Azərbaycan mühacirət irsi 1


Azərbaycan  mühacirət irsi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə69/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   ...   62   63   64   65   66   67   68   69   70

Azərbaycan  mühacirət irsi 
 
 
216 
 
 
 
Məcid MUSAZADƏ  (Qarsalani
(1914-1990) 
 
əcid Musayev  –  Musa-
zadə  (Təxəllüsü  Məcid 
Qarsalanidir)  əslən  İs-
mayıllı  rayonunun  Qərsələ  kəndin-
dəndir.  1914-cü  ildə  oktyabr  ayının 
10-da  Bakıda  dünyaya  göz  açıb, 
burada  məktəbi  bitirdikdən  sonra 
Azərbaycan  Dövlət  Universitetinin 
ədəbiyyat  və  tarix  fakultəsinə  daxil 
olub. Universiteti uğurla başa vuraraq  
Bakıdakı 
dövlət  kitabxanalarında, 
sonradan isə  Nizami  adına  Ədəbiyyat 
və Dil İnstitutunda elmi əməkdaş ola-
raq çalışıb.  
1941-ci  ildə  müharibəyə  gön-
dərilir.  1942-ci  ildə    almanlara  əsir 
düşür. Berlinə göndərilir. Əvvəlcə Berlindəki “İrtibat qərargahı”nda, 
sonra isə nəşrə başlayan “Azərbaycan” qəzetində mühərrir və Baş re-
daktor  vəzifəsində  1945-ci  ilə  qədər  çalışır.  Müharibədən  sonra  o, 
Münhen şəhərində yaşayıb, “Azadlıq” radiosunun Azərbaycan şöbə-
sində  fasiləsiz  26  il  işləyib,  müxtəlif  illərdə  şöbənin  baş  redaktoru 
olub.  Peşə  imkanlarından  istifadə  edərək    həmişə  xalqımızın 
ədəbiyyatını,  tarixini,  adət-ənənələrini  fəal  təbliğ  edib.  1990-cı  ildə 
Mayın 28-də Türk Dünyasını Araşdırma Vəqfinin Kayseri şəhərində 
təşkil  etdiyi  Birinci  Azərbaycan  Millətlərarası  Konqresində  iştirak 
edib. 1990-cı ilin iyulun 17-də 76 yaşında vəfat edib.  
26 dekabrda Ankarada vəfat etmişdir (289, s. 168). 



Azərbaycan  mühacirət irsi 
 
 
217 
 
 Məcid Musazadə 
 
ÜZEYİR HACIBƏYLİ 
“LEYLİ-MƏCNUN” OPERASININ 45-Cİ  
İLDÖNÜMÜNƏ İTHAF EDIRƏM 
 
 
Ölmək, o geniş körpüdən hər kəs keçəcəkdir. 
Bir badə ki, ondan bütün aləm içəcəkdir. 
Hər süslü çiçək, sonda sararmış quru yarpaq. 
Insan nədir? Həm əvvəli torpaq, sonu torpaq. 
 
 
 
Cəfər Cabbarlı 
 
VAXTSIZ  BATAN GÜNƏŞ 
 
1948-ci  ilin  23  noyabr  günü  yalnız  Azərbaycana  deyil, 
həm də Türk və müsəlman aləminə çox ağır bir itki gətirdi. Mə-
dəniyyət  tariximizə  qara  çərçivədə  qeyd  ediləcək  bu  tarixdə, 
çağdaş  Azərbaycan  musiqisinin    Türk  və  Müsəlman  Dün-
yasının  ilk  opera  və  operetta  banisi  Ü.  Hacıbəyli  50  illik  bir 
çalışmadan sonra gözlərini bu dünyaya qapamış və Böyük Tan-
rının rəhmətinə qovuşmuşdur. 
Bununla  da  Azəri  Türkləri    Üzeyir  Hacıbəylinin  sima-
sında  ən  dəyərli  övladlarından  birini  itirmişdir.  Qədirbilən 
xalqımız  onun  musiqi  sahəsində  də  istedadlı    və  mədəni  bir 
xalq  olduğunu  ortaya  çıxaran  mərhum  bəstəkarımızı,  milli 
operamızın  ölməz  babasını  əbədi  iqamətgahına  götürərkən, 
axıtdığı göz yaşları ilə onu dəyərləndirmişdir. 
Bakı  küçələrində  tabutunu  məzarı  başına  qədər  çiyin-
lərində  daşıyan  on  minlərlə  xalq,  ustadımızın  əziz  xatirəsini 
əbədiləşdirmiş  və  bununla  da  ona  dünya  durduqca  yıxıl-
mayacaq bir abidə tikmişdir. 


Azərbaycan  mühacirət irsi 
 
 
218 
Xalqımızın  bu  ağır  itkidən  aldığı  dərin  yara  yenicə 
örtülməyə  başlarkən,  Böyük  Tanrı  ona  bir  yara  daha  vurdu. 
Qiymətli bəstəkarımızın vəfatından heç iki il keçmədən, çağdaş 
Azərbaycan  musiqi  tarixində  aşağı  yuxarı  özü  qədər  mövqeyi 
olan  qardaşı  Zülfüqar  Hacıbəyli  də  gözlərini  qapamış  və 
mərhum  bəradərinin  getdiyi  yolu  təqib  etmişdir.  Beləliklə,  bu 
iki mehriban qardaşın əziz ruhları bir-birinə qovuşmuşdur. 
Hər  iki  bəstəkarımız  gərək  bir  qardaş  və  həm  də 
Azərbaycan  musiqisinin  inkişafında  və  yaranmasında  bir-
birlərindən ayrılmaz olduqlarından, biz də onları bir-birlərindən 
ayırmayacağıq. 
Üzeyir  bəydən  bəhs  etmək,  Zülfüqar  bəydən  və  ondan 
danışmaq Üzeyir bəydən bəhs etmək demək olduğundan biz də 
bu  yazımızda  bu  iki  qardaşa  fərq  qoymayacaq  və  onların 
arasından sədd çəkməyəcəyik. 
Milli Azərbaycan Operasının əvəzolunmaz babası Üzeyir 
Hacıbəyli 1885-ci ilin 17 sentyabrında Azərbaycanın Ağcabədi 
bölgəsində  mərhum  Əbdul  Hüseyn  bəyin  ailəsində  dünyaya 
gəlmişdir. Üzeyir uşaqlığını ondan iki il sonra doğulan qardaşı 
Zülfüqarla  və  üç  il  sonra  doğulan  qardaşı  Ceyhunla  birlikdə, 
XIX  yüzilliyin  musiqi  və  xanəndələr  mərkəzi  olan  Şuşa 
şəhərində keçirmişdir. 
Həm  Üzeyir  və  həm  də  Zülfüqar  və  Ceyhun  bəylər  hələ 
kiçik yaşlarından başlayaraq musiqiyə olan maraq və meyllərini 
göstərə bilmişdilər. 
Onların  babaları  Abdul  Hüseynli  və  əmiləri  Hacı  bəy 
dövrün  maarifçilərindən  və  o  zaman  böyüməyə  başlayan  milli 
inkişaf  tərəfdarı  olduqlarından,  övladlarına  sağlam  bir  təhsil 
verməyə  çalışmışdılar.  Bu  mükafata  Üzeyir    XIX  əsrin 
sonlarına  doğru  Cənubi  Qafqaz  miqyasında  şöhrət  qazanmış 
Qori  seminariyasına  göndərilmişdi.  1899  və  1904-cü  illər 
arasında  təhsil  görən  Üzeyir  musiqi  aləmindəki  ilk  nəzəri 
bilgisini də burada almışdır. 


Azərbaycan  mühacirət irsi 
 
 
219 
1905-ci ildə Rusiya çarizminə qarşı mücadilənin ən qızğın 
dövründə  Bakıya  gələn  gənc  Üzeyir  Hacıbəyli,  mütləqiyyət 
əleyhinə  açılan  milli  savaşa  bir  jurnalist  və  yazıçı  kimi 
qoşulmuşdu. O, “Həyat”, “İrşad” və “Tərəqqi” dərgilərində ən 
yüksək  nöqtəsinə  çatan  milli  inkişafın  irəliləməsi  uğrunda 
bütün bilgi, bacarıq və qüvvəsini əsirgəməmişdir. 
Çox çalışqan, enerjili və yorulmağın nə olduğunu bilmə-
yən gənc jurnalist yalnız yazıçılıq etməklə kifayətlənməmişdir. 
İdarədəki  vəzifəsini  bitirdikdən  sonra  evə  dönərkəno,  istirahət 
vaxtını  musiqiyə  sərf  etmiş  və  bu  sahədəki  bilgisini 
dərinləşdirmişdir.  Gənc  həvəskar  Üzeyir  Hacıbəyli  bu  andan 
başlayaraq, zəngin və dərin bir keçmişə malik olan Azərbaycan 
xalq  mukamatlarını
1
  tədqiqə  başlamışdır.  Bu  baxımdan  o, 
Nəvvab  Qarabağidən  sonra  musiqi  sahəsindəki  ilk  elmi 
tədqiqatıdır. 
Bəstəkarın  yaradıcılıq  dövrünün  birinci  pilləsinə  təsadüf 
edən bu dövrdə o, bütün qayələrini xalq musiqisini öyrənməyə 
və bəstəkarlıq texnikasını dərinləşdirməyə sərf etmişdir. 
Mərhum  bəstəkarımızın  ədəbi  yaradıcılıq  fəaliyyətinə 
keçməzdən  əvvəl,  kiçik  bir  haşiyəyə  çıxmaq  məcburiyyətində 
qalacağıq. 
Həm  Üzeyir  və  həm  də  Zülfüqar  bəylər  yazdıqları 
operalarda  ilham  mənbəyi  olaraq  çox  zəngin  və  geniş 
Azərbaycan folklorundan istifadə etmişlər. Onlar əsrlərdən bəri 
dodaqlardan-dodaqlara, ağızlardan-ağızlara dolaşıb gələn şifahi 
xalq  ədəbiyyatındakı  mövzuları  ələ  almış,  oradakı  hadisələri, 
tərzləri,  xəyalları  musiqi  notları  ilə  bəzəyərək  böyük  sənət 
əsərinə çevirmişlər. 
Böyük bəstəkarımız Üzeyir Hacıbəyli  dərindən öyrəndiyi 
və uzun illər ərzində tədqiq etdiyi Azərbaycan xalq musiqisini 
qiymətləndirərkən  bütün  qəlbini  və  sevgisini  aşağıda 
göstərdiyimiz cümlələrdə açıqlamışdır: 
                                            
1
 
Mukamat – Azərbaycanın klassik musiqi parçaları.
 


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə