Azərbaycan mühacirət irsi 1


Azərbaycan  mühacirət irsi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə66/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   ...   62   63   64   65   66   67   68   69   70

Azərbaycan  mühacirət irsi 
 
 
206 
rərəm. Xəlil bəyin də bu fikirdə olduğunu özünüz görərsiniz” – 
dedim.  
Ertəsi gün saat 10-da on nəfərlə Xəlil bəyin yanına gedirəm. 
Xəlil  bəy  bizi  qəbul  edir.  Mən  onları  Xəlil  bəyə  bir-bir 
təqdim edirəm. Tanışlıqdan sonra onların hər biri minlərlə 
imza  atılmış  kağızları  Xəlil  bəyə  göstərdilər  və  hamısı 
birdən: “Möhtərəm bəyimiz, xalqımız istiqlal istəmir, biz də 
istəmirik. Osmanlı dövlətinin bir parçası olmaq istəyirik” – 
dedilər.  Xəlil  bəy  gözəl  söhbəti  ilə  bunları  razı  sala  bildi. 
Onlara  son  söz  olaraq:  “Biz  süngümüzlə  Qafqaza  girdik. 
Siz bizə ilhaq olmaq istəməsəydiniz də biz sizi süngü, ordu 
ilə ilhaq edərdik. Ancaq buna imkan yoxdur. Bizim birləş-
məmizi nə düşmən, nə də dost dövlətlər qəbul edər. Biz sizə 
yardım edər və edəcəyik. İstiqlaliyyət qurub müstəqil yaşa-
manız  üçün  lazımi  qədər  əsgərimizi  göndərəcəyik.  Hər  cə-
hətdən yardım edəcəyik. Öz vətənimiz kimi sizin vətəninizi 
də qoruyacağıq. Evlərinizə dönün və qurulacaq istiqlaliyyə-
ti dəstəkləyin” – dedi. 
Axşam  Məhəmməd  Əmin  və  Nəsib  bəylə  görüşüb  Xəlil 
bəylə  ilhaqçıların  arasında  olan  söhbətin  nəticəsini  bildirdim. 
Onlar  vəziyyətin  belə  nəticə  ilə  qurtarmasından  çox  razı  qal-
dılar.  Sonra  mən  Nəsib  bəyin  “Gəncədə  Nuru  Paşanı  qarşıla-
maq lazımdır. Sabah axşam yola düşəcəyəm” – dedim. 
İlhaqçılar  yeməklərini böyük bir  yeməkxanada  Türk höku-
məti hesabına yeyirdilər. Bir gün mən də onlarla nahar edərkən 
onlar mənə: “Canım, Türk ordusunun oraya getməsinə biz nara-
zı  deyilik.  Bizə  söylədilər  ki,  türklər  gəlmək  istəyirlər,  ancaq 
Seymin üzvləri mane olurlar” – dedilər. Mən də onlara cavabın-
da: “Qardaşlarım, burada qalmağa heç bir ehtiyac yoxdur: “mən 
axşam  yola  düşürəm.  Bu  günlərdə  Ənvər  Paşanın  qardaşı 
Nuru  Paşa  Gəncəyə  gələcək.  Onu  orada  qarşılamaq  lazım-
dır” – dedim.  
Axşam yola düşəcək qatara mindiyim zaman bütün ilhaqçı-
ları da Gəncəyə gedən gördüm. Gəncəyə çatdıq. Dörd aylıq ay-


Azərbaycan  mühacirət irsi 
 
 
207 
rılıqdan sonra anama qovuşdum. Anam ağlayaraq mənə: “Sənin 
bu səfərin çox uzun çəkdi. Sən mənim sonbeşiyimsən. Bir daha 
səni  gözümdən  uzağa  buraxmayacağam”  –  dedi.  Yazıq  anam 
hardan bilsin ki, zalım rus təkrar canlanacaq, rəngini dəyişdirib 
qızıla boyanacaq və zülmünü bir neçə qat artıraraq ölkəmizi iş-
ğal edəcək. Ruslar böyük oğlunu güllələyib şəhid edəcək və sev-
diyi sonbeşiyini də müqəddəs vətənindən didərgin salacaqdı. 
Gəncədə  mənə  xəbər  verdilər  ki,  Nuru  Paşa  Qarabağa 
çatmış, bir gün sonra da Gəncədə olacaq.  Mən dərhal ertəsi 
gün Yevlax stansiyasına hərəkət etdim. Yevlaxda bir saat göz-
lədik. Gəncədən gedən heyət  Nuru Paşanı Qarabağda qarşıla-
mışdı.  İzdihamlı  bir  süvari  dəstəsi  arasında  Nuru  Paşa  Yevlax 
stansiyasına  gəlib  çatdı.  Görüşməmiz    zamanı  Nuru  Paşa: 
“Görüşdüklərimdən  hey  səni  soruşurdum”  –  dedi.  Xalqımız 
Nuru Paşanı  çox təmtəraqlı qarşıladı. Nuru Paşa  ilə  İstanbulda 
Heydərpaşa vağzalında ayrılmışdıq. Ondan sonra başıma gələn-
ləri ona anlatdım, Nuru Paşa özü ilə bərabər gətirdiyi zabitləri, 
çavuşları  və  hərbi  qərargah  rəisi  polkovnik  Nazim  bəyi  Bakı 
cəbhəsinə göndərdi. 
Batumdan  göndərilən  və  Nuru  Paşanın  əmrinə  veriləcək 
hərbi qüvvə ilə əvvəldən almanlarla anlaşmış olan gürcü milləti 
tərəfindən  dəmiryolu  ilə  keçib  Gəncəyə  getməklərinə  icazə 
verilirdi.  Bu  vəziyyət  qarşısında  Cəmil  Cahid  bəyin  koman-
danlığında  olan  alay  Qarsdan  quru  yolla  Ermənistana,  sonra 
Dilican  üzərindən  Qazax  şəhərini  ələ  keçirərək,  Ağstafa 
vağzalına gəlib çatdılar və oradan da qatarla Gəncəyə gəldilər. 
Onları Gəncə xalqı çox təntənəli qarşıladı. Qarşılanma mərasi-
mi aşağıdakı kimi olmuşdur: Gəncə xalqı şəhər meydanına top-
laşmışdı.  Dövlət  idarələri  və  məktəbləri  həmin  gün  işləmirdi. 
Ona görə də müəllimlər dəstə halında öz yerlərini tutmuşdular. 
Müharibə  illərində  Türkiyənin  ruslar  tərəfindən  işğal  edilmiş 
Şərq vilayətlərindən Xeyriyyə Cəmiyyəti tərəfindən toplanaraq 
Azərbaycanın  bir  çox  şəhərlərindəki  uşaq  evlərində  saxlanan 
sahibsiz uşaqlardan dörd yaşından yuxarı olanlar da meydanda 


Azərbaycan  mühacirət irsi 
 
 
208 
dəstə  halında  düzülmüşdülər.  Meydanın  ətrafını  əhatə  etmiş 
əhali  sevincdən  gözləri  yaşarmış  halda  əsgərlərə  baxırdılar. 
Uşaq  evlərindən  gəlmiş  uşaqlar  əsgərlərə  yanaşaraq  onlara 
sarılırlar  və  haralı  olduqlarını  bildirirlər.  Əsgərlər  uşaqlarına 
hər  birisi  ilə  mehribanlıqla  görüşür  və  əzizləyirlər.  Bu  zaman 
maraqlı  bir  hadisə  olur.  Əsgərlərlə  görüşən  uşaqlardan  biri 
atasını  tanıyır  və  ata-oğul  sevincdən  bir-birinə  sarılaraq 
ağlayırdılar.  Ətrafdakı  minlərlə  adam  bu  yaranmış  vəziyyətə 
dözə  bilməyib  ağlayırdılar.  Onlar  dərddən-qəmdən  yox, 
sevincdən ağlayırdılar. 
Gəncə şəhərinin ermənilərlə məskun olan məhəllələri Cəmil 
Cavad  bəyin  alayı  tərəfindən  mühasirə  edilərək  itaətə  məcbur 
olunurlar.  Aylarla  mühasirədə  qalaraq  ərzaqdan  korluq  çəkən 
ermənilər könüllü şəkildə mühasirədən çıxaraq Türk ordusunun 
gəldiyinə  inanırlar.  Bir  erməni  heyəti  də  Nuru  Paşaya 
təşəkkür  etməyə  gəlir.  Artıq  şəhərdə  asayiş  təmin  olunur. 
Türk  və  erməni  xalqı  arasındakı  düşmənçilik  aradan  qalxır. 
Nuru Paşanın komandanlığı altında Osmanlı Türkləri ilə Azəri 
türkləri  yan-yana  Azərbaycan  Cumhuriyyətinin  mərkəzi  olan 
Bakını  xilas  etməyə  qoşulurlar.  Bu  zaman  Bakını  rus,  erməni 
və  ingilis  qüvvələri  müdafiə  etməkdə  idilər.  Onlar  iki  Türk 
qardaşın  birləşmiş  məhmətciklərinə  qarşı  dayana  bilərdilərmi? 
1918-ci il Sentyabrın 15-də hücum nəticəsində erməniləri və 
ingilisləri  Xəzər  dənizinə  tökdülər.  Azərbaycan  hökuməti 
müvəqqəti mərkəzi  olan Gəncədən  Bakıya köçdü. Azərbaycan 
xalqı  və  hökuməti  əl-ələ  verərək,  səylə  hər  sahədə  durmadan 
çalışırdı.  Nuru  Paşanın  təşəbbüsü  ilə  ilk  iş  olaraq  bir  hərbi 
məktəb  açılır  və  Azərbaycan  ordusuna  zabitlər  hazırlamağa 
başlayırlar.  Nuru  Paşaya  xahiş  etməklə  Batumdakı  Vəhip 
Paşanın  sərəncamında  olan  Hüsaməddin  bəyin  də  Gəncəyə 
göndərilməsini  təmin  edə  bildim.  Bakı  düşməndən  tamamilə 
təmizlənə bilmişdi. Ancaq rus qüvvələrinin bir hissəsi Lənkəran 
qəzasını  öz  işğalları  altında  saxlamağa  nail  olmuşdular. 
Azərbaycanın  bir  hissəsi  olan  Lənkəran  da  düşməndən 


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə