Azərbaycan mühaciRƏt tariXİ



Yüklə 74,68 Kb.
tarix17.11.2017
ölçüsü74,68 Kb.
#10996
növüMühazirə

AZƏRBAYCAN MÜHACİRƏT TARİXİ

Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

HIST218, Azərbaycan mühacirət tarixi, (3 kredit)

Departament

Tarix və Arxeologiya” departamenti

Proqram (bakalavr, magistr)

Bakalavr

Tədris semestri

Payız 2013

Fənni tədris edən müəllim (lər)

Nəsiman Yaqublu

E-mail:

nasiman_yagublu@mail.ru

Telefon:

(050) 331 36 32

Mühazirə otağı/Cədvəl

III gün– 15:10-16:30, 16:40-18:00

Məsləhət saatları




Prerekvizitlər




Tədris dili

Azərbaycan dili

Fənnin növü

(məcburi, seçmə)

Məcburi

Dərsliklər və əlavə ədəbiyyat

Əsas  dərsliklər:

  1. Yaqublu N. Məmməd Əmin Rəsulzadə. Bakı, 1991.

  2. İbrahimli X. Azərbaycan Siyasi Mühacirəti. Bakı, 1996.

  3. Yaqublu N. Azərbaycan – Polşa əlaqələrində M. Ə. Rəsulzadənin rolu. Bakı, 2007.

  4. Azərbaycan Mühacirət irsi. (Tərtib edəni və redaktoru N. Yaqublu). Bakı, 2010.

  5. Yaqublu N. Məhəmməd Əmin Rəsulzadə Ensiklopediyası. Bakı, 2013.


Əlavə  dərsliklər, vəsaitlər və elmi monoqrafiyalar:

6.Məmmədzadə M. B. Milli Azərbaycan Hərəkatı. Bakı, 1992.

7.Həsənova Ş. Mühacirət irsindən səhifələr. Bakı, 1993.

8.Yaqublu N. Azərbaycan legionerləri. Bakı, 2002.

9.Yaqublu N. Əbdürrəhman Fətəlibəyli Düdənginski. Bakı, 2008.

10.Balayev A. Məhəmməd Əmin Rəsulzadə (rus dilində). Moskva, 2010.

11.Azərbaycan Mühacirət İrsindən (tərtibatçı C. İsakov). Moskva, 2011.

12.Polşadakı Azərbaycan siyasi mühacirət irsindən (tərtibatçı V. Quliyev). Moskva, 2011.



13.Həsənli C.Tarixi şəxsiyyətlərin tarixi.B. 2013.

Kitabları Universitetin kitabxanasından və “Tarix və Arxeologiya departamenti”ndən əldə etmək olar.

İnternet saytları

www.azerbaijan.az;                  www.aztarix.azeriblog.com;

www.azerbaycanli.org               www.history.az


Tədris metodları

Mühazirə

Tədris prosesində aşağıdakılar nəzərdə tutulur:

  • mühazirələr

  • mövzu ətrafında müzakirələr

  • xəritələr, video və digər əyani materiallardan istifadə

Qrup müzakirəsi

Praktiki tapşırıqlar

Praktiki məsələnin təhlili

Digər

Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Aralıq imtahanı

Sentyabr və oktyabr aylarında keçirilən dərslər əsasında noyabr ayında imtahan verilir.

35 bal

Praktiki məsələ







Fəallıq

Dərslərdə, diskussiyalarda, prezintasiyalarda və elmi seminarlarda iştirak etmək

10 bal

  • Dərs müddətində diskusiyalarda iştirak - 5 bal;

  • Esse vən prezentasiya mövzusu ilə çıxış etmək (mövzuların siyahısı əlavə olunur) - 15 bal.

Prezentasiya mövzularının siyahısı:

  1. 1920-ci ilin 27 Aprel işğalından sonra azərbaycanlı siyasi xadimlərin və ziyalıların Türkiyədə məskunlaşması.

  2. Azərbaycan Mühacirət Mətbuatının ilk orqanı olan “Yeni Qafqasiya” jurnalının nəşrə başlaması.

  3. Azərbaycanlı mühacirlərin yeni mətbuat orqanları olan “Azəri-Türk” və “Odlu Yurd” jurnallarını nəşr etməsi.

  4. “Prometey” təşkilatının yaranması, Polşada və Fransada fəaliyyətə başlaması.

  5. Türkiyənin İstanbul şəhərində azərbaycanlı mühacirlərin “Bildiriş” qəzetini və “Azərbaycan Yurd Bilgisi” jurnalını nəşr etməsi.

  6. Türkiyədə azərbaycanlı mühacirlərin siyasi fəaliyyətinin qadağan edilməsi.

  7. Azərbaycanlı siyasi mühacirlərin Almaniyada fəaliyyəti.

  8. Azərbaycan legionerlərinin mətbuat orqanı.

  9. “Azərbaycan” jurnalının Türkiyədə nəşri.

  10. Azərbaycan mühacirətinin tanınmış xadimləri.

Bax: *Yazı işinə aid qaydalar


Tapşırıq və testlər






Kurs işi (Layihə)







Prezentasiya/Qrup müzakirə







Final imtahanı

Noyabr və dekabr aylarında keçirilən mövzular əsasında yanvar ayında final imtahan verilir.

45 bal

Digər







Yekun





100 bal

Kursun təsviri




Kursun məqsədləri

Fənnin məqsədi

Azərbaycan Mühacirət tarixi kursu 1920-1991-ci illəri əhatə edir. Azərbaycan milli istiqlalı uğrunda mübarizə aparmış, Türkiyədə və Avropanın ayrı –ayrı ölkələrində yaşamış dövlət və mətbuat xadimlərimizin fəaliyyətinin öyrənilməsi çox əhəmiyyətlidir. Məlum olduğu kimi, Avropada və Türkiyədə yaşamış azərbaycanlı mühacirlər bu ölkələrdə ciddi siyasi fəaliyyət göstərmələ yanaşı, eyni zamanda çoxlu sayda qəzet və jurnallar, kitablar nəşr edərək Azərbaycanın azadlıq mücadiləsini yürütmüşlər. Bu mənada M.Ə.Rəsulzadənin, Ə.M.Topçubaşovun, C.Hacıbəylinin, M.B.Məmmədzadənin, Ə.F.Düdənginskinin irsinin öyrənilməsi ilə XX əsr Azərbaycan tarixinin tədrisi daha da məzmunlu olur.



Tədrisin (öyrənmənin) nəticələri

Fənnin tədrisinin nəticəsi

Fənnin ümumi tədrisi prosesində tələbələrdə:

  • Azərbaycan tarixi haqqında bitkin, dolğun və obyektiv təsəvvür yaranacaq

  • Azərbaycanın istiqlalı uğrunda aparılan ümumi siyasi mübarizə haqqında geniş bilgilər əldə ediləcək. Vətən tarixinə, mədəniyyətinə, mənəvi dəyərlərinə sevgi və hörmət hissini daha da artıracaq və vətənpərvərlik ruhunu daha da yüksəldəcəkdir

Qazanılmış təcrübə

  • tarixi hadisələrin analizi

  • tarixi hadisələrə tənqidi və obyektiv yanaşma

  • Azərbaycanın mədəni-tarixi inkişaf mərhələlərinin araşdırılması və Azərbaycanın müasir dövrdə dünya miqyasında rolu və yerinin müəyyənləşdirilməsi.

Qaydalar (Tədris siyasəti və davranış)

Qaydalar

Davamiyyət

Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbələr müəyyən səbəblərdən dərslərin buraxılması (xəstəlik, ailə vəziyyəti və s.) haqqında məlumatı fakültə dekanlığına təqdim etməlidirlər. 20%-dən artıq dərs buraxan tələbələr imtahana buraxılmır.



Dərsə gecikmələr və ya digər dərs pozuntuları

Dərsə 5 dəqiqədən artıq gecikən tələbə dərsə buraxılmır. Buna baxmayaraq, tələbə ikinci dərs saatına buraxıla bilər.



Yoxlama işi

Müəllimə və dekanlığa qabaqcadan məlumat verilən səbəblərdən yoxlama işində iştirak etməyən tələbə yoxlama işini növbəti həftədə yaza bilər.



İmtahanlar

Tələbənin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur.

Aralıq və yekun imtahanı mövzuları tələbələrə imtahandan öncə verilir. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmırlar.

İmtahan qaydalarının pozuntuları

Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişini pozmaq və köçürülmələr qadağandır. Bu qaydaya riayət etməyən tələbələrin imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qiymət ilə imtahandan kənarlaşdırılır.



Fənni bitirmək qaydası

Universitənin qaydalarına müvafiq olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60% və yuxarı hesab edilir. Kəsiri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il təkrarən götürə bilər.



Tələbələrin davranış qaydaları

Dərs zamanı dərs prosesini pozmaq və etik qaydaları pozmaq qadağandır. Həmçinin tələbələr arasında icazəsiz müzakirələr və mobil telefonlardan istifadə qadağandır.




Cədvəl (dəyişdirilə bilər)

Həftə

Tarix

(planlaşdırılmış)

Fənnin mövzuları

Dərslik/Tapşırıqlar



4
18.09.2013

Giriş. Tələbələri Azərbaycan tarixi fənninin iş proqramı və onların qarşısında duran vəzifələri ilə tanış etmək. Azərbaycan mühacirət tarixinədək bəhs edir, onun analizi, öyrənilməsi, başlıca dövrləri, tarixi qaynaqlar.


1.



4
25.09.2013


1920-ci ilin 27 Aprel işğalından sonra azərbaycanlı siyasi xadimlərin və ziyalıların Türkiyədə məskunlaşması. Azərbaycanın görkəmli xadimi M. Ə. Rəsulzadənin başçılığı ilə təşkilatlanma prosesinin başlanması və Milli Mərkəzin yaranması.


2.




4
2.10.2013


Azərbaycan Mühacirət Mətbuatının ilk orqanı olan “Yeni Qafqasiya” jurnalının nəşrə başlaması. Jurnalda M.Ə.Rəsulzadənin proqram xarakterli “Atəş çalan Prometey” məqaləsinin təhlili. “Yeni Qafqasiya”da nəşr edilən yazıların ümumi təsnifatının aparılması.


4.



4
9.10.2013



Azərbaycanlı mühacirlərin yeni mətbuat orqanları olan “Azəri-Türk” və “Odlu Yurd” jurnallarını nəşr etməsi. Bu jurnalların əsas fəaliyyət proqramının açıqlanması. Bu jurnallarda 27 Aprel işğalı və 28 May İstiqlalı ilə əlaqədar tarixi məqalələrin nəşr edilməsi.

1.



4
16.10.2013



“Prometey” təşkilatının yaranması, Polşada və Fransada fəaliyyətə başlaması. Azərbaycanlı mühacirlərin “Prometey” təşkilatının tədbirlərində fəallığı.


5.



4
23.10.2013


Türkiyənin İstanbul şəhərində azərbaycanlı mühacirlərin “Bildiriş” qəzetini və “Azərbaycan Yurd Bilgisi” jurnalını nəşr etməsi. Bu mətbuat orqanlarında Azərbaycanda sovet rejiminə qarşı olan silahlı üsyanlar haqqında məlumatların verilməsi. Azərbaycanın tarixi mədəniyyəti, faktları ilə bağlı yazıların təhlili.


6,7.



4
30.10.2013


Türkiyədə azərbaycanlı mühacirlərin siyasi fəaliyyətinin qadağan edilməsi. Siyasi mühacirlərin Avropa ölkələrində fəaliyyət göstərmək məcburiyyətində qalması.


10.

Aralıq imtahanı



4
6.11.2013


Azərbaycanlı siyasi mühacirlərin Almaniyada fəaliyyəti. Burada onların “Qurtuluş” jurnalını, “İstiqlal” qəzetini nəşr etməsi. Azərbaycanı tarixi, mədəniyyəti ilə bağlı Almaniyada nəşr edilən kitablar.


5.




4
13.11.2013


Polşa Respublikasında azərbaycanlı mühacirlərin fəaliyyəti.

3, 7.



4
20.11.2013


Azərbaycanlı mühacirlərin Avropada yaratdıqları təşkilatlar və nəşr etdikləri kitablar.

4, 12.



4
27.11.2013


Azərbaycan legionerlərinin fəaliyyəti.

8, 9.



4

04.12.2013


İkinci Dünya müharibəsindən sonra azərbaycanlı mühacirlərin Türkiyədə fəaliyyəti.

1, 12.



4
11.12.2013


İkinci Dünya müharibəsindən sonra azərbaycanlı mühacirlərin Avropada fəaliyyəti.

11, 2.



4
18.12.2013


Azərbaycanlı mühacirlərin soyuq müharibə dövründə beynəlxalq tədbirlərdə iştirakı.

1, 5.



4

25.12.2013



Azərbaycan mühacirətinin tanınmış xadimləri.

12,13.







Final imtahanı




Yazı işinə aid qaydalar:

  1. İş ayrıca vərəqlərdə yazılmalıdır.

  2. Vərəqin bir üzü yazılmalı, vərəqin kənarında sahələr qoyulmalıdır.

  3. İş aydın yazılmalı, fikirlərin abzaslara bölünməsi məntiqi olmalıdır, hər yeni fikirdə abzasdan istifadə edilməlidir. İşin girişi və nəticəsi olmalıdır.

  4. İş savadlı yazılmalı, lazım gəldikdə orfoqrafik lüğətdən istifadə edilməlidir.

  5. Sonda istifadə olunmuş mənbələrin və ədəbiyyatın siyahısı əlavə edilməlidir.

  6. İşin titul vərəqi olmalıdır: mövzunun adı, tələbənin adı, soyadı, fakultəsi, işin yerinə yetirildiyi department göstərilməlidir.

  7. İşin həcmi 5-7 səhifə, şrift 12, interval 1,5 olmalıdır.

  8. İşlər 5 noyabr 2013-cü il tarixinə qədər müəllimə yaxud “Tarix və arxeologiya departamenti”nə təhvil verilməlidir.

Yüklə 74,68 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə