Azərbaycan mühacirət irsi 1


Azərbaycan  mühacirət irsi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə63/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   ...   59   60   61   62   63   64   65   66   ...   70

Azərbaycan  mühacirət irsi 
 
 
197 
burada  heç  kəsdən  məlumat  ala  bilmədim.  Rus  mətbuatının 
Nuru  Paşadan  və  onun  fəaliyyətindən  uzun-uzadı  bəhs  edən 
materialları  Qafqazda  oxumuşdum.  Və  bir  də,  Paşam,  Sizin 
qardaşınız  olması  yetər”  –  dedim.  Ənvər  Paşa  “Yaxşı,  sabah 
söhbət edərik” – dedi və ayrıldıq. 
Ertəsi  gün  Hərbi  Nazirliyə  gələndə  dərhal  məni  Ənvər 
Paşanın yanına apardılar. Ənvər Paşa həmişə olduğu kimi məni 
yenə  də  gülər  üzlə  qarşıladı  və  “Bəli,  Nağı  bəy,  istədiyiniz 
oldu”  –  dedi.  Mən  də  Paşam,  çox  sevindim  və  sabah  bütün 
Qafqaz Türkləri də sevinəcəklər” – dedim. Ənvər Paşa məndən 
Azərbaycanda  İsa  Aşurbəyov    adlı  bir  nəfəri  tanıyıb-
tanımadığını  soruşdu.  Mən  də:  “Çox  yaxşı  tanıyıram,  paşam. 
Zəngin  bir  ailəyə  mənsub,  vətənpərvər  bir  şəxsdir”  –  dedim. 
Ənvər Paşa ayrıca Aşurbəyovun Türkiyədən Rüşəni bəy adında 
bir dostu olduğunu və bunların mücadilə üçün pul istədiklərini 
söylədi. Rüşəni bəyi tanımırdım. Ancaq işin içinə pul məsələsi 
girincə  iş  dəyişmişdi.  Ənvər  Paşaya:  “Paşam,  indi  iş  dəyişdi. 
İsa  bəy  Bakılıdır.  Bütün  Qafqaz  təşkilatlarının  məsarifləri 
Bakıdan təmin edilməkdədir. Azərbaycanda, hələ Azərbaycanın 
mərkəzində  pul  məsələsi  düşünülə  bilməz.  İsa  bəy  bunu 
məndən yaxşı bilir. Göndərməyin, mən məsuliyyəti öz üzərimə 
götürürəm.  Bu  işdə  nə  isə  bir  anlaşılmazlıq  var”  –  dedim. 
Ənvər  Paşa  mənim  sözlərimi  qəbul  etdi  və  pul  göndərilmədi. 
Bu zaman içəri bir paşa girdi. Ənvər Paşa “bax, istədiyin Nuru 
bu”  –  deyərək  bizi  tanış  etdi.  Nuru  Paşa  ilə  birlikdə  İslam 
ordusunun qərargahına gəldik. 
Günlər keçir. Nuru Paşanın qərargah rəisi miralay (albay – 
C.  Q.,  M.  Ə.)  Nazim  bəylə  birlikdə  (İstiqlal  savaşı  zamanı 
Sakaryada şəhid olmuşdur) gərgin bir şəkildə çalışır və kadrları 
tamamlayırdıq. Mən vəziyyətdən çox razı idim. Nuru Paşa həm 
özü  işləyir,  həm  də  bizi  işlədirdi.  Bu  arada  bir  görüşümüz 
zamanı Ənvər Paşanı  çox məmnun gördüm  və bundan cəsarət 
alaraq: “Paşam, Sizdən Hüsaməddin bəyin rütbəsinin bir dərəcə 
artırılmasını xahiş etmişdim” – dedim. Ənvər Paşa: “Nağı bəy, 


Azərbaycan  mühacirət irsi 
 
 
198 
əsir düşən bir zabitin necə əsir düşdüyü tədqiq edilməlidir. Ba-
xarıq günahı necədir? – dedi. Mən dərhal: “Paşam, bizim orada 
gördüyümüz iş nəzərə alınmırmı? Ruslarla mücadiləmizdə Hü-
saməddin bəyin böyük rolu vardır” – dedim. İki gün sonra Ən-
vər Paşa məni hüzuruna çağırdı. Gülər üzlə: “Nağı bəy, Hüsa-
məddin bəyin raportunu aldım və çox məmnun qaldım. İstifadə 
edəcəyik.  Özünün  də  rütbəsini  bir  dərəcə  yüksəltdim”  –  dedi. 
Sevindim  və  ona  təşəkkür  etdim.  Hüsaməddin  bəy  raportunda 
general  Əli  Şıxlinskidən  bəhs  edirdi.  Ənvər  Paşaya:  “Paşam, 
Dünya müharibəsində biz Azərbaycandan dörd general rus or-
dusunda  ordu  komandanı    olmuşdular.  Yalnız  bir  gürcü  gene-
ralı korpus komandanı ola bilmişdir. Azərilərdən ordu koman-
danı Səməd bəy Mehmandarlı rus-yapon müharibəsində korpus 
komandanı  olaraq  rus  ordusunun  ən  yüksək  nişanını  almışdı. 
İkinci general Əliağa Şıxlinskidir. O, rus ordusunun artilleriya 
üzrə  müfəttişi  idi.  Üçüncü  general  Xan  Naxçıvanskidir. 
Dördüncüsü isə Xan  İrəvanskidir. Bu generallar bizim ruslarla 
mücadiləmizdə  heç  bir  rol  oynamadılar”  –  dedim.  Qeyd 
komissiyasının işi davam edir, ancaq mən bu arada heç bir fikir 
bildirmirdim. Əslində qeyd olunanlardan heç kimi tanımırdım. 
Ancaq bir gün əslən Qafqazlı olan Tahir adında bir müəllimin 
imam olaraq orduya daxil olmaq məqsədi ilə müraciət etdiyini 
gördüm. Etiraz etdim və dedim ki, “Qafqaza gedən ordu deyil 
ki,  imamı  olsun.  Orada  müəllim  əfəndilərə  iş  yoxdur.  Çünki 
oradakı  müəllimlərə  Dünya  müharibəsində  iştirak  etmək 
qadağan  olunmuşdur.  Bir  cümə  axşamı  Ənvər  Paşa  mənə: 
“Nağı bəy, sabah Sultan tərəfindən qəbul ediləcəksən. Saraydan 
avtomobil gəlib Sizi götürəcəkdir” – dedi. Cümə günü deyilən 
vaxtda  avtomobil  gəlib  məni  Yıldız  sarayına  apardı.  Sultan 
Rəşad  namazda  idi.  Biz  bir  başqa  otaqda  söhbət  edib  göz-
ləyirdik.  Sultanın  namazdan  çıxdığını  bizə  xəbər  verdilər. 
Bayıra  çıxdıq.  Bəhriyyə  orkestri  marş  çalır,  vəkillərlə  mən  də 
sıraya  düzülmüşdük.  Sultan,  yanında  da  Ənvər  Paşa  salam 
almış  vəziyyətdə  bizə  doğru  gəlirdilər.  Vəkillərin  hamısı  fəsli 


Azərbaycan  mühacirət irsi 
 
 
199 
olduğu halda təkcə mən  gümüşü papaqla  gözə çarpırdım. Düz 
yanımıza  yaxınlaşdıqları  zaman  Sultan  Ənvər  Paşaya  məni 
göstərərək: “Bu kimdir?” – deyə soruşur. Ənvər Paşa: “Qafqaz 
vəkili Nağı bəydir” – cavabını verir. Sultan mənim türkcə bilib-
bilmədiyimi  soruşur  və  sonra  yanımızdakı  pilləkənlərlə  yuxarı 
çıxaraq otağına girir. Biz də onun arxasınca pilləkənləri çıxaraq 
qarşıdakı otağa giririk. Bir az sonra Ənvər Paşa gələrək mənə: 
“Nağı  bəy,  Sultanın  hüzuruna  qəbul  olunursunuz.”  –  dedi. 
Sultanın otağına bərabər girdik. Mən ədəblə salam verdim. 
Sultan məni gözləri ilə süzdü və “Demək Türkcə bilirsən” – 
dedi.  Mən  də:  -  “Bəli,  Sultanım,  mən  Türkəm”  –  dedim. 
Sultan  mənə:  “Mən  səni  çərkəz  zənn  etdim”  –  dedi.  Mən 
dərhal:  “Qafqazda  5  milyon  türk  vardır.  Bunların  içərisində 
çərkəzlər  200 000-ə  qədərdir”  –  dedim.  Sultan  Rəşad  bu  söz-
lərimdən  məmnun  olmadı  və  “demək  zalım  çar  onları  məhv 
edib tükətmiş” – dedi. Sonra o, mənə anasının çərkəz olduğunu 
və  çərkəzləri  çox  sevdiyini  söylədi.  Mən:  “Sultan  həzrətləri, 
Rusiyada  35  milyon  Türk-İslam  vardır.  Əsrlərlə  zalım  rus 
çarlarının  zülmü  altında  inləməkdə  idilər.  Allahın  köməyi  ilə 
çarı devirərək zəncirləri qopardıq. Məni vəkil edərək: “get, mü-
səlmanların  hörmətli  xəlifəsinə  salamımızı  çatdır”  –  dedilər. 
“Hamımız Sizə dua etməkdəyik” – dedim. Bu sözlərimdən çox 
məmnun olan Sultan Ənvər Paşaya tərəf döndü və: “Nağı bəyə 
üçüncü dərəcəli məcidiyyə  verin”  – dedi.  O zaman əncir  aldı-
ğım haqların məcburiyələri yadıma düşdü. Ənvər Paşa: “Sultan 
həzrətləri,  Nağı  bəy  və  yoldaşları  ruslarla  çətin  müharibələr 
apararaq  onları  Qafqazdan  qovmuşlar.  Müharibə  medalının 
devrilməsini əmr edin” – dedi. Biz bayıra çıxdıqda Ənvər Paşa 
əlimi  sıxdı  və  “əmrlərə  verilən  üçüncü  məcidiyyə  nişanı  ilə 
təltif  edildiniz,  təbrik  edirəm”  –  dedi.  Bu  zaman  anladım  ki, 
alacağım  məcidiyyə  deyil,  məcidiyyə  nişanıymış.  “İttihad  və 
Tərəqqi” Partiyasının mərkəzindən doktor Baba Şakirlə doktor 
Nazim  bəylə  mehmanxanaya  gələrək  vizit  vərəqələrini  mənim 
üçün qoyub getmişdilər. Mən də onlarla görüşmək üçün partiya 


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə