Azərbaycan mühacirət irsi 1


Azərbaycan  mühacirət irsi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə67/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   ...   62   63   64   65   66   67   68   69   70

Azərbaycan  mühacirət irsi 
 
 
209 
təmizlənməliydi.  Lənkəranı işğal  etmiş rus tör-töküntüləri bol-
şevik  olduqlarını  Moskvaya  bildirmişdilər.  Ağ  rusların  əlində 
olan  Xəzər  dənizinin  hərbi  gəmiləri  də  bolşevik  düşməni 
olduqları  halda  müştərək  rus  mənafeyi  naminə  Lənkərandakı 
bolşevik qüvvələrinə kömək edirdilər. Nuru Paşa Lənkəranda 
olan  son  rus  qüvvələrini  də  dənizə  tökmək  məqsədi  ilə 
Lənkəranın  sərhəd  qonşusu  olan  İranda  Türk  irqinə 
mənsub  və  qəhrəmanlıqları  ilə  məşhur  olan  Şahsevənlərlə 
əlaqə  yaradılmasını  və  onlarla  birgə  Lənkərandakı  rusları 
oradan qovub çıxarmaq istəyirdi. O, bu vəzifəni Hüsaməddin 
bəylə  mənə  tapşırdı.  Biz  də  vəzifəmizi  yerinə  yetirmək  üçün 
Salyana getdik. Oradan İrana getməyə hazırlaşırdıq ki, bir qara 
xəbər  gəldi.  Yəni  Türkiyə  məğlub  olmuş  və  müqavilə  bağlan-
mışdır. Biz Bakıya deyil, Gəncəyə qayıtdıq. Sonradan öyrənirik 
ki, Türkiyə Mondros sazişini yerinə yetirmək məcburiyyətində 
qalaraq  ingilislərin  İstanbulu  işğal  etmələrindən  sonra  burada 
qurulmuş Tefik Paşa kabineti teleqrafla Türk ordusunun Azər-
baycandan  çıxmasını  Nuru  Paşaya  əmr  etmişdi.  Azərbaycan 
dövlətinin və xalqının istinadgahı olan Osmanlı dövləti çökmüş 
və Azərbaycan yalnız, arxasız qalmışdı  
 
«Azərbaycan istiaqlal mücadiləsi xatirləri»,  
İstanbul, 1964  
                                           
 


Azərbaycan  mühacirət irsi 
 
 
210 
 
Süleyman Təkinər 
 (1917- 2006) 
  
üleyman  Məmmədəli 
oğlu  Məmmədov  (Sü-
leyman  Təkinər)  1917-
ci il tarixidə Bakının Mərdəkan qə-
səbəsində anadan olmuşdur Müha-
ribə  başladıqda  Gəncə  Müəllimlər 
İnstitutunun  Tarix  fakültəsində 
Ümumi  Tarix  kafedrasının  müdiri, 
eyni  zamanda  Orta  Əsrlər  Tarixi 
üzrə  dosent  vəzifəsini  icra  edib. 
1942-ci 
ilin 
oktyabr 
ayında 
müharibəyə  göndərilir.  Müharibə 
bitdikdən sonra 1949-ci ilin noyabr 
ayında  Türkiyəyə  gedib.  1956-cı 
ilin  mart  ayında  “Azadlıq”  radiosunda  redaktor  və  şərhçi 
vəzifəsində  işləməyə  dəvət  edilib  və  Almaniyanın  Münhen 
şəhərində  yaşayıb,  2006-cı  il  tarixdə  Münxendə  vəfat  edir  və 
İstanbulda, Üsküdarda Qaraca Əhməd qəbristanlığında torpaga 
tapşırılıb. 
 
  
 
 
 
 
 



Azərbaycan  mühacirət irsi 
 
 
211 
 
Süleyman Təkinər 
 
TARİX BOYUNCA KOMMUNİSTVARİ  
FİKİR VƏ HƏRƏKATLAR 
 
Yeni Zamanlar: 
Sovetlər  və  kommunist  fikirlərinin  formalaşması  ilə 
fəaliyyətə tətbiqi, yeni zamanlarda son bir səhifəyə girmişdir. 
Böyük Fransız Mübarizəsi sıralarında cəmiyyətin yenidən 
tənzimi  üçün  irəli  sürülən  fikirlər  arasında  bəzi  sosialist  və 
kommunist  fikirlərin  də  yer  almış  ololduğuna  şahid  oluruq. 
Məsələn, Jakobinlərin sosialist olduğunu iddia edənlər vardır. 
Jakobin  irəlidəgedənlərindən  J.  P.  Maratın  nəşr  etdiyi 
“Xalq  Dostu”  qəzetinin    yoxsul  xalqın  mənafelərini  müdafiə 
etmiş olduğu bir həqiqətdir. Fəqət bunun üçün mütləq sosialist 
və  ya  kommunist  olmaq  lazım  gəlməz.  Əsasən  xalqın 
mənfəətlərini  qoruyan  Jakobinlər,  mülkiyyət  haqqının 
toxunulmazlığını  elan  edən  1793  ana  yasası  ilə  sosialist  və  ya 
kommunist olmadıqlarını əməlilə  isbat edirdilər. 
Direktuvlər  dövründə,  fikirlərində  bir  kommunist  qədər 
irəli gedən Babeb isə, yalnız bir neçə tərəfdar toplaya bilmişdi. 
XIX yüzildə sənayenin inkişafı ilə əlaqədar olaraq müdir-
işçi  münaqişələri  də  bir  xeyli  irəliləmişdi.  Sosialist  fikirlərin 
aktuallaşması  da  bu  dövrə  təsadüf  edir.  Fərdiyəçiliyə  qarşı 
yönəldilmiş  və  “Camaatçılıq”  mənasına  gələn  sosializm 
termininin yaranması da yenə bu dövrün əsəridir (1830). 
Bu  dövrün  sosialist  islahatçılarının    diqqətini  çəkən  iki 
əsas nöqtə vardı: 1) Siyasi hürriyyətin mövcudiyyətinə rəğmən, 
iqtisadi  səfalət  hələ  davam  edib  getməkdədir.  2)  İstehsal  və 
milli sərvətin artması ilə birlikdə işçinin səfaləti də artmış olur. 
Bu  dövrdən  etibarən  cəmiyyətin  yenidən  tənzimi  ilə 
məşğul olan sosialist islahatçı və nəzəriyyəçiləri ən çox məşğul 


Azərbaycan  mühacirət irsi 
 
 
212 
edən bu iki nöqtə idi: mövcud ictimai nizamın tənqidi və təsisi    
yeni cəmiyyət nizamı əsaslarının təsbiti. 
Sosialistlər,  istehsal  vasitələrinin  ümumiləşdirilməsi  ilə, 
işçi  cəmiyyətlərinin  idarəni  ələ  almalarını  və  sərbəst  rəqabət 
nəticəsi  olan  istehsaldakı  anarxiya  yerinə,  iqtisadi  həyatın 
planlaşdırılmasını tələb edirdilər. 
Siyasətlə  iştigal    etməyən  ilk  sosialist  islahatçıları 
mübariz də deyildilər. İnsanların fitrətən vəsum və kainatın da 
ahəngdar yaradılmış olduğuna qəni olan bu ilk sosialistlər, sülh 
və  ikna    yolu  ilə  xüsusi  mülkiyyətlə  fərdi  idarə  və  sərbəst 
rəqabətin cəmiyyətdən sökülüb atəlacağına şübhə etmirdilər. 
XIX  yüzilin  ortalarından  etibarən  sosialistlər,  ictimai 
məsələlərin həllində siyasət və elmi üsullardan da faydalanmağı 
düşündülər. 
Fransız  işçiləri    işçiləri  arasında  sosialist  fikirlərin 
yayılması 1830-cu il mübarizəsindən sonrakı dövrə  düşür. Bu 
dövrün  fəal  sosialistləri  Cabet  ilə  Lui  Blankdır.  Siyasi  və 
ictimai  fikirlərin  birləşmiş  olduğu  1848-ci  il  mübarizəsi  Lui 
Blankın fikirlərindən qaynaqlanırdı. 
Lui  Blanka  görə  dövlət,  bütün  fərdlərdən  topladığı  borc 
sərmayə  ilə  ictimai  bir  emalatxana  quracaqdır.  Bu 
emalatxanalar  rəqabət  nəticəsi  olaraq  xüsusi  emalatxanaları 
birləşdirəcək  və  bununla  da    milli  sərvət,  ictimai 
emalatxanaların  sahibi olan xalqın əlinə keçmiş olacaqdır.  Lui 
Blanka görə, yeni və məsud bir cəmiyyət ancaq bu zaman təsis 
olacaqdır. 
1838-ci ildə İngiltərədə baş verən xaritizm hərəkatı da bu 
kimi fikirlərin təcrübəyə əsaslanmasını vacib sayırdı.  Xaritizm 
hərəkatına  qatılmış  olan  yüz  minlərlə  insanın  çoxu  bu 
hərəkatdan  iqtisadi  mənfəətlər  əldə  edən  işçilərdi.  İstehsal 
vasitələrinin  dövlət  hesabına  ümumiləşdirilməsi  ilə  iş 
saatlarının  azaldılması  xaritistlərin  başlıca  tələblərini  təşkil 
edirdi. 


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə