Azərbaycan mühacirət irsi 1


Azərbaycan  mühacirət irsi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə68/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   ...   62   63   64   65   66   67   68   69   70

Azərbaycan  mühacirət irsi 
 
 
213 
XIX  yüzilin  əvvəlində    Almaniyada  sosialist  fikirlərin 
yayıldığını görürük. Mövcud cəmiyyət nizamını şiddətlə tənqid 
edən  məşhur  filosof  Fixte    bütün  iqtisadi  həyatı  dövlət 
tərəfindən  idarə  ediləcək  yeni  bir  ictimai  nizamın  təsisini 
təsəvver və tövsiyyə edirdi.  
1835-ci ildən etibarən  aktual bir mövzu olmağa başlayan 
Almaniyanın  yenidən  birləşdirilməsi  fikrinin  də  Almaniyadakı 
sosialist hərəkatlar üzərində müasir amillərdən birisini, hətta ən 
önəmlisini  təşkil  etdiyini  qeyd  etməliyik.  Bu  məqsədlə 
Almaniyada  qurulmuş  olan  ilk  cəmiyyətlər  mübariz  idilər.  Bu 
kimi  cəmiyyətlərin  ən  önəmlilərindən  birisi,  1836-cı  ildə 
təşəkkül edən “Adillər İttifaqı” idi. Bu təşəkkülün Weitlinq adlı 
Magdeburglu  bir tərzi  dövrin   siyasi  hadisələrində önəmli  bir 
rol oynamışdır.  
Sosializmin  ən  məşhur  siması  olan  Karl  Marks  da  bu 
təşəkkülə daxil idi. 1847-ci ildə Londonda toplanan konqresdə 
Marksın  təklifi  ilə  adını  və  proqramını  dəyişən  bu  təşəkkül 
“Kommunistlər  İttifaqı”  adı  ilə  beynəlmiləl  bir  təbliğat 
mərkəzinə  çevrilir.  Məşhur  Kommunist  Bəyannaməsi  də  bu 
konqresdə qəbul edilmişdir. 
Elan edildiyi gündən bəri  bir qardaş qətliamı olan siniflər 
mücadiləsi fəsadı ilə bütün dünyanı daimi bir huzursuzluk  və 
insanlıq  mədəniyyətini  də  məhv  etmə    qarşısında  qoyan  fitnə-
fəsad vəsiqəsı  bax budur. 
Kommunist  Bəyannaməsinin  elanından  bu  yana  bir  sıra 
qeyd edilməli siyasi hadisələr cərəyan etmişdir. Xüsusilə, başda 
Leninin  olduğu  Rus  kommunistləri,  uzun  zamandan  bəri  bəhs 
edib  dayandıqları  sözdə  demokratiya  davasına  xəyanətlə, 
həyata  keçirdikləri  mütəmadi  intriqalarla  xaraktersiz  və 
mütərəddiddir. 
Rus 
demokrat 
liderlərinin 
əffedilməz 
xətalarından  xüsusilə  1917-ci  ilin  Oktyabr  ayında  Rusiyada 
iqtidarı  qəsb  edərək  azad  insan  düşüncə  və  hərəkətlərinə  sədd 
çəkən kommunist bir rejim təsisinə müvəffəq oldular. 


Azərbaycan  mühacirət irsi 
 
 
214 
Fərdlərini  bir  robot  halına  gətirməklə  qəddar  bir 
diktatorluq  quran  Rus  kommunistləri,  bu  gün  Rusiyada  artıq 
sosializmin gerçəkləşmiş olduğunu iddia edirlər. 
Əcəba,  bu  günkü  Sovetlər  Birliyi  deyilən  fərdlər  və 
millətlər  həbsxanasında  sosializmin  gerçəkləşmiş  olduğunu 
iddia etmək mümkünmüdür? 
Ən bəsit ticarət əlaqələri də daxil olmaqla ümumi iqtisadi 
həyatı  mütləq  nəzarət  altında  saxlamasına  rəğmən,  fərdlərinin 
ən 
zəruri 
ehtiyaclarının 
daha 
müntəzəm 
surətdə 
qarşılanmasında heç bir məsuliyyət  götürmədən sonsuz iqtisadi 
sıxıntılar,  başqa  sözlə  tam  bir  səfalətlə  sabit  olan  bir  rejimdə 
sosializmin gerçəkləşmiş olduğundan necə bəhs edilə bilər? 
Bütün xüsusiyyətlərlə  bir dövlət kapitalizmini xatırladan, 
kəndlisindən  ziyalısına    qədər  bütün  xalq  təbəqələrinin  iş 
həyatları  boyu  məcburi  xidmətə  tabe  edildiyi,  fəqət  çox  ucuz 
qiyməti  olan  bu  bol  müstəhsil    qüvvətə  rəğmən  daimi  bir 
səfalətin  də  bir  an  belə  eskik  olmadığı  bir  cəmiyyətə,  insan 
əməyi istismarının ilgası  demək olan sosializmin gerçəkləşmiş 
olduğu necə iddia edilə bilər? 
Həqiqətən  bu  günkü  Sovetlər  İttifaqı    bir  zamanlar  Lui 
Blnnka  əsasən  bir  ictimai  emalatxana  halına  gəlmişdir.  Fəqət 
bu  fərqlə  ki,  burada  işçi  haqqını  tələb  etməyə  cəsarət  edə 
bilımədiyi  bir  müdir  üçün  qarnını  belə  doyurmadan  eləcə 
çalışmaqla  və  əmsalına  sığmaz  bir  şəkildə  də  istismar 
edilməkdədir. Bütün  bu  ağır çalışma şərtləri  ilə  birlikdə Sovet 
işçisi,  siyasi  hürriyyətlər  bir  tərəfə,  üstəlik  çalışma  hürriyyəti 
kimi  ən  ibtidai  insan  haqlarından  daha  məhrum  buraxılmışdır. 
Məsələn, heç bir Sovet işçisi ümumiyyətlə Sovet fərdi çalışdığı  
müəssisədən ayrılmaq haqqına sahib deyildir. Bu kimi hallarda 
müəssisə  müdirliyinin,  yəni  hökumətin  müvəffəqiyyətinin 
alınması  şərtdir.  Bunun  xaricində  işindən  ayrılanlar  cəzaya 
məhkumdurlar. 
Sovetlər Birliyindəki ictimai ədalətsizlik və bərabərsizlik, 
dünyanın heç bir mədəni məmləkətində yoxdur. Staxanovçuluq, 


Azərbaycan  mühacirət irsi 
 
 
215 
Krivonosovçuluq,  Vineqradovçuluq  və  sair  buna  bənzər  adlar 
altında  xalqın  bütün  təbəqələri  arasında  hasilə  gətirilən 
aristokrat  təbəqələrinin  sahib  olduqları  geniş  imtiyazlara, 
dünyanın  heç  bir  tərəfində  rast  gəlinməz.  Yalnız  bu  Sovet 
aristokratiyası tərəfindən dəstəklənən kiçik bir tiranlar qrupu bu 
böyük  məmləkətin  idarəsini  geniş  xalq  kütlələrinin  arzuları 
xilafına  olaraq,  yalnız  təthiş    və  zülm  sayəsində  əllərində  tuta 
bilirlər. 
Digər  tərəfdən  “Rus  imperializminin  qorxunc  bir  silahı” 
halına  gəlməklə  artıq  bir  ideologiya  olmaqdan  çoxdan  çıxmış 
olan  kommunizm  bu  gün  marksist  internasionalizmindən  artıq 
Rus şovinizmini təmsil etməkdədir. 
Fəqət, insan cəmiyyətinin təbii əsaslarını yıxmaqla təbiət 
qanunlarına  qarşı  çıxan  kommunizmin  “insanlara  hürriyyət, 
millətlərə  istiqlal”  parolunu  mənimsəyərək,  insanlıq  mədəniy-
yətini  də  yaşatmağa  əzm  etmiş  olan  Hür  Millətlərin  bu  dərin 
iman  və  sarsılmaz  iradələri  qarşısında    tez-gec  yıxılacağından 
əsla şübhə edilməməlidir. 
 
“Birləşik Qafqasya”, iyun 1953, N 6 (23). 
  
 
 
 


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə