Azərbaycan müasir poeziyasının görkəmli nümayəndələrindən biri



Yüklə 229,28 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix17.11.2017
ölçüsü229,28 Kb.
#11009
1   2   3   4   5   6   7   8

məruzəçini şairin həyat və yaradıcılığı ilə bağlı kitablar 

və ya ədəbiyyat siyahısı ilə  təmin etsələr onların işini 

xeyli asanlaşdırmış olarlar. 

Bədii  ədəbiyyatın təbliği kitabxanalarda daha çox 

yayılmış ədəbi-bədii gecələr üsulu ilə də həyata keçirilir. 

Bu tədbir forması oxucularda biliyin artmasına 

səbəb olur, tərbiyəvi  əhəmiyyət kəsb edir, bədii 

ədəbiyyata maraq oyadır, bədii zövqü formalaşdırır və 

ciddi mütaliəyə maraq yaradır. 

Almas  İldırımın yubileyi ərəfəsində “A.İldırım 

poeziyasında vətən həsrəti”, “Nakam həyatın səlnaməsi”, 

“Almas  İldırımın poeziyasında dağlar mövzusu”, 

“Çəkilməz dərddir – qürbət” və s. mövzularda ədəbi-

bədii gecələr keçirmək məsləhətdir. 

Bildiyiniz kimi ədəbi-bədii gecənin proqramı 

adətən iki hissədən: rəsmi və bədii hissədən ibarət olur. 

Gecədə ifadəli oxuya və  şairin  şeirlərini intonasiya ilə 

dinləyicilərə çatdırmağa geniş yer verilir. Çalışmaq 

lazımdır ki, tədbirin həm rəsmi, həm də bədii hissəsi bir-

birini tamamlasın, canlı  və maraqlı keçsin.  A.İldırımın 

100 illiyinə  həsr olunmuş  ədəbi-bədii gecəyə hazırlıq 

dövründə kitabxanada aparılan bütün işlərdə oxucuların 

fəal iştirakını  təmin etmək lazımdır.  Ədəbi-bədii 

gecələrdə yuxarı sinif şagirdlərinin ifasında  şairin 

şeirlərinin səslənməsi, şeirlərə bəstələnmiş vətən həsrətli 

mahnıların ifa edilməsi tədbirin canlı, maraqlı  və 

yaddaqalan keçməsinə  təsir göstərər.  İmkan olsa, bədii 

özfəaliyyət kollektivlərini də dəvət etmək olar. 

 

34 



Almas  İldırımın yaradıcılıq irsinin kitabxanalarda 

təbliğ edilməsində oxucu konfranslarının keçirilməsi də 

olduqca önəmli bir vəzifədir. Qeyd olunan tədbir çox 

məsuliyyətli və ciddi bir prosesdir. Ona görə 

kitabxanaçılar əvvəlcədən bu işə xüsusi hazırlıq görməli 

və plan tutmalıdırlar. Həmin planda oxucu konfransının 

aparıcısı  və  iştirakçılar dəqiq göstərilməlidir. Tədbirin 

maraqlı və canlı keçməsini təmin etmək üçün məktəbin 

ədəbiyyat müəllimlərini, 

şair və yazıçıları, 

ədəbiyyatşünasları, şairin yaradıcılığının tədqiqatçılarını 

bu işə cəlb etmək çox yaxşı olar. 

Oxucu konfransının hazırlıq işlərinə fəal oxucuların, 

yuxarı sinif şagirdlərinin cəlb edilməsi, onlardan ən 

fəallarına və Almassevərlərə  çıxışlar üçün mövzuların 

verilməsi keçirilən tədbirin tam əhatə olunmasını  təmin 

edər. 

Kitabxanaçılar oxucu konfransını 



aşağıdakı 

mövzular üzərində qura bilərlər: 

1. “Almas  İldırımın yaradıcılığında milli istiqlal 

ideyaları”; 

2. “A.İldırım - Azərbaycan mühacirlərinin milli 

istiqlal mübarizəsində” 

3. A.İldırımın yaradıcılığında vətən həsrəti və qürbət 

motivləri” 

4. “A.İldırım irsində türk xalqlarının azadlığı, 

türkçülük ideyaları”; 

5. “A. İldırım - rus-sovet əsarətinin ittihamçısıdır”. 

Oxucu konfransının aparıcısı tədbiri 5-10 dəqiqəlik 

qısa giriş sözü ilə açmalıdır. Aparıcı giriş sözündə 

 

35 




ümumiyyətlə Azərbaycan mühacir ədəbiyyatından 

söhbət açmalı, onun görkəmli nümayəndələrindən bəhs 

etməlidir. Bu günə kimi bu mövzunun az öyrənilməsinin 

səbəbləri haqqında qısaca da olsa danışmalıdır. Daha 

sonra isə A.İldırımın mühacir ədəbiyyatında tutduğu 

mövqedən, onun yaradıcılığının  əsas cəhətlərindən, 

nakam taleyindən bəhs etməlidir. Aparıcı müzakirə 

olunan məsələlərin mühüm məqamlarına toxunmalı, 

çıxışlara ümumi istiqamət verməlidir. Tədbirdə  vətənin 

istiqlalı  və müstəqilliyi uğrunda mübarizələrdə ömür-

gününü bəlalara düçar etmiş  şairin zəngin  ədəbi 

yaradıcılığı haqqında məruzələrlə yanaşı, onun yurd, 

torpaq, vətən həsrətli qürbət  şeirlərinə  də geniş yer 

verilməlidir. Bu şeirlər həvəskar oxucular, məktəbli 

şagirdlər tərəfindən səlis tələffüz və gözəl intonasiya ilə 

ifa olunsa tədbir iştirakçılarına gözəl təsir bağışlar. 

Konfransın keçirildiyi otaqda şairin portretinin 

asılması,  əsərlərindən ibarət kitab sərgisinin təşkil 

edilməsi və onun haqqında sitatların yazılması 

məsləhətdir.   

Oxucu konfransları  şairin  ədəbi irsini öyrənməyin 

mühüm vasitəsi kimi böyük əhəmiyyətə malikdir. 

Sonda konfrans materialları: oxucuların rəyləri, 

protokol və ya stenoqram, hazırlıq planı toplanılır və 

kitabxanada saxlanılır. 

MKS-də kitabxanaçının gənclərlə  və yeniyetmə 

oxucularla qrup halında aparılan iş formalarına disputlar, 

dəyirmi masa ətrafında görüşlər, stend və guşələrin 

hazırlanması  və s. daxildir. Bu tədbirlər ona görə 

 

36 




əhəmiyyətilidir ki, oxucular, məktəblilər aparıcı ilə üz-

üzə olur, onları maraqlandıran suallara birbaşa cavab 

tapa bilirlər. 

Disputun maraqlı və səmərəli keçirilməsi aparıcının 

düzgün seçilmərindən çox asılıdır.  Əsas  şərt odur ki, 

hazırlıqlı kitabxanaçı  və ya hər hansı  təşkilatdan dəvət 

olunmuş aparıcı    gənc oxucularla təmas qura bilsin, 

onları açıq, canlı söhbətə cəlb etməyi bacarsın. 

Bütün tədbirlərdə olduğu kimi disputda da 

keçiriləcək mövzu maraqlı  və düzgün seçilməlidir ki, 

oxucuları bir araya toplaya bilsin. 

Bunları nəzərə alaraq yaxşı olardı ki, kitabxanaçılar 

A.İldırımın həyat və yaradıcılığı ilə bağlı 

“Vətənpərvərlik və  gənclik”, “Vətən eşqini özündə 

gəzdirən şair”, “Azərbaycanın didərgin salınmış övladı”, 

“Tufanla doğulmuş  şair” və s. mövzularda disputlar 

keçirsinlər. 

Bu kimi tədbirlərdə oxucular A. İldırım kimi 

vətənpərvər bir şəxsiyyətin yaradıcılığına yaxından 

bələd olur, bu görkəmli  şair haqqında bilik və 

məlumatlarının səviyyəsini artırır, digər tərəfdən isə 

şairin keçdiyi əzablı,  şərəfli həyat yolu onların mənəvi 

tərbiyəsinə, milli təfəkkürünün genişlənməsinə böyük 

təsir göstərir. 

Disputun və ya dəyirmi masa ətrafında görüşlərin 

canlı, oxucuların fəal iştirakı ilə keçirilməsi onların bir 

şəxsiyyət kimi formalaşmasına, mənəvi keyfiyyətlərinin 

inkişaf etdirilməsinə  səbəb olur, eyni zamanda 

A.İldırımın  ədəbiyyat və ictimai-siyasi tariximizdəki 

 

37 




tutduğu roluna aid məlumatlarını genişləndirməyə 

kömək edir. 

Hal-hazırki zamanda ərazilərimizin 20%-nin işğal 

olunduğu doğma torpaqlarının həsrəti ilə başqa şəhər və 

rayonlarda məskunlaşmış minlərlə insana A.İldırımın 

yaradıcılığı ilə tanışlıq çox şey verə bilər. Vətən həsrətli, 

niskilli və mübariz şeirlərin məcburi köçkün və 

qaçqınlar arasında təbliği onlarda milli mübarizlik 

əzmini, vətənə  məhəbbət hisslərini gücləndirər,  vətən 

həsrətini çəkməkdə A.İldırımın  şeirləri təsəlli ola bilər. 

Ümidlərini sönməməyə  və geci-tezi öz yurd-yuvalarına 

dönəcəklərinə inam hissi aşılaya bilər.  

Oxucuların və  gənc nəslin mənəvi tərbiyəsində 

Almas İldırımın həyat və fəaliyyəti ilə bağlı söhbətlərin, 

anım gecələrinin,  şairin yaradıcılığına həsr edilmiş 

kitablarla tanışlığın, kitabxanalarda “Almas İldırım 

guşəsi”nin yaradılması bu böyük şairin xatirəsinə  dərin 

hörmət və məhəbbət hissinin bariz nümunəsidir.  

 Kitabxanalarda A.İldırımla bağlı keçirilən tədbirlər, 

o cümlədən  şifahi təbliğat oxucuların  əxlaqi saflığına, 

vətənpərvərlik, milli iftixar hisslərinin inkişafına 

köməklik göstərməkdə əyani vasitələrdən biridir. 

A.İldırımın yaradıcılıq irsinin dərindən öyrənilməsi 

üçün MKS-nin mərkəzi kitabxanaları, həmçinin onların 

filialları  şifahi təbliğatın  ən aktual formalarından biri 

sayılan sual-cavab gecələrindən də  məqsədəyönlü 

şəkildə istifadə etməlidirlər. 

Sual-cavab gecələrinin keyfiyyətli hazırlanması 

üçün mövzu ilə bağlı sual seçiminə, onların aktuallığına 

 

38 




və rəngarəngliyinə xüsusi fikir verilməlidir. Şairin həyat 

və yaradıcılığı ilə bağlı sualları  aşağıdakı formada 

qurmaq olar: 

1. “Azərbaycan mühacir ədəbiyyatının 

nümayəndələrindən kimləri tanıyırsınız?” 

2. “Onların məqsəd və məramı nə idi?” 

3. “Onu vətəndən didərgin salan səbəbləri deyə 

bilərsinizmi?” 

4. “Şairin yaradıcılığında vətən həsrəti və qürbət 

motivləri  əsasən hansı  şeir nümunələrində 

verilmişdir?” 

5. “Almas  İldırım yaradıcılığının ana xəttini nə 

təşkil edirdi?” 

6. Şairin yaradıcılıgında bu günlı  səsləşən hansı 

mövzudur? 

Kitabxanalarda sərgilərin təşkili  əyani təbliğat 

formasının  ən geniş yayılmış üsuludur. Bütün 

kitabxanalarda məqsədinə  və  ədəbiyyatın məzmununa 

görə sərginin iki növü fərqləndirilir: 1) yeni daxil olmuş 

kitabların məlumat sərgiləri;  2) tövsiyə mövzu sərgiləri. 

Yeni daxil olan kitabların sərgisi həmin kitablar 

haqqında oxuculara müntəzəm olaraq əyani  şəkildə 

məlumat vermək məqsədi daşıyır. 

Mövzu sərgilərinin məqsədi isə müəyyən bir 

mövzuya həsr olunmuş kitabları oxuculara əyani şəkildə 

tövsiyə etməkdən ibarətdir. 

A.İldırımın yubileyinə hazırlıq dövründə 

kitabxanaçılar şairin yaradıcılığını əks etdirən məzmunlu 

kitab sərgiləri təşkil etməli, foto-stendlər və kitabxana 

 

39 




plakatlarının geniş imkanlarından yetərincə istifadə 

etməlidirlər. Belə  sərgilərin təşkili keçirilən tədbirlərin 

daha da təsirli olmasına, oxucuların geniş marağına 

səbəb olar. 

Şairin həyat və yaradıcılığına həsr olunmuş 

kitabların azlığını  nəzərə alaraq sərginin tərtibi zamanı 

dövri mətbuat səhifələrində  nəşr olunan materiallara da 

xüsusi yer verilməlidir. 

Aşağıda isə fikrimizi əyani surətdə  əsaslandırmaq 

üçün “Almas İldırım-100” adlı kitab və dövri mətbuat 

sərgisinin təxmini sxemini veririk: 

 

 



 

20 


 

 



 

2

17



5

3

4



6

7

 



 

8

9



10

 

 



 

14

11



15

12

13



16

 

 



17

18

19



 

 

 

20 

Başlıq: “Almas İldırım – 100”

 

1. Almas İldırımın şəkli. 



 

40 



2. Almas  İldırım. Qara dastan: şeirləri və poemaları: 

B.:- “Aydın”  İstehsalat Kommersiya Mərkəzinin 

mədəniyyət Qurumu, 1994.-143s. 

3. Seçilmiş əsərləri.-B.: - “Öndər”, 2004.-159s. 

4. İbrahimli X. Azərbaycan siyasi mühacirəti (1920-

1991-ci il).-B.:- Elm, 1996.- 304s. 

5. Azərbaycanın didərgin salınmış övladı,  şair Almas 

İldırım  şerlərilə.-B.:-Azərbaycan Jurnalistlər  İttifaqı, 

1990.- 30s. 

6. Sitat: Cavanlarımız Almas İldırımın “yanan 

ürəyindən gələn alovlu şeirlərini oxumaqla vətən 

eşqi, el-yurd sevgisi, fədakarlıq və inam dərsi 

alacaqlar”  

      Bəkir Nəbiyev, 

Filologiya elmləri doktoru, akademik. 

 

7. Sitat: “Almas İldırımın doğma Azərbaycanda çəkdiyi 



keçməkeşlər, sürgün illəri və ya məcburi 

sərgərdanlığı, nəhayət, qürbətdə keçirdiyi ömür 

parçası onun yaradıcı həyatını da müəyyənləşdirmiş, 

yeni düşüncə  və duyğular üçün təkan vermişdir. 

Şairin qürbət düşüncələri onun bütün varlığından, 

səmimi etiraflarından süzülüb gəlir və buna görə  də 

böyük səmimiyyət poeziyası adlandırmağa layiqdir” 

 

  Ələkbərli Nazim, 

          Tənqidçi-ədəbiyyatşünas. 

 

 



41 


8. Bəşirova E. Milli azadlıq mübarizi Almas İldırım.-

B.:- Qartal, 1999.- 71s. 

9. Ələkbərli N. Üç budaq: Əhməd Cavad, Mikayıl 

Müşfiq, Almas İldırım.-B.:-Gənclik, 1999.-191s. 

10. Nəbiyev B. Didərgin şair.-B.:-Sabah, 1995.-134s. 

11. Sitat: “Almas İldırımın  ən yaxşı  əsərləri zaman 

keçdikcə öz məna və  əhəmiyyətini itirmir, əksinə, 

ona çağdaşlarımızın mənəvi ehtiyacı daha da artır”. 

 

  Mərkəz Yönətim, 

       Türk ədəbiyyatşünas-alimi. 

 

12. Vətən bir çıraqdı, sən bir pərvanə, 



Dolanıb başına, qıyardın cana, 

Bilmədinmi düşər yurd sevən qana? 

Sən də millət üçün yandın dedilər. 

 

Qoyaraq millətin qəlbini dağlı, 



Düzdülər qurşuna qolları bağlı, 

Altay qəhrəmanı, Türküstan oğlu, 

Dünyaya dəyər bir candın dedilər. 

      Almas İldırım, 

                                          “Böyük şəhidimizə” şeirindən. 

13. Xəzri N. Allahım, mən neçin şair doğuldum //Ədəb. 

və incəsənət.-1990.-30 noyabr.-S.3. 

14. Baykara H. Azərbaycan istiqlal mübarizəsi tarixi.-

B.:-Azərnəşr, 1992.-276s. 

15. Bəşirova E. Almas İldırım yaradıcılığında qadın 

azadlığı // Elturan.-1997.-N1-2 S.31-34. 

 

42 



16. Məsimoğlu M. Nerdə məni gül qoynunda doğuran... 

//Yeni Azərbaycan.-2001.-24 avqust.-S.8-9. 

17. Teymur H. Mühacirlərimiz //Azadlıq.-2006.-18 

mart.- S.3 

18. Yusifli V. Qara dastan // Yeni Azərbaycan.-2003.-27 

iyul.-S.8. 

19. Bu kitabları oxuyun. 

20. Sitat: “Onun şeirlərindəki musiqi də həsrət və qürbət 

musiqisidir, onların hərəsi özlüyündə bir ayrılıq 

mahnısıdır. Onları oxuyarkən yanmamaq və 

ağlamamaq mümkün deyil.” 

      Doktor Cavad Heyət

       “Varlıq” jurnalının baş redaktoru. 

 

Kitabxanalarda tədbirlərin keçirilməsinə kömək 



məqsədilə vəsaitin sonunda tövsiyə ədəbiyyat siyahısının 

verilməsi vacibdir. 

 

 

 



 

 

 



Ədəbiyyat siyahısı 

İnternetdə: 

 

www.google.az

www.azadses.org

www.elazig.gov.tr

 

43 




www.aygazate.com

www.bizimasr.media-az.com

www.yenisafak.com.tr

www.huseyn.guliyev.com

 

Kitablar 

 

1. Almaszadə Y. Dağlar səslənirkən: [Şerlər].- B.: 

Azərnəşr, 1930.- 94 s. Latın əlifbasında 

2. Bəşirli E. Milli azadlıq mübarizi Almas İldırım.- B.:- 

Qartal, 1999.- 71 (I) s. 

3. Ələkbərli N. Üç budaq: Əhməd Cavad, Mikayıl 

Müşfiq, Almas İldırım.- B.:- Gənclik, 1999.- 191 s. 

4. İldırım A. Azərbaycanın didərgin salınmış övladı şair 

Almas İldırımın şerlərilə.- B.: Azərbaycan, 1990.-  

     30 s. 

5. İldırım A. Seçilmiş əsərləri.- B.: Öndər, 2004.- 159 s. 

6. İldırım Almaszadə. Azırbaycan yazıçıları. 

Ensiklopedik məlumat kitabı.- B.: Önər.- 1995.- 

s.220-221 

7. İldırım Almaszadə. XX əsr Azərbaycan yazıçıları / 

Ensiklopedik məlumat kitabı. B.: Nurlar.- 2004.- 

     s. 420-421 

8. Nəbiyev B. Didərgin  şair: (Almas İldırımın 

yaradıcılıq yolu) / Azərb. EA, Nizami ad. Ədəb. 

Muzeyi.- B.: Sabah, 1985.- 134 (2) s. 

9. Yıldırım A. Qara dastan: Şer və poemalar.- B.: 

Azərbaycan, 1994.- 143 s. 

 

 

44 




 

Dövri mətbuat:

  

1. “Didərgin 

şair”, [B.Nəbiyevin A.İldırımın 

yaradıcılığına həsr olunmuş “Sabah” nəşriyyatında 

çapdan çıxmış eyni adlı monoqrafiyası haqqında] // 

Azərbaycan. – 1995. – 23 may.- S.4 

2. “İgidlərə çağırış kitabına ön söz”: (Azərbaycanın 

mühacir  şairi Almas İldırım haqqında) // Ədəb. və 

incəsənət.- 1990.- 25 may.- S.3 

3. Alimin nəcib addımı: [Akademik Bəkir Nəbiyevin 

Almas  İldırım haqqında yazmış olduğu “Didərgin 

şair” monoqrafiyasının Ankarada türk dilində 

çapdan çıxması haqqında] // Azərbaycan.- 1999.- 22 

sentyabr.- S.2 

4. Almas Azər bəy. Almas İldırımın oğlu 

qonağımızdır: [İstambulda Milten şirkətinin Texniki 

işlər üzrə planlaşdırma 

şöbəsinin müdiri 

qonağımızdır] / Görüşdən qeydləri Almaz 

Binnətova yazdı // Ədəb. və incəsənət.- 1990.- 10 

avqust.- S.3 

5. Almas  İ. Arazla dərdləşmə. (Şeir) // Yeni 

Azərbaycan. – 2005. – 22 aprel. – S.12 

6. Almas İ. : “Mən uzaq bir Göy gölün yolunda böylə 

soldum.” [Şairin kitabının Türkiyədə  nəşri] // 

Ədəbiyyat qəzeti.- 2006.- 27 yanvar. - S.3 

7. Almas  İldırımı xatırlayaraq: [Respublika Elmlər 

Akademiyasında Almas İldırımın anadan olmasının 

 

45 



90 illiyinə  həsr edilmiş elmi konfrans haqqında] // 

Azərbaycan.- 1997.- 17 oktyabr.-S.2 

8. Babayeva R. Vətən həsrəti. // Azərbaucan mühacir 

ədəbiyyatının görkəmli nümayəndəsi Almas İldırım 

haqqında // Azərbaycan ordusu.- 2006.- 1 fevral.- 

S.4 


9. Elsevər M. Vəhdəm gecəsi: [A.İldırım – 90] // Xalq 

qəzeti. – 1997. – 23 oktyabr. – S.5   

10. Əbdülrəhmanlı, Uluxanlı A. Almas İldırımın ekran 

taleyi // Ədəbiyyat.- 1990.- 30 mart.- S.5 

11. Ələkbərli N. Boğulmaqdan qurtulmuş  səs (Almas 

İldırım – 90) // Azadlıq.- 1997.- 25 mart.- S.7 

12. Ələkbərli N. Xalq qəlbi cənnətdir girə bilənə... : Və 

ya Almas İldırımın  şair oğlu Araz Elmasın portret 

cizgiləri // Azərbaycan.- 1992.- 25 noyabr.-S.3  

13. Ələkbərli N. Azərbaycan Petefisi. Almas İldırım – 

100 // Azərbaycan.- 1998.- № 1-2.- S.147-149 

14. Əliyeva A. Boğulmayan səs: [Azərbaycan 

Jurnalistlər  İttifaqı idarə heyətinin sədri Hacı 

Hacıyevin tərtib etdiyi “Azərbaycanın didərgin 

salınmış övladı Almas İldırımın  şerlərilə” kitabı 

haqqında] // Azərbaycan.- 1991.- 22 fevral.- S. 4 

15. İldırım A. Oxu məni özümdən; [Şeirlər] // 

Ədəbiyyat qəzeti.- 2006.- 27 yanvar.- S.3  

16. Kəbutər; Aynurə. Nə düşər yurdu batmış bir igidin 

payına: [Almas İldırımın doğum günü münasibətilə] 

/ Yeni Azərbaycan. – 2002. – 26 aprel. – S.11 

17. Qabilqızı S. Elazığda Almas İldırım fırtınası. 

[Elazığda  şairin xatirəsinə  həsr edilmiş “13-cü 

 

46 




Xəzər şeir axşamı” haqqında] // Azadlıq.- 2005.- 28 

noyabr.- S. 16 

18. Quliyev A.  Şeir müsabiqəsi keçirildi: Almas 

İldırım 90: [Yasamal rayonu 20 saylı orta məktəbdə 

Almas İldırımın şeirlərinin müsabiqəsi haqqında] // 

Xalq qəzeti.- 1997.-21 oktyabr.-S.4 

19. .Teymur M. “Öpərsiniz anamın toz basan 

məzarını...” (A.İldırım – 95) // Xalq.- 2002.- 6 

mart.- S.5 

20. Məsimoğlu M. Nerdə məni gül qoynunda doğuran... 

(Şair Almas İldırım haqqında) // Yeni Azərbaycan. 

– 2001. – 24 avqust. – S.8, 9 

21. Nəbi V. Qərb  şairlərini vətənə qaytaran alim: 

[V.Nəbiyevin “Didərgin  şair” adlı kitabı haqqında] 

// Kaspi. – 2006. – 7 iyul. – S.6 

22. Teymur M. Almas İldırımın yaradıcılığından 

yadigarlar... // Bakı. – 1993. – 4 may. – S.3  

23. Teymur M. Mühacirlərimiz. [Almas İldırım və oğlu 

Araz Elmas haqqında] // Azadlıq. – 2006. – 18 

mart. – S.13 

24. Qərib T. Almas İldırımın  əziz ruhuna: [Şeir] // 

Ədəbiyyat qəzeti. – 1992. – 12 iyun. – S.4    

25. Turan A. “Dağlar beşiyim, geydiyim qarlar 

kəfənimdir”.: “13-cü Xəzər  şeir axşamları” Almas 

İldırımın xatirəsinə  həsr olunmuşdur. // Ədəbiyyat 

qəzeti.- 2006.- 6 oktyabr.- S.6 

26. Vahabzadə  İ. Almas İldırımı xatırlayanda // Elm.- 

1990.- 21 aprel.- S. 6 

 

47 



27. Vəliyev K. “Əlvida, ey gözəl Bakı, əlvida....” [Şair 

Almas İldırım haqqında] // Açıq söz.- 1990.- № 1.- 

s. 18-19 

28. Yusifli V. “Yol ver, yol ver, öz yurduma gedəm 

mən”... (Azərbaycanın mühacir şairi Almas İldırım 

haqqında // Azərbaycan.- 2004.- № 5.- S.151-156 

29. Yusifli V. Qara dastan: [Almas İldırım haqqında] // 

Yeni Azərbaycan. – 2003. – 27 iyul. – S.8 



 

Rus dilində ədəbiyyat 

 

1. Ильдырым А. (1907-1952). Прощай, Баку…!; 

Азербайджан: [Стихи] / Пер. В.Кафаров // Баку.-

1993. – 20 июля. – С.3 

2. Ильдырым А. Азербайджан: Досвидания Баку!: 

[Стихи] / Пер. А.Фересетли // Мол. 

Азербайджана. – 1993. – 17 – 24 апрел. – С.3  

3. Ильдырым А. Что было?; Не вернулся: [Стихи] / 

Авториз. пер. А.Манафова // Мол. Азербайджана. 

– 1994. – 31 декабрь. – С.3   

4. Ильдырым А. (1907-1952). Той красавице; Горам 

Кавказе; Да стану жертвою твоей; Зачем я поэтом 

рожден; Надежда на молодых; Голос из далека: 

[Стихи] / Пер. А.Манафова // Мол. Азербайджана. 

– 1993. – 22-29 мая. – С.3 

5. Кафаров В. Бакинец возвращается в Баку: [О 

поэзии А.Ильдырыма] // Баку. – 1993. – 20 июля. 

– с. 3 


 

48 



6. Манафов А. Соловей печальных песен: [О поэтэ 

Алмасе Илдырыме] // Мол. Азербайджана. – 1993. 

– 22-29 мая. – С.3     

 

 



49 

Yüklə 229,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə