Azərbaycan mühacirət irsi 1



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə65/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   ...   62   63   64   65   66   67   68   69   70

Azərbaycan  mühacirət irsi 
 
 
203 
gəminin  göyərtəsində  olanları  tanımağa  başlayırlar.  Məni  gö-
yərtədə görənlər təəccüblənirlər. Hamı sevinc içində idi. Körpü-
də çox gözəl bir mənzərə yaranmışdı. Gəmi də Türk gəmisi idi, 
üzərində dalğalanan sevimli bayraq da. Gəminin göyərtəsindən 
Batumu  və  xalqı  məhmətciklər  sevinclə  seyr  edirdilər.  Gəmini 
göyərtəsindən  körpüyə  enirəm.  Tanışlarım  məni  əhatə  edir  və 
öpüşüb  görüşürəm.  Məndən  soruşurlar:  “Gəmi  Rumıniyadan 
gəlir,  sən  haradan  mindin?”  Mən  onlara:  “Əziz  qardaşlarım, 
gəmini  İstanbuldan  boş  götürüb,  Rumıniya  cəbhəsində 
vəzifəsini  şərəflə  yerinə  yetirmiş  Türk  ordusunu  Qafqaza 
gətirirəm”  –  deyirəm.  Sevincdən  hamımızın  gözləri  yaşlıdır. 
Məni mehmanxanaya apardılar. Burada bütün həmsədrlərimizlə 
görüşürəm.  Mən  onlardan:  “Nə  üçün  belə  çox  adamla 
gəlmisiniz?”  – deyə soruşdum. Onlar mənə:  “Yox canım, gəl-
mək o qədər də çətin deyil. Sən Türk əsgərlərini buraya qədər 
gətirdin. Biz də buradan ölkəmizə qədər müşaiyət edəcəyik. Sə-
nin gəlməyin çox yaxşı oldu, yəni bizə rəhbərlik edərsən. Sey-
min  üzvləri  istiqlal  istəyirlər.  Biz  isə  Azərbaycanın  Türkiyəyə 
ilhaqını  istəyirik”  –  deyirlər.  Mən  bu  sözlərə  Çox  təəccüblən-
dim.  Onlara  əsil  həqiqətin  nə  olduğunu  anlatmağın  imkansız 
olduğunu  hiss  edib  bir  şey  söyləmədim.  Onlar  coşmuşdular. 
Uca  səslə:  “Bizi  hirsləndirməsinlər.  Biz  onları  Batum  küçələ-
rində  məhv  edə  bilərik”  –  deyirdilər.  Mən  çox  kədərləndiyim-
dən  səsimi  çıxarmadım.  Hətta  bu  sözləri  söyləyənlər  arasında 
uzun illər bərabər fəaliyyət göstərdiyim yoldaşlar da var idi. Bu 
şəxslər  həmişə  sevər  və  hörmət  edərdilər.  Onlar  milli 
işlərimizdə göstərdiyim istiqaməti münaqişəsiz qəbul edirdilər. 
Fəaliyyətimizin hədəfinin istiqlal olduğunu bilməmiş deyildilər. 
Əgər mən də “istiqlalçıyam” desəm, əleyhimə gedəcəklərinə 
əmin idim. 
İlhaqçılarla  mübahisə  etmək  mənə  çox  çətin  idi.  Rus-
larla mübarizəmizdə bu qədər güc sərf etməmişdim. Bu mə-
sələni həll edə bildikdən sonra dərin nəfəs aldım. 


Azərbaycan  mühacirət irsi 
 
 
204 
Tarixçi  Əhməd  Rafik  bəyin  “Qafqaz  yolları”  adlı  əsərini 
oxudum.  Xatirə  dəftərimdə  adı  çəkilən  bir  hadisə  haqqında 
ətraflı  yazılmış  olduğunu  gördüm  və  bunu  xatirəmə  daxil 
etməyi məsləhət gördüm. 
“Bir  yarım  ay  ərzində  Batumun  həyatında  xeyli  dəyişik-
liklər  olmuşdu.  Küçələrində  əhali  artmış  və  mehmanxanaları 
Osmanlı  məmurları  və  Qafqazın  Türk-Müsəlman  yaşayan  böl-
gələrindən  gəlmiş  qonaqlarla  dolu  idi.  Küçələrdə,  bulvarda, 
parklarda,  teatrlarda  Qafqazın  ən  uzaq  nöqtələrindən  gələn  və 
Osmanlılarla  birləşmək  istəyənlərə  təsadüf  edilirdi.  Bulvarın 
“İhtisap”  kazinosunda  əllərini  masaya  dayayaraq  sərt  və  atəşli 
sözlərlə bir-birinə müraciət edən, bəzən də məlum və mütəəssir 
düşünən bir zümrə var. Bunlar Osmanlılarla müzakirədə iştirak 
etmək üçün Batuma gələn Gəncəli, Bakılı, Tiflisli və Qarabağlı 
müsəlmanlarıdır.  Hamısının  da  siması  qayğılı  və  işgüzar  bir 
görkəmdədir. Məqsədləri Qafqazın istiqlalı deyil. Osmanlılarla 
birləşməsi, yəni ilhaqıdır. Fikrən azad, dinc və sərbəst yaşayan 
bu xalq şiəlik və sünnilik kimi adi məzhəb fərqlərinə əhəmiyyət 
vermir.  Şapka  geyməklə  dini    hisslərin  məhv  olmayacağına 
inanan bu zümrə millət məhəbbətini hər növ əlaqənin, hər növ 
qüvvənin  gücündə  görür.  Batum  Qafqaz  sülh  müzakirələrinin 
mərkəzinə  dönmüşdür.  Gah  Gəncədən  şeyxülislam  gəlir,  gah 
əhali  içindən  seçilmiş  vəkillər  Tiflisə  göndərilir.  Müzakirələr, 
nitqlər, teleqraflar bir-birini əvəz edir. 
Qafqaz  rus  üsul-idarəsindən  xilas  olmaq  əzmini  bütün 
fəaliyyəti ilə göstərir. Bunların nəzərində ruslar ana vətəni istila 
edən  işğalçılardır.  İndi  isə  bu  zümrəyə  daxil  olanların 
nəzərləri Türklərə, yəni İstanbula dikilmişdir”. 
Batuma  gəldikdən  sonra  ilk  gündən  görüşə  bilmədiyim 
şəxslərlə də görüşdüm. Hamısı eyni fikirdə idilər. Bunların ara-
sında vəkil, həkim, şeyxülislam, tacir, sənətkar, ziyalı müəllim-
lər də var idi. Onlar məni fikirlərimi söyləmək üçün sıxışdırır-
dılar. Onlara “İçərinizdən on nəfər seçin, onlarla söhbət edəcə-
yəm” – dedim. Razı oldular. Sakit bir yer müəyyənləşdirib ora-


Azərbaycan  mühacirət irsi 
 
 
205 
da görüşməyi qərara aldıq. Onlardan ayrıldıqdan sonra Mə-
həmməd Əmin Rəsulzadə və Nəsib bəy Yusifbəylinin yanına 
gedərək onlarla görüşdüm. Onlara bir neçə saat ərzində olub-
keçənləri danışdım. Nəsib bəy mənə: “Bilirsənmi, burada nələr 
olur?” – dedi. Mən də “Nəsib bəy, hamısını bilirəm. Sabah on-
ların başa düşənləri ilə görüşəcəyəm. Ümidvaram ki, onlara hə-
qiqəti başa sala biləcəyəm” – dedim və onlardan ayrıldım. Ora-
dan  birbaşa  Türkiyə  Sülh  heyəti  rəisi  Xəlil  bəyin  yanına  get-
dim.  Bir  xeyli  söhbət  etdik  və  söhbət  əsnasında  vəziyyəti  ona 
da anlatdım. O isə mənə “Bunu yalnız Siz öyrənə bilərsiniz” – 
dedi.  Mən  də  cavabında  “İlhaqçılara  heç  bir  söz  söyləmək 
istəmədim,  çünki  söyləsəm  də  qəbul  etməyəcəklər.  Sabah 
onların öz aralarından seçəcəkləri başbilənləri ilə görüşəcəyəm. 
Əgər onları razılığa gətirə bilsəm, Sizin razılığınızla onların 7-8 
nəfərini  Sizin yanınıza gətirəcəyəm. Onlar Sizi dinlərlər. Bizim 
istiqlalımızı  bizimlə  görüşən  “İttihad  və  Tərəqqi”  Partiyasının 
mərkəzi  qərargahında  xəyalımızda  qurub  müdafiə  etmişsiniz. 
Qurmaq istədiyiniz istiqlal qurulmadan qara cahillər tərəfindən 
hədələnir” – dedim. Xəlil bəy mənə: “Sizi anlayıram, əgər məni 
dinlərlərsə,  sabah  görüşün.  O  biri  gün  saat  10-da  mənim 
yanıma gəlin. Ümid edirəm ki, nəyəsə müvəffəq olacağıq. Nağı 
bəy,  Seymin  üzvləri  ilə  görüdük  və  anlaşdıq.  Onlardan  son 
dərəcə razı qaldıq” – dedi və ayrıldıq. Mən axşam Nəsib bəyin 
yanına  getdim.  Bərabər  yemək  yedik  və  xeyli  söhbət  etdik. 
Mənə  kədərli-kədərli:  “Anarxiya  zamanı  xalqdan  çəkmədiyim 
sıxıntını burada çəkirəm” – dedi. Ona: “Siz çox fikir etməyin. 
Xəlil  bəylə  görüşdüm  və  o  biri  gün  bir  neçə  nəfərlə  onu 
görüşdürəcəyəm.  Ümidvaram  ki,  istədiyimizə  nail  olacağıq”  – 
deyə təsəlli verdim. Ertəsi gün toplantıya getdim. Onlarla xeyli 
söhbət edib olub-keçənləri xatırlatdım. Ənvər Paşanın və Tələt 
Paşanın  qərarlarını  söylədim.  Bir  az  yumşaldılar.  Ancaq 
söylədiklərimin həqiqət olmalarına şübhə ilə yanaşdıqlarını hiss 
edirdim.  Onlara:  “İstəsəniz  Sizi  sabah  Xəlil  bəylə  görüşdü-


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə