyətçiliyinitı  sadələşdirilməsi 
üçün  aşağıdakılar  təklif edilir:  pasport  xidmətlərinin  mərkəzləşdiril­
məsi,  xarici  pasportu  hazırlama  proseduralarının  tezləşdirilməsi  və 
sadələşdirilməsi,  ən  azı  5  il  müddətinə  verilməsi,  xarici  pasportların 
İKAO qaydalarına uyğun gəlməsi  və s.
İsveçdə 
yaradılmış 
Tələbə 
Turizmi 
iizrə 
Beynəlxalq 
Konfederasiya  tərəfindən  1%9-cu  ildən  IS/('  proqramı  tətbiq 
edilməyə  başlanmışdır.  Eyni  adlı  kartı  alan  tələbələrə  beynəlxalq 
səyahətlər  zamanı  nəqliyyat  xərclərində,  muzey,  teatr,  mədəni 
tədbirlər  və  s.  istifadə  edərkən  güzəştlər,  endirimlər  həyata  keçirilir. 
Hər  il  2  mln.-a  yaxın  kart  istifadəyə  verilir.  1997-ei  ildən  12-18 
yaşında  məktəblilərin  və  müəllimlərin  də  bu  kartdan  istifadəsi 
mümkünləşmişdir.
Bu  səpkidə  olan  sənədlərdən  biri  də  “Qrin-kard”dır  ("Circcn- 
card"  -  "Permanent  Resident  Card").  “Qrin-kard” 
ABŞ-da  daimi 
yaşayış  hüququna  malik  olan  immiqranta  verilən  vəsiqədir.  Kartın 
adı,  onun  rəngi  ilə  əlaqədar  olmuşdur  (yaşıl).  Kart  1960-cı  ilərdən 
bəri  verilməyə  başlanmışdır.  Daha  sonra  kartın  rəngi  dəyişdirilərək 
mavi,  daha  sonra  çəhrayı  olmuşdur.
V i z a   r ə s m i y y ə t ç i l i y i .  
Viza  (lat.  "visa"  -  görünən) 
hər  hansı 
şəxsə  başqa  ölkəyə  daxil  olmaq,  onun  ərazisini  tərk  etmək,  oradan
461


tranzit  keçmək  üçün  verilən  icazədir  (ştamp,  marka  və  s.).  Viza 
gedilən  ölkənin  konsulluğu  və  ya  səfirliyi  tərəfindən  verilir.  Viza 
eləcə  də  ölkəyə  daxil  olan  xarici  vətəndaşa  verilən  ayrıca  sənəd  də 
ola  bilər.  Məs.,  sovet  vizası  3  hissədən  ibarət  olmuşdur:  gəlmə,  orta 
hissə və getmə.  Onların  2-də şəxsin  şəkli  var idi.  Gəlmə hissəsi  turist 
gələrkən,  getmə  hissəsi  isə  ölkədən  gedərkən  qoparılır,  daha  sonra 
xüsusi  orqanlara göndərilib şəkilləri eyniləşdirilirdi.
Vizaların  aşağıdakı  növləri ola bilər:
• 
birdəfəlik və çoxdəfəlik (multy);
• 
individual  və qrup;
• 
tələbə;
• 
işgüzar;
•  gəliş və gediş;
• 
özəl;
• 
tranzit;
• 
turist;
• 
Şengen  və s.
Vizanın  alınma  qaydasından  asılı  olaraq,  onları  alınma  və 
icazəverici  vizalara  bölürlər.  Alınma  vizaları  əldə  etmək  üçünsadəcə 
lazımi  sənədləri  toplayıb,  rüsumu  ödəmək  tələb  olunur.  Bu  cür 
vizalar  avtomatik  olaraq  verilir.  İcazəverici  vizalar  Şengen  birliyi. 
Böyük  Britaniya,  ABŞ  tərəfindən  rəsmiləşdirilir.  Tələb  olunan  və 
düzgün  doldurulan  sənədlərin  varlığı  heç  də  həmin  vizanın 
alınmasına  təminat  vermir.  Bir  sıra  hallarda  viza  almaq  istəyən 
şəxsləri  müsahibəyə  dəvət  edirlər  və  bu  zaman  onlar  vizanın 
verilməsinə  heç  də  təminat  vermirlər.  Bəzən  hətta  vizanın 
mövcudluğu  belə bəzi  ölkələrə girişi  təmin etmir.  Çünki, bəzi  ölkənin 
müəyyən  orqanları  (sərhəd,  polis  və  s.)  müəyyən  səbəblər  üzündən 
viza olduqda belə vizanın sahibini ölkəyə buraxmaya bilər.
Elə  ölkələr  var  ki,  fərqli  viza  növləri  təklif edirlər.  Məsələn. 
ABŞ-da  20-yə  yaxın  viza  növü:  B-2  -turizm,  şəxsi  və  qonaq;  C-l  - 
tranzit;  D-l  -qrup;  F-l  -tələbə şəhərciyində  işləmək hüququ da  verən 
tələbə  vizası;  J-l  -tələbə  mübadiləsi  üçün;  K-l  -yeni  evlənənlər
462
üçün;  M-l-M-4  tələbələrin  tətil  keçirmələri  üçün;  0-1  -xaricilər 
iiçün və s.  mövcuddur.
Şengen  razılaşması  -   1985-ci  il  iyunun  14-də  5  Avropa 
ölkəsi  (Belçika,  Niderland,  Lüksemburq,  Fransa  və  Almaniya) 
tərəfindən  Avropa  Birliyinə  daxil  olan  bir  sıra  ölkənin  sərhədində 
pasport-viza  nəzarətinin  aradan  qaldırılmasına  dair  Lüksemburqun 
Şengen  kəndində  imzalanmış  və  1985-ci  il  martın  26-da  qüvvəyə 
minmişdir.  1999-cu  il  mayın 
1-də  bu  razılaşma  fəaliyyətini 
dayandıraraq,  öz  yerini  AB-nin  Şengen  qanunvericiliyi  ilə  əvəz 
olunmuşdur.
Hal-hazırda  26  Avropa  ölkəsinə  -  Almaniya,  Avstriya, 
Belçika, Çexiya,  Danimarka,  Estoniya,  Finlandiya,  Fransa,  İslandiya, 
İspaniya,  İsveç,  İsveçrə,  İtaliya,  Latviya,  Litva,  Lixtenşteyn. 
Lüksemburq, 
Macarıstan, 
Malta, 
Niderland, 
Norveç, 
Polşa, 
Portuqaliya,  Slovakiya,  Sloveniya  və  Yunanıstana  bir  vi/.ayla  - 
Şengen  vizasıyla  daxil  olmaq  mümkündür.  Bu  ölkələrdən  ikisi  - 
İslandiya  və  Norveç  AB  üzvü  deyillər.  AB  üzvii  olan  5  ölkə  - 
Birləşmiş  Krallıq,  İrlandiya,  Bolqarıstan,  Yunan  Kipri  və  Rumıniya 
isə  Şengen  zonasına  daxil  deyillər,  yəni  bu  ölkələrin  hər  birinə 
ayrılıqda viza almaq  lazımdır.
Şengen  vizası  ilə  bir  ölkəyə  daxil  olaraq  bütün  Şengen 
zonasında  azad  səyahət  etmək  mümkündür.  Bu  vizalar  qısamüddətli­
dir  və  Şengen  zonasında  6  ay  müddətində  maksimum  90  gün 
qalmağa  imkan  verir.  Uzunmüddətli  səfərlər  üçün  isə  milli  vizalar 
tələb olunur və bu da hər ölkənin  öz qanunvericiliyindən  asılıdır.
Əgər  Azərbaycan  vətəndaşı  yalnız  bir  Şengen  ölkəsinə 
səyahət  etmək  istəyirsə,  o  zaman  yalnız  həmin  ölkənin  səfirliyinə 
müraciət  etməlidir.  Şengen  zonasının  müxtəlif  ölkələrinə  səyahət 
etməlidirsə,  o  zaman  əsas  istiqamət  olan  ölkənin  səfirliyinə  müraciət 
olunmalıdır.  Əgər  müxtəlif  Şengen  ölkələrinə  səyahət  nəzərdə 
tutulursa  və  bunlardan  heç  biri  əsas  istiqamət  deyilsə,  o  zaman 
ərazisinə  birinci  daxil  olunacaq  ölkənin  səfirliyinə  müraciət 
edilməlidir.
463


Yüklə 20,33 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə