Azərbaycan mühacirət irsi 1


Azərbaycan  mühacirət irsi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə62/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   ...   58   59   60   61   62   63   64   65   ...   70

Azərbaycan  mühacirət irsi 
 
 
194 
olmamasını razı saldım”. Sözə Ənvər Paşa qarışdı. “Bunlardan 
başqa  ingilislər  ərəblərə  müharibənin  sonunda  xilafəti  bizdən 
alıb ərəblərə verəcəklərini vəd etmişlər. Mən: “Paşam,  xilafəti 
də  onlara  verəydiniz”  –  dedim.  Ancaq  bu  sözlərə  Ənvər 
Paşanın  çox  hirsləndiyini  hiss  etdim.  Üzü  qızardı  və  əsəbi  bir 
səslə: “Ola bilməz, son nəfərin  Xəlifə həzrətlərinin yanında şa-
hid olması gərək” cavabını verdi. Artıq söhbətimiz bitmişdi. Bu 
zaman  Ömər  Faiq  “Paşam,  mən  qəzetçiyəm.  Azərbaycan  mət-
buatında  çox  çalışmışam.  Azərbaycan  xalqı  Türklüklərini  qəti 
dərk etmiş bir millətdir. İstiqlala layiqdirlər. Güclü bir ədəbiy-
yata malikdirlər. Ancaq  mənim  xahişim  budur ki,  bizim qəza-
mız  Axıska  düz  Türkiyənin  sərhəddindədir.  Oranın  Sizə  ilhaq 
olunmasını istəyirəm – dedi. Tələt Paşa: “Əmin olun, Paşa həz-
rətləri bu arzunuzu yerinə yetirər. Sabah təşkilatı qurmağa baş-
layacağıq” – dedi. Əziz oxucularım, bunu da əlavə edim ki, Os-
manlı  dövləti  rəhbərliyi  ilə  görüşən  zaman  mən  bir  dövlətin 
səlahiyyətli vəkili deyildim. Danışıqlarımızda heç bir etiket yox 
idi. Böyük Türk Millətinin bir qolu olan Azəri Türkləri öz qüv-
vələrinə  dayanaraq  əsarət  zəncirini  qırmışlar,  vətənlərini  düş-
məndən  təmizləmişlər.  İndi  də  bir  övladını  böyük  qardaşları 
olan  Osmanlı  İmperatorluğu  rəhbərliyinin  yanına  göndərmiş-
dilər. Bu görüş və anlaşma iki qardaşın dərdləşməsi idi. 
Qaldığımız  mehmanxanaya  gəldik.  Sevincimin  həddi-
hüdudu yox idi. Ömər Faiqlə göz yaşları içində öpüşdük. Ömər 
Faiq  lap  düz  yerində  məni  dəstəkləmişdi.  Ertəsi  gün  Hərbi 
nazirliyə  dəvət  edildim.  Nazirlikdə  cənab  Yavər  Kazım  bəylə 
(Kazım Orba) ilə görüşdük. Digər yavərlər ilə də tanış oldum. 
Cənab yavər Kazım bəy məni Umur Şərqiyə Ali Başhamba ilə 
tanış etdi. Yarım saatdan sonra məni Ənvər Paşanın kabinetinə 
gətirdilər.  Ənvər  Paşa  məni  gülə-gülə  qarşılayıb  qarşısında 
oturtdu  və  “dünən  verdiyiniz  məlumat  məni  çox  sevindirdi. 
Sevincim və nəşəm hələ davam etməkdədir. Hərbi təlim-tərbiyə 
görməmiş xalq qüvvələri nə müdhiş varlıq, nə yenilməz qüvvə 
imiş”  –  dedi.  Mən  də  dərhal:  “Bəli,  Paşam,  o  xariqəni 


Azərbaycan  mühacirət irsi 
 
 
195 
yaradan  Türk  millətidir.  Paşam,  mənim  verdiyim  izahat 
Azəri  türkləri  haqqındadır.  Rusiyada  35  milyon  Türk-
müsəlman  yaşamaqdadır.  Bunlar  Türküstan,  İdil-Ural, 
Krım,  Şimali  Qafqaz  və  digər  yerlərdə  yaşamaqdadırlar. 
Bu  saydığım  Türk  xalqları  hər  tərəfdə  öz  torpaqlarından 
rusları  qovmuşdular.  Artıq  bu  yerlərdə  rus  hərbi  qüvvələri 
deyilən  heç  bir  şey  qalmamışdır.  Ancaq  təəssüf  ki,  əsil  rus 
milləti 80 milyondur. Günün birində bu millət özünü ələ alacaq 
və ətrafını hədələməyə başlayacaqdır. Bizim təşvişimiz bu gün 
üçün  deyil,  sabah  üçündür”  –  cavabını  verdim.  Ənvər  Paşa: 
“Bilirsinizmi ki, rus çarı devrildikdən sonra hakimiyyətə gələn 
Kerenski müharibəni qələbəyə qədər davam etdirəcəyini bütün 
dünyaya  elan  edərək  həm  bizi,  həm  də  almanları  narahat 
etmişdir.  Çar  üsul-idarəsinin  çürük  olduğunu  almanlar  və  biz 
bilirdik.  Halbuki,  Kerenski  idarə  etdiyi  hökumətə  deyil,  80 
milyon rusa arxalanırdı” – dedi. Paşa daha sonra mənə Qafqaz 
İslam  Ordusunun  yaradılmağa  başlandığını  və  yüksək  rütbəli 
zabitlərlə  təmin  olunacağını,  bunun  üçün  bir  komissiya 
qurulduğunu  anlatdı  və  “Sizin  də  komissiyada  olmağınızı 
uyğun  saydıq.  İndi  isə  sizə  gələcək  Qafqaz  İslam  Ordusu 
komandanı şahzadə Fərrux ilə tanış edəcəyəm”  – dedi.  İçəriyə 
gənc bir zabit girdi. Ənvər  Paşa bizi  tanış etdi.  Sonra birlikdə 
yavərin otağına keçdik.  Orada da bir az söhbət etdikdən sonra 
ayrıldıq.  Şahzadə  ilə  bir  daha  görüşə  bilmədim.  Daha  sonra 
Ömər Faiqlə Məclisi-Məbusana (Deputatlar məclisi – C. Q., M. 
Ə.)  getdik.  Orada  məclis  rəisi  Hacı  Adil  bəylə  tanış  olduq. 
Axşam  “Para    Palass”  mehmanxanasında  hökumətin  senzur 
idarəsi ilə mətbuatın anlaşması məqsədi ilə hökumət tərəfindən 
veriləcək axşam yeməyinə dəvət edilmişdik. Hacı Adil  məndən 
məclis barədə fikrimi soruşdu. Mən də “Bəy, əfəndi Məclisində 
24 çalmalı saydım. Onların burada nə işi var” – deyə soruşdum. 
Hacı Adil bəy “İndi çox yaxşı vəziyyətdədir. İlk məclisimizdə 
24  çalmasız  tapa  bilməzsiniz”  –  dedi.  Sonra  mənə  Qafqaz 
haqqında suallar verdi. Cavablarını bildiyim qədər verdim. Ən 


Azərbaycan  mühacirət irsi 
 
 
196 
axırda isə Bakı milyoneri, xeyriyyəçi Hacı Zeynalabdin Tağını 
soruşdu:  ona  Hacı  haqqında  bildiklərimi  anlatdım  (Təfsilatı 
Ankarada nəşr edilən “Azərbaycan” dərgisində verilmişdir). 
Bu zamanlar hər  gün qurulacaq ordu ilə əlaqədar komissi-
yanın  işində  yaxından  iştirak  edərək  müraciət  edənləri  yoxla-
madan  keçirtdikdən  sonra  qeydə  alırdıq.  Ancaq  görüşdüyüm 
siyasi  xadimlərdən  “İttihad  və  Tərəqqi”  Partiyasının  mərkəzi 
qərargahında  yalnız Tələt, Ənvər və Camal paşaların Türk or-
dusunun Qafqaza getmələrini istədiklərini, digərlərinin isə buna 
razı  olmadıqlarını  öyrəndim.  Mən  demək  olar  ki,  hər  gün 
Ənvər  Paşa  ilə  görüşürdüm.  Mən  görüşümüzün  birində 
özümü  topladım  və  Ənvər  Paşanın  mənim  xatirimi  istə-
diyindən istifadə edərək dedim: “Paşam, Sizinlə açıq danış-
maq  istəyirəm.  Biz  Qafqaz  Türkləri  iki  qüvvəyə  inanırıq. 
Yuxarıda Allah, aşağıda Ənvər Paşa. Eşitdiyimə görə Sizin 
Nuru adlı bir qardaşınız var. Sizdən xahiş edirəm. Qafqaza 
gedəcək hərbi qüvvənin başına Nuru Paşanı təyin edin. Pa-
şam, ölkəmiz dünyanın ən zəngin yerlərindən biridir. Qoca-
man div olan Rusiyanı qudurdan, sağa-sola hücum etdirən Bakı 
neftidir.  Bu  neftin  70%-i  biz  Azəri  Türklərinindir.  Xalqı 
zəhmətkeş və çalışqandır. Eyni zamanda olduqca qəhrəmandır. 
Bir  də  paşam,  Sizin  Qafqaza  gedəcək  hərbi  qüvvələrə  ko-
mandan  təyin  etdiyiniz  şahzadəni  hər  axşam  “Para  Palass” 
mehmanxanasının  salonunda  içki  içib,  rəqs  etdiyini  görürəm. 
Qafqazda  belə  hərəkətləri  xoşlamırlar”.  Ənvər  Paşa  məndən: 
“Hacı  bəy,  sizin  orada  içki  içmirlərmi?”  –  deyə  soruşdu.  Mən 
isə bu suala: “İçirlər Paşam, ancaq pivə kimi zəif alkoqollu içki 
olan  şərab,  “Vodka”  deyilən  sərt  içkiləri  isə  isə  ruslar  istifadə 
edirlər.  Bizdə  içki  içərlər,  ancaq  sərxoş  olmaq  üçün  deyil”  – 
cavabını  verdim.  Məni  dinləyən  Ənvər  Paşa  “Çox  yaxşı”  – 
dedi.  Sonra  telefon  edərək  Qafqaza  gedəcək  zabitlərin  içib-
içmədiklərini  də  yoxlanmasını  əmr  etdi  və  sonra  mənə  “Nağı 
bəy,  Nuru  çox  gəncdir,  necə  olar?”  –  dedi.  Mən  də  dərhal: 
“Paşam,  Nuru  Paşanın  Trablis-qərbdəki  fəaliyyəti  haqqında 


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə