Azərbaycan müasir poeziyasının görkəmli nümayəndələrindən biri



Yüklə 229,28 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix17.11.2017
ölçüsü229,28 Kb.
#11009
1   2   3   4   5   6   7   8

Kitabxanalarda keçirilən kütləvi işin səmərəsi 

kitabxanaçının xidmət göstərdiyi hər bir oxucu qrupunun, 

elecə də ayrı-ayrı oxucuların xüsusiyyətlərini, tələbat və 

maraqlarını nə dərəcədə bilməsindən çox asılıdır. 

Hazırda kitabxanalarda keçirilən mədəni-kütləvi 

tədbirlərin səviyyəsi xeyli yüksəlmişdir. İndi tədbirlərin 

məzmunu milli tərbiyənin başlıca məqsədlərini-

vətənpərvərlik, tarixi soykökünə qayıdış, oxucularda 

yüksək bədii zövqün formalaşdırılması kimi anlayışları 

əhatə edir. 

 

Bu gün inamla demək olar ki, Azərbaycan 



kitabxanaçıları mühacir və unudulmuş şair və yazıçıların 

zəngin  ədəbi irsini təbliğ etməklə  şəxsiyyətin hərtərəfli 

inkişafının formalaşmasına səmərəli təsir göstərir, 

oxucuların ideya və sosial baxımdan kamilləşməsinə, 

əxlaqi və  mənəvi cəhətdən yetkinləşməsinə köməklik 

edirlər. 

Almas  İldırımın zəngin  ədəbi yaradıcılığını    və 

onun haqqında  yazılmış materialların çoxsaylı 

oxuculara çatdırılması üçün MKS-lər  əyani və  şifahi 

təbliğatın rəngarəng formalarından: kitab sərgilərindən, 

kitabxana plakatlarından, stendlərdən, oxucu 

konfranslarından, söhbətlərdən, məruzələrdən, sual-

cavab gecələrindən, biblioqrafik xülasələrdən, və 

mühazirələrdən məqsədə uyğun  şəkildə istifadə 

etməlidirlər. 

Qeyd etmək lazımdır ki, təbliğatın hər bir növü 

məlumat və  tərbiyəvi funksiya daşıyır, mütaliənin 

 

30 




istiqamətləndirilməsinə, oxucuların dünyagörüşünün 

hərtərəfli inkişafına xidmət edir. 

 Kitabxanalarda  A.İldırımın yubileyi ilə bağlı 

keçirilən mədəni-kütləvi tədbirlərdə əsas diqqət  mühacir 

ədəbiyyatını yaradan səbəblərə, vətən həsrətilə qovrulan, 

ürəyinin odunu, alovunu şeirlərinə köçürən  şairin 

yaradıcılığına və o dövrün ictimai-siyasi hadisələrinə 

yönəldilməlidir.  

Etiraf etmək lazımdır ki, uzun müddət Almas 

İldırım bir vətənpərvər  şair, milli dəyərlərin daşıyıcısı 

kimi öyrənilməmiş, Azərbaycanda yaxından tanınmamış, 

səsi yalnız xarici mətbuat səhifələrindən, radio 

dalğalarından eşidilmişdir. 

Bu irs varislik baxımından Azərbaycan 

mədəniyyətinin, eləcə  də  ədəbiyyatının davamı  və 

inkişafıdır. Ona görə  də Azərbaycan xalqına – bizim 

yeni nəslə Almas İldırım taleyinin güzgüsü olan zərif, 

təmiz poeziyanı çatdırmaq və oxucuları  hərtərəfli 

məlumatlandırmaq kitabxanaçıların 

ən ülvi 


vəzifələrindən biri olmalıdır. Onun hərtərəfli yaradıcılığı 

haqqında Azərbaycan oxucusuna qaranlıq qalan səhifələr 

hələ də çoxdur. Ona görə də müasir informasiya əsrində 

kitabxanaçılar  şair haqqında məlumat topladıqda 

internetdə müxtəlif ünvan və saytlarda da axtarışlar 

aparmalıdır. Çünki kitabxanaçının oxuculara, 

tədqiqatçılara verdiyi hər bir yeni məlumat didərgin 

şairin yaradıcılıq və ictimai irsinin damcı-damcı 

öyrənilməsinə, mütəxəssislərin məlumat bazasının 

zənginləşməsinə kömək edəcəkdir.

 

 

31 




MKS-lər ilk növbədə illər uzunu qadağan edilmiş 

mühacir 


ədəbiyyatını mümkün qədər 

komplektləşdirməyə çalışmalı, toplanan ədəbiyyat 

kitabxananın kataloq və kartotekalarında operativ öz 

əksini tapmalıdır. “Azərbaycan mühacir ədəbiyyatı” 

başlığı altında toplanan bu nəşrlərdən oxucular asanlıqla 

istifadə edə bilərlər.  

Mühacir  ədəbiyyatının görkəmli nümayəndəsi 

Almas  İldırımın 100 illik yubileyi ilə  əlaqədar olaraq 

şairin  ədəbi irsi: kitabları,  şeirləri, onun haqqında 

yazılmış  məqalələr, elmi monoqrafiyalar, konkret 

mərhələlər üzrə toplanmalı və xüsusi rubrikada müəyyən 

ardıcıllıqla yerləşdirilməlidir. Kitabxanaçı bu 

ədəbiyyatın  əlifba və sistemli oxucu kataloqlarında 

düzgün  əks etdirilməsinə ciddi qayğı ilə yanaşmalıdır. 

Kitabxanaçı oxuculara kataloqdan düzgün istifadə etmək 

üçün tövsiyələr verməli, açıq rəf üsulundan 

bəhrələnməyin səmərəsini başa salmalıdır. 

A.İldırımın həyat və yaradıcılığı haqqında oxucuları 

geniş  məlumatlandırmaq üçün kitab müzakirələrinin 

keçirilməsi olduqca faydalıdır. Kitab müzakirəsi oxucu 

fəallığının artmasına, bədii estetik zövqlərin 

formalaşmasına, oxucuların kitab üzərində müstəqil 

işləməsinə  və müzakirə olunan kitab haqqında sərbəst 

fikir yürütməsinə təsir göstərir. 

Kitab müzakirəsi heç bir halda formal xarakter 

daşımamalıdır. Hər hansı bir əsərin müzakirəsinə ciddi 

hazırlıq tələb olunur. Çünki Azərbaycan ədəbi mühitində 

bu günə kimi mühacir ədəbiyyatı tam öyrənilməmiş 

 

32 



mürəkkəb bir dövrdür və bu günə kimi çap olunan 

nəşrlər mütəxəssislərin və 

tədqiqatçıların elmi 

araşdırmalarının məhsuludur, elmi tədqiqat  əsərləridir. 

Bu kitablara düzgün qiymət vermək, oxucuları 

maraqlandıran o dövrün ədəbi mənzərəsini nəzərə 

çatdırmaq üçün məsuliyyətli və ciddi hazırlaşmaq 

lazımdır. Mümkün olsa kitab müzakirələrinə alim və 

mütəxəssisləri dəvət etmək məqsədəuyğun olar. 

Müzakirəyə Almas İldırımın həyat və yaradıcılığını 

düzgün əks etdirən, geniş oxucu kütləsini maraqlandıran, 

onun haqqında yeni mənbələrlə  zəngin olan əsərlər 

seçilməlidir. Məsələn: Akademik Bəkir Nəbiyevin 

“Didərgin  şair”, tədqiqatçı-alim Elnarə  Bəşirovanın 

“Milli azadlıq mübarizi”, N.Ələkbərlinin “Üç budaq” 

kitablarının müzakirəsini keçirməyi məsləhət görürük. 

Həmin kitabların müzakirəsi gedişində kitabxanaçı 

diqqəti təxminən aşağıdakı məsələlərə yönəltməlidir: 

1. 

A.İldırımın yaşadığı ictimai-siyasi dövr; 



2. 

A.İldırımı bir şair kimi formalaşdıran ədəbi mühit; 

3. 

Şairə qarşı edilmiş əsassız ittihamların mahiyyəti; 



4. 

Müzakirə edilən əsərin (kitabın) başlıca ideyası və 

əhatə etdiyi mövzular. 

Hər hansı bir müzakirənin darıxdırıcı: “əsər (kitab) 

barədə kim nə bilir, danışsın”

 

prinsipinə  əsaslanan 



çıxışların edilməsinə yol verilməməlidir. Çünki yuxarıda 

qeyd etdiyimiz kimi Azərbaycan mühacirət  ədəbiyyatı 

hələ lazımi qədər öyrənilməyib. Bu mövzunu oxucular 

üçün maraqlı  və aydın izah etmək üçün savadlı  və 

hazırlıqlı 

məruzəçilər olmalıdır. Kitabxanaçılar 

 

33 



Yüklə 229,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə