Azərbaycan mühacirət irsi 1


Azərbaycan  mühacirət irsi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə64/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   ...   60   61   62   63   64   65   66   67   ...   70

Azərbaycan  mühacirət irsi 
 
 
200 
mərkəzinə  getdim.  Orada  onlarla  xeyli  söhbət  etdik.  Mənə 
müxtəlif suallar verdilər. Bu sualların hamısına doğru-düzgün, 
ətraflı  cavab  verdim.  Baba  Şakir  bəy,  Xocalarla  inqilabınızda 
necə dil tapa bildiniz? Sizi başa düşdülərmi?” – deyə soruşdu. 
Ona  belə  cavab  verdim:  “Xeyr,  Xocalar  toplaşaraq  bir  İslam 
partiyası  qurdular.  Şərait  istədilər.  İlk  zamanlar  əhəmiyyət 
vermədik.  Bizim  partiyamız,  yəni  Türk  ədəmi  Mərkəziyyət 
Partiyası  bütün  milli  mənafelərimizə  cavab  verən  prinsipləri 
proqramında  əks  etdirdiyindən  qüvvətli  idi.  Bütün  ziyalılar, 
tacirlər  və  bütün  hörmətli  şəxslər  partiyanın  ətrafında  sıx 
birləşdilər. Ancaq biz sonradan bu xocaların əleyhimizə təbliğat 
apardıqlarının  şahidi  olduq.  Onlar  xalqa  deyirdilər  ki,  partiya 
lideri  olan  Nəsib  bəy  bir  kitab  nəşr  edərək,  ətrafında  gəncləri 
toplamış  və  Qurani-Kərimin  əleyhinə  təbli-ğat  aparırı.  Bunun 
qarşısını  almaq  məqsədilə  biz  böyük  bir  xalq  toplantısı  təşkil 
edib,  onları  xalq  qarşısında  təkzib  edilməz  dəlillərlə  məğlub 
etdik. Biz bu xalq toplantısında xalqın təzyiqi ilə belə bir qərar 
çıxardıq.  Xocalar,  mollalar  camelərdə  oturaraq  nikah  kəsəcək, 
cənazə  mərasimini  idarə  edəcək,  xalqın  anlamaq  istədiklərini 
izah  edəcək  və  qətiyyən  dünyəvi  işlərə  qarışmayacaqlar.  Dini 
işlərimizlə  onlar,  milli  işlərimizlə  yalnız  biz  məşğul  olacağıq. 
Bu  qərardan  sonra  da  onlar  heç  vaxt  bizim  milli  işlərimizə 
mane olmadılar. Məsələ bununla da öz həllini tapmış oldu”. 
Bir neçə gün sonra Nuru Paşanın hərbi mütəxəssislərin-
dən ibarət kadrların təşkilini tamamladığı və hərəkətə hazır 
olduğu  xəbərini  aldıq.  “Nuru  Paşanı  Heydərpaşadan  yola 
salırıq.  Ənvər  Paşa  və  yavərləri,  digər  paşalar  və  hökumət 
üzvlərindən  bir  neçə  nəfər  gözləmə  salonundayıq.  Qatar  artıq 
yola  düşməyə  hazır  və  yola  salanların  hamısı  sahilə  çıxırlar. 
Ənvər  Paşa  və  qardaşı  Nuru  Paşa  tək  qalırlar.  Mən  də  sahilə 
çıxanlar  arasında  idim.  Birdən  məni  çağırdılar,  geri  döndüm. 
Oradakılar  mənə:  “Sizi  nazir  həzrətləri  istəyir”  –  dedilər,  get-
dim.  İki  qardaş  baş-başa  dayanmışlar.  Yaxınlaşıram.  Ənvər 
Paşa  bir  əlini  Nuru  Paşanın,  digər  əlini  isə  mənim  çiynimə 


Azərbaycan  mühacirət irsi 
 
 
201 
qoydu və “Siz ikiniz də mənim qardaşımsınız. Sizə son sözüm 
bu”  –  dedikdən  sonra  Qafqazda  görəcəyimiz  işlər  haqqında 
təlimat verdi”... 
Bir  sabah  yenə  Hərbi  nazirlikdən  çağırıldım.  Məni  Ənvər 
Paşa  görmək  istəmişdi.  Mən  içəri  girərkən  o,  yenə  gülərüzlə 
“Nağı  bəy,  hazırsınızmı?”  dedi.  Mən  də  “Paşam,  hər  dəqiqə 
hazıram” cavabını verdim. Paşa mənə “Axşam saat 5-də “Rəşid 
Paşa”  gəmisi  ilə  Kəstəncəyə,  oradan  da  Braylova,  sonra 
Rumıniyadakı  korpus  ilə  bərabər  Trabzona  gedib  oradan 
Batuma  gedəcəksiniz.  Bir  xahişiniz,  istəyiniz  varmı?  –  deyə 
soruşdu. Mən cavabında: “Tez getmək istəyirəm. Qafqazda çox 
iş  görmək  lazım  gələcək.  İnşallah,  Nuru  Paşa  müvəffəqiyyət 
qazanacaqdır. Mən onun üçün hər cür fədakarlıqları edəcəyəm. 
Əmin  ola  bilərsiniz”  –  dedim.  O,  bir  an  üzümə  baxdıqdan 
sonra: “Nağı bəy, “Umuru Şərqiyyə” rəisi Əli Bacxana iki dəfə 
Sizə pul təklif etmiş, ancaq qəbul etməmisiniz. Sizə pul lazım 
olacaqdır.  Mən  istəyirəm  ki,  Siz  Qafqazda  xüsusi  işlərinizdə 
deyil,  Nuru  ilə  bərabər  çalışasınız”  –  dedi.  Mən  də  “Paşam, 
pulum var. İki aydır Türkiyə torpaqlarındayam. Ayaq basdığım 
andan  etibarən  Sizin  hesabınıza  yaşayıram.  Əgər  pula  ehtiya-
cımız olsaydı, əmin olun ki, istəyərdim. Batuma qədər yenə də 
Sizin  hesabınıza  gedəcəyəm.  Qafqazda  isə  pula  ehtiyacımız 
olmaz.  Paşam,  Sizə  söz  verirəm,  fəxri  olaraq  axıra  qədər 
üzərimə  götürdüyüm  vəzifəni  davam  etdirəcəyəm”  –  dedim. 
Ənvər Paşa ilə vidalaşıb ayrıldıq. 
 
 
QAFQAZA DÖNÜŞ 
 
Axşam    saat  5-də  limandan  “Rəşid  Paşa”  gəmisinə 
minərək  Köstəncəyə  gedirik.  Gəmidə  “Təşkilatı  Məxsusə” 
tərəfindən  Qafqaza  göndərilən  şəxslərlə  görüşürəm.  Bunlar 
sabiq sədrəzəm Kamil Paşanın oğlu Fuad bəy, Bəkir Sami bə-
yin oğlu Şövkət bəy, təyyarəçi Camal və başqaları idi. Nəhayət, 


Azərbaycan  mühacirət irsi 
 
 
202 
Köstəncəyə  çatdıq.  Ancaq  burada  bizə  məlum  oldu  ki,  Tuna 
çayında  sərsəri  bir  mina  görünmüşdür.  Bu  səbəbdən  də  çayla 
üzmək  təhlükəlidir.  Gəmimiz  Tuna  çayına  girə  bilmədiyindən 
Köstəncədə  gözləyəcək  və  sonra  korpusda  qatarla  Kəstəncəyə 
qədər  gələrək  gəmiyə  minəcəkdir.  Biz  bu  vəziyyət  haqqında 
alman komandanlığından özümə bir tərcüməçi götürdüm. Mən 
Rumıniya  mərkəzinin  görkəmli  yerlərini  gəzir  və  hərbi 
yeməkxanada da nahar edirdim. Bir türk zabiti mənə: “Sizinlə 
bir alman zabiti görüşmək istəyir, əgər razı olarsınızsa, bərabər 
gedərik” – dedi. Mən alman zabiti ilə görüşdüm. Alman zabiti 
Qafqaz  haqqında  məlumat  almaq  istəyirdi.  Mən  də 
Rusiyanın  siyasi  və  hərbi  idarələrinin  vəziyyətinin  sıfıra 
endiyini, hərbi qüvvələrinin tamamilə Qafqazdan qovulduğunu 
təfsilatı ilə anlatdım. Qafqazdakı türklərin müsəlman olduğunu 
və bir Türkiyəli kimi düşüncələrini də anlatdıqdan sonra: “Biz 
Qafqaz  türkləri  siz  almanları  da  sevirik.  Müharibə  əsnasında 
beş  alman  kəndinin  sakinlərinin  mallarını  müsadirə  etmək  və 
özlərini də Sibirə göndərmək istədilər. İmkan vermədik və on-
ları himayə etdik. Ruslar daim bizlə hesablaşmaq məcburiyyə-
tində qalmış və bizdən çəkinmişdilər” – dedim. 
Hilmi  Paşanın  komandanlığındakı  Rumıniya  cəbhəsi  kor-
pusu  “Rəşid  Paşa”  gəmisinə  mindirildi  və  Kəstəncədən  yola 
düşdük. Qara dənizdə Trabzon istiqamətində gedirdik. Vaxtaşı-
rı radioqramma ilə cəbhələrdəki vəziyyət haqqında məlumatlar 
alırdıq. Gəmi ilə getdiyimizin ikinci günü radioqramla Türk or-
dusunun    Batumu  işğal  etdiyi  bildirildi.  Bundan  sonra  biz  də 
Batuma  gəldik.  Gəmi  limana  yaxınlaşır.  Gəmini  qarşılamağa 
gələnlərin  yarıdan  çoxu  yaxından  tanıdıqlarım  idi.  Gəncədən, 
Bakıdan, Qarabağdan, Şəkidən və Azərbaycanın başqa vilayət-
lərindən, qəzalarından  gələn  yüzlərlə Azəri türkü var  idi. Mən 
onları  görüb tanıyıram.  Onlar məni  görə bilmirlər. Onların ha-
mısı mənim Türkiyədə olduğumu bilirdilər. Ancaq mənim Ru-
mıniyadan gələn ordunun içində olduğumu ağıllarına gətirmir-
dilər. Gəmi körpüyə tamamilə yan alır və artıq körpüdəkilər də 


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə