Azərbaycan mühacirət irsi 1


Azərbaycan  mühacirət irsi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə70/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   ...   62   63   64   65   66   67   68   69   70

Azərbaycan  mühacirət irsi 
 
 
220 
“Rus  imperializmi  əsarət  altına  saldığı  əski  müstəmləkə 
Azərbaycanın  milli  teatrları,  orkestrləri,  xorları  yox  idi. 
İstedadlı  Azərbaycan  xalqının  zəngin  yaradıcılığı  saz  aşiqləri 
sazandarların
1
 nəfis sənətində əks olunmuşdur.  
Rəsmi sovet məcmuəsində, həm də Moskvada dərc edilən 
bir  məcumədə
3
 
2
bu  sətirləri  yazmaq  nə  qədər  qorxu  bilməyən 
bir  ürək  və  nə  qədər  böyük  bir  cəsarət  tələb  edir.  Mərhum 
bəstəkar  bu  cümlələri  ilə  Azərbaycan  xalq  musiqisinin  tam 
qiymətini təyin etmişdir. 
Azərbaycan  saz  aşıqlarının  ana  yurdudur.  Bu  saz 
aşıqlarının  həm  şifahi  Azərbaycan  ədəbiyyatında,  və  həm  də 
xalq  musiqisində  çox  böyük  bir  rolu  olmuşdur.  Onlar  xalq 
əfsanələrini, həm də yazılı tərzdə deyil, şifahi surətdə nəsildən-
nəsilə keçirən vahid  kültür vəsaitlər olmuşlar.  Onlar  yalnız bu 
əfsanələri  deyil,  eyni  zamanda  Azərbaycan  xalq  musiqisini  və 
onun  mahnılarını  da  nəsildən-nəsilə  keçirən  yeganə  canlı 
vasitələr  olmuşlar.  Saz  aşıqları  bəstələdikləri  bu  xalq 
dastanlarının  əski  təravətini  pozmadan,  onları  hər  dəfə 
zənginləşdirmişlər.  Onların  toylarda,  ziyafətlərdə,  xalq 
şənliklərində,  müsabiqələrdə  hekayə  etdikləri  məzmunlu,  ibrət 
verən  nağıllar,  bir  neçə  il  bundan  əvvələ  qədər  qələmə 
alınmadığından, eyni hekayəni anladan bu və ya digər saz aşığı 
onu  öz  yaradıcılıq  süzgəcindən  keçirmişdir.  Fəqət,  onlar  bu 
dastan  və  əfsanələrin  məzmun  və  mövzularına  toxunmadan 
olduğu kimi saxlamışlar. 
“Dədə  Qorqud”  dastanlarında  qeyd  olunan  ozanlar 
əsrlərdən  bəri  inkişaf  edərək  bu  günkü  saz  aşıqlarına 
çevrilmişlər.  Biri  qopuzunu,  digəri  isə  sazını  köksünə  sıx-sıx 
                                            
1
 
Sazandar-Tar, kamança və dəf çalan milli Azərbaycan musiqi dəstəsi.  
    Burada dəf çalan eyni zamanda xanəndədir. Sazandarlar ən çox şəhərlərdə 
    Toy və təntənəli şənlikləri musiqi ilə şənləndirir.
 
2
 
“Sovetskaya Musika”, N 2, 1938, səh. 37, Moskva. 
 


Azərbaycan  mühacirət irsi 
 
 
221 
basaraq,  bu  musiqi  alətlərindən  çıxan  ahəngdar  səslə  keçmişi 
yeni  nəslə  təslim  etmişlər.  Bu  saz  aşıqları  yalnız  xalq 
mahnılarını  deyil,  həm  də  ən  qədim  zamanlara  aid  xalq 
qəhrəmanlıq  hekayələrini  saz  tellərindən  çıxan  həzin  səslər 
içində dövrümüzə qədər gətirib çıxara bilmişlər. 
“Leyli və Məcnun”, “Koroğlu”, “Şah İsmayıl”, “Gülgəz”, 
“Qaçaq  Nəbi”  və  yüzlərlə  başqa  xalq  dastanlarını  müxtəlif 
şəkillərdə əsrimizə qədər gətirib çıxardıqları üçün saz aşıqlarına 
borcluyuq. 
Azərbaycan  xalq  musiqisi  tarixində  ikinci  görkəmli  yer 
tutan  sazandarlar  olmuşdur.  Bunlar  saz  aşıqlarından  fərqli 
olaraq  mütəxəssis  musiqiçilərdir.  Sazandarlar  ən  çox  şəhər  və 
əyalət  mərkəzlərində  şöhrət  qazanmışlar.  Onlar  daha  çox 
klassik  musiqini  bir  nəsildən  digərinə  keçirmişlər.  Klassik  və 
milli  Azərbaycan  mahnılarının  ilk  nümunələri  olan  “bayatı”, 
“segah”,  “şikəstə”  və  sairə  musiqi  parçalarının  müasir 
dövrümüzə  qədər  gəlib  çıxması  da  bu  sazandarlara  borcludur. 
Bu parçalar Azərbaycan xalq musiqisinin başındakı tacın parlaq 
incisidir. 
XIX  əsrin  əvvəlinə  qədər  xalqın  həyatında  görkəmli  yer 
tutan saz aşıqları bu dövrdən başlayaraq yerini daha çağdaş və 
ixtisaslı sazandarlara vermək zərurəti qarşısında qalmışlar.  
Buna görədir ki, həm Üzeyir, həm də Zülfüqar Hacıbəyli 
əsərlərində hər iki musiqi qrupuna nəzər-diqqəti cəlb edəcək bir 
yer  ayırmışlar.  Hər  iki  bəstəkarımız  həm  saz  aşıqlarından  və 
sazandarlardan  borc  aldıqları  xalq  musiqisinin  üzərində 
çalışmaq  və  onu  bu  günkü  ən  müasir  bir  duruma  gətirmək 
vəzifəsini qarşıya qoymuş və bu sahədə ilk addımı atmışlar. 
Üzeyir  bəy  45  il  bundan  əvvəl  çağdaş  musiqi  notlarına 
yad olan klassıik musiqi parçalarını pianino, violençel və sairə 
yad musiqi alətlərindən bal kimi axıtmaq yolunda çox qiymətli 
bir təşəbbüsdə olmuş və bu sahədə əldə etdiyi müvəffəqiyyətlə 
Azərbaycan musiqi tarixinə çox dəyərli bir yarpaq buraxmışdır. 


Azərbaycan  mühacirət irsi 
 
 
222 
Azərbaycan  ədəbiyyatının  bir  sıra  böyük  ustadları  kimi 
mərhum  bəstəkarımız  da  ilk  yaradıcılıq  fəaliyyətinə  “Leyli  və 
Məcnun” dastanı ilə başlamışdır. 
Hələ  Miladdan  çox  əvvələ  aid  olan  ərəb  əfsanələrindəki 
Leyli və Məcnunun aqibətsiz sevgi macəraları bəstəkarın nəzər-
diqqətini  cəlb  etmiş  və  o,  talesiz  insanın  məhv  olan  sevgisini 
əbədiləşdirməyi düşünmüşdür. 
Dahi  şairimiz  Nizami  Gəncəvi  (XII  əsr)  tərəfindən  ilk 
dəfə  nəzmə  çəkilən  və  Böyük  Füzuli  tərəfindən  tamamlanan 
“Leyli  və  Məcnun”  əfsanəsini  mərhum  bəstəkarımız  ilk  dəfə 
bəstələmiş  və  onu  musiqi  notları  içərisində  əridərək,  yeni  bir 
əsər yaratmışdır. O, bu əsəri ilə kiçik qardaşı Ceyhun Hacıbəyli 
ilə  birlikdə  bu  iki  bəxtsiz  aşiq-məşuqa  yıxılmaz  bir  abidə 
dikəltmişdir. 
“Leyli  və  Məcnun”  operasının  bəstələnməsi  işi  artıq 
1907-ci  ildə  bitmişdi.  Lakin,  bir  sıra  mühüm  məhrumiyyətlər 
dolayısı ilə Türk və Müsəlman dünyasının bu ilk operası 1908-
ci ilin 12 yanvarında “səhnəyə” qoyulmuşdur. Səhnə kəlməsini 
dırnaq  arasına  aldıq;  çünki,  bu  zaman  milli səhnəmiz,  həm  də 
opera  səhnəmiz  yox  idi.  İş  yalnız  səhnə  yoxluğu  ilə  bitmirdi. 
Eyni  zamanda  yetişmiş  artistlərimiz  və  xüsusilə  aktrisalarımız 
yox  idi.  Milli  operamızın  ölməz  banisi  Üzeyir  Hacıbəyli  bu 
durumu nəzərə aldığından tanısığı müəllimləri, musiqisevərləri, 
tələbə və teatr həvəskarlarını ətrafına toplayaraq, mükəməl  bir 
hazırlıqdan  sonra,  1908-ci  ilin  12  Yanvar  axşamı  “Leyli  və 
Məcnun”  operasını  bu  günkü  Azərbaycan  Dram  Teatrının 
binasında ilk dəfə tamaşaya qoymuşdur. Bununla o, bu axşam 
Milli  Azərbaycan  operasının  təməl  daşını  atmışdır.  Buna  görə 
12 Yanvar günü Milli Azərbaycan Operasının dünyaya ilk göz 
açdığı gündür. 
Tamaşanı  tarda  Azərbaycanın  qocaman  tarçısı  Qurban 
Pirimov  müşaiyət  etmişdir.  Məcnun  rolunu  sonralar  böyük 
şöhrət qazanmış mərhum Hüseynqulu Sarablı ifa etmişdi. 


Azərbaycan  mühacirət irsi 
 
 
223 
1908-ci  ilin  məhrumiyyətlərini  anlatmaq  baxımından 
müəllifin  “Leyli  və  Məcnun”  operasının  premyeri  haqda 
xatirələri  çox  maraqlı  və  diqqətə  layiqdir.  O,  dövrünün  ağır 
şəraitini, keçilməsi çətin olan maneələri qısa surətdə izah etmək 
məqsədi  ilə,  istedadlı  bəstəkarın  bu  gün  röya  kimi  görünən 
digər  xatirələrindən  yalnız  birini  buraya  köçürməyi  məqsədə 
çox  uyğun  gördük.  Bu  iktibası  möhtərəm  oxucularımızla 
bərabər  zikr  etdikdən  sonra  Milli  Azərbaycan  operasının  necə 
çətin bir durumda doğulduğunu və onun dikənlərlə dolu inkişaf 
yollarını görə biləcəyik. 
Mərhum  bəstəkar  çox  baha  qiymətə  kirayə  edilən  teatr 
salonunun  həm  musiqiyə  və  həm  də  məzmununa  uyğun 
olmayan  dekordan  bəhs  etdikdən  sonra  xatirələrini  belə 
canlandırır:  “...Misal  üçün,  səhranın  (“Leyli  və  Məcnun” 
operasındakı  səhnə-  M.  M.)  tam  ortasındakı  vahə  səhnəsi 
Qafqaz  dağlarını  əks  etdirən  bir  dekor,  əski  Orta  Şərq 
şəhərlərini isə orta əsr fransız şəhərlərindəki  evləri andıran bir 
tablo əvəz edirdi”
3

Üzeyir  Hacıbəyli  bu  ilk  operası  ilə  Azəri  türklərinin 
musiqi  aləmindəki  zövqün,  xalqla  arasındakı  üzvi  rabitəni 
meydana çıxarmışdır. 
“Leyli  və  Məcnun”  əsərinin  ilk  versiyası  nöqsansız 
deyildi.  Hətta,  əsərin  müəllifi  böyük  bir  təvazökarlıqla  bunu 
etiraf etmiş və onu bu sözlərlə izah etmişdi: 
“...Operanı  (“Leyli  və  Məcnun”  operasını  –  M.  M.) 
yazmaq  fikri  məndə  mürəkkəb  və  zəngin  muğamatı  səhnə 
quruluşu  üçün  xəfifləşdirmək  iştahından  doğmuşdu).  Zatən 
özüm öz əsərimi əsər sanmırdım”
4

Fəqət  bütün  bu  nöqsan  və  qıtlığa  rəğmən  “Leyli  və 
Məcnun”un  premyeri  böyük  bir  həyəcan  və  sevinclə 
qarşılanmışdı.  Onun  ilk  təmsilini  seyr  etmək  üçün  ölkənin 
                                            
3
 
 “Sovetskaya Musika”, N 2, 1938, səh. 58, Moskva.
 
4
 
“Sovetskaya Musika”, N 3, 1938, səh. 69, Moskva.
 


Azərbaycan  mühacirət irsi 
 
 
224 
bütün  yerlərindən  qonaq  gəlmiş  və  yeni  doğmuş  operamıza 
sonsuz  bir  heyranlıqla    tamaşa  etmişdilər.  Əsərin  tamaşası 
böyük  bir  özləyiş  və  təəssüratla  təqib  edildiyindən,  ondakı 
nöqsanların hamısı göz önündən əriyib getmişdi. 
Yenicə  yaradıcılıq  fəaliyyətinə  başlayan  gənc  bəstəkar 
qardaşlar  Üzeyir  və  Ceyhun  bəylər  üçün  bu  çox  böyük  bir 
addım, diqqətə dəyər bir müvəffəqiyyət idi. 
“Leyli  və  Məcnun”  operası    həm  bəstəkarın,  həm  onu 
təmsil  etmək  qərarını  verən  münəvvər  qrupun  və  həm  də  onu 
oynayanların  gözləmədikləri  bir  müvəffəqiyyət  əldə  etmişdi. 
Soyuq  və  qaranlıq  qış  gecələrində  dan  ulduzu  kimi  parlayan 
“Leyli  və  Məcnun”  operası  ağızlardan-ağızlara  dolaşmış  və 
aylarla xalq arasında söhbət mövzusuna çevrilmişdi. 
Dövrünün  bütün  zorakılıq  və  qüsurlarını  nəzərdən 
qaçırmayan Ü. Hacıbəyli artist qüvvəsinin, xüsusilə aktrisaların 
və xüsusi opera binasının yoxluğu kimi mühüm nöqtələri sərf-
nəzər etmişdi. Bu iki keyfiyyəti əvvəlcədən düşündüyündən o, 
bu  tərəfini  çözmüş  və  əsərin  oynanmasını  məharətlə  təmin 
etmişdi.  “Leyli  və  Məcnun”un  belə  bir  müvəffəqiyyəti 
Azərbaycan musiqi sənətinin inkişaf yolunu təyin etmiş və ona 
istiqamət  oxunu  cızmışdır.  Bu  bacarıq  yeni  operalar  və 
operettalar yazmaq üçün gənc bəstəkara tükənməyən bir qüvvə, 
bitməyən bir iradə və sonsuz bir ilham mənbəyi bəxş etmişdi. 
1908-ci  ildən  bu  ana  kimi  Azərbaycan  repertuarından  çı-
xarılmayan  “Leyli  və  Məcnun”  operası  müəllifi  tərəfindən  hər 
il  və  hər  dəfə  işlənilmiş,  təkmilləşdirilmiş  və  dərinləşdirilmiş-
dir. Mərhum bəstəkar gözlərini qapadığı son günə qədər bu ilk 
əsəri üzərində çalışmış və onu ölməz bir əsər halına gətirmişdir. 
Buna görə “Leyli və Məcnun”un sonuncu versiyası ilə ilk ver-
siyası  arasında  yerlə  göy  qədər  bir  fərq  vardır  deyərkən  mü-
baliğə etməyəcəyik. 45 ildən bəri hər il təmsil edilməsinə rəğ-
mən “Leyli və Məcnun” tamaşaya qoyularkən teatr binası dai-
ma çoxlu insanlarla dolur. 


Azərbaycan  mühacirət irsi 
 
 
225 
“Leyli  və  Məcnun”un  qələbəsindən  çalışmaq  mənbəyi 
alan  gənc  bəstəkar  iş  otağını  gecəli-gündüzlü  tərk  etmədən, 
qollarını çırmalamış və işə başlamışdı. Bu səmərəli çalışmaların 
nəticəsi  olaraq  o,  “Şeyx  Sənan”  (1910),  “Rüstəm  və  Zöhrab” 
(1911), “Şah Abbas və Xurşud Banu” (1912), “Əsli və Kərəm” 
(1912) adlı operalarını bəstələmişdir. 
Ü. Hacıbəyli  yalnız Türk operasının deyil, eyni zamanda 
ilk Türk operettasının da yaradıcısıdır. Üzeyir Hacıbəyli bir az 
əvvəl  qeyd  etdityimiz  operalarla  yanaşı  olaraq  “Ər  və  Arvad” 
(1909), “O olmasın bu olsun” və “Məşədi  İbad” (1910) yalnız 
Azərbaycanda  deyil,  həm  də  onun  xaricində  də  böyük 
müvəffəqiyyət  qazanan  “Arşın  Mal  Alan”  (1914)  adlı 
operettalarını  bəstələmişdir.  Bu  əsəri  ilə  o,  yalnız  Azərbaycan 
musiqi  tarixini  zənginləşdirməklə  kifayətlənməmiş,  eyni 
zamanda Azərbaycan operettalığının bünövrəsinə bucaq daşını 
atmışdır. 
Üzeyir  Hacıbəyli  operalarının  mövzusunu  əski  əfsanə  və 
xalq  dastanlarından  götürmüşdür  demişdik.  Musiqi  komedi-
yalarına  mövzunu  isə  o,  gündəlik  həyatdan,  ictimai  aləmdəki 
gerilikdən və dövrünün dərdlərindən almışdır. 
O,  “Arşın  Mal  Alan”  adlı  oprettasına  əski  şərq  ailələrin-
dəki həm oğlanların və həm də qızların bir-birlərini görmədən 
evləndikləri  və  bunun  da  bəzi  hallarda  fəlakətlə  nəticələnməsi 
təsadüflərini  “O olmasın bu olsun” əsərində gənc qızların özlə-
rindən 30-40 il yaşlı olan kimsələrlə evləndirilmələri olaylarını 
çox  ciddi  bir  tərzdə  və  oynaq  bir  musiqi  içərisində  tənqid 
etmişdir. 
Bəstəkar  bu  operettasında  dövrünün  əsarət  pərdəsini  çox 
dərin  və  kəskin  bi  məcazla  yırtmış,  dövrünün  geri  qalmış 
səhnələrini  barışmaz  bir  ruhda  qamçılamışdır.    Bəstəkarın  əsil 
qiyməti də burasındadır. Müəllif çox irticaçı bir mühitdə buna 
cəsarət etmiş və qarşısına qoyduğu məqsədə nail olmuşdur. 
Üzeyir  Hacıbəylinin    operetaları  içərisində  ən  görkəmli 
yeri tutan “Arşın Mal Alan” adlı musiqi komediyasıdır. Bu əsər 


Azərbaycan  mühacirət irsi 
 
 
226 
bəstəkarın  operettalarının  şah  əsəridir.  Məcnun,  ifadə,  mövzu, 
melodiya və oynaqlıq baxımından çox zəngin olan “Arşın Mal 
Alan” yalnız bu günkü Sovet İttifaqı sərhədləri daxilində deyil, 
həm də onun xaricində böyük bir müvəffəqiyyətlə təmsil edil-
mişdir.  
 
“Azərbaycan” jurnalı, yanvar 1953-cü il, N 8. 
 
 
 


Azərbaycan  mühacirət irsi 
 
 
227 
  
 
MÜNDƏRİCAT 
 
Ön söz ........................................................................................... 4 
Məhəmməd Əmin Rəsulzadə ....................................................... 15 
Mirzə Bala Məmmədzadə ............................................................. 50 
Ceyhun Hacıbəyli ......................................................................... 71 
Əhməd Cəfəroğlu ......................................................................... 75 
Kərim Odər ................................................................................... 78 
Hüseyn Baykara ............................................................................ 81 
Əbdürrəhman Fətəlibəyli – Düdənginski ..................................... 86 
Məhəmməd Kəngərli .................................................................... 155 
Əbdülvahab Yurdsevər ................................................................. 166 
Əhməd Qaraca .............................................................................. 171 
Çingiz Göygöl  ............................................................................. 175 
Nağı Şeyxzamanlı ......................................................................... 185 
Süleyman Təkinər ......................................................................... 212 
Məcid Musazadə  (Qarsalani) ...................................................... 218 
 
 
 
 
 
 
 
 
 


Azərbaycan  mühacirət irsi 
 
 
228 
 
 
 
 
 
 
 
 
 
 
A
A
Z
Z
Ə
Ə
R
R
B
B
A
A
Y
Y
C
C
A
A
N
N
 
 
 
 
 
 
M
M
Ü
Ü
H
H
A
A
C
C
İ
İ
R
R
Ə
Ə
T
T
 
 
İ
İ
R
R
S
S
İ
İ
 
 
 
 
 
 
 
 
 
 
 
 


Azərbaycan  mühacirət irsi 
 
 
229 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
«Elm və Təhsil» nəşriyyatının  direktoru: 
professor Nadir MƏMMƏDLİ 
 
Kompüter dizayneri: Zahid Məmmədov 
Texniki redaktor: Rövşanə Nizamiqızı 
 


Azərbaycan  mühacirət irsi 
 
 
230 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yığılmağa verilmiş 05.07.2011. 
Çapa imzalanmış 15.09.2011. 
Şərti çap vərəqi 14,5. Sifariş № 498. 
Kağız formatı 60x84 1/16. Tiraj 1500. 
 
Kitab «Elm və Təhsil» nəşriyyat-poliqrafiya 
müəssisəsində səhifələnib çap olunmuşdur. 
E-mail: elm_ve_tehsil@box.az 
Tel: 497-16-32; 050-311-41-89 
Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev döngəsi 8/4.
 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə