Azərbaycan müasir poeziyasının görkəmli nümayəndələrindən biri



Yüklə 229,28 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix17.11.2017
ölçüsü229,28 Kb.
#11009
1   2   3   4   5   6   7   8

 

  Nəbi Xəzri, 

  Xalq şairi 

 

“Unutmaq olmaz ki, bu mühacirlər yaşadıqları 



ölkənin, indiki halda Türkiyənin elmi və ictimai 

həyatında mühüm və  əlamətdar rol oynamışlar. Onların 

bu və ya başqa ölkənin ictimai fikir tarixinə verdiyi 

töhfələr ümumi türk xalqlarının elmi, ədəbi və  mədəni 

həyatının ayrı-ayrı istiqamətlərinin formalaşmasına 

faydalı və əvəzsiz olmuşdur”.  



 Vaqif Arzumanlı, 

                   Professor, Əməkdar elm xadimi 

 

“Vətəndaşlıq, mücahidlik, fədailik... Almas 



İldırımın azadlıqsevər poeziyası bu qüdrətli qaynaqlar 

üzərində yüksələn  şair  şəxsiyyətinə söykənir. Lakin bu 

poeziya çılpaq siyasi şüarları deyil, tarixi ənənələrlə, qan 

yaddaşı ilə çağdaş dövrə çatmış  həqiqətləri müdafiə 

edir”. 

    Nazif Ələkbərli, 

                              Tənqidçi-ədəbiyyatşünas 



 

“Almas  İldırım dövrünün güzgüsü idi. Nə maddi 

sıxıntılar, nə körpə balalarının ölümü, nə  də  vətəndən 

uzaqlıq onun şairlik qüdrətini, sönməz ilhamını 

susdurmamışdı.” 

    Maarif Teymur, 

        Ədəbiyyatşünas, publisist 

 




 

“Şair Almas İldırımın imanı və inamı vətənlə bağlı 

olmuşdur. Hər cür ziddiyyətlərdə, ağrı  və  əzablarda, 

axtarış  və araşdırmalarda onun başı üstündə bir tanrı 

olub, bu tanrı heç vaxt dəyişməyib. Adı “Vətən”dir.” 

 

      Kamil Vəliyev, 

Filologiya elmləri doktoru, Professor. 

 

“Bütövlükdə Almas İldırım poeziyası 



Azərbaycana qarşı yeridilən haqsız siyasət,  ədavətə  və 

düşmənçiliyə qarşı bir hayqırtı kimi səslənir.” 

 

     Vaqif Sultanlı, 



    ədəbiyyatşünas 

 

 



“İnsanlara hürriyyət, millətlərə istiqlal!” A.İldırım 

poeziyasının  əsas milli, demokratik prinsipidir. Bu 

prinsip isə  hələ Azərbaycan Xalq Cümhuriyyətinin 

yaradıcılarının müdafiə etdiyi əsas dəyərlərdən biri 

olmuşdur. 

  Elnarə Bəşirova, 

     Filologiya elmləri namizədi 

    

 

 



 

  

 



“Almas  İldırım türk milli birliyinə, türkün tarixi 

böyüklüyünə, insanlıq topluluğu içindəki seçkin 

mövqeyinə, türk kültürünün özəl qiymətinə  və böyük 

 




ulusunun  şanlı  və parlaq istiqlalına bütün varlığı ilə 

inanmış və ülküsünü Türkiyədə çıxan bir çox dərgilərdə 

cəsarət və mətanətlə müdafiə etmiş bir şairdir. 

 

    Caferoğlu Ahmed (Türkiyə), 

    ədəbiyyatşünas.  

Azeri edebiyatından istiklal mücadilesi izleri, 

 

 

Azerbaycan Yurt Birligisi, II, İstanbul, 1932. 



 

Almas İldırımın həyat və yaradıcılığının 

əsas tarixləri 

 

  1907. 



Bakı  şəhərində, Çəmbərəkənddə kiçik tacir 

ailəsində anadan olmuşdur. 

  1914-15.  Bakı  şəhərində neft mədənlərində  işləməyə 

gəlmiş İran fəhlələrinin uşaqları üçün açılan 

“İttihad” məktəbində oxumağa başlamışdır. 

  1925. 


“İttihad”-ı bitirən A.İldırım təhsilini davam 

etdirmək üçün Bakının  ən yaxşı  təhsil 

ocaqlarından biri hesab edilən A.Şaiq adına 

Nümunə  məktəbinə daxil olur. Bu məktəb 

Azərbaycanda çox böyük ehtiyac hiss edilən 

müəllimlik peşəsi üzrə mütəxəssislər 

hazırlayırdı. 

Onun bizə  gəlib çatan ilk şeirlərindən biri 

“Qaldı” rədifli qoşmasıdır ki, onun 

“Ittihad”da yazıldığı ehtimal olunur. 

1927. A.Şaiq adına Nümunə 

məktəbini 

bitirdikdən sonra o Bakı Dövlət 

 




Universitetinin  Şərq fakultəsinə daxil olur. 

Az sonra tacir oğlu olduğu üçün ali 

məktəbdən xaric edilir. A.İldırım 

bolşeviklərin hakimiyyətinə qarşı etiraz və 

qəzəb dolu “Dağlara vida” şeirini həmin il 

Qızılburunda (indiki Dəvəçi  şəhərində) 

yazmışdır. 

 

 



1927-ci ildə A.İldırım “Azərbaycan Proletar 

Yazıçıları  Cəmiyyəti”nin üzvü kimi bədii yaradıcılığını 

davam etdirir. “Gənc qızıl qələmlər” adlı  məcmuədə  

onun bir neçə şeiri dərc olunur. 

A.İldırım 20-ci illərin ortalarından öz ədəbi 

həmkarları  tərəfindən ciddi hücum və  tənqidlərə  məruz 

qalmış, “qırmızı” imperiya Təhlükəsizlik idarəsinin 

daimi nəzarətində olmuşdur. 

 

1929.  


A.İldırımı siyasi əqidəyə görə    Dağıstana 

sürgün  


edirlər. “Dağıstan füqərası” 

qəzetinin redaktoru Məmməd Kazım 

Ələkbərlinin yaxından köməyi ilə orada 

müxbir vəzifəsinə  işə düzəlir və  həmin 

 qəzetdə  dərc etdirdiyi şeirləri ilə  əhali 

arasında böyük nüfuz qazanır. 

1930.  

Şairin “Dağlar səslənirkən” adlı ilk kitabı 



Azərnəşr tərəfindən çap olunur. Həmin 

kitab kommunizm əleyhinə fikirlər aşılayan 

 

10 



bir əsər kimi mağazalardan yığılıb müsadirə 

olunmuşdur. 

1931.  

 “Səlimxan” poemasını yazmışdır.  Əsərdə 



dağlıların vaxtilə Çar Rusiyasına qarşı 

istiqlaliyyət uğrunda apardıqları 

mübarizədən bəhs edilir. Hər an həbs 

olunacağını  gözləyən A.İldırım həmin ildə 

Dağıstandan Bakıya qayıdır, 1931-ci ildə 

onu yenidən Aşqabada sürgün edirlər. 

1932.  

Bir 


müddət orta məktəbdə  dərs deyən 

Almas  İldırım tezliklə Türkmənistandakı 

 Azərbaycan türklərinin qayğılarını  əks 

etdirən “Zəhmət” qəzetinə  işə düzəlir. Bu 

qəzetdə onun bir çox şeirləri, məqalələri və 

reportajları çap   edilmişdir.  Şair burada 

əslən azərbaycanlı olan Zivər xanımla 

evlənmiş  və onların Azər adlı  oğlu 

olmuşdur. 

1933.  


Almas 

İldırım ona qarşı edilən təqiblərə 

 dözməyərək iyun ayında ailəsi ilə birlikdə 

İrana keçir. 

1934.  

Almas 


İldırım İrandan Türkiyəyə getmişdir. 

Orada onu Türkiyə Cümhuriyyətinin 

vətəndaşlığına qəbul etmişlər. O, burada 

məskunlaşdıqdan sonra müəllim vəzifəsində 

işləməyə başlamışdır. 

1935.  


1935-ci 

ildən başlayaraq o, dövlət işinə 

götürülür və ömrünün sonuna qədər dövlət 

məmuru kimi, Qarabeganda, Elazığda, 

 

11 



Yüklə 229,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə